Məhkəmə qərarları › İş №2(102)-2946/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2946/2019

18.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2946/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı x3 vəkili Quliyev Ağalar Avtandil oğlunun, cavabdeh x2-nın vəkili Əliyeva Nərmin Novruz qızının iştirakı ilə, cavabdehlər x2-nın və x7nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(001)3434/2016 saylı qətnaməsi ilə (hakim F.Qasımov) ilkin iddianın qismən təmin edilməsi, 4.790.816 mana t məbləğində pul vəsaitinin, habelə dövlət rüsumunun əvəzi qismində 10 manatın x2, x4, x5 və x6 tutularaq x1na ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun x2 aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2017-ci il tarixli, 2(103)-1667/2017 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov sədrlik edən, məruzəçi, E.Nəbiyev və S.Hacıyev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi qismən - x1 iddia tələbinin cavabdehlər x4, x5 və x6 münasibətdə təmin edilməsinə dair hissədə ləğv edilərək iddianın onlara münasibətdə rədd edilməsi, x2-ya münasibətdə qətnamənin dəyişdirilərək MTK-dan x1 xeyrinə 2 773 206 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilm ədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(102)-8462/2017 saylı qərarı ilə (hakimlər İ.Xələfov sədrlik edən, məruzəçi, Q.Allahverdiyev və Ə.Rüstəmov) Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş x3 iddia ərizəsi ilə birlikdə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2018-ci il tarixli qərardadı ilə x3 iddia tələbləri üzrə x7, x8, x9 cavabdeh qismində, x10, eləcə də həmin məhkəmənin 12 aprel 2018-ci il tarixli qərardadı ilə x11 isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının digər 12 aprel 2018-ci il tarixli qərardadı ilə x3 x7a və digərlərinə qarşı “pulun ödənilməsi və tutmanın əmlaklara yönəldilməsi” tələbləri üzrə onun iddiadan qismən imtinası qəbul olunaraq, x3 x8ya qarşı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi” hissəsində işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının digər 12 aprel 2018-ci il tarixli qərardadı ilə isə hazırkı mülki iş üzrə x1 əsl iddiaçı x3 əvəz olunmuş və onun apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən, məruzəçi, X.Mərdanova və İ.Vəliyev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq x3 x7 və x2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, x7 x3 xeyrinə 10 726 791,60 (on milyon yeddi yüz iyirmi altı min yeddi yüz doxsan bir manat 60 qəpik) manat pulun tutulması, iddia tələblərinin qalan hissələrdə, həmçinin x2 x1na qarşı “maddi zərərin və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli, 2(102)-6290/2018 saylı qərarı ilə (hakimlər: Ə.Əhmədov, A.İsgəndərov və İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsi qismən - ilk iddia ərizəsinin cavabdeh x2 münasibətdə, eləcə də gecikdirilmiş 3 il, 5 ay müddət üçün il lik 5 faiz olmaqla 1.832.493,56 manat faiz borcunun tutulmasının rədd edilməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsi ilə (hakimlər V.Həsənov, Ş.Mmmədova və N.Cəfərova) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi cavabdeh x2 münasibətdə, eləcə də gecikdirilmiş 3 il, 5 ay müddət üçün illik 5 faiz olmaqla 1.832.493,56 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə iddianın təmin olunması, x2 x3 xeyrinə 10.726.791,60 manat, 1.832.493,56 manat faiz borcunun x2 və x7 x3 xeyrinə tutulması qət edilmşidir. Cavabdeh x7 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsinin ləğv edilməsi, x3 iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsinin ləğv edilməsi, x3 iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2-nə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan 13.687.000 manat əsas, 456.422 manat faiz borcunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi ş və tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2014-cü il tarixdə x2-nin payının bir hissəsini satın alaraq, 16 sentyabr 2014-cü il tarixdə təsisçilərin ümumi yığıncağının protokol-qərarı ilə kooperativin üzvlüyünə qəbul olunmuşdur. x2-də onun pay haqqı ümumi pay haqqının 45 faizini təşkil edir. 22 sentyabr 2014-cü ildən 23 yanvar 2015-ci il tarixədək ünvan 2 ünvanlarda tikiləcək 1 ədəd 3 girişli hündür mərtəbəli yaşayış evlərinin tikintisi, həmin ünvanda yaşayan sakinlərin köçürülməsi, mənzillərin sökülməsi, eləcə də tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq x2-nə 13.687.000 manat pul vermiş və pulun ödənilməsi 22 sentyabr 2014-cü il, 31 oktyabr 2014-cü il, 05 dekabr 2014-cü il və 23 yanvar 2015-ci il tarixli aktlarla təsdiq olunmuşdur. Pul vəsaitinin verildiyi vaxtdan 1 ildən artıq müddət keçməsinə baxmayaraq, MTK-nin fəaliyyəti və mənfəəti barədə ona hər hansı məlumat verilməmiş, maliyyə və digər sənədlər, o cümlədən 13.687.000 manat pul vəsaitinin MTKnin xəzinəsinə mədaxil edilməsinə dair sənədlər, məxaric qəbzlərinin surətləri ona təqdim olunmamışdır. Bununla əlaqədar olaraq, 17 dekabr 2015-ci il tarixdə MTK-nə müraciət edərək, 15 sentyabr 2014-cü il tarixdən etibarən kooperativin fəaliyyəti və mənfəəti barədə məlumatları, maliyyə və digər sənədləri, o cümlədən MTK-nə verdiyi 13.687.000 manat pulun xəzinəyə mədaxil edilməsi ilə bağlı sənədləri, həmçinin bu pul vəsaitinin sərf edilməsi ilə əlaqədar məxaric qəbzlərinin təqdim edilməsini xahiş etmiş, lakin 2 aydan artıq müddət keçməsinə baxmayaraq müraciəti cavablandırmamışdır. Beləliklə də, MTK-nə verdiyi pu l vəsaiti təyinatı üzrə xərclənməmiş və onun hesabına qeyd olunan şəxslər əsassız varlanmışlar. Eyni zamanda MTK-nin göstərilən məbləği ona qaytarmaq üçün kifayət qədər vəsaiti olmadığından, MTK-nin üzvləri olan x4, x5 və x6 da 13.687.000 manat pul vəsaitinin ödənilməsində iştirak etməli və məsuliyyət daşımalıdırlar. Bundan başqa, MTK-i göstərilən pul vəsaitini 01 fevral 2015-ci ildən ötən 1 il 15 gün müddət ərzində qanunsuz olaraq özündə saxlamışdır. Buna görə də uçot faiz dərəcəsinin 30 iyul 2014-cü il tarixdə 3,5 faiz, 13 iyul 2015-ci il tarixdə 3 faiz təşkil etməsi nəzərə alınmaqla, 456.422 manat pul vəsaiti də cavabdeh tərəfdən tutulub ona ödənilməlidir. Cavabdeh x2 iddiaçı x1ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 1.000.000 manat maddi zərərin, elə cə də işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, x1 13.687.000 manat pul vəsaitini MTK-nin təsisçiləri olan fiziki şəxslər x4ya, x5 və x6ya verməmiş, MTK-nə onun tərəfindən təsisçi kimi qoyulan həmin pay haqqı isə ünvan 2 ünvanlarda tikiləcək 1 ədəd 3 girişli hündür mərtəbəli yaşayış evinin tikintisi, həmin ünvanda olan mənzillərdə yaşayan sakinlərin köçürülməsi, mənzillərin sökülməsi və tikintiyə hazırlıq işləri ilə əlaqədar təyinatına uyğun olaraq MTK-i tərəfindən xərclənmişdir. Həmin pulların xərclənməsinin təyinatını təsdiq edən sənədlər, sübutlar, alqı-satqı müqavilələri, kassa məxaric orderləri məhkəməyə təqdim olunmuşdur. Buna görə də onun iddia tələbi həm MTK-nə, həm də təsisçilərə münasibətdə əsassızdır. Məhkəmə x1nın təqdim etdiyi sənədlərin kserosurət olmasını və lazımı qaydada təsdiq olunmamasını nəzərə alıb iddia ərizəsini geri qaytarmalı olduğu halda bunu etməmiş, əksinə kserosurət, mötəbər olmayan sübutlar əsasında onun iddia etdiyi pul vəsaitinə aidiyyəti olmayan şəxslərin təsis payları üzərinə həbs qoymaqla qanunvericiliyin tələblərini pozmuş, eləcə də MTK-nin təsisçilərinin sahibkarlıq fəaliyyətini həyata keçirmələrinə maneçilik törətmişdir. x1 bu əsassız və qanunsuz iddianı qaldırmaqla MTK-nə maddi ziyan vurmuşdur. Belə ki, x1 13.000.000 manatdan əlavə 5.000.000 manat da ödəniş etməli olduğu halda, bu öhdəliyini yerinə yetirmədiyi üçün MTK-nə böyük məbləğdə maddi ziyan dəymiş, sonuncu özünə aid olan pul vəsaitini xərcləmiş və nəticədə dəymiş m addi ziyana görə binanın tikintisi dayandırılmışdır. Ona görə də x1dan 1.000.000 manat məbləğində maddi zərər tutulub MTK-nə ödənilməlidir. Bundan əlavə, x1nın qanunsuz iddiası ilə əlaqədar olaraq MTK-nın işgüzar nüfuzuna da ziyan dəymişdir. Ona görə də MTK-nin işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq x1dan 1.000.000 manat məbləğində vəsait tutulub MTK-nə ödənilməlidir. İşə apellyasiya qaydasında baxılarkən x1 əsl iddiaçı x3 əvəz olunmuş və sonuncu məhkəmədə x7a və digərlərinə qarşı “pulun ödənilməsi və tutmanın əmlaklara yönəldilməsi” barədə tələb irəli sürmüş və onlardan onun xeyrinə 13.944.829 manat pulun tutulması, tutmanın x7a məxsus olan ünvan 3 mənzilinə; ünvan 1atlı torpaq sahəsinə, həmin ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə; 90-HP-** dövlət qeydiyyat nişanlı “T oyota Land Cruiser” markalı; 99-GG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 600” markalı avtomobillərə; XX ya məxsus olan ünvan 4 bağ evinə; 10-GB-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX56” markalı, 90-SP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı, 90-FS-*** dövlət qeydiyyat nişanlı “Mercury Cougar” markalı, 90-FS-*** dövlət qeydiyyat nişanlı “Opel Speedster” markalı, Lexus LX 570 markalı 10-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərə; XX məxsus olan ünvan 5 fərdi yaşayış evinə; ünvan 6 bağ evinə; ünvan 7 torpaq sahəsinə; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına; 90UB-*** dövlət qeydiyyat nişanlı “VAZ 2124” markalı; 10-MB-*** dövlət qeydiyyat nişanlı “M21 Volqa” markalı, 90-FS-*** dövlət qeydiyyat nişanlı “Catsby Cabrio” markalı, 90-FS-*** dövlət qeydiyyat nişanlı “Panter Kalista” markalı avtomobillərə; x9ya məxsus olan ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə; XX yə məxsus HOWO- markalı 90-UB-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E-220” markalı 90-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə və x4, x5 və x6nın MTK-da olan paylarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan x3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, x8ya məxsus olan ünvan 1ünvanda yerləşən qeyri-yaşayış binasının 2014-cü ildən x9-nə ipoteka qoyulduğunu və bu səbəbdən də üzərinə həbs qoyulmasına baxmayaraq həmin əmlakla bağlı heç bir tələbinin olmadığını və həmin hissədə iddia tələbindən imtina etdiyini bildirmiş, iddianın həcminin azaldılması nəzərə alınmaqla x2, x4, x5, x6 və x7dan 10.726.791,60 manat, gecikdir ilmiş vaxt üçün 1.787.798,60 manat, məhkəmə xərcləri üçün 5.000 manat, ümumilikdə 12.519.590,20 manat pul vəsaitinin onun xeyrinə tutulması; bu məbləğ onlar tərəfindən ödənilə bilmədiyi təqdirdə tutmanın x7a məxsus olan ünvan 3-ci mənzilinə; Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən 1,96 ha torpaq sahəsinə, həmin ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə; 90HP-*** dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı; 99-GG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 600” markalı avtomobillərə; x6ya məxsus olan ünvan 4 bağ evinə; 10-GB-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX56” markalı; 90-SP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı; 90-FS-*** dövlət qeydiyyat nişanlı “Mercury Cougar” markalı; 90-FS897 dövlət qeydiyyat nişanlı “Opel Speedster” markalı; Lexus LX 570 minik markalı, 10- BM-006 dövlət qeydiyyat nişanlı avtomobillərə; x8ya məxsus olan ünvan 5 fərdi yaşayış evinə;ünvan 6 bağ evinə; ünvan 7 torpaq sahəsinə; 90-UB-*** dövlət qeydiyyat nişanlı “VAZ 2124” markalı; 10-MB-*** dövlət qeydiyyat nişanlı “M21 Volqa” markalı; 90-FS-*** dövlət qeydiyyat nişanlı “Catsby Cabrio” markalı; 90-FS-*** dövlət qeydiyyat nişanlı “Panter Kalista” markalı avtomobillərə; x9ya məxsus olan ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə; x5yə məxsus olan HOWO markalı 90-UB-*** dövlət qeydiyyat nişanlı; Mercedes E 220 minik markalı 90-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə; x4, x5, x6nın MTK-də olan paylarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra x3 iddia tələblərinin dəqiqləşdirilməsi barədə yenidən məhkəməyə ərizə verərək, x7dan və x10-dən 10.726.791,60 manat, gecikdirilmiş vaxt (3 il 5 ay) üçün illik 5 faiz olmaqla 1.832.493,56 manat, məhkəmə xərcləri üçün 5.000 manat, ümumilikdə 12.564.285,20 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli hökmü ilə x7un x2-nin fəaliyyəti ilə əlaqədar törətdiyi cinayət əməlləri nəticəsində ona 10.726.791,60 manat zərər vurduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsində göstərilən 4.790.816 manat pul vəsaitinin sözügedən hökmlə ona vurulduğu təsbit olunmuş həmin zərərin tərkib hissəsinə daxil olması, x7un həmin cinayət əməllərini kooperativin fəaliyyəti ilə əlaqədar törətdiy i və bu əməlləri törədərkən MTK-nın üzvü olaraq kooperativə faktiki rəhbərliyi həyata keçirdiyi, buna görə də vurulmuş zərərin ödənilməsində MTK-nin də mülki hüquqi məsuliyyət daşımasına dair arqumentləri ilə əsaslandırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x7 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsinin ləğv edilməsi, x3 iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-2768/2018 saylı qətnaməsinin ləğv edilməsi, x3 iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2-nın vəkili Əliyeva Nərmin Novruz qızı kassasiya şikayətlərinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. İddiaçı x3 vəkili Quliyev Ağalar Avtandil oğlu kassasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, x2 200 pay hüququ ilə x7a, 12 pay hüququ ilə x11, 676 pay hüququ ilə x4ya, 12 pay hüququ ilə x5yə və 300 pay hüququ ilə x6 məxsus olmuş və 15 sentyabr 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən MTK-nın təsisçisi x7 müəssisədəki 200 payından 120 payını x12, 80 payını x1ya, təsisçi x11 12 payını x1ya, təsisçi x4 676 payından 448 payını x1ya, 228 payını isə x4ya satmış, 16 sentyabr 2014-cü i l tarixdə isə MTK-nin təsisçilərinin ümumi yığıncağı keçirilərək x1 və x12 kooperativin yeni təsisçiləri kimi qəbul olunmuşlar. x2-nin təsisçilərinin tərkibində və onların paylarında baş vermiş dəyişikliklə əlaqədar olaraq 18 sentyabr 2014-cü il tarixdə reyestrdə müvafiq qeydiyyat aparılmaqla yeni çıxarış verilmiş, həmin çıxarışda MTK-nın nizamnamə kapitalının 19 faizinin x4ya, 1 faizinin x5yə, 25 faizinin x6, 45 faizinin x1ya, 10 faizinin x12 məxsus olduğu, MTK-nın qanuni təmsilçisinin isə x5nin olduğu göstərilmişdir. İşin digər hallarından görünür ki, x2 ilə x13 arasında 26 fevral 2015-ci il tarixdə “qarşılıqlı fəaliyyətin tənzimlənməsi” barədə müqavilə bağlanmış, müqavilədə ünvan 3 ünvan 9 ayrılmış 1,5 ha torpaq sahəsinin bir hissəsində, yəni ünvan 2 saylı ünvanlarda x10 tərəfindən sökü ləcək bir mərtəbəli binanın tikintisinin x13 tərəfindən layihələndiriləcəyi, x13-nin layihəni tam maliyyələşdirəcəyi, x10-nin layihə üzrə heç bir xərc çəkməyəcəyi və yalnız Bakı şəhər İHB-nın 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamı ilə ayrılmış 1,5 ha torpaq sahəsinin ünvan 2 saylı ünvanlarda yerləşən hissəsi və x10 tərəfindən 2014-2015ci illərdə köçürülmüş evlər və torpaq sahəsinin dəyəri olan 3.000.000 manat pul vəsaiti ilə iştirak edəcəyi nəzərdə tutulmuşdur. Bundan sonra 25 iyun 2015-ci ildə x2-i istifadəsinə verilmiş 70 sot torpaq sahəsində bina tikintisi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, həmin torpaq sahəsinin Gülağa Qəmbərova məxsus x13-nə verilməsinə razılığını bildirmiş və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən x13-nə həmin torpaq sahəsinə dair sərəncam verilmiş, 14 iyul 2015-ci il tarixdə isə sonuncu ilə x2-i arasında “qarşılıqlı fəaliyyət barədə” müqavilə bağlanaraq x13 yuxarıda göstərilən razılaşmalara əsasən ünvan 2 saylı ünvanlarda tikəcəyi 3 girişli 25 mərtəbəli binanın yaşayış sahəsinin 45 faizini x2-nin balansına verəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa iş materiallarından görünür ki, x1nın adından x2-nə ünvan 2 saylı ünvanlarda tikiləcək 1 ədəd 3 girişli çoxmərtəbəli yaşayış evlərinin tikintisi, qeyd olunan ünvanda olan mənzillərdə yaşayan sakinlərin köçürülməsi, mənzillərin sökülməsi və tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq 22 sentyabr 2014-cü ildə 11.500.000 manat, 31 oktyabr 2014-cü ildə 1.567.000 manat, 05 dekabr 2014-cü ildə 500.000 manat, 23 yanvar 2015-ci ildə isə 120.000 manat olmaqla, ümumilikdə 13.687.000 m anat pul vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə görə, x2 tərəfindən ünvan 2 saylı ünvanlarında tikiləcək 1 ədəd 3 girişli çoxmərtəbəli yaşayış binasının ərazisində yaşayan sakinlərin köçürülməsi, mənzillərin sökülməsi, eləcə də tikintiyə hazırlıq işləri ilə əlaqədar olaraq mənzillərin mülkiyyətciləri ilə notarial qaydada müqavilələr bağlanılmaqla x14 120.000 manat (13 fevral 2014-cü il tarixli kassa məxaric orderi ilə 5.000 manat avans); x15 462.000 manat (13 fevral 2014-cü il tarixli kassa məxaric orderi ilə 5.000 manat avans); x16 462.000 manat (15 fevral 2014-cü il tarixli müqavilə ilə 290.000 manat və müqaviləyə əlavə ilə 172.000 manat); x17 131.250 manat (18 fevral 2014-cü il tarixli kassa məxaric orderi ilə 5.000 manat avans);x18 100.000 manat; x19 64.000 ma nat (18 fevral 2014-cü il tarixli kassa məxaric orderi ilə 5.000 manat avans); x20 (18 fevral 2014-cü il tarixli kassa məxaric orderi ilə 5.000 manat avans); x21 250.000 manat; x22 226.000 manat; x7a 840.000 manat; x23 762.000 manat; x24 245.000 manat; x25 760.000 manat; x26 290.000 manat; x27 395.000 manat; x28 860.000 manat; x29 950-000 manat; x30 270.000 manat; x31 220.000 manat; x32 680.000 manat; x33 345.000 manat pul ödənilmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, həmin müqavilələr hazırda qüvvədədir və ötən müddət ərzində müqavilələr maraqlı şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bununla belə müəyyən edilmişdir ki, x7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli sayılaraq Bakı Ağır Cinayətlər Məh kəməsinin 30 noyabr 2016-cı il tarixli hökmü ilə məhkum olunmuş və həmin cinayət işi üzrə x3 zərərçəkmiş şəxs qismində tanınmaqla, sözügedən hökmlə ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin hökmlə, eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 mart 2017-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, x5 x2-nın direktoru olsa da, formal olaraq həmin vəzifəni icra etmiş, bütün tapşırıqları dayısı x7dan almış və onun göstərişlərini yerinə yetirmiş, 13.687.000 manat pul vəsaiti tikinti aparılacaq ərazidə olan evlərin satın alınması, sökülməsi və sair işlərin görülməsi üçün x3 tərəfindən arvadı x1nın adından x7a verilmiş və sonuncu həmin pulları seyfə qoymağı x5yə tapşırmışdır. Həmin hökm və qərarla həmçinin müəyyən olunmuşdur ki, x3 tərəfindən x7a verilmiş 13.687.000 manat pul vəsaiti ilə görülən işlərə görə çəkilən 2.960.208,40 xərc arasındakı fərq 10.726.791,60 manat təşkil etmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 mart 2017-ci il tarixli qərarından aydın olur ki, 13.687.000 manat pul vəsaiti ilə çəkilən xərc arasındakı fərqin (başqa sözlə, x3a vurulmuş zərərin) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsində daha az hesablanmasının səbəbi (həmin qətnamə ilə fərqin 4.790.816 manat olduğu nəticəsinə gəlinmişdir) həmin məbləğlərdən hansı hissənin real olaraq mənzil sahiblərinə ödənildiyinin və hansı hissənin isə mənimsənildiyinin öz əksini tapmaması olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minm iş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəm əsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 iyul 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, “preyudisi ya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş hallara əsaslanaraq hesab edir ki, x7la x3 arasında çoxmərtəbəli yaşayış binasının tikilərək əldə olunan gəlirin bölüşdürülməsi barədə razılıq əldə olunmuş və bundan sonra MTK-nın paylarının 45 faiz (540 pay) hissəsi sonuncunun arvadı x1nın adına rəsmiləşdirilmiş, tikinti aparılacaq ərazidə olan evlərin satın alın ması, sökülməsi və sair işlərin görülməsi üçün x3 tərəfindən arvadı x1nın adından x7a 13.687.000 manat məbləğində pul verilmiş, həmin puldan ümumilikdə 2.960.208,40 manat təyinatı üzrə xərclənsə də, qalan pul vəsaiti (verilən pulla çəkilən xərc arasındakı fərq), yəni 10.726. 791,60 manat pul vəsaiti x7 tərəfindən mənimsənilmiş və sonuncu məhz həmin cinayət əməlinə görə təqsirli sayılaraq məhkum olunmuşdur. Həmin cinayət işi üzrə x3 zərərçəkmiş şəxs qismində tanınmaqla, sözügedən hökmlə ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin hissədə qəbul olunmuş məhkəmə qətnaməsi qüvvədədir və həmin hissənin yenidən mübahisələndirilməsi yolverilən deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o, hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin məbləğin tutulması nəticəsinə gəlmişdir. Belə ki, işdən görünür ki, x7 yuxarıda göstərilən cinayət əməllərini bilavasitə x2-nin fəaliyyəti ilə əlaqədar olaraq törətmişdir və həmin cinayət əməllərini törədərkən, yəni sözüge dən pul vəsaitini x3dan alıb mənimsəyərkən, o, x2-nin üzvü, payçısı, eləcə də MTK-nə faktiki rəhbərliyi həyata keçirən şəxs olmuşdur. x27 pul məbləği əsasında alınmış torpaq sahələri üzərində tikilicək bina və həmin binada yerləşən mənzillər üzrə x2 əmlak hüquq əldə etməsi və həmin mənzillər üzrə sərəncam hüququna malik olması işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.2-ci maddəsinə əsasən kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır. Maddənin mənasından da göründüyü kimi kooperativ öz üzvlərinin bilavasitə kooperativin fəaliyyəti ilə əlaqədar olaraq götürdükləri öhdəliklərə gör ə mülki hüquqi məsuliyyət daşıyır. x3 verdiyi pul vəsaitinin hesabına alqı-satqı müqavilələrinə əsasən ayrı-ayrı şəxslərdən satın alınmış daşınmaz əmlakların bilavasitə x2-nin adına rəsmiləşdirilməsi, həmin alqı-satqı müqavilələri üzrə alıcı qismində məhz x2-nin çıxış etməsi, eləcə də tikintinin aparılacağı ərazinin (torpaq sahəsinin) x2-nə məxsus olması, sonuncunun x13i ilə bağladığı müqaviləyə əsasən orada tikiləcək daşınmaz əmlakların əhəmiyyətli hissəsinin x2-nə məxsus olması da, sonuncuya münasibətdə ilk iddia tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi x3 dəlilləri ilə razılaşır və hesab edir ki, sözügedən cinayət əməllərini x7 bilavasitə şəxsi fəaliyyəti ilə bağlı deyil, x2-nin fəaliyyəti ilə əlaqədar olaraq törətdiyindən, on ların x3 ödədiyi ümumilikdə 13.687.000 manat pul vəsaitindən birgə faydalanmaları və beləliklə də ilk iddia tələbləri üzrə birgə mülki hüquqi məsuliyyət daşımaları mülki iş materialları ilə müəyyən olunmuş haldır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında da Mülki Məcəllənin 449-cu maddəsi şərh olunaraq göstərilmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və y a onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddənin mənasından da göründüyü kimi borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur. Birincisi qanunsuz saxlama; ikincisi qaytarmaqdan boyun qaçırma; üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə; dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna mü əyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit etmişdir. Lakin nəzərə alınmalıdır ki, sözügedən nor ma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hətta vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini də tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərə kətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhz bu mövqedən çıxış edərək, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Qeyd edilməlidir ki, x7un x3a qarşı cinayət hərəkətləri törədib sonuncuya məxsus 10.726.791,60 manat pul vəsaitini mənimsədiyi aşkardır, belə olan halda isə iddia olunan 3 il, 5 ay müddət ərzində onun həmin pul vəsaitindən faydalanmamasının göstərilməsi ziddiyyətli nəticəyə gəlinməsini mümkün etmiş olar. Çünki mülki iş materiallarından görünür ki, x2-i sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yəni hündür mərtəbəli yaşayış binalarını tikib ayrı-ayrı şəxslərə satmaqla gəlir, qazanc əldə edir. Bu fakt işin mübahisə olunmayan halıdır. x3 da məhz sözügedən pul vəsaitini x2-i tərəfindən ünvan 2 ünvanlarda tikiləcək 1 ədəd, 3 girişli hündür mərtəbəli yaşayış binasının tikintisi, adı çəkilən ünvanlarda yerləşən mənzillərdə yaşayan sakinlərin köçürülməsi, həmin mənzillərin sökülməsi, tikintiyə hazırlı q işləri və sair məqsədlər üçün x7 vermişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, x7un x3 hesabına sözügedən pul vəsaitini əldə etməklə əsassız varlanması, həmin pul vəsaitini iddia olunan müddətdə təyinatı üzrə xərcləməməklə qanunsuz olaraq özündə saxlaması və sair digər hallar, iddia olunan 3 il, 5 ay müddət ərzində x2-nin, eləcə də x7un sözügedən pul vəsaitindən faydalanmamaları və beləliklə də ilk iddia ərizəsinin mübahisələndirilən hissədə əsassız olması nəticəsinə gəlməyə əsas vermir. x3 nümayəndəsi və vəkili x26 27 sentyabr 2018-ci il tarixli ərizəsindən və həmin ərizəyə əlavə olunmuş auditor x29 27 sentyabr 2018-ci il tarixli hesabatından görünür ki, ilk iddia ərizəsi üzrə iddia olunan 10.726.791.60 manat pul vəsaitinin illik 5 faiz olmaqla, 3 il 5 ay üçün faiz b orcu cəmi 1.832.493,57 manat təşkil edir. Məhz həmin məbləğ faiz borcu olaraq cavabdehlər x2 və x7 x3 xeyrinə tutulması müəyyən edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2-nın və x7nun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar