Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2943/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apelllyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1556/2023 nöm rəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 nömrəli, 7 avqust 2017-ci il tarixli qətnaməsi ilə ümumilikdə 201871,21 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq “X3 Azərbaycan” QSC-yə (bundan sonra – Bank və ya iddiaçı) ödənilməsi, tutmanın kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən binada 112,1 kv.m qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 1 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan s atılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 nömrəli, 7 avqust 2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurunun sifarişi əsasında hərrac təşkilatı olan “X2” MMC tərəfindən keçirilən hərracda həmin əmlaklar satılmadığı üçün yekun olaraq tələbkar banka (girov saxlayana) təklif edilmiş və “X2” MMC-nin “hərracın nəticələri barədə” xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən ünvan 1 ünvanında yerləşən binada 112,1 kv.m qeyri- yaşayış sahəsi 249900 manat məbləğində qiymətləndirilərək "xxxx" QSC tərəfindən əldə edilmişdir. 3. “X2” MMC-nin “hərracın nəticələri barədə” xx.xx.2018-ci il tarixli 115/3 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən isə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 1 saylı evin 21 saylı mənzili 128000 manat məbləğində qiymətləndirilərək "xxxx" QSC tərəfindən əldə edilmişdir. 4. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən Bank tərəfindən “X2” MMC-nin bank hesabına hərracın keçirilməsi ilə bağlı xidmət haqqı olaraq 10588,98 manat pul vəsaiti köçürülmüş, “X2” MMC-yə ödənilmiş 10.588,98 manat pulun 18% ƏDV-si olan 1906,02 manat məbləğində pul vəsaiti Bank tərəfindən X1 ödənilmişdir.
5. İcr a məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 nömrəli, 7 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “X3 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək (birgə) qaydada icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, yəni 8000 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumu olmaqla, cəmi 8100 manat məbləğində pul vəsaitinin, eyni zamanda hərracın keçirilməsi üçün çəkilən xərclərə görə 12495 manat məbləğində və 127,48 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 saylı 7 avqust 2017ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilmiş və həmin əmlaklar hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən bank tərəfindən əldə edilmişdir. DƏDRX tərəfindən həmin daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi barədə çıxarışlar verilmişdir. Lakin cavabdehlər əsassız olaraq iddiaçıya məxsus olan daşınmaz əmlaklardan istifadə edərək daşınmaz əmlaklarda yaşamağa davam etmiş və daşınmaz əmlakın boşaldılmasından imtina etmişlər. Bununla bağlı iddiaçı "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakların boşaldılması "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edilməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşmaya əsasən boşal dılmış daşınmaz əmlaka görə 8000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bank tərəfindən xx.xx.2020-ci il tarixdə hərrac xərcləri ilə bağlı 10588,98 manat xidmət haqqı, 1906,02 manat, eyni zamanda 18% əlavə dəyər vergisi olmaqla, cəmi 12495 manat hərrac təşkilatı olan “X2” MMC-yə ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 762 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixdə bank köçürmə sənədi ilə qeyd edilən məbləğ təşkilatın bank hesabına ödənilmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında həmçinin bildirmişdir ki, ipoteka predmetinin hərracda satışı ilə bağlı ödənişlər cavabdehlər tərəfindən ödənilməli olduğu halda bu öhdəliklərini yerinə yetirmədikləri üçün bank məcburiyyət qarşısında qalaraq hərracın keçirilməsi üçün xərclərə görə 12495 manat məbləğin də vəsaiti “X2” MMC-yə ödəmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən 392000 manat müəyyən edilmiş, lakin ilkin hərracda satış mümkün olmadığından 249900 manata Banka təklif edilərək onun tərəfindən əldə edilmişdir. Bu vaxt satış qiymətinin 5%-ni təşkil edən 12495 manat hərrac xərci olaraq hərracı təşkil edən “X2” MMC-nin hesabına iddiaçı tərəfindən ödənilmişdir. Kredit borcu 201280 manat olduğundan qeyri-yaşayış sahəsinin satışından sonra qalıq qalan məbləğ cavabdehlərə geri qaytarılmış, lakin qətnamədə nəzərdə tutulmadığından hərrac xərcləri onlardan tutulmamışdır.
9. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmişlər ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, yəni 8000 manat məbləğind ə maddi zərərin ödənilməsi hissəsində iddia tələbinə etiraz edirlər. Belə ki, onlar icra sənədini könüllü şəkildə icra etmiş və ipoteka predmeti olan qeyriyaşayış sahəsinin boşaldılmasını özləri sərbəst şəkildə həyata keçirmişlər. Bundan başqa, icra orqanı tərəfindən icra hərəkətlərinə görə qanunla nəzərdə tutulmuş xərclər (7% ödəniş) cavabdehlərdən tutulmuşdur. Lakin hərrac xərclərinin ödənilməsi hissəsində iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxmışlar. Verilmiş suallar əsasında bildirmişlər ki, hərracın keçirilməsi ilə bağlı çəkilən xərclər onlardan tutulmamışdır.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ic ra məmurunun vəzifəsidir, buna görə iddiaçı tərəfindən hər hansı hüquqi xidmət göstərən şirkətlə müqavilə bağlaması, bununla bağlı xərclərin ödənilməsini cavabdehlərdən tələb etməsi qanuna zidd olmaqla təmin edilə bilməz. Eyni zamanda hərrac xərclərinin ödənilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, hər iki tələbə bir icraatda baxıla bilməz və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2683/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hərracın keçirilməsi üçün xərclərə görə 12495 manat və məhkəməyə ərizənin verilməs i üçün ödənilmiş 127,48 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12622,48 manat pulun tutularaq iddiaçıya ödənilməsi, mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə hissəvi xitam verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə iddia tələbinin məcburi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş 7% icra xərcləri borclular tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmişdir. İddiaçı isə həmin xərclərin deyil, icra zamanı "xxxx" MMC tərəfindən ona əlavə xidmət göstərilməsi ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tutulmasını tələb etmişdir. Halbuki, qanunvericiliyə əsasən bu tip çəkilən xərclərin cavabdehdən tələb edilməsi hüququ nəzərdə tutulmamışdır.
13. Od ur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi icra hərəkətlərinin həyata keçirilməsi üçün iddiaçıya əlavə xidmət göstərilməsi ilə bağlı çəkilən xərclərə görə 8000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir.
14. Məhkəmə iddia tələbinin hərracın həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 4-cü maddəsinə əsasən (ipoteka ilə təmin edilən tələbin həcmi) əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir:... 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
15. Həmin Qanunun 46.2-ci maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir.
16. Həmin Qanunun 47.2-ci maddəsinə ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zər ərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə.
17. Beləliklə yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, məhkəmənin icra sənədi üzrə ipoteka predmetinə tutma yönəldikdə tutmanın yönəldilməsi ilə əlaqədar çəkilən xərclər ipoteka saxlayanın tələbinə əsasən ipoteka qoyan tərəfindən ödənilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, qanunla nəzə rdə tutulmuş 7% icra xərcləri borclular tərəfindən icra şöbəsinin depozit hesabına ödənilməsinə baxmayaraq, onlar tərəfindən hərracın keçirilməsi ilə bağlı xərclər nə tələbkar banka, nə də ki, icranı həyata keçirən icra şöbəsinin depozit hesabına ödənilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatlarında etiraf etmişlər ki, hərracın keçirilməsi ilə bağlı çəkilən xərclər onlardan tutulmamışdır.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, mülki iş üzrə icraat Cavabdeh3 münasibətdə hissəvi xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Cavabdeh3 isə həmin tarixdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda isə hüquq varisliyinə yol verilmir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 78, 79, 81-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 25, 41, 46, 47-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apelllyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh1 apelllyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apelllyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Əhəd oğlu və Cavabdeh2 izahatlarında bildirmişlər ki, icra sənədləri tərəflərindən könü llü şəkildə icra edilmiş və ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılmasını özləri sərbəst şəkildə həyata keçirmişlər. Bundan başqa icra hərəkətlərinə görə nəzərdə tutulan 7% ödəniş cavabdehlərdən tutulmuşdur. Bundan başqa hərracda qətnamə ilə nəzərdə tutulan borc və digər xərclər çıxılmaqla qalan məbləğ onlara qaytarılmışdır. Əgər borc tam şəkildə ödənilməsəydi, icra işinə xitam verilməklə icra sənədləri məhkəməyə göndərilə bilməzdi. Məhkəmə iddiaçının yalnız məhkəməyə təqdim etdiyi iddia tələbi üzrə qətnamə çıxarmış və bu məbləğin yaranmasına dair heç bir arayış istəməmiş, eləcə də icra sənədləri tələb edilmədən ədalətsiz qətnamə qəbul etməklə məhkəmədə müdafiə imkanlarını məhdudlaşdırmışdır.
23. Bakı Apelllyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1556/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin məhkəməyə verilməsindən qabaq, yəni xx.xx.2020ci il tarixdə vəfat etdiyi, belə olan halda isə hüquq varisliyinə yol verilmədiyini əsas götürərək iş üzrə icraata hissəvi xitam versə də, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri pozularaq iş üzrə icraata xitam verilməsi barədə ayrıca qərardad qəbul etməmiş, yalnız məhkəmə qətnaməsində bu hala istinad edərək prosessual pozuntuya yol vermişdir.
25. B akı Apelllyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelllyasiya instansiyası məhkəməsi) 2(103)-1556/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) Cavabdeh1 tərəfindən verilmiş apelllyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.
26. Apelllyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi - hərracın həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması hissəsində əsassız olmuşdur. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tu tmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Qanunla müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqla rının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
28. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır.
29. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir.
30. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməs i ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur.
31. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir.
32. Başqa sözlə, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir və iddiaçı bank həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq onlardan tutula bilməz.
33. Məhkəmə ö z mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 79.1, 79.2.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apelllyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Qanunun 79.2.1.-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi xərclərinə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aidd ir. Apelllyasiya məhkəməsi, qanunun bu normasına, həmçinin “İpoteka haqqında” Qanunun 4.1.4-cü maddəsinə istinad edərək, hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlərin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq onlardan tutula bilməz. Lakin apelllyasiya məhkəməsi belə əsaslandırma verməklə “İcra haqqında” Qanunun 80.1-ci maddəsinin müddəalarını nəzərə almamışdır. Halbuki, həmin normaya əsasən icra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər. Sübut etməyə ehtiyac yoxdur ki, 80.1-ci maddədə göstərilən avans məbləği həm də hərracın keçirilmə xərclərini ehtiva edir, belə ki, hərracın keçirilməsi icra hərəkətlərinin bir hissəsidir. Göründüyü kimi, qanun icra icraatında tələbkarın özü tərəfindən icra hərəkətlərinin həyata keçirilməsini avans ödəməklə maliyyələşdirməsi imkanını nəzərdə tutmuş və bu baxımdan apelllyasiya məhkəməsinin “iddiaçı bank həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır” kimi əsaslandırma verməsi qanunun tələbləri ilə ziddiyyət təşkil etmişdir. Digər tərəfdən, həmin Qanunun 80.3-cü maddəsində birmənalı təsbit edilmişdir ki, icra hərəkətləri başa çatdıqda, avans bütövlükdə tələbkara qaytarılır. İddiaçı Bank tərəfindən tələbkar kimi icra hərəkətlərinin həyata keçirilməsi üçün sonradan ona qaytarılmalı olan məbləğin ödənilməsi qanunda nəzərdə tutulmuşdur və yuxarıda istinad edilən qanun normaları ilə həmin xərclərin ödənilməsi hazırkı iş üzrə cavabdehlərin üzərinə düşdüyü üçün apelllyasiya məhkəməsinin “hazırkı iş üzrə c avabdehlərin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq onlardan tutula bilməz.” kimi mövqeyi maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq etmişdir. 36. “İcra haqqında” Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Qanunverici ipoteka predmetinin satılmasından əldə olunan vəsaitin ilk növbədə tələbkarın tələblərinin ödənilməsinə yönəldilməsini təsbit etmişdir. Qanunvericinin bu iradəsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” 27 dekabr 2002-ci il tarixli Qərarındakı hüquqi mövqelərində də bir daha təsbit olunmuşdur ki, Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazlıq pozulmuş olur. Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cı maddəsinin pozulması kimi qiymətləndirilməlidir.” Konstitusiya Məhkəməsinin həmin qərarı ilə Mülki Məcəllənin qeyd edilən maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmad ığından qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, “İcra haqqında” və “İpoteka haqında” Qanunun aşağıda istinad ediləcək müddəalarından da görünür ki, ipoteka predmetinin satılmasından əldə edilən gəlirin ilk növbədə tələbkara (ipoteka saxlayana) ödənilməsi, ipoteka predmetinin satılması və s. ilə bağlı xərclərin, həmçinin icra ödənişinin isə ipoteka qoyandan (icra işi üzrə borcludan) tutulması birmənalı təsbit edilmişdir. Başqa sözlə desək, qanunverici sadalanan xərclərin ödənilməsi yükünü ipoteka predmetinin əvvəlki mülkiyyətçisinin (ipoteka qoyanın) üzərinə qoymuşdur. İpoteka predmetinin satılmasından əldə olunan vəsaitin tələbkarın tələblərini tam ödəmədiyi halda isə ipoteka qoyanın bu vəzifədən azad edilməsini təsbit edən norma olmamışdır. Belə olan halda, məhkəmənin konkret qanu n normasına istinad etmədən ipoteka qoyanı qeyd edilən xərclərin ödənilməsi vəzifəsindən “azad etməsi” və əksinə, ipoteka saxlayanı isə bu vəzifə ilə mükəlləfiyyətli etməsi qanunvericinin konkret iradəsinə açıq-aşkar zidd mövqe olmuşdur.
37. Apelllyasiya məhkəməsinin “iddiaçı bank həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır” mövqeyi “İcra haqqında” qanunun 80.1-ci maddəsinin müddəalarına zidd olmuşdur.
38. Kassator şikayətini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 47, 74.1, 79.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəll əsi
40. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyə tçinin üzərinə qoyulur. “İcra haqqında” Qanun
41. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.
42. Maddə 79.2.1. Borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. “İpoteka haqqında” Qanun
43. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə.
44. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən son ra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelllyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apelllyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apelllyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelllyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apelllyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelllyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi üzrə yaranmışdır. Bu münasibətlər “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsi ilə tənzimlənir. Apellyasiya instansiyası məhkəməsi də işin hallarına bu norma əsasında qiymət vermişdir.
56. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predm etini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
57. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi qətnamənin əsaslandırıcı hissəsində əksini tapmışdır. Buna görə də apelllyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
58. Bununla belə, kassatorun “İcra haqqında” Qanunun 80.1-ci maddəsinə istinadla irəli sürdüyü dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ed ir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Belə ki, həmin normaya görə icra hərəkətlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tələbkar icra qurumunun depozit hesabına avans köçürə bilər.
59. Bu normanın məzmunundan göründüyü kimi, avans məbləği icra hərəkətlərinin həyata keçirilməsinədək ödənilir. Baxılan işdən görünür ki, hərrac xx.xx.2018-ci il tarixdə hərracın nəticələrinə dair protokol tərtib olunmaqla başa çatmışdır. Lakin iddiaçı hərracla bağlı ödənişi bundan iki ilə yaxın müddət keçdikdən sonra – xx.xx.2020-ci ildə köçürmüşdür.
60. Bundan başqa, avans hərrac təşkilatının hesabına deyil, icra qurumunun depozit hesabına ödənilir.
61. Avans icra hərəkətlərinin həyata keçirilməsinə sərf olunan xərclərə aiddir və icra sənədi müxtəlif əsaslar üzrə qaytarıldıqdan sonra avans ın tələbkara qaytarılması məsələsi icra məmuru tərəfindən həll olunaraq, avans ödəməsinin tələbkara qaytarılması barədə qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 23.5, 80.3-cü maddələri).
62. Göründüyü kimi iddiaçı tərəfindən hərrac təşkilatına ödənilən məbləğin avans kimi qiymətləndirilməsi üçün qanuni əsas yoxdur.
63. Kassatorun “İcra haqqında” Qanunun 74.1-ci maddəsinə istinadla irəli sürdüyü dəlillərin də işin nəticəsinə təsiri yoxdur. Belə ki, həmin normada icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələ bkarların) tələblərinin təmin olunması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur.
64. Baxılan işdə icra məmuru tərəfindən ipoteka predmetinin satılmasından əldə olunan gəlirlər bölüşdürülmüş, ilk növbədə tələbkara olan borc bağlanmış, artıq ödənilmiş məbləğlər tələbkara qaytarılmışdır (bax: 2-ci cild səh. 29).
65. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə sözügedən icra sənədi üzrə icraata xitam verilmişdir. 66. “İcra haqqında” Qanunun 79.1, 79.2.1-ci maddələri və “İpoteka haqqında” Qanunun 4.1.4 və 47.2-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, ipoteka predmeti olan əmlakların satılması üçün keçirilən hərrac xərclərinin tutulması icra məmuru tərəfindən həyata keçirilən tədbirdir. İddiaçı tələbkar olaraq hərrac başa çatdıqdan sonra həmin xərcləri hərrac təşk ilatına ödəmək vəzifəsi daşımamışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehlərin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq onlardan tutula bilməz.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
68. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının a raşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelllyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1556/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir