Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2943/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə,X müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. zili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.02.2020-ci il tarixdə apardığı qeydiyyata əsasən, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur.
2. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.12.2019-cu il tarixli qərarı əsasında həmin binanın sökülməsi və sakinlərin köçürülməsi təmin edilmiş, bu işin icrası Bakı şəhəri İcra Hakimiyyətinin və həmin qurumun MKTD-nin əməkdaşları tərəfindən həyata keçirilmiş, cavabdehlərin hərkətləri nəticəsində sözügedən mənzilə dair 19.05.2020-ci il tarixli alqı-satqı müqaviləsini bağlamağa məcbur olmuşdur.
3. İddiaçı, həmin müqavilənin etibarsızlığı barədə və aşağıdakı digər tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət h üquqlarının pozulması hesab edilməsi, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti arasında Bakı şəhəri 13 saylı Notariat ofisində bağlanmış 19.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301.110 manat, mənəvi zərərə görə isə 50.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, zili tam mülkiyyət hüququ ilə Ərizəçiyə məxsusdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sonuncu dəfə 22.02.2020-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (qeydiyyat nömrəsi ********) ilə təsdiq olunub. Ərizəçinin mənzili yerləşən ev Prez ident Sarayı və Nazirlər alimentinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisindədir. 2000-ci ildə baş vermiş zəlzələdən Ərizəçinin mənzili olan ev zədəsiz və çatsız çıxıb. Bir 3 il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilib. Bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkiblər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimdə şübhə yaratmayıb. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Xv Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından 11 dekabr 2019-cu il tarixli, 764 s nömrəli sərəncam ı imzalayır. Həmin sərəncamın mətni ilə ərizəçi və başqa sakinlər heç vaxt tanış olmayıblar. Çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki, mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının sonlarından başlayaraq Ərizəçinin mənzili yerləşən yaşayış binasına başda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov (sonradan bilinib ki, o, “qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsini təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb edib, 3-cü cavabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 man at kompensasiya ödəniləcəyini bildiriblər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətindədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən ərizəçinin mənzillərini satmasını tələb ediblər! Sakinlər, 3cü cavabdehin belə səlahiyyəti olmaması, yaşadıqları binanın, hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün monolit qaya olması, çox dayanıqlı olmasını, təklif edilən cüzi kompensasiya müqabilində yaşayış yerlərini tərk etmək niyyətində olmadıqlarını bildiriblər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24.12.2019-cu il tarixli 409 №li “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli, 764 s nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Sərəncamına görə, ərizəçinin mənzili olan bina guya qəza vəz iyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması 2-ci cavabdehə həvalə edilib. Ərizəçi və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməyib. 1-ci Cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə ərizəçinin evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin tikilməyəcəyi ilə hədələyiblər. Ərizəçinin tələblərinə baxmayaraq, 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verilməyib, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə o qeyri-rəsmi yolla əldə edib. Cavabdehlərin ərizəçi və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyy əti COVİD-19 ilə bağlı karantin dövründə xüsusi vüsət alıb. 08 aprel 2020-ci il tarixində binaya sahə müvəkkili ilə birgə gəlmiş cavabdeh nümayəndələri bildiriblər ki, xaricdə olan sakinlərin mənzillərinin qapıları sındırılacaq və əşyaları başqa yerə aparılacaq. 09 aprel 2020-ci il tarixində ərizəçinin evinə bitişik binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanın sakinlərindən biri cavabdehlərlə razılığa gəlməmişdi. Aprelin 11-nə Ərizəçinin binası dağıdılma məqsədi ilə hasara alınıb. Aprelin 18-də 1-ci cavabdehin sakinlərə ünvanlanmış məktubundan məlum olub ki, onların cavabdehlərin hərəkətləri ilə bağlı verdikləri kollektiv şikayət 1-ci cavabdehə, ondan isə baxılması üçün 2-ci Cavabdehə göndərilib (!!!). Artıq aprel ayında Ərizəçinin binasına gələn su cavabdehlər tərəfindən zə dələnib. Həmin vaxtdan mütəmadi olaraq yaşayış binasında su xətti, elektrik enerjisi, qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanıb. «xxxx» MMC-nin 28 aprel 2020-cı il tarixli qiymətləndirmə hesabatına əsasən Ərizəçinin mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 15.4700 manat olub. Aprelin 28-də, 2-ci cavabdehin nümayəndələri yenidən binaya gələrək bu dəfə artıq kateqorik şəkildə Ərizəçinin 29 aprelə qədər mənzilini tərk etməsini tələb ediblər. Beləliklə, ərizəçinin mülkiyyətində olan mənzilin, onun yerləşdiyi binanın taleyi məmur özbaşınalığı səbəbindən real təhlükə altına alınıb. Cavabdehləri Ərizəçi və başqa sakinlərin hüquqlarının mövc udluğu əsla narahat etməyib, onlar məhkəmə qərarı olmadan binanı tədricən yaşamaq üçün yararsız vəziyyətə salıblar. 29 aprel 2020-ci il tarixində Ərizəçi, Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri görülməsinə dair ərizə verərək Bakı şəhəri, Səbail rayonu, Saraykin 57 saylı evdə və həmin evin torpaq sahəsində, eləcə də sahəyə bitişik ərazidə cavabdehlərə və başqa şəxslərə hər hansı söküntü işləri və ərizəçinin mülkiyyətindəki mənzilin yerləşdiyi evə xələl gətirə biləcək hər hansı işlərin aparılması qadağan edilməsini və s. xahiş edib. Lakin karantinlə bağlı olaraq məhkəmə bağlı olduğundan ərizəni orada qəbul etməyiblər. Aprel ayına binanın əksər sakinlərinin köçürülməsinə nail olan 2-ci cavabdehin işçiləri boşaldılmış mənzilləri, o cümlədən ərizəçinin 3-cü mərtəbədə yer ləşən mənzilindən aşağıda yerləşən mənzilləri söküblər. Bu ona gətirib çıxarıb ki, bina süni yolla qəza vəziyyətinə salınıb, və ərizəçinin mülkiyyət və sair hüquqlarının koronavirusla bağlı karantindən sonra hüquqlarının qorunması mümkünsüz olar. 02 may tarixində cavabdehlər ərizəçinin divar qonşusunun mənzilini dağıdıblar, Ərizəçinin qonşuları ilə ümumi balkonunun söküntüsünə başlayıblar. Mayın 10-da Ərizəçi, Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətə 1-ci cavabdehin məlum əməkdaşı Zülfəli İsmayılovdan cavab məktubu alır. Sonuncunun əvvəllər sakinlərə söylədiklərini təkrarlayan məktubun məzmunu Ərizəçinin mülkiyyət, mənzil və s. hüquqlarının real qorunması mümkünlüyünün nə dərəcədə illüzor olduğunu göstərir. Həmin vaxta binanın artıq damı dağıdılırdı. Mayın 14-də binaya gə lən qaz kəməri kəsilib, sakinlərə bildiriblər ki, 1-ci cavabdehin sərəncamına əsasən bunu edirlər. 19 may 2020-ci il tarixində Ərizəçi cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN - İ ******* №li daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilib. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmışdır və mülkiyyətçilər, yəni birgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. Ərizəçi hüquqi baxımından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (154.700 manat) 20%-ni (30.940) manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 15.470 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ərizəçiyə (154700+30940+15470) 201.110 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, ərizəçinin evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə, o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini ərizəçi 100.000 manat qiymətləndirir. Beləliklə, ərizəçiyə dəymiş maddi z iyana görə, ona 301.110 (üç yüz bir min bir yüz on) manat ödənilməlidir. Dövlət ehtiyacının olmadığı halda, iddiaçı öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlər öz hərəkətləri ilə ərizəçinin İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 3 və 8ci, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsini pozublar. Ərizəçi, ona dəymiş maddi zərərin miqdarını 301.110 (üç yüz bir min bir yüz on) manat, mənəvi zərəri isə 50.000 (əlli min) manata uyğun hesab edir.
6. Cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin və Bakı şəhə r İcra Hakimiyyətinin MKTB Departamentinin nümayəndələri birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyək, onun rədd edilməsini xahiş etmişlər.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 16 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 29 yanvar 2021-ci il tarixli, X nömr əli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X saylı, 16.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli (ünvan 1 ünvanında yerləşən 32 saylı) mənzilə dair ünvan 2 il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, habelə tərəflərin hər ikisinin iradə ifadəsinin olub-olmaması müəyyən edilmişdir. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olub-olmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən müqaviləni təsdiq etmişdir. Qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, mübahisəli mənzilə dair notariat ofisində həmin müqavilə bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Müqavilə qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan və onun əsassızlığını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən onun etibarsızlığına hər han sı bir əsas yoxdur. İddiaçının digər tələbləri isə iddianın əsassız sayılan müqavilənin etibarsızlığı” hissəsindən bilavasitə asılı olduğundan təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri ilə iddia ərizəsinin dəlilləri oxşar məzmundadır. Şikayətdə İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələrinə, ona dair 1 saylı Protokolun 1-ci maddəsinə, 4 saylı Protokolun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21, 152, 337, 339, 390, 1096-cı, Mənzil Məcəlləsinin 28-ci, “Torpaqların dövlət e htiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 66-cı maddələrinə və digər normativ hüquqi aktlara istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən h üquq. İnsan hüquqlarının və X1 haqqında Konvensiya:
16. Maddə
3. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
17. Maddə
8. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. 18. 1 saylı Protokol, Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç k əs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 19. 4 saylı Protokol, Maddə
2. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, ci nayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə 13, İİ və İİİ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyh inə istifadə edilə bilməz.
21. Maddə 29, İ, İV və Vİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
22. Maddə 46, İİİ hissə. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
23. Maddə 31, İİ hissə. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
25. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ol a bilər.
27. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
28. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
29. Maddə 389.1 və 389.2. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
30. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəli kdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
36. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. İddiaçı bildirir ki, mübahisə predmeti olan mənzilin alqı-satqısına dair müqavilə iradəsinin zədələnməsi nəticəsində bağlandığı üçün etibarsızdır, cavabdehlər tərəfindən ona qarşı mülki hüquq pozuntusu törədilmişdir, pis rəftara məruz qalmaqla onun mənzil və mülkiyyət hüquqları pozulmuşdur.
42. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərə yuxarıda adı çəkilən Konvensiya, Konstitusiya və Qanunlarda təsbit olunmuş hüquqlar, həmin hüquqların məhdudlaşdırılma əsasları və əqdin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində müvafiq hüquqi qiymət verilməlidir.
43. Məlum olduğu kimi iddiaçının istinad etdiyi hüquqlar İnsan hüquqlarının və X1 haqqında Konvensiyada və Azərbaycan Respubliaksının Konstitusiyasında təsbit olunmuşdur (§ 16-19, 20-23).
44. Bununla belə, mənzil və mülkiyyət hüquql arı mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onların məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normativ hüquqi aktlarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün hüquqa müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir.
45. İşdən görünür ki, notarial qaydada təsdiq edilmiş 19.05.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən satıcı İddiaçı, X ünavanında X ni 145.750 manat məbləğində pulun müqabilində alıcı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişdir.
46. Kollegiya bildir ir ki, etibarlı bir müqavilə qanunla tanınan hüquqi nəticə - mülki hüquq və vəzifələri əmələ gətirir (§ 24, 25, 29). Əşyanın mülkiyyətçisi tərəfindən satılması ona əvəzli şəkildə sərəncam verilməsini özündə ehtiva edir. Odur ki, tərəflərin bağladıqları ikitərəfli əqd əsasında mənzil alıcının mülkiyyətinə verdilmişdirsə, bu hal satıcının mənzil üzərindəki mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Bu baxımdan mübahisə predmeti olan əqdin etibarlı olub-olmamasına dair araşdırmanın nəticəsi hazırkı iş üzrə iddia tələblərinin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir.
47. İşə baxmış apellyasiya instansiyası məhkəməsi isə qətnaməsində Mülki Məcəllənin 339-cu maddəsində nəzərdə tutulan etibarsızlıq əsaslarından hər hansı birinin mövcud olmadığını ümumi şəkildə qey d etsə də, tələbin hüquqi əsasının konkret olaraq hansı maddi hüquq normasının təşkil etməsini göstərməmiş, işin faktiki halları baxımından gəldiyi nəticəni lazımi şəkildə əsaslandırmamışdır.
48. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi notariat ofisində təsdiq edilərkən mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olubolmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən əqdi təsdiqləmiş, bununla da notariat orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.
49. Kollegiya bildirir ki, müqavilənin etibarsızlığına dair iddiaçının istinad etdiyi hallar mənzilin yüklülüyü və ya notariusun yerinə yetirməli olduğu vəzifələrlə bağlı deyil, əqdin iradənin zədələnməsi nəticəsində bağlanması ilə əlaqədar olmuşdur.
50. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artı q başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
51. İddiaçının bildirdiyi faktiki hallar nəzərə alındıqda tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələri nəzərdən keçirilə bilər (§ 27-28).
52. Həmin normaların məzmunundan göründüyü kimi hər hansı əqdin ağır şərtli olması qənaətinə gəlinməsi üçün tərəflərin öhdəlikləri arasında ciddi bir tənasübsüzlük olmalı, bu tənasübsüzlük bir tərəfin zəifliyindən qaynaqlanmalı, müqavilənin bir tərəfinin digər tərəfi istismar etməsi faktı sübuta yetirilməli, bu zəifliyin istismarı qəsdlə əhatə olunmalı və mübahisəli əqd zəiflikdən qəsdən istismarın nəticəsində bağlanmış olmalıdır.
53. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibars ız sayılması üçün isə aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.
54. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.
55. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
56. O da nəzərə alınmalıdır ki, iddiaçı istinad etdiyi halları mümkün, mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Belə ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığ ını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (§ 31-36).
57. Buna baxmayaraq işə mahiyyəti üzrə b axmış məhkəmələr iddiaçının bildirdiyi faktiki halların qeyd edilən maddi hüquq normalarının zəruri dispozisiya şərtlərinə uyğun olub-olmamasını müzakirə etməmiş, faktiki hallara dair iddiaçının təqdim etdiyi sübutlara prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri (mümkünlük, mötəbərlilik, kifayətlilik və s.) baxımından qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar. Bu hallar isə iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına dəlalət edir (§ 34, 37).
58. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarı).
59. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.