Məhkəmə qərarları › İş №2(102)-2945/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2945/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2945/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı 1nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-415/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı 1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi: İşin halları İddiaçı 1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan uşağı xx.xx.2011-ci ildə anadan olmuş X3 ilə birlikdə 2012-ci ildə FHN tərəfindən yenidən inşa edilən, yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən onun və uşaqlarının nəzərə alındığı, xx.xx.2019-cu ilədək fasiləsiz yaşadığı Sabirabad rayonu, Qasımbəyli KİN Muradbəyli kəndində yerləşən, sahəsi 100 kv.m olan 3 otaqlı evə köçürülmələri və həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı 1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ilin payız aylarında Cavabdeh1 ilə faktiki olaraq, xx.xx.2010-cu il tarixdə isə rəsmi olaraq nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2007-ci ildə X7 və xx.xx.2011-ci ildə X3 anadan olmuşlar. Digər Cavabdeh2 onun qaynanası, yəni, Cavabdeh1 anasıdır. O, 2006-cı ildə cavabdehlərin yaşadığı evə gəlin gəlmişdir. Uşaqlar bu evdə anadan olmuşlar. 2010-cu ildə təbii fəlakət, Kür daşqını ilə əlaqədar Muradbəyli kəndində yaşadıqları ev su altında qalmışdır. Bundan sonra Qasımbəyli KlN-nin FHN-nə verdiyi ailə tərkibi arayışı əsasında onlara 3 otaqlı ev tikilmişdir. Qasımbəyli KİN-nin verdiyi xx.xx.2020-ci il tarixli, 311 saylı arayışa əsasən FHN tərəfindən onlara tikilən ev 100 kv.m sahəsi olmaqla 3 otaqlı olmuşdur. Qasımbəyli KİN tərəfindən evin tikintisində otaqların sayını müəyyən et mək üçün Cavabdeh2, Cavabdeh1, onun və 2 nəfər uşaqlarının adı siyahıya salınaraq FHN-nə təqdim edilmişdir. Bu səbəbdən ev 3 otaqlı tikilmişdir. Yəni FHN tərəfindən tikilən evdə onun və uşaqlarının da payı vardır. Cavabdeh1 12 avqust 2019-cu ildə onu evdən qovmuşdur. Hazırda xx.xx.2011-ci ildə anadan olmuş qızı X3 ilə birlikdə anası Güldəstənin yanında yaşamağa məcbur olmuşlar. Cavabdeh1 həm də nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2007-ci ildə anadan olmuş X6 hazırda həmin evdə yaşayır. Hazırda yaşamağa yeri yoxdur. Ev FHN-nin müvafiq idarəsi tərəfindən tikildiyindən hələlik mülkiyyət sənədləri yoxdur. Evin qanunla müəyyən edilən mülkiyyətçisi olmadığından o, Cavabdeh1lə 2006-cı ildən birlikdə yaşadıqlarından xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinin tələbləri əsasında məsələ həll edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, FHN tərəfındən ev tikilərkən otaqların və yaşayış sahəsinin ölçüsü müəyyən olunarkən o və 2 nəfər uşaqları da ailə üzvləri kimi nəzərə alınmışdır. Əgər evin mülkiyyət sənədi olarsa, onların payları olmalıdır. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 sentyabr 2020-ci il tarixli 2(056)-1128/2020 nömrəli qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşaqları ilə birlikdə Sabirabad rayonunun Muradbəyli kəndində yerləşən 2006-cı ildən xx.xx.2019-cu il tarixə qədər yaşadığı və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarış əsasında cavabdeh Əliyeva Cavabdeh2 adına olan fərdi yaşayış evinə köçürülməsi, İddiaçı həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından, göstərilən mübahisə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun həll edilməli, iddiaçının mübahisəli evə köçürülmə hüququ təmin olunmalıdır. İddiaçının köçürülmə hüququ təmin olunduğundan iddia tələbi onun yetkinlik yaşına çatamyan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsində də təmin edilməlidir. İddia tələbinin istifadə hüququnun tanınması tələbinə gəldikdə isə qeyd edilməlidir ki, mübahisə zamanı qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə icarədar və onunla yaşaysan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə olan halda iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Zəki Babayev) 2(106)-903/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(056)-1128/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinni təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2006-cı ilin payız aylarında Cavabdeh1 ilə faktiki, xx.xx.2010cu il tarixdə isə rəsmi nikaha daxil olmuş və Sa birabad rayonunun Muradbəyli kəndində Cavabdeh2 yaşayış evinə gəlin köçmüşdür. 2010-cu ildə təbii fəlakət, Kür daşqını ilə əlaqədar Muradbəyli kəndində yaşadıqları ev su altında qalmışdır. Bundan sonra Qasımbəyli KİN-nin FHNnə verdiyi ailə tərkibi barədə arayışı əsasında onlara 3 otaqlı ev tikilmişdir. Cavabdeh1 12 avqust 2019-cu ildə onu evdən qovmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışın surətindən görünür ki, Sabirabad rayonunun Muradbəyli kəndində ümumi sahəsi 80,90 kv. metr olan fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyəti hüququ ilə daşınmaz əmlakın Dövlət reyestirində xx.xx.2020-ciil tarixdə qeydiyyatı alınmışdır. Bundan əlavə, həmin evin yerləşdiyi 0,118437 ha torpaq sahəsi Cavabdeh2 Nəsurlla qızı, X4, X5, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə **********8110301 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarındakı mövqeyi nəzərə alınmadan birinci instansiya məhkəməsi işi tam, hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutları işin halları üzrə düzgün qiymətləndirməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidə n baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İspəndiyar Şəfiyev) 2(102)-5137/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-903/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini Mənzil Məcəllənin 30.4-cü maddəsi ilə əsasland ırmışdır. Lakin işin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı 2006-cı ildə mübahisəli evə həyat yoldaşı ilə faktiki nikah münasibətlərinə daxil olmaqla köçmüş, həmin ünvanda yaşadığı müddətdə iki övladı anadan olmuşdur. 2010-cü ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçının göstərdiklərinə görə 2010-cü ildə Kür çayında baş vermiş daşqın səbəbindən cavabdehlərin əvvəldən yaşamış olduqları, onun köçərək yaşadığı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən ev yararsız vəziyyətə düşmüş və bunun əvəzinə o, həyat yoldaşı və uşaqları nəzərə alınmaqla Fövqaladə Hallar Nazirliyi tərəfindən mübahisəli ev tikilmişdir. İddia tələbi irəli sürülərkən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfin mövqeyinə görə mübahisəli ev xx.xx.2020-ci il də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alınmış, iddiaçı mülkiyyətçinin ailə üzvü hesab edilmir və o, mübahisəli evə köçərkən mülkiyyətçi ilə istifadə hüququnun əldə edilməsinə əsas olan müqavilə bağlanmamışdır. Göründüyü kimi iddiaçının dəlilləri mübahisəli evə köçərkən onun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmaması, bu səbəbdən istifadə hüququnu müəyyən edən müqavilənin bağlanmasının istisna olunması, faktiki olaraq köçmüş olduğu evin mövcud olmaması, onun ailəsinin hüquqları nəzərə alınmaqla baş vermiş təbii fəlakətdən sonra yeni evin tikilməsi və yeni tikilmiş evə istifadə hüququnun mövcud olması ilə bağlı olmuşdur. Bu dəlillərinin təsdiq edən sübut kimi isə müvafiq icra nümayəndəliyi tərəfindən veril miş arayışa istinad edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd olunması nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə bağlı heç bir araşdırma aparmamış, ümumiyyətlə gəldiyi nəticəsini əsaslandırmamışdır. Müvafiq olaraq Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmiş, həmin normalarda olan göstərişlərin və qərarlarda ifadə olunmuş mövqelərin baxılan işlə hansı hüquqi bağlılığın olmasını aydınlaşdırmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər mübahisələndirmirlər ki, iddiaçı cavabdehlərin yaşamış olduğu evə 2006-cı ildə köçmüş və həmin vaxt mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halda apellyasiy a instansiyası məhkəməsi nəzərə almalı idi ki, tərəflər arasında münasibətlər yaranarkən yeni Mənzil Məcəlləsi qüvvəyə minməmiş, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi və Mülki Məcəllə qüvvədə olmuşdur. 2009-cu ilin 01 oktyabrdan sonra qüvvəyə minmiş Mənzilə Məcəlləsinin hazırkı münasibətlərə tətbiq edilməsinin mümkünlüyü aydın şəkildə müzakirə edilməli idi. Müvafiq olaraq Mənzil Məclləsinin 30.4-cü maddəsinin tətbiqi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma vaxtına münasibətdə mümkün hesab edilmişdirsə, iddiaçının bundan əvvəl mübahisəli evdə (ilkin və bərpa olunmuş) yaşaması və bu zaman isə hər hansı əsasla hüquq əldə edib etməməsinə qiymət verilməli idi. Bu baxımda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında münasibətlərin yaranma zamanı, əvvəlki e vin təbii fəlakət zamanı yararsız hala düşdükdən sonra orada tikilən evə münasibətdə digər istifadəçilərlə birlikdə iddiaçının və onun birgə nikahdan anadan olmuş uşaqlarının istifadə hüquqlarının yaranıb yaranmaması, yaranmışdırsa (yaranmamışdırsa) bu halların hansı sübutlar əsasında müəyyən olunması aydınlaşdırılmamış qalmışdır. Digər tərəfdən baxılan işin halları ilə məyyən olunduğu kimi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra (iddia ərizəsi verilib xx.xx.2020-ci ildə, ev qeydə alınıb xx.xx.2020-ci ildə) qeydə alınmışdır. Həmin qeydə alınma həyata keçirilərkən mövcud mülkiyyətçinin adına qeydiyyatın hansı hüquqmüəyyənedici sənədlər əsasında aparılmasının aydınlaşdırılması da işin halları və iddiaçının dəlilləri (mü əyyən olunarsa həmin hüquqmüəyyənedici sənədlərdə iddiaçının, övladlarının və həyat yoldaşının haqqında qeydin olunub-olunmaması) baxımından əhəmiyyətli olsa da belə araşdırma aparılmamışdır. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zaur Allahyarov - sədrlik edən və məruzəçi, Orxan İsmayılov, Müşfiq Həsənov) 2(106)-415/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(056)-1128/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, hazırki tələbə dair mübahisələr həll edilərkən bir sıra halda keçmiş gəlin qayınatanın (və ya qaynananın) ailə üzvi hesab edilir, digər halda isə ailə üzvi hesab edilmir. Hər bir halda Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilərək mübahisələrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müvafiq normaları tətbiq edilməlidir. Mübahisəli mənzil Cavabdeh2 mülkiyyət hüququ ilə adına qeydə alınan zaman iddiaçı onun ailə üzvü olmamış, həmçinin iddiaçı Cavabdeh2 münasibətdə "digər qohumlar'' kimi aid edilən şəxslər kateqoriyasına da daxil olmamışdır. Köçürülməsi arzu edilən mənzil üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdən yarandığından, birinci instansiya məhkəməsi mübahisəli mənzilin Cavabdeh2 adına dövlət qeydiyyatına məhz xx.xx.2020 -ci il tarixdə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Halbuki yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir kı, 2009-cu ilin oktyabr ayının 1-dən sonra qayınana ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki. Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqayisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırkı mübahisəyə uyğun olaraq qaynananın) ailə üzvü (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-cı maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt - vətəndaş kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 30.7-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228,1 və 228.2-ci və Azə rbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanma dığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Qeyd edilən Plenum qərarının şərh hissəsinin mənasından Plenum ailə üzvü olmayan şəxslərin mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun razılaşma əsasında mülki qanunvericilik əsasında davam edə biləcəyini qəbul edir (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Hazırki mübahisədən də müəyyən edilir ki, cavabdeh hələ mülkiyyətçi olmadığı vaxtda şəxsi razılığı əsasında iddiaçını (gəlinini) istifadə etdiyi mənzilə köçürmüşdür. Cavabdeh mənzilin mülkiyyətçisinə çevrildikdən sonra iddiaçı ilə mənzildən ist ifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Belə olan halda, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəalarının tətbiqi zərurəti yaranır. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələri hazırkı mübahisəyə tətbiq edilərsə, müəyyən edilir ki, mübahisəli hüquq münasibətləri yaranan zaman İddiaçı Cavabdeh2 ilə notarial qaydada müqavilə imzalaya bilməzdi, ona görə ki, Cavabdeh2 özünün mülkiyyət hüququ qeydə alınmamışdır, lakin Cavabdeh2 mənzilin mülkiyyətçisinə çevrildikdən sonra İddiaçı onunla notarial qaydada mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə müqavilə bağlamalı idi. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bu müqavilə mövcud deyildir. Mənzildən istifadə hüququ ilə bağlı tərəflər arasında digər müqavi lələr də əvəzsiz istifadə, kirayə və.s) mövcud ola bilərdi ki, hazırki mübahisədə buna da rast gəlinmir. Belə olan təqdirdə İddiaçı ilə cavabdehin oğlu arasında nikahın ləğv edilib-edilməməsindən asılı olmayaraq cavabdehin onu mənzildən çıxarmaq hüququna malikdir. Ona görə ki. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-cı və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “ bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz". Məhkəmə kollegiyasının yekun hüquqi mövqeyi ondan ibarətdir ki, 2009-cu ilin oktyabrin 1dən sonra yaranan hazırki mübahisədə (ümumiyyətlə 2009-cu ilin oktyabrın 1-dən sonra gəlinlə mülkiyyətçi qayınata; gəlinlə mülkiyyətçı-qayınana arasında yaranan mübahisətlərdə) İddiaçı Cavabdeh2 ailə üzvi hesab edilmədiyi üçün onunla mülkiyyətçi Cavabdeh2 oğlu Zöhrab arasındakı nikah münasibətlərinə xitam verilib-verilməməsindən asılı olmayaraq mülkiyyətçinin istənilən an İddiaçı mənzildən çıxarmaq hüququ vardır. Bu şərtlə ki, tərəflər arasında Mənzil Məcəlləsinin 30.7ci maddəsinə əsasən digər razılaşma mövcud olmasın. İddiaçı mübahisəli evdən istifadə etməsi üçün əsaslar onun iradə ifadəsi ilə köçərək başqa ünvanda yaşadı ğı andan aradan qalxmasını, həmçinin mübahisəli evin mülkiyyətçisindən onun ailə qanunvericiliyi əsasında özünün saxlanmasını tələb etmək hüququnun olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığından tələbi təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı 1 (vəkili Vəkil Rəşid oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsi MK-sı xx.xx.2022-ci il t arixli, 2(106)-415/2022 saylı qətnaməsi ilə iddianı rədd edib Sabirabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1128/2020 saylı qətnaməsini ləğv edərkən Mülki Məcəllənin 228.1 və 228.2-ci, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə istinad etmişdir. Apelyasiya məhkəməsinin bu mövqeyi əsaslı deyildir. Belə ki, Cavabdeh1, (həmin vaxt rəsmi nikahla əri) 12 avqust 2019-cu ildə onu evdən qovmuşdur. Cavabdeh onu evdən qovan zaman, yəni 2019-cu ilin avqust ayında evin heç bir mülkiyyət sənədi olmayıb, yəni rəsmi mülkiyyətçisi olmayıb. O, evə köçürmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırandan sonra və bu iddia Sabirabad rayon məhkəməsinin artıq icraatında olarkən, o, evdən çıxarılandan sonra, yəni, 24.08. 2020-ci ild ə evə dair mülkiyyət hüquqlarını təsbit edən Çıxarış alınmışdır. Belə olan halda Şirvan Apelyasiya Məhkəməsi MK-sı tərəfindən Mülki Məcəllənin 228.1 və 288.2-ci maddəsinə, Mənzil Məcəlləsinin 30-cü maddəsinin normalarına istinad etməsi doğru deyildir. Apelyasiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlara MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranma zamanı müəyyən olunmuş münasibətlərə aid həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli idi. O, köçmək istədiyi evdə 2006-cı ildən 12 avqust 2019-cu ilə qədər yaşamışdır. Yaşadğı yerdən 12 avqust 2019-cu ildə məhrum edilmişdir. Yaşdığı yerdən məhrum edilməsi iradəsi əleyhinə, zorla həyata keçirilmişdir. b) Kasasiya şika yətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh1 və X2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində apelyasiya kollegiyasının mövqeyini təkrarlayaraq kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-cı maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cıı maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228,1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, “Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi il ə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasın da davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mül kiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəm ə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində onun istifadə hüququnun tanınması ilə bağlı apelyasiya kollegiyasının düzgün qənaətə gəlməməsinə, onun da evdən istifadə hüququnun mövcud olmasına, evə köçdüyü zaman mənzilə dair hüquqmüəyyənedici sənədlərin olmadığına, onun evdən zorla çıxarılmasına istinad etsə də, kasasiya yoxla ması nəticəsində aşkar olunan hal ondan ibarətdir ki, iddiaçı cavabdehin hazırda mülkiyyətində olan evə gəlin köçdüyü zaman həmin evin həqiqətən də hər hansı hüquqmüəyyənedici sənədi mövcud olmamış, lakin o, yaşayış evini tərk etdikdən, cavabdeh tərəflə ailə münasibətləri kəsildikdən sonra yaşayış evi xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Belə olan halda isə iddiaçının həmin yaşayış evinə köçürülməsi və istifadə hüququnun tanınmasının mümkün olması üçün yuxarıda göstərilən qanunvericilik normalarının və Plenum qərarlarının tələblərinə əsasən mülkiyyətçi ilə aralarında razılaşma olması zəruri idi ki, belə bir razılığın mövcud olması isə iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinni normalarının tələbləri əsasında yaşayış evinə hüququnun mövcud olduğuna istinad etsə də, tərəflər arasında mübahisəli yaşayış sahəsinə münasibətdə hüquq münasibətlərinin yaranma anı apelyasiya kollegiyası tərəfindən evin dövlət qeydiyyatına alınmasının zamanı da nəzərə alınmaqla maddi hüquq normalarının tələblərinə əməl edilməklə düzgün müəyyən edilmişdir. Belə olan halda kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı 1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-415/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar