Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2941/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, X2, X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə qarşı “həyətyanı və pay torpağının naturada bölünməsi, miras əmlakın müəyyən edilərək bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(106)1402/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Masallı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(050)-97/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 65 nömrəli qərarı ilə verilmiş 1,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Həsənov Tofiq Əhməd oğlunun, Cavabdeh2, X6, X4, X7, X5, Cavabdeh1, X1 və İddiaçı ümumi birgə mülkiyyət hüquqlarına xitam verilməsi və hər birinin 1/9 hissədə payının müəyyən edilməsi, Masallı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 065 nömrəli qərarı ilə verilmiş 0,17 ha torpaq sahəsinə Həsənov Tofiq Əhməd oğlunun, İddiaçı, X6 və X4 ümumi birgə mülkiyyət hüquqlarına xitam verilməsi və hər birinin payının 1/4 hissədə müəyyən edilməsi, iddianın torpaq sahəsinin naturada təhkim olunması, evin sökülməsi tələblərinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2(106)-1402/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Masallı R ayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(050)-97/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2(106)-1402/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(106)-1402/2021 nömrəli qərardadı ilə (hakim İ.Q.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovdan və N.F.Mirzəyevdən ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(106)-1402/2021 nömrəli qərardadının ləğv edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2(106)1402/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətini mülki işlə birlikdə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliyi qeyd etmiş, lakin mübahisə üzrə iddia tələbinin məhkəməyə təqdim edildiyi zaman 10 manat dövlət rüsumunun ödənildiyini nə zərə almamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranma sına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Cavabdehin kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassator “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən olunan qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ər izənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumunu ödənilməsini təsdiq edən sənədi şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, kassasiya şikayətinə əlavə olunmuş "xxxx" ASC-nin mədaxil qəbzinə əsasən Cavabdeh1 tərəfindən Ali Məhkəmənin hesabına 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin apellyasiya məhkəməsinin istinad etdiyi redaksiyası 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. Lakin hazırki iddia ərizəsi 25 iyul 2019-cu il tarixdə verilmiş və iddianın verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Hazır ki məhkəmə praktikasında 01 oktyabr 2021-ci il tarixədək verilmiş iddialar üzrə yuxarı instansiya məhkəmələrinə verilən şikayətlər üçün həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən iddia ərizəsinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun 50 faizi miqdarında rüsumun ödənilməsi tələb olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-403, 405-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(106)-1402/2021 nömrəli qərardadı ləğv edilsin və iş materialları qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-403, 405-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2941/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2941/2022
05.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver