Məhkəmə qərarları › İş №2(102)-2943/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2943/2020

29.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2943/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin vəkili X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-12574/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə aç ıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Sığorta Hadisələri Departamentində mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Toğrul Axundov) İddiaçı apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12574/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) Azad İmanov, Vahid Sadıqov). İddiaçı (vəkili Vəkily Vaqif qızı) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İddiaçı 2013-cü ildən əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda işə başlamış, xx.xx.2017-ci il tarixdə tərəflər arasında əmək müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin yerinə yetirilməsi ilə bağlı tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçıya heç bir şəkildə əmək müqaviləsinə xitam verildiyi bildirilməmiş və əmək kitabçası təqdim edilməmişdir. Sənədlərdəki imzalar işə qəbul edilərkən işəgötürən tərəfindən onun boş sənədlərə imza etməsi ilə əlaqədardır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və Vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili X2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbini onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi, müqaviləyə xitam verilməsindən xəbəri olmaması, əmək kitabçasının ona təqdim edilməməsi ilə əsaslandırmşdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən cavabdehlə bağladığı xx.xx.2013-cü il tarixli, 616/13 saylı əmək müqaviləsinə əsasən iddiaçının xx.xx.2014-cü tarixinədək 600 manat əmək haqqı müəyyən edilməklə Sığorta Hadisələri Departamentində mütəxəssis vəzifəsinə təyin edilməsi, xx.xx.2016-cı il tarixdə həmin müqaviləyə edilmiş dəyişi kliyə əsasən iddiaçının Sığorta Hadisələri Departamentində Sığorta hadisələrinin tənzimlənməsi şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilməsi, dəyişikliyin xx.xx.2016-cı il tarixindən qüvvəyə minməsi, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubla əmək müqaviləsinin müddətinin xx.xx.2017-ci il tarixində bitdiyi üçün müqavilənin müddətinin uzadılmayacağı və Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə, həmçinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş verilməsi, həmin bildirişin iddiaçı tərəfindən şəxsən imzalanması, iddiaçı təşkilatın rəhbərinin 1794/17k saylı, xx.xx.2017-ci il tarixli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə iddiaçının xx.xx.2017 tarixdən tutduğu vəzifədən azad edilməsi, əmrin iddiaçı tərəfindən sənədin arxasında imza edilməklə onunla razılaşdırılması, tərəflər arasında 1 il müddətinə xx.xx.2017-ci il tarixli, 455/17 saylı xidmət, xx.xx.2017-ci il tarixində isə tapşırıq müqaviləsi bağlanması, bununla da tərəflər arasında əmək hüquq münasibətlərinə son qoyulması, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasını təsdiqləyən hər hansı sübutu təqdim etməməsini, eləcə də işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyində müəyyən edilmiş müddəti ötürməklə mübahisələndirməsini müəyyən edərək iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Əmək Məcə lləsinin 68, 73, 296-cı, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının müəyyən edilməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulmasının sübut edilməsindən asılıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmı ş əmək müqaviləsinin müddəti xx.xx.2017-ci ildə tarixdə bitmiş, bu müddət bitənədək, yəni xx.xx.2017-ci il tarixdə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı və Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə, həmçinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş verilmiş, həmin bildirişi iddiaçı şəxsən almışdır. Bundan sonra iddiaçı təşkilatın rəhbəri 1794/17k saylı, xx.xx.2017-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçını xx.xx.2017 tarixdən tutduğu vəzifədən azad etmişdir. Üstəlik, işdən azad edilən gün tərəflər arasında 1 il müddətinə xidmət, xx.xx.2017-ci il tarixində isə tapşırıq müqavi ləsi bağlanmaqla, bundan sonrakı münasibətlər əmək hüquq münasibətlərindən çıxıb, mülki hüquqi münasibətlərə keçmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarını müəyyən etməməklə yanaşı, iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsini də müəyyən etmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmir sə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2017-ci ildə tarixdə bitmiş, elə həmin tarixdə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normalarının dispozi tiv şərtləri də işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin başqa bir dəlilini – əmək kitabçasının ona təqdim edilməməsi – əsassız sayır. Çünki iddiaçı özü əmək kitabçasını tarixini dəqiq yadında saxlmadığı 2018-ci ildə götürdüyünü və bundan sonra “xxxx” MMCdə işə düzəldiyini bildirməklə bu dəlilini təkzib etmişdir. (i.v.112) Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12574/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar