Məhkəmə qərarları › İş №2(102)-2946/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2946/2022

21.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2946/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:qanunsuz hərəkətlərə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(106)-3401/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaç ı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyədən satınalma yolu ilə əldə etdiyi İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, həmin həyətə gələn yolun açılması və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ü.O.Qənbərov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçıya satılmış İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 500 kv.metr torpaq sahəsi bələdiyyənin ümumi istifadədə olan torpaq sahələrinə aid olduğundan özəlləşdirilə bilməzdi. Bu baxımdan həmin torpaq sahəsinin satılması haqqında Bəhrəmtəpə bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 30 mart 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair”Akt əhəmiyyətsiz əqd olduğundan hüquqi nəticələrə səbəb olmur. Digər tərəfdən, iddiaçıya satılmış torpaq sahəsi ilə həmsərhəddə yerləşən və cavabdehin istifadəsində olan 267 BB saylı planda yeri və ölçüləri göstərilən bələdiyyənin ehtiyat fonduna daxil olan torpaq sahəsinin uzunluğu bir tərəfdə 38,0 metr, digər tərəfdə isə 34,0 metr olduğu üçün cavabdeh çəp əri düz xətt üzrə deyil, qarşı tərəfə əyilən xətt üzrə çəkməkdə haqlı olub. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 144.1, 238.1, 337.1, 337.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İmişli rayon məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi i ddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində i kinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, Ş.İ.Mayılov və Z.M.Allahyarov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İmişli Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilib, İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 03 saylı qərarına əsasən iddiaçının bələdiyyədən satınalma yolu ilə əldə etdiyi İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin 50 kv.metr hissəsinin zəbtdən azad edilməsi və ərazinin bundan sonra tutulmasına yönəlmiş qanunazidd hərəkətlərə cavabdeh tərəfindən son qoyulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya in stansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli qərarına uyğun olaraq, 30 mart 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən 500 kv.metr torpaq sahəsi Bəhrəmtəpə bələdiyyəsi tərəfindən iddiaçıya satılıb. İddiaçıya ayrılmış torpaq sahəsi, cavabdehin mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəddir. Həmin ərazidə olan torpaq sahəsinin dəqiq sərhədləri, torpağın özəlləşdirilməsinə hansı hissədə icazə verilib-verilməməsi, yaxud qadağan olunması müəyyən edilməyib. Göründüyü kimi bələdiyyə inzibati orqan olaraq öz səlahiyyəti çərçivəsində iddiaçıya torpaq sahəsi satıb və onun öz səlahiyyətləri çərçivəsində hərəkətləri, qəbul etdiyi inzibati akt qüvvədədir. İddiaçı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini əldə edib, onun istifadəsinə ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi, habelə mülkiyyət hüququ uzrə qeydə alınması ilə bağlı mübahisə yoxdur. Sözügedən torpaq sahəsinin ayrılması zamanı hazırki iş üzrə cavabdehin hüquqları məhdudlaşdırılmayıb və iddiaçı torpaq sahəsindən ən azı istifadə edən şəxsdir. Həmçinin işin hallarından görünür ki, ekspert rəyinin əsasını təşkil edən "xxxx" MMC-nin mütəxəssis arayışına əlavə edilmiş sxem həmin mütəxəssis arayışı ilə uyğun gəlmir. Sxemdə cavabdehin zəbt etdiyi 0,088 ha torpaq sahəsi ilə iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin 50 kv.metr hissəsi üst-üstə düşdüyü göstərildiyi halda, rəydə buna ümumiyyətlə istinad edilməyib və rəy həmin sxemə uyğun deyil. Bundan başqa, qeyd olunan sxemdən görünür ki, cavabdehin zəbt etdiyi torpaq s ahəsinin iddiaçının torpağı ilə üst-üstə düşməsi ekspertiza tədqiqatının predmetindən kənarda qalıb və ekspert yalnız cavabdehin mülkiyyətində olan torpağın cavabdehin torpağı ilə üst-üstə düşüb-düşmədiyini araşdırıb. Halbuki, "xxxx" MMC-nin mütəxəssis arayışına əlavə edilmiş sxemdən görünür ki, iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin 50 kv.m hissəsi cavabdehin zəbt etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və onun tərəfindən çəpərə alınıb. Göstərilənlər onu deməyə əsasə verir ki, iddiaçı üçün bələdiyyə tərəfindən ayrılmış 0,05 ha torpaq sahəsinin 50 kv.metr hissəsi cavabdeh tərəfindən zəbt edildiyindən həmin hissədə iddia əsaslı sayılaraq təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 158.1-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci mad dəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icra atı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmi n Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (o rada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mübahisələndirilən hissədə iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına gör ə, İmişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli qərarına uyğun olaraq, 30 mart 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən 500 kv.metr torpaq sahəsi Bəhrəmtəpə bələdiyyəsi tərəfindən iddiaçıya satılıb. İddiaçıya ayrılmış torpaq sahəsi, cavabdehin mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəddir. Həmin ərazidə olan torpaq sahəsinin dəqiq sərhədləri, torpağın özəlləşdirilməsinə hansı hissədə icazə verilib-verilməməsi, yaxud qadağan olunması müəyyən edilməyib. Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ver mək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahşisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, bələdiyyə inzibati orqan olaraq öz səlahiyyəti çərçivəsində iddiaçıya torpaq sahəsi satıb və onun öz səlahiyyətləri çərçivəsində hərəkətləri, qəbul etdiyi inzibati akt qüvvədədir. İddiaçı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini ə ldə edib, onun istifadəsinə ayrılmış torpaq sahəsinin özəlləşdirilməsi, habelə mülkiyyət hüququ uzrə qeydə alınması ilə bağlı mübahisə yoxdur. Sözügedən torpaq sahəsinin ayrılması zamanı hazırki iş üzrə cavabdehin hüquqları məhdudlaşdırılmayıb və iddiaçı torpaq sahəsindən ən azı istifadə edən şəxsdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, işə əlavə edilmiş ekspert rəyinin əsasını təşkil edən "xxxx" MMC-nin mütəxəssis arayışına əlavə edilmiş sxem həmin mütəxəssis arayışı ilə uyğun gəlmir. Belə ki, sxemdə cavabdehin zəbt etdiyi 0,088 ha torpaq sahəsi ilə iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin 50 kv.metr hissəsinin üst-üstə düşdüyü göstərildiyi halda, rəydə ümumiyyətlə bu hala istinad edilməyib və rəy həmin sxemə uyğun gəlmir. Bundan başqa, qeyd olunan sxemdən görünür ki, cavabdehin zəbt etdiyi torpaq sahəsinin iddiaçının torpağı ilə üst-üstə düşməsi ekspertiza tədqiqatının predmetindən kənarda qalıb və ekspert yalnız cavabdehin mülkiyyətində olan torpaq sahəsinin cavabdehin torpağı ilə üst-üstə düşüb-düşmədiyini araşdırıb. Halbuki, "xxxx" MMC-nin mütəxəssis arayışına əlavə edilmiş sxemdən görünür ki, iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin 50 kv.m hissəsi cavabdehin zəbt etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və onun tərəfindən çəpərə alınıb. Apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən qeyd olunan suallara mütəxəssisin, ekspetrtin rəyləri ilə aydınlıq gətirib, cavabdehin arqumentləri ilə razılaşmayıb haqlı olaraq belə nəticəyə gəlib ki, iddiaçıya bələdiyyə tərəfindən ayrılmış 0,05 ha torpaq sahəsin in 50 kv.metr hissəsi cavabdeh tərəfindən zəbt edildiyindən, həmin hissədə iddia əsaslı sayılaraq təmin edilməlidir. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, mübahisələndirilən hissədə iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, cavabdehin sənəd üzrə mülkiyyətində 0,08 ha torpaq sahəsi olduğu halda, o əlavə olaraq 0,088 ha torpaq sahəsini zəbt edib, həmin torpaq sahəsinin 50 kv.metr hissəsi isə iddiaçının qanuni istifadəsində olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşür və işdə, bunun əksini təsdiq edən başqı sübut yoxdur. Kassasiya instansiyası məhkəməsi eyni zamanda yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 41 7 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021ci il tarixli, 2(106)-3401/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar