Məhkəmə qərarları › İş №2(102)-2941/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2941/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2941/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): qətnamənin icra qaydası (tələblərin eyni anda icra edilməsi), əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun qaytarılması və icra sənədinin eyni vaxtda icra olunması” barədə ilkin, Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbilərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2106/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyindədir. Həmin torpaq sahəsi Orcenikidze rayon XDS İK-nin 02 oktyabr 1987-ci il tarixli 06 nömrəli, 12 fevral 1988-ci il tarixli 02 nömrəli və 27 aprel 1989-cu il tarixli 07 nömrəli qərarları ilə “Məhsuldarlı q” kooperativinə ayrılmış, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1992-ci il tarixli 1797 nömrəli sərəncamı ilə “Məhsuldarlıq” kooperativi ləğv edilmiş və kooperativin bütün əmlakı "xxxx" kiçik müəssisəsinin balansına keçmişdir.

2. İddiaçı2 2003-cü ilin may ayında ev tikdirmək üçün torpaq axtarışı nəticəsində Bakı şəhərində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini X14 ilə tanış olmuş və Fizuli Babayev İddiaçı2 saxta sənədlər göstərməklə özünün təsisçisi olduğu Cavabdeh1nə məxsus 0.06 ha torpaq sahəsini 4000 ABŞ dollarına (o vaxtkı məzənnə ilə 3600 manata) satmışdır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ailə üzvləri ilə birlikdə "xxxx" kiçik müəssisəsinin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədə n İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

4. X13 və digər aldadılmış vətəndaşların müraciətləri əsasında "xxxx" kiçik müəssisəsinin təsisçisi X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X5 iddiaçı Tamara Xıdırovaya cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır, hökm cəza h issəsində tam icra olunmuş, lakin X14 azadlığa çıxandan sonra da iddiaçıya olan borcunu geri qaytarmamışdır.

5. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014- cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilmiş, Abşeron rayonu, 1 X16 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarımtikililər in sökülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir.

6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8-ci döngə, 12C torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(82)-95/2017 saylı qərarı ilə Cavabdeh1 xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tiki nti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evinin (bundan sonra mübahisələndirilən ev) təmirinə və həmçinin həyətyanı sahəsində tikilmiş sanitar qovşağın tikilərək təmir edilməsinə xərclədiyi 16078.76 manat pulun Cavabdeh1ndən (bundan sonra “Pirqulu ÇKM) və Pirqulu” ÇKM-nin təsisçisi X5 müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, pulun verilməsi ilə İddiaçı1 və İddiaçı2 evdən çıxarılmasının eyni vaxt icra olunması və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçılara verilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişlər.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, hazırda X8 o na dələduzluqla satdığı torpaq sahəsində yerləşən, ümumi tikintialtı sahəsi 48 kv.metr olan (8x6) ikimərtəbəli təmirsiz evin təmirinə 15000 manat xərcləməklə İddiaçı2 qızı İddiaçı1 (Elnarənin 3 azyaşlı övladı ilə bərabər) köçüb həmin evdə 20 ildir yaşayır. xx.xx.2023-cü il tarixdə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən göndərilən xx.xx.2023-cü il tarixli 18/66845/19-19 saylı xəbərdarlıq məktubunu almışdır. Xəbərdarlıq məktubunun nə ilə əlaqədar olması ilə maraqlanmaq üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə getmiş və icra məmuru Nicat Vəlizadə onu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tanış edərək yaşadığı və X8 ona dələduzluqla satdığı torpaq sahəsində yerləşən ümumi tikintialtı sahəsi 48 kv.me tr olan (8x6) ikimərtəbəli evin sökülməsinin qət olunduğu qətnamə ilə tanış etmişdir. Həmin yaşayış evinin sökülməsi və iddiaçının ailəsinin qeyd olunan ərazidən çıxarılması nəticəsində iddiaçı daimi olaraq yaşadığı yaşayış sahəsindən məhrum olmaqla yanaşı, təxminən 30000 manat maddi ziyan almış olacaqdır. İddiaçının sözügedən qətnamədən xəbəri olmamış, bu səbəbdən vaxtında qarşılıqlı iddia verə bilməmişdir. - Cavabdeh1 ÇKM İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsi və cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən görülən qanunsuz hərəkətlər nəticəsində Cavabdeh1 ÇKM-ə 48900 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehlərin Cavabdeh1 ÇKM-nin ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində göstərilən hallar uydurma və yalandır, həmin iddianın qaldırmasına hər hansı bir hüquqi əsas yoxdur. Əksinə, ilkin iddiaçıların Tovuz rayonunda özlərinə məxsus evləri olduğu halda, həmin evdə daimi qeydiyyatda qalmaqla bərabər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən və Cavabdeh1 ÇKM-nə məxsus olan torpaq sahəsini 2005-ci ildən zəbt edərək kooperativin ofisində yerləşmiş, kooperativə məxsus əşyalardan və kooperativin hesabına çəkilmiş kommunal və kommunikasiya xətlərindən qanunsuz istifadə etməklə, kooperativə məxsu s mülkiyyətə sahiblik göstərməklə, sərəncam verməklə Cavabdeh1 ÇKM-nə külli miqdarda maddi ziyan vurmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı icra sənədinə əsasən söküntüyə düşən həmin ev faktiki olaraq kooperativin ofis evidir. Bu ev Suraxanı rayon Sovetinin icazəsinə əsasən 1990-cı illərdə kooperativin hesabına ofis kimi istifadə etmək üçün tikilmişdir. xx.xx.1987-ci il tarixli texniki şərtlərə və xx.xx.1988-ci il tarixli müqaviləyə əsasən “Bakelektroset” İstehsalat Birliyi tərəfindən kooperativə işıq xətti çəkilmiş və sayğac qoyulmuşdur. 1991-ci il tarixdə texniki şərtlərə əsasən “Bakqaz” idarəsi tərəfindən həmin ofisə kooperativin hesabına qaz xətti çəkilmişdir. Torpaq sahəsinin ərazisini kooperativ dəmir trubalarla və setka ilə hasarlamışdır. Ofisin həyətyanı sahəsi ndə kooperativ tərəfindən öz hesabına kubik daşdan sanitar qovşağı, taxtadan 10m x 6m (cəmi 60 kv.m.) ambar sahəsi tikilmiş, 3 tonluq dəmir su ambarı və su quyusu qurulmuş, guya su ambarına su xətti çəkilmişdir. Həmin faktı fotoşəkillər, ödəniş qəbzləri və 2007-ci ildə Dövlət Layihə İnstitutu “Azərdövlətsənayelayihə” tərəfindən hazırlanmış Cavabdeh1 ÇKM-nə məxsus torpaq sahəsində mövcud tikililərin eskiz layihəsi təsdiq edir. Beləliklə, İddiaçı2 və İddiaçı1 tərəfindən "xxxx" ÇKM-nin hesabına tikilmiş, yaşayış üçün tam şəraitli, tam təmirli olan ofis evi zəbt edilərək, 2005-ci ildən yaşayırlar və kooperativə məxsus əşyalardan, tam şəraitli həyətyanı sahədən, sanitar qovşağından və kooperativin hesabına çəkilmiş kommunal və kommunikasiya xətlərindən qanunsuz olaraq bu günə kimi istifadə ed irlər. İddiaçı2 1988-cı ildə Tovuz rayonun Girzan kəndində məşkunlaşmış və daimi pasport qeydiyyatına alınmışdır. 1992-1993-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınkom tərəfindən ona təmənnasız iki otaqlı fərdi ev tikilib verilmişdir, 1991-ci il tarixdə ona 0,12 həyətyanı, 1997ci il tarixdə 0,33 sot pay torpaq sahəsi verilmişdir. Sonra isə Girzan kəndində daimi pasport qeydiyyatında qalaraq 1999-cu il tarixdən kəndi tərk etmişdir (Girzan kənd İƏD-nin 341 saylı, 07.2007-ci il tarixli arayışı, qoşma 2-1). Bu gün də hər gün onların Tovuz rayonunun Girzan kəndində fərdi yaşayış evləri var. İddiaçı2 bu günədək Girzan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır, onun qızı İddiaçı1 isə xx.xx.2007-ci il tarixdən bugünə qədər Tovuz rayonu Yanıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır (DİN Baş pasport qeydiyyat və miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktublar (qoşma 2-2). Kəndi tərk etdikdən sonra 2002-2004-cü ilə kimi onlar X6 məxsus olan baxçada kirayədə qalıb yaşayırdılar. Kirayə pulunu vaxtında ödəyə bilmədiyi üçün,“ən əsası isə Lətif adlı bir şəxsin “dayı” adı ilə evə gəlib qaldığına görə” evin sahibi X1 Tamamı evdən çıxartmışdır (Gülçöhrə Murtuzovanın istintaqda verdiyi ifadədən çıxarış 2004-cü ilin əvvəlində isə Cavabdeh1 ÇKM-nin müdiri Baba Mustafayevin xahişi ilə müəssisənin keçmiş təsisçisi X4 Xıdırovanın qaçqın olduğunu nəzərə alıb, kirayə ev tapana kimi İddiaçı2 qızı Elnarə ilə birlikdə Cavabdeh1 ÇKM-nin ofisinin ikinci mərtəbəsinə müvəqqəti köçüb gözətçi kimi yaşamağa təmənnasız icazə vermişdir. Həmin zamandan İddiaçı2 də ləduz X18 ilə əlbir olub Cavabdeh1 ÇKM-nə məxsus və məhkəmənin qətnaməsinə əsasən söküntüyə düşən ofis evini zəbt edərək, ikinci mərtəbəsində özləri yaşayıb evin birinci mərtəbəsini üçüncü şəxslərə kirayəyə verməyə başlamışlar. Bu haldan xəbər tutduqdan sonra Cavabdeh1 ÇKM-nin keçmiş təsisçisi olan Cavabdeh2 Xıdırovadan və Lətif Səmədovdan kooperativin ofisini tərk etməyi tələb etmişdir. Könüllü olaraq ofisdən çıxmadığına görə Lətif Səmədova və İddiaçı2 qarşı Cavabdeh1 ÇKM-nin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi ilə Cavabdeh2 Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən iddia təmin edilmişdir. Lakin Suraxanı Rayon Məhkəməsinin hakimi Ş.Nəcəfovanın xx.xx.2007-ci il tarixdə hakim kimi səlahiyyətlərinin başa çatması və həmin işə baxmağa artıq onun səlahiyyəti olmamasını əsas tutaraq şikayətin dəlillərindən asılı olmayaraq, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Həmin müddət ərzində Lətif Səmədova qarşı polis orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320 və 178-ci maddələri ilə cinayət işi açılmışdır. İddiaçı2 isə kooperativin keçmiş təsisçisi Fizuli Babayev barəsində şikayətlər yazmağa başlamışdır. İddiaçı2 müraciətləri əsasında "xxxx" ÇKM-nin təsisçisi X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1- 282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaqda onlara məlum olmuşd ur ki, X3 Tamamla əlbir olaraq ofisdə olan kooperativin sənədlərini mənimsəyərək, kooperativin ofis binasını və torpağı satırdılar. Beləliklə, müəssisənin idarəçiliyindən qurtularaq İddiaçı2 kooperativə məxsus ofis evi ələ keçirmiş, həmin evdə rahat yaşamasına və evin istifadəsinə sərəncam verməsinə 2006-ci ildən nail olmuşdur. Bugünə kimi naməlum şəxslər qeyri-qanuni olaraq kooperativə məxsus torpaq sahəsinə gələrək, kooperativin ofisinin birinci mərtəbəsində gecələr qalırlar, həmin şəxslərin məqsədləri və hansı əsaslarla ofis binasında qalması bilinmir. Bununla əlaqəli müəssisə tərəfindən mühafizə orqanlarına dəfələrlə şikayətlər edilirdi və mühafizə orqanları tərəfindən İddiaçı2 və İddiaçı1 dəfələrlə xəbərdarlıq elan edilmişdir. Xıdırova və İddiaçı1 tərəfindən 2005-ci ildən müəssisəsinə məxsus ofis evi zəbt edilməsi və qanunsuz yaşaması kooperativə öz ərazisindən istifadə etməsinə və sahibkarlıq fəaliyətini həyata keçirməsinə bugünə kimi məhdudiyət yaradır, qanuni qüvvədə olan məhkəmə qərarların icrasına maneə törədir. Öz torpaq sahəsindən sərbəst sahiblik göstərməsini və istifadə etməsini müəssisə üçün mümkünsüz edir. İddiaçı2 qızı Elnarə ilə ofisə köçdükdən sonra ofisin sənədləri, kooperativə məxsus ofis mebeli, seyf və kooperativin digər əşyaları, o cümlədən dəmir su ambarı, hasarın dəmirləri, ambar sahəsi sökülərək oğurlanmışdır. Bununla kooperativə küllü miqdarda ziyan vurulmuşdur. Kooperativin əşyaları: 200 metr uzunluğunda hasarın dəmir setkası - 2000 manat; 66 ədəd 2 metr hündürlükdə turbalar330 manat, 3 ton su ambarı- 2500 manat, su xəttinin turbaları- 1000 ma nat, qaz xətti16.000 rubl (1990-ci il məzənnə ilə 1 rub=0,95$ sayılsa 16842 ABŞ dollar, 1$=0,78 manat sayılsa, 13136,76 manat təşkil edir), 60 kv.m. ambarın 300 kub taxta - 4000 manat və digər əşyaların oğurlanması nəticəsində kooperativə orta rəqəmlə ümumi 23000 manat məbləğində maddi ziyan vurulmuşdur. Əlavə olaraq, 2005-ci ildən bu günə kimi kooperativin ofis evində cavabdehlərin yaşamasını aylıq 100 manat icarə haqqı hesablamaqla onların müəssisəyə 17 il ərzində təkcə icarə borcu 20.400 manat məbləğində pul vəsaiti təşkil edir. 2005-ci ildən həmin evdə cavabdehlərin yaşaması və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına 17 il ərzində məhdudiyyət yaratması Cavabdeh1 ÇKM-i gəlirdən məhrum edir. Bir ilə kooperativin xalis gəliri ən azı iki min manat təşkil edə bilərdi. Cavabdehlər tərəfin dən kooperativə sahibkarlıq fəaliyyəti ilə 2005 ildən məşğul olmasına problemlər yaratdıqdan sonra 17 il ərzində kooperativin maddi itkiləri və əldən çıxmış qazancı ən azı 34.000 manat təşkil edir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1nə icarə borcu 20.400 manat, əşyaların oğurlanması nəticəsində vurulmuş 23000 manat məbləğində ziyanın və kooperativin maddi itkiləri 34.000 manat qazancının ümumi 57000 manatdan 50% 28500 azn, cəmi 20.400 manat + 28500 manat= 48900 manat məbləğində maddi ziyan vurulmuşdur və ziyan vurulması davam etməkdədir. İlkin iddia ərizəsində iddiaçılar İddiaçı2 və İddiaçı1 göstərirlər ki, guya Cavabdeh1nə sahəsində yerləşən ümumi tikinti altı sahəsi 48 kvadrat metr olan (8x6) iki mərtəbəli evin məhkəmə qərarı ilə söküntüyə düşməsi barədə o nların 2023-cü ilə kimi xəbərləri olmamışdır və bu səbəbdən onlar vaxtında qarşılıqlı iddia verə bilməmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı icra sənədinə əsasən məcburi icra hərəkətləri Suraxanı rayon İcra Şöbəsi tərəfindən 30 sentyabr 2015-ci il tarixdə və 25 fevral 2016-cı il tarixdə həyata keçirilmişdir. Həmin evdə yaşayan şəxslər evdə olmadıqları üçün evin sökülməsi təxirə salınmışdır. Halbuki, yuxarıda göstərilən hal 2015-ci, 2016-ci illərdə və 2022-ci ilin dekabr ayından Suraxanı rayon İcra Şöbəsi tərəfindən cavabdehlərə dəfələrlə, hətta 2023-cü ilin 02 iyun, 08 iyun və 24 iyun tarixlərində icra hərəkətlərin görülməsi barədə xəbərdarlıq elan edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş şikayətlərə əsasən Suraxanı Rayon Polis İdarəsi v ə Suraxanı Rayon Prokurorluğu tərəfindən 2006-cı, 2007-ci, 2016-cı illərdə araşdırmalar aparılmış, məhkəmə qərarı ilə söküntüyə düşən 1 ədəd tikintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşadığına görə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Bugünkü gündə də həmin hal eyni vəziyyətdədir, qanunun tələbləri pozulmaqda davam edir: Tovuz rayonunun Girzan kəndində evləri olduğu halda, orada qeydiyyatda olduğu halda, zəbt etdikləri evdə bu günə kimi qanunu pozaraq kooperativin ofis evində qeydiyyatsız yaşayırlar. Beləliklə, zəbt olunan və yaşadıqları 1 ədəd ti kintialtı sahəsi 48 kv.m (6,0x8,0) olan ikimərtəbəli evdə qanunsuz yaşadıqları barədə cavabdehlərin rəsmi qaydada 2006-ci ildən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)5651/2014 saylı qətnaməsinə əsasən həmin evin sökütüyə düşməsi və kooperativə məxsus torpaq sahəsinin boşaldılması barədə cavabdehlərin rəsmi qaydada 2014-cü ildən xəbərləri var idi. Belə olduğu halda onlar qarşılıqlı iddia ərizəsini vaxtında verə bilərdilər və ya kassasiya şikayətinin verilmə müddətini buraxmazdılar. Xəbərdarlıqlara məhəl qoymayaraq İddiaçı2 və İddiaçı1 Suraxanı rayon İcra Şöbəsinin tələblərini icra etməkdən 2015-ci ildən başlayaraq bugünə kimi yayınırlar və icra hərəkətlərinin həyata keçirilməsinə maneələr törətməkdə davam edirlər. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4108/20, xx.xx.2020-ci il tarixli qərarla Cavabdeh1 istifadəsində olan torpaq sahəsini hasarlanmasına maneəçilik törədən hərəkətlərdən çəkindirmək vəzifəsi Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə həmin işlərin görülməsini başlanan kimi cavabdehlər 18-20 aprel 2023-cü il tarixlərdə işi aparan işçiləri təhqir etməklə və hasarın örtüklərini zədələməklə həmin işlərin aparılmasına maneələr törətmiş, məhkəmə qərarının icrası və ərazinin hasarlanma islərinin aparılması müvəqqəti olaraq dayandırılmışdır. Nəticədə, kooperativin ərazisinə kənar şəxslərin gəlib-getməsi, söküntüyə düşən evdə qalması və kooperativin ərazisində qanunsuz tikinti işlərin aparılmasına şərait yaradılmışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin və İnzibati Məhkəmənin icra sənəd lərinin icra olunmasına, eyni zamanda müəssisəyə sahibkarlıq fəaliyyətinin göstərilməsinə cavabdehlərin pozucu hərəkətləri bu günə kimi maneələr törətməkdədir. Bu da kooperativin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hərtərəfli maneə törətməklə kooperativə küllü miqdarda maddi ziyan vurmaqdadır. Belə olduğu halda hesab edirlər ki, İddiaçı1 və İddiaçı2 tərəfindən müəssisəsinə qarşı “pulun qaytarılması ilə icra sənədinin eyni vaxtda icra olunması” tələbi əsassızdır və qanuna ziddir. İddiadan asılı olmadan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsindədir və icra olunmalıdır. Uydurma əsaslarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasına maneələr törədilməsi cavabdehləri inz ibati və cinayət məsuliyyətə cəlb etməsinə əsas yaradır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(011)5985/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 Cavabdeh1 ÇKM-nin ərazisindən (torpaq sahəsindən), inzibati binasından çıxarılmaları, qarşılıqlı iddia tələbinin cavabdehlər İddiaçı2 və İddiaçı1 9600 manat müştərək qaydada tutularaq, iddiaçı Cavabdeh1 ÇKM-nə ödənilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: İlahə Abbasova).

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki mülki işdə olan sübutlarla təsdiq edilir ki, ilk iddia üzrə iddiaçılar Cavabdeh1 ÇKM-nə məxsus torpaq sahəsində olan tikilid ə qanunsuz və qeydiyyatsız yaşamaqla, həmin tikiliyə dair hər hansı hüquqları olmadıqları – vicdansız sahib olduqları halda tikilinin təmirinə xərclədikləri pul vəsaitlərini tələb etməkdə haqsız olduqları üçün ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir.

12. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən İddiaçı2 və İddiaçı1 Yeni ünvan 1 ünvanda qeydiyyatsız yaşadıqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və onlara “Xəbərdarlıq” elan edilmişdir. Bu haqda Cavabdeh1 ÇKM-nin yanvar 2016-cı il tarixli ərizəsinə 1 mart 2016-cı il tarixli, 098-2001-1216 saylı Suraxanı RPİ 31-ci Polis Bölməsinin məktubu ilə məlum at verilmişdir. Pirqulu” ÇKM qarşılıqlı iddia ərizəsində 2005-ci ildən bu günə kimi kooperativin ofis evində cavabdehlərin yaşamasını aylıq 100 manat icarə haqqı hesablamaqla onların müəssisəyə 17 il ərzində təkcə icarə borcunun 20.400 manat təşkil etdiyini qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, ən azı 2016-cı ilin yanvar ayından iddiaçıların mübahisəli tikilidə qeydiyyatsız yaşamaları barədə məlumatlı olduqları təsdiq edildiyindən, həmin tarixdən başlayaraq, aylıq 100 manat icarə haqqı hesablamaqla (8 il x 12 ay x 100 manat = 9600 manat icarə borcunun tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur.

13. Bununla yanaşı məhkəmə qarşılıqlı iddia tələbinin su ambarı, hasarın dəmirləri, ambar sahəsinin sökülərək oğurlanması nəticəsində kooperativə orta rəqəmlə ümumi 23000 m anat məbləğində maddi zərərin vurulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbində su ambarı, hasarın dəmirləri, ambar sahəsinin sökülərək oğurlanması nəticəsində maddi zərərin tutulması tələb edilsə də, İddiaçı1 və İddiaçı2 barəsində həmin əşyaların oğurlanması faktını təsdiq edən qüvvədə olan hökm olmadığına görə qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 19-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157.2, 157.4, 157.5, 157.6, 157.7,1096, 1097.1 və 1097.3-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadl ıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 81 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı1 və İddiaçı2 birgə qaydada apellyasiya şikayəti verərək, qətnamənin “İddiaçı1 və İddiaçı2 müştərək qaydada cəmi 9600 manat alınaraq "xxxx" ÇKM-nə ödənilməsi”, həmçinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddianın tam şəkildə təmin olunması barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən kənd təsərüfatlı təyinatlı 1 ha torpaq sahəsi "xxxx" ÇKM-nə evlərin tikilərək kirayə verilməsi üçün ayrılıb və əgər qarşılıqlı iddia üzrə cavabdehlərin yaşadıqları evi vaxtında tərk edəcəkləri təqdirdə "xxxx" ÇKM-nə həmin tikilini kirayə verə bilərdi. Halbuki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə proseslərində araşdırılmış hallardan, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən məlum olur ki, qeyd olunan torpaq sahəsi "xxxx" ÇKM-nə məhz kənd təsərrüfatı məhsullarının yetişdirilib satılması üçün ayrılaraq istifadəsinə verilib. Bundan əlavə, məhkəmə prosesində də aydınlaşdırıldığı kimi, qeyd olunan tikili 2003-cü ilədə k "xxxx" ÇKM-nin ofisi kimi istifadə edilib. Bu barədə məhkəmə prosesində iştirak edən həm "xxxx" ÇKM-nə əvvəlki direktoru Cavabdeh2, həm də hazırkı direktoru Nümayəndə1 da məlumat vermişdir. Həmçinin ilkin iddia üzrə iddiaçıların hazırda yaşadıqları ev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014- cü il tarixli qətnaməsinə əsasən sökülməlidir. Əgər İddiaçı2 və İddiaçı1 2016-cı ildən bu evdən çıxsaydılar belə, tikintialtı sahəsi 48 kv.m olan iki mərtəbəli tikili Bakı Apellyasiya Məhkəməsinin 2(103)5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə uyğun olaraq Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurları tərəfindən həmin anda söküləcəkdi. Bununla da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5985/2023 saylı xx.xx.2023-cü il ta rixli qətnaməsində qeyd edildiyi kimi qarşlıqlı iddia üzrə iddiaçılar nəinki tikintialtı sahəsi 48 kv.m olan ikimərtəbəli tikilini kirayə verə bilməzdi, heç özləri də bu tikilidən istifadə edə bilməyəcəkdilər. Bu səbəbdən qətnamə ən azından 9600 manat pulun İddiaçı2 və İddiaçı1 müştərək qaydada alınaraq "xxxx" ÇKM-nə verilməsi hissəsində ləğv edilməlidir. Eyni zamanda dəfələrlə Nümayəndə1 evin təmirinə və yaxşılaşdırılmasına çəkilmiş pulun qarşılanması təqdirində 48 kv.m tikinti altı sahəsi olan iki mərtəbəli evi boşaldacaqları bildirilsə də, Nümayəndə1 bir manatda olsun verməyəcəyini bildirmişdir. Həmçinin ilkin iddiaçılar 12 saylı evə "xxxx" ÇKM-nin əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 razılığına əsasən köçməklə, qüvvədə olan qanunvericilik aktlarına əsasən vicdanlı sahib sayıl ırlar. İddiaçı2 həmin tikilini təmir etdirmiş və bugünədək orada yaşayır. Sonradan İddiaçı2 "xxxx" ÇKM-nin əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 torpağın və evin sənədlərini öz adına keçirtmək və notarial qaydada alqı-satqının həyata keçirilməsi üçün ondan sənədləri tələb etmiş, lakin Cavabdeh2 heç bir sənəd təqdim etməmişdir. Daha sonra Cavabdeh2 qabaqdan gəlmişlik edərək İddiaçı2 mübahisələndirilən evdən və ona satacağını bildirdiyi 0.006 ha torpaq sahəsindən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. İlkin olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(103)-632/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmçinin onun və Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 dələduzluq hərəkətlərindən zərər çəkmiş digər şəxslərin şikayətləri əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1-282/07 saylı xx.xx.2007-ci il tarixli hökmü ilə X14 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə olaraq ondan İddiaçı2 cinayət nəticəsində dəymiş zərərin əvəzi olaraq 3600 manat (4000 USD) alınaraq verilməsi qərara alınmışdır. Əlavə olaraq Cavabdeh1 hazırkı direktoru olan Nümayəndə1 da Cavabdeh1 əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2. 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair çinayət işi açıldıqdan sonra tanımışdır. Belə ki, Cavabdeh1 hazırki direktoru Nümayəndə1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla X8 5 il 6 ay azadlıqdan məhrum olunması ilə nəticələnən cinayət işində dələduzluq və saxta sənədləri hazırlamada təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi olmuşdur. Yəni hələ 2007-ci ildən Nümayəndə1 onların qeyd olunan tikilədə yaşamaqlarını bilirdi və bu evdə hansı proseslər nəticəsində yaşamağa başlamaqlarından məlumatlı olub. Onun direktoru olduğu "xxxx" ÇKM-nin əvvəlki təsisçisinin və direktorunun əməllərini ört-basdır etmək və onlara dəymiş zərəri ödəmədən qeyd olunan evdən çıxartmaq üçün X14 ilə qurduqları plandır. Belə ki, X14 Cavabdeh1 direktoru qaldığı təqdirdə onlara dəymiş zərəri ödəmədiyi halda Ba kı Apellyasiya Məhkəməsinin 2(103)- 5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə uyğun olaraq sökülməsi nəzərdə tutulmuş evdən çıxmaqlarını tələb edə bilməzdi. Bu səbəbdən X14 müdafiəçisi və vəkili olmuş Nümayəndə1 ilə razılığa gələrək təmirinə və yaxşılaşdırılmasına külli miqdarda pul xərclədikləri evdən çıxartmaq üçün direktor kimi Nümayəndə1 Cavabdeh1 başına gətiriblər. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1- 282/07 saylı xx.xx.2007-ci il tarixli hökmünün çıxarıldığı gündən bu günə kimi, yəni 17 il ərzində Cavabdeh1 əvvəlki təsisçisinin və direktoru X14 tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. Həmçinin ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə yanaşı qeyd olunan evdə doğulduğu gündən xx.xx.2010cu il təvəllüdlü X21, xx.xx.2011- ci il təvəllüdlü X23 və xx.xx.2017-ci il təvəllüdlü X20 da yaşayırlar. Onlar azyaşlı olmaqla yanaşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı1 himayəsinə verilməklə yuxarıda da qeyd olunduğu kimi mübahisəli evdə yaşayırlar. Həmçinin onlar Bakı şəhəri Suraxanı rayon ərazsində yerləşən 89 saylı orta məktəbdə təhsil alırlar. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu barədə hər hansı qeyd aparılmamış və onlar qətnamə üzrə cavabdeh sayılmırlar. Bu isə gələcəkdə qətnamə əsasında veriləcək icra sənədinin icrasında çətinliklər yaradacaq. Belə ki, həmin şəxslər azyaşlı olmaqla yanaşı Bakı şəhərində yaşamaları üçün başqa yerləri yoxdur. Bundan başqa, tərəflərindən iddia müddətini n tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə buna heç bir aydınlıq gətirilməmişdir. Belə ki, qeyd edilən hallarla yanaşı qarşılıqlı iddia üzrə iddiaçının onlardan hər hansı pul vəsaitinin tələb etməsi iddia müddətinin keçməsi ilə əlaqədar əsassızdır və təmin edilməməlidir. Bundan başqa, qeyd olunan tikilidə yaşamalarına 2008-ci ildən sonra cavabdehlər tərəfindən hər hansı narazılıq bildirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, əgər onlar qeyd olunan tikilidən çıxmaları barədə hər hansı bir məlumatları olsa idi, həmin tikilinin yenidən cari təmirini aparmazdılar. Belə ki, yaşadıları 20 il ərzində evin təmirinə xərclədikləri külli miqdarda vəsaitin hesabına əvvəllər yaşayış üçün tamamilə yararsız olmuş tikili bu gün tam şəraitli yaşayış evi sayılır və əgər onlar bu evdən çıxsalar, başqa yaşamağa yararlı yerləri yoxdur. Necə ola bilər ki, çəkdikləri xərclər ödənilmədən tərəflərindən tam təmir edilmiş tikili Cavabdeh1 balansına keçsin. Həmçinin mübahisələndirilən tikilinin Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən hər hansı sənəd yoxdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2106/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2(011)- 5985/2023 nömrəli qətnaməsi məbləğin tutulması hissəsində dəyişdirilmiş, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 4200 manatın müştərək qaydada tutularaq, iddiaçı Cavabdeh1 ÇKMnə ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorların özlərinə aid edilməsi qət edilmişdir (hakimlər - Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Kamran Əkbərov).

18. Apellyasiya instasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən ilkin iddia üzrə iddiaçılara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Tovuz rayonun Girzan kəndində yerləşən torpaq sahələri və evləri olduğu halda, "xxxx" ÇKM tərəfindən verilmiş şikayətlərə əsasən Suraxanı Rayon Polis İdarəsi və Suraxanı Rayon Prokurorluğu tərəfindən 2006-cı, 2007-ci, 2016-cı illərdə ara şdırmalar aparılmış, məhkəmə qərarı ilə söküntüyə düşən mübahisələndirilən evdə İddiaçı2 və İddiaçı1 qeydiyyatsız yaşadıqları müəyyən edilmiş və Suraxanı Rayon Polis İdarəsinin 31ci Polis Bölməsi tərəfindən onların barəsində qeydiyyatsız yaşadıqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsi ilə inzibati protokol tərtib olunmuş və “xəbərdarlıq” elan edilmişdir. Bu haqda Cavabdeh1 ÇKM-nin yanvar 2016-cı il tarixli ərizəsinə 1 mart 2016-cı il tarixli, 098-2001-1216 saylı Suraxanı RPİ 31-ci Polis Bölməsinin məktubu ilə məlumat verilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin iclasında ilk iddiaçılar mübahisələndirilən evdə qeydiyyatsız yaşamalarına dair barələrində inzibati protokol tərtib edilməsi faktını inkar etməklə yanaşı, iddiaçı Cavabdeh1 və mübah isə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin iddiaları qismən təmin edilmiş, Abşeron rayonu, 1 X16 sovxozunun ərazisində yerləşən, iddiaçı Cavabdeh1nə aid olan torpaq sahəsində mişar daşından inşa edilmiş 4 ədəd birmərtəbəli yaşayış evi, 1 ədəd tikinti altı sahəsi 48 kv.m (6.0m x 8.0m) olan ikimərtəbəli yaşayış evi, 1 ədəd 20.0 m 17.0 m ölçülü yarımtikili, 1 ədəd sahəsi 9.0 kv.m (3.0 m x 3.0 m) olan mişar daşından inşa edilmiş yarım tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədindən də məlumatsız olmalarını, bu barədə 2023-cü ildə məlumatlı olmalarını göstər mişlər.

20. Məhkəmə kollegiyası ilk iddiaçıların qeyd edilən sənədlərdən məlumatsız olmalarına dair izahatlarına tənqidi yanaşmış və bu qənaətini onunla əsaslandırmışdır ki, əvvəla onlar özləri qeydiyyatları olmadan həmin ünvanda yaşmalarını inkar etməmiş və ətraflarında olan digər evlərin məhkəmə qətnaməsi əsasında icra hərəkətlərinin aparılmasının istər-istəməz şahidi olmaya bilməzdilər. Təsadüfi deyildir ki, hazırkı iş üzrə ilk tələblərində iddiaçılar qeyd olunan ünvandan çıxarılmalarına etiraz etməmiş, lakin tərəflərindən çəkilmiş xərcin onlara ödənilməsi xahiş etmişlər.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların qeyd olunan ünvana dair hüquqlarının olması, yəni apellyasiya şikayətində qeyd edildiyi kimi "xxxx" ÇKM-nin əvvəlki direktoru və təsisçisi olmuş Cavabdeh2 razılığ ına əsasən köçmələrini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir, bunun əskinə isə onlara həmin ünvanda qeydiyyatsız yaşamaları barədə xəbərdarlıq elan edilmişdir ki, bununla da iddiaçıların həmin ünvana vicdanlı sahib olmadıqları müəyyən edilir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddiaçılar mübahisəli tikilidə yaşamalarının əsaslarını qanuni hesab etdikləri halda özlərinin də qeyd etdiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədindən 2023-cü ildə məlumatları olan kimi ondan maraqlarına toxunan şəxs olaraq müvafiq qaydada şikayət vermək hüququndan istifadə edə bilərdilər. İddia ərizəsindən də göründüyü kimi, onlar bu qətnamədən apellyasiya şikayəti vermədiklərini etiraf etmişlər. Bü tün bu sadalananlar ilk iddiaçıların qeydiyyatsız yaşamaları barədə xəbərdarlıq elan edilmələrindən və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədindən tam məlumatlı olmalarını təsdiq edir.

23. Məhkəmə kollegiyası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)282/2007 saylı 23 noyabr 2007-ci il tarixli hökmünə istinadən qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərin baş verməsi nəticəsində iddiaçı tərəf hazırda yaşadıqları sahədə hüquqi əsas olmadan yaşamalarına dair tam məlumatlı olmuşlar, belə olan halda hüquqi əsas olmadan yaşamağa davam etdikləri sahədə müəyyən yaxşılaşma işləri görmələri özlərinin könüllü təşəbbüsü ilə olmuşdur. Belə olan halda, iddiaçılar qeyd olunan ünvana vicdanlı sahib olmadıqlarından əmlakı y axşılaşdırmaqdan ötrü çəkilən məsrəflərin əvəzinin ödənilməsi barədə tələbləri əsassız olmuşdur.

24. Apellyatorlar şikayətlərində mübahisələndirilən evin Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən hər hansı sənəd olmamasını göstərsələr də, iş materialları ilə müəyyən edilmişdir ki, həmin ev müəssisənin mülkiyyəti kimi 11 dekabr 2019-cu il tarixdən qeydiyyata alınmışdır.

25. Məhkəmə kollegiyası bununla yanaşı ilk iddiaçıların apellyasiya şikayətinin onlardan pul vəsaitinin tutulmasının əsassız olmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, əvvəla cavabdehlərin istifadəsində olan tikilinin - kənd təsərrüfatı məhsullarının yetişdirilib satılması üçün ayrılaraq "xxxx" ÇKM-nin istifadəsinə verilməsi halının mövcudluğu, müəssisəyə vurulmuş maddi ziyanın iddiaçılar tərəfindən ödənilməməsi üçün əsas deyildir. Çünki, həmin sahə Cavabdeh1 ÇKM-nə məxsus olmuşdur və öz istədiyi kimi əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarından istifadə edə bilərdi. Lakin 17 il ərzində qarşılıqlı iddia üzrə cavabdehlərin həmin tikilidən istifadə faktının mövcud olmasına baxmayaraq birinci instansiya məhkəməsinin onların ən azı 2016-cı ilin yanvar ayından mübahisəli tikilidə qeydiyyatsız yaşamaqları barədə məlumatlı olduqlarının təsdiq edilməsinə istinad edərək həmin tarixdən etibarən aylıq 100 manat hesablamaqla (8il x 12 ay x100 manat = 9600 manat) borcun tutulmasının ədalətli olması barədə nəticəsi işin faktiki hallarına qismən uyğun gəlmir. Belə ki, məhkəmə kollegiyası tərəfindən tələb edilmiş və baxış dan keçirilmiş 3806/2015 saylı icra işinin materiallarından görünür ki, "xxxx" ÇKM-nin səlahiyyətli nümayəndəsi tərəfindən icra orqanına təqdim edilmiş 15 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, 25 iyun 2016-cı il tarixdə imzalanmış razılaşmaya əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5651/2014 saylı 1 oktyabr 2014-cü il tarixli icra vərəqəsi üzrə icraat tərəflərindən müvəqqəti dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə "xxxx" ÇKM-nin səlahiyyətli nümayəndəsi tərəfindən icra orqanına verilmiş digər məktuba əsasən 2(103)-5651/2014 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda qarşılıqlı iddia üzrə cavabdehlərdən 20 fevral 2020-ci il tarixdən qarşılıqlı iddia verilən 10 avqust 2023-cü i l tarixə kimi hesablanmaqla hər ay 100 manatın, yəni cəmi 4200 manatın (100 x 42 ay) tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun olar.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilən əsaslara görə hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 152.1, 157.2, 157.4 - 157.7, 384.0.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 1 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı1 və İddiaçı2 (vəkil Nümayəndə3) birgə qaydada kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 4200 manat maddi ziyanın tutulması hissəsində ləğv edilərək ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 Kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu b ütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

36. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

37. Maddə. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

38. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin maddi hüquqi əsasını Mülki Nəcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin normanın dispozisiya şərtlərindən göründüyü kimi, əmlaka zərər yetirmədən ona edilmiş yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda, onu yaxşılaşdırmaq üçün çəkdiyi mə srəflərin əvəzinin ödənilməsini o halda tələb edə bilər ki, həmin şəxsin əmlaka sahibliyi vicdanlılığa əsaslanmış olsun. Həmçinin tələb edilən məsrəflərin əvəzi, əmlakın dəyərindən artıq ola bilməz.

51. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını məhz bu dispozisiya şərtləri əsasında yoxlayaraq müəyyən etmişdir ki, iddiaçı tərəf hazırda yaşadıqları sahədə hüquqi əsas olmadan yaşamalarına dair tam məlumatlı olmuşlar, belə olan halda hüquqi əsas olmadan yaşamağa davam etdikləri sahədə müəyyən yaxşılaşma işləri görmələri özlərinin könüllü təşəbbüsü ilə olmuşdur. Belə olan halda, iddiaçılar qeyd olunan ünvana vicdanlı sahib olmadıqlarından əmlakı yaxşılaşdırmaqdan ötrü çəkilən məsrəflərin əvəzinin ödənilməsi barədə tələb irəli sürə bilməzlər.

52. İlkin iddia üzrə iddiaçıla rın əmlaka sahibliyi vicdanlılığa əsaslanmadığına və iddia tələbi təmin olunmadığına görə, qarşılıqlı iddianın təmin olunan hissəsində isə iddianın qiyməti beş min manatdan az olduğuna görə, qarşılıqlı iddianın təmin olunan hissəsi yozlanıla bilməz.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2106/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar