Məhkəmə qərarları › İş №2(102)-2945/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2945/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2945/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan) 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-458/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh 21 aprel 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 75.1.1,75.1.2 və CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarı tərəflər mübahisələndirməmiş və qərar qanuni qüvvəsini almışdır. Qeyd olunan qərarın məzmunundan aydın olur ki, cavabdeh iddiaçının tələb etdiyi vəsaiti dələduzluq yolu ilə ələ keçirmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh törətdiyi dələduzluq cinayəti nəticəsində ona vurmuş olduğu 90.000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi ziyanın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacanağıdır. Özü xaricdə olduğu zaman bacanağı Nazim ona kənddə 50.000 manata bir fermanın satıldığını demişdir. Ona gəlib ferma satan şəxslə özü danışacağını demiş, lakin Nazim satan adamın onu gördüyü halda baha deyəcəyini bildirmişdir. Ona görə də Nazimin dedikləri ilə razılaşmışdır. 2014-cü ild ə Nazimə əvvəlcə Bakı şəhərində 35.000 manat, 2 gün sonra qardaşı X10 iş yerindən 15.000 manat vermişdir. Fermanı qohumu X7 adına sənədləşdirmişlər. 2021-ci ilin sonunda ona məlum olmuşdur ki, Nazim fermanın alınması üçün 27.000 manat pul vermiş, 23.000 manatı mənimsəmişdir. 2015-ci ildə Nazim ona fermadan bir qədər aralıda Şükür adlı şəxsin 5 hektar torpağı 20.000 manata satdığını demişdir. Gedib torpağa özü baxmış, daha sonra qardaşı Faiq 20.000 manat pulu aparıb Nazimə vermişdir. Sənədləşmə olmamış, bir-iki gün sonra torpaq sahəsinin yararsız olduğunu eşitmiş və torpağı almaqdan imtina edərək Nazimə verdiyi pulunu geri istəmişdir. Bu məqsədlə Şükürlə görüşmüş və pulunu istəmişdir. Lakin Şükür pulu ondan almadığını, hazırda pulu olmadığını, torpağı satdıqdan sonra verəcəyini demişdir. 20 15-ci ildə Nazim fermanın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ondan 19.000 manat pul almışdır. Daha doğrusu onun dediyi ilə Nazim gedib evdə arvadından həmin 19.000 manatı götürmüşdür. Daha sonra həmin il Nazim ondan fermaya kollektorun üzərindən keçid yolun düzəldilməsi üçün 5000 manat pul istəmiş, həmin pulu ona oğlu Nihad vermişdir. Fermaya kollektorun üzərindən keçid yolun düzəldilməsi üçün 5000 manat puldan 4500 manatı mənimsəmiş, yol üçün təqribən 450-500 manat pul xərcləmişdir. Eyni qaydada Nazim ondan Ələt-Astara yolunun 22-ci km-də yerləşən YDM-nin yerləşdiyi torpaq sahəsinin sənədlərini və tikintiyə icazənin verilməsi üçün nəzərdə tutulmuş sənədləri düzəltmək məqsədi ilə 26.500 manat pul almışdır. Lakin Nazim həmin puldan 3500 manat xərcləmiş, qalan 23.000 manat pul ları isə mənimsəmişdir. Nazimin qeyd edilən hərəkətlərinə görə mənəvi əziyyət çəkmiş, stres keçirmiş, uzun müddət şikayətlər yazmağa və müxtəlif orqanlara gedib gəlmişdir. Sonda məcbur olub 2021-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etmiş, onun hərəkətləri barədə cinayət işi istintaq olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti tamamlandığı üçün onun barəsində olan cinayət işinə xitam verilmişdir. Lakin Cavabdeh hərəkətlərinə dələduzluq kimi qiymət verilmişdir. 19 mart 2014-cü il tarixli müqavilədən aydın olur ki, X4, X1, X8, X9, X3 məxsus Salyan rayonu Yenikənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli istifadə növü əkin olan 2,7851 ha torpaq sahəsi alıcı X11 5.000 manata satmışlar. Həmin müqavilə əsasında Əliyev Nahidin adına alınmış torpaq sahəsi ü çün 15.000 manat Nazimə vermiş, Nazim həmin puldan 7.000 manatı mənimsəyib, 8.000 manatı torpaq sahibinə vermişdir. Lakin hazırki iddia ərizəsində həmin pul və torpaqla bağlı heç bir tələb irəli sürməmişdir. Nazim onu aldadaraq pulunu ələ keçirmiş və həmin səbəbdən uzun müddət hüquq mühafizə orqanlarına şikayətlər etmiş, həmin orqanlara getmiş, lakin cavabdeh ondan aldığı pulları qaytarmamışdır. Nəticədə uzun müddət stres keçirmiş, narahat olmuş və mənəvi sarsıntı keçirmişdir.

4. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Mayıl onun bacanağıdır. 2013-2014-cü illərdə özü icra nümayəndəsi işləyərkən icra başçısı ona yerlərdə iş yerinin açılması üçün sahibkarlara köməklik etməsini və vətəndaşları işə cəlb etməkdə onlara köməklik olunması tapşırığını vermişdir. Həmin məqsə dlə Mayıla Yenikənd kəndində yerləşən fermanın alınmasında, sənədləşməsində və abadlaşdırmasında köməklik etmişdir. Eyni zamanda Mayıl YDM-nın yerləşdiyi torpaq sahəsinin bələdiyyədən alınması üçün ona köməklik etməsini xahiş etmişdir. Özü Mayılı bələdiyyə sədri Fazillə tanış etmiş və özləri söhbət etmişlər. Özü vasitəçi olmuş, heç kimdən pul almamış və verməmişdir. Mayıl pulu Fazilə özü vermişdir. YDM-nın yerləşdiyi yerin doldurulması məqsədi ilə beton borular atmış və torpaq daşıtdırmışdır. Boruların dəyəri 39.000 manat olmuşdur. Fermanın alınması barədə söhbəti Mayıl Ağayarın özü ilə etmiş, pulu isə YDMdə Mayılın qardaşı Faiq ona vermiş və aparıb Ağayara vermişdir. Pulun hansı məbləğdə olmasını deyə bilməyəcəkdir. Fermanın yerləşdiyi torpaq sahəsinin sənədələşdirilməsi məqsədi ilə Şirva n və Bakı şəhərlərinə getmişdir. Fermanın çıxarışının alınması üçün 50.000 manat pul sərf etmişdir. Özü kreditə pul götürmüş və həmin 50000 manat özünün olmuşdur. Pulu kimə verməsini demək istəmədiyini və heç kimin üzünə qalmayacağını demişdir. Şükür adlı şəxsdən 4 hektar torpağı 20000 manata Mayıl özü almışdır. Özü Şükürə gedib 20.000 manatı Mayılın YDM-də Faiqdən götürməsini demişdir. Mayıl torpağı bəyənmədiyi üçün pulu geri almışdır. Əvəzində Mayıl başqa şəxsdən 5 hektar torpaq sahəsi almışdır. Özü Mayıl üçün xərclədiyi pulu Mayıldan tələb etdikdə Mayıl pulu qaytarmamaq məqsədi ilə ona şər ataraq, əksinə ondan pul tələb etmişdir. Kollektorun üzərindən yol çəkmək üçün 5.000 manat pul xərcləmişdir. Həmin pulu Mayılın arvadı ona vermişdir. Həmin pulu Mayılın oğlu ilə birlikdə işi görən şəx slərə vermişdir. Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən X18 bildirimişdir ki, fermanın alınmasında iştirak etmişdir. Mayıla məxsus YDM-də baş operator işləyən zaman Mayılın göstərişi ilə Nazimə bir dəfə 15.000 və bir dəfə 20.000 manat vermişdir. Bundan başqa Nazimə verilməsi üçün Mayılın tapşırığı ilə 21.000 manat pul aparıb Mayılın arvadına vermişdir. Sonradan Mayılın arvadı həmin puldan 19.000 manatı Nazimə verdiyini, 2.000 manatın isə artıq qaldığını deyərək gəlib həmin 2.000 manatı geri aparmasını demişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən X14 bildirmişdir ki, 2014-cü ildən YDM-də işləyir. Tarix yadında olmamışdır. YDM-də olarkən Nazim və M ayıl bir yerdə söhbət edərkən otağa çay aparmış və həmin vaxt Nazim Mayıla ferma üçün pul xərclədiyini demiş, lakin Mayıl fermanın əvvəlki mülkiyyətçisi Ağayara zəng edərək telefonu selektora qoyaraq danışılan səslər eşidilmişdir. Mayıl Ağayardan fermanın neçəyə satıldığını soruşduqda Ağayar isə 27000 manat pul aldığını demişdir. Ona görə də Mayılla Nazim arasında mübahisə düşmüş, Nazim stolun üzərində olan saatı götürüb Mayıla vurmaq istəmişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən X13 bildirmişdir ki, atası bütün işlərini Nazimə həvalə etmişdir. Eşitdiyinə görə fermanın alınması üçün atası Nazimə 50000 manat pul vermişdir. Fermanın sənədləşdirilməsi üçün isə əlavə 19000 manat da pul verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazim Ağayara ferma üçün 23.000 manat pul vermişdir. Anası 19000 manatı Nazimə vermişdir. Fermaya yol üçün Nazimə YDM-də 5000 manat pul vermişdir. Faiq əmisi Nazimə Şükür adlı şəxsdən torpaq almaq üçün 20000 manat pul vermişdir. Həmin torpaq geri qaytarılmış, lakin Nazim aldığı pulu qaytarmamışdır. 8. "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən verilmiş 25 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş Salyan rayonu, Yenikənd kəndində yerləşən fermanın keçid hissəsində görülmüş tikinti-abadlıq işlərinin işçilik və material xərci daxil olmaqla (su keçidi üçün borunun quraşdırılması və torpaqlanması) həcmi və dəyəri 2015-ci il üçün ədalətli bazar dəyəri 440 manat təşkil edir.

9. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(057)-2014 /2022 nömrəli iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 65.600 (altmış beş min altı yüz) manat və mənəvi ziyana görə 5.000 (beş min) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 275,35 manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 1097.1, 1097.3-ci madddələrinə istinad etmişdir.

10. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, 2015-ci ildə İddiaçı qohumu Cavabdeh Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən X2 məxsus fermanı almaq üçün 50.000 manat p ul vermiş, Nazim həmin puldan 27.900 manatı fermanı satan şəxsə vermiş, 22.100 manatı isə əsassız olaraq mənimsəmişdir. İddiaçı cavabdehə 50.000 manat pul verməsini bildirimiş, cavabdeh də həmin məbləğdə pul aldığını etiraf etmiş, qeyd olunan puldan X5 isə 27.900 manatın ona verildiyini bildirmişdir. Cavabdeh həmin puldan üçüncü şəxsə verməsi və ya alınan fermanın sənədlərinin düzəldilməsi üçün qalan pulu və daha sonra özünün də 18.000 manat borc alıb verdiyini bildirsə belə cavabdehin dedikləri heç də iddianın həmin hissədə təmin olunmaması üçün əsas kimi qəbul edilməməlidir. İddiaçı cavabdehə fermanın alınması üçün 50.000 manat pul vermiş, həmin pulun alınmasını cavabdeh özü etiraf etmişdir. Tərəflər arasında fermanın alınması barədə razılıq olmuş və iddiaçı üzərinə düşən öhdəliyi icra e tmiş, cavabdeh isə iddiaçıdan aldığı puldan fermanı satan şəxsə 27.900 manat vermiş, qalan 22.100 manatı mənimsəyərək iddiaçıya zərər vurmuşdur. İddiaçının Şükür adlı şəxsdən 5 hektar torpaq sahəsinin alınması üçün 2015-ci ildə qardaşı Faiq vasitəsi ilə Nazimə verdiyi 20000 manat pul tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən xüsusatı iddiaçı özü əvvəldən həm istintaq və həmçinin sonradan verdiyi iddia ilə bağlı məhkəmədə verdiyi izahatlarından təsdiqləmişdir. Qeyd olunan xüsusatları torpağı satan X4 özü də təsdiqləmişdir. İddiaçının 2015-ci ildə fermanın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə Nazimə 19.000 manat pul verməsi xüsusatını iddiaçı özü, arvadı X6, iddiaçının qardaşı X18 və məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla tam təsdiq olunmuşdur. C avabdehin istinaq zamanı vermiş olduğu ifadəsində Mayıla aldığı fermanın qeydiyyat vəsiqəsinin alınması üçün tanışından 18.000 manat pul alaraq kiməsə verməsi halı inandırıcı deyil, cavabdeh iddiaçıdan aldığı pulu özündə saxlamağa bəraət qazandırmaq məqsədi həqiqətə uyğun olmayan ifadə vermişdir. Onun bu dedikləri heç bir sübutla təsdiq olunmamış və araşdırılmış sübutlarla tam təkzib olunmuşdur.

11. İddiaçının cavabdehə Ələt-Astara yolunun 22-ci km-də yerləşən YDM-nin yerləşdiyi torpaq sahəsinin sənədlərini və tikintiyə icazənin verilməsi üçün nəzərdə tutulmuş sənədləri almaq üçün 26.500 manat pul verməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh həmin xüsusatı təsdiq etməmiş, iddiaçı da öz növbəsində qeyd olunan xüsusatın təsdiq olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan rədd olunmalıdır.

12. İddiaçının 10.000 manat mənəvi ziyan tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, iddiaçı müxtəlif instansiyalara şikayət etmiş, şikayəti əsasından cinayət işi istintaq olunmuş, bunun üçün iddiaçı uzun müddət hüquq mühafizə orqanlarına gəlib getmiş, nəticədə mənəvi sarsıntı və iztirablar keçirmişdir. Cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlər nəticəsində iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş və mənəvi fiziki əzab keçirmişdir. İddiaçının mənəvi təzminat tələb etməsi hüquqazidd əməl ilə onun mənəvi bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntın ın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Ona görə də məhkəmə iddianı bu hissədə qismən əsaslı hesab edərək, həmin məbləğin ağlabatan məbləğdə, yəni 5.000 manat həcmində təmin olunmasını əsaslı hesab etmişdir.

13. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının şikayəti əsasında cinayət işi qaldırılmış və Cavabdeh 21 aprel 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən 1 avqust 2022-ci ildə iş üzrə icraata xitam verilmişdir. Həmin qərarı tərəflər mübahisələndirməmiş və qərar qanuni qüvvəsi almışdır. Qeyd olunan qərarın məzmununda n aydın olur ki, cavabdeh tələb etdiyi vəsaiti dələduzluq yolu ilə ələ keçirmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 24, 26, 68.2, Mülki Məcəllənin 1096, 1097.1. 1097.3, 14, Mülki Prosessual Məcəllənin 76, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasi ya instansiya məhkəməsi) 2(103)-458/2023 nömrəli iş üzrə 6 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilm əməlidir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında yaranan münasibətin xarakteri, cavabdehin hərəkətləri nəticəsində iddiaçının maddi və mənəvi ziyana məruz qalıb-qalmaması, maddi və mənəvi ziyan dəydiyi halda isə onun ödənilməsinin araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, şikayətin dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, cavabdeh iddianın ona qarşı yönəldilməsini iddiaçıdan borcunu tələb etməsi ilə əlaqələndirsə də, həqiqətən də iddiaçının ona borcunun ol masını sübut edə bilmir. Bununla yanaşı cavabdehin “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərarı ilə razılaşaraq şikayət verməməsi də, hazırki iddianın əsasslılığını tam sübut edir.

21. Məhkəmə kollegiyası iddiaçının 90.000 manat maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı yekun olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi qənaətinə gəlməsi qanuni və əsaslıdır. Kollegiya həmçinin hesab etmişdir ki, məhkəmə iddianın maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kol legiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.

22. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mənəvi ziyanın ödənilməsi hissəsində qismən, yəni 5.000 (beş min) manat təmin etməkdə haqlı olmuşdur. Məhkəmə maddi zərərin ödənilməsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab etmişdir ki, mənəvi zərərin 5.000 ma nat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qismən qarşılığı kimi dəyərləndirilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə münasibətdə Azərbaycan Respublikasının Konstitusiyasının 26-ci maddəsinin müddəalarına riayət etməmişdir. Belə ki, cavabdehin hüquqlarının müdafiəsinə təminat verilməmiş qalmaqdadır. Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrinə düzgün qiymət verilməmiş, şahid ifadələri iş üzrə mövcud olan digər sübutlarla birlikdə qiymətləndirilməsi qüsurlu olmuş, bununla da, məhkəmə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin səhvi aradan qaldırmamışdır.

25. Məhkəmə mülki iş üzrə cavabdehin məhkəmə iclasında iştirakı təmin edilsə də, iş üzrə ədalət mühakiməsinin tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi tam həcmdə təmin edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi

27. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınma lıdır.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işin hallarını və işdə olan sübutları əlaqəli və tam qiymətləndirməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. İş üzrə apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozul ması müəyyən olunmamışdır.

48. Kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlilləri ilə bağlı belə nəticə iddiaçının şikayəti əsasında cinayət işi qaldırılmış və Cavabdeh 21 aprel 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən 01 avqust 2022-ci ildə iş üzrə icraata xitam verilmişdir. Həmin qərarı tərəflər mübahisələndirməmiş və qərar qanuni qüvvəsi almışdır. Qeyd olunan qərarın məzmunundan aydın olur ki, cavabdeh tələb etdiyi vəsaiti dələduzluq yolu ilə ələ keçirmişdir.

49. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

50. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkə məsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi və işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2(106)-458/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar