Məhkəmə qərarları › İş №2(102)-2946/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2946/2024

19.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2946/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh X3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxırılma 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-719/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masall ı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarına əsasən, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı3, X1 birgə mülkiyyətinə verilmişdir. 2. 2005-ci ildə İddiaçı1 tərəfindən Masallı rayonu, X kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində iki mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin inşasına başlanılmışdır və Texniki Pasporta əsasən fərdi yaşayış evinin 2009-cu ildə tikildiyi qeyd edilmişdir. 3. 04 oktyabr 2013-cü il tarixdə İddiaçı3 ilə X5 faktiki, 22 oktyabr 2013-cü il tarixdən isə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından X və X adlı iki övladları doğulmuşdur.

4. Masallı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(050)-114/2020 saylı qətnaməsi ilə İddiaçı 3 ilə X6 arasında bağlanmış nikah pozulmuşdur.

5. Masallı Rayon Məhkəməsinin 3 mart 2021-ci il tarixli, 2(050)-740/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı “evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması, onun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(106)-2117/2022 saylı qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(050)884/2022 saylı qətnaməsi İddiaçı1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 08 iyul 2021-ci il tarixli, 2(106)1785/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(050)-111/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Masallı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(050)-1051/2021 saylı qətnaməsi ilə Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə X4 və ailə üzvlərinə 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-042 A saylı Şəhadətnamənin İddiaçı1 və İddiaçı2 məxsus olması faktı müəyyən edilmişdir. 9. 21 iyun 2021-ci il tarixli Çıxarışa əsasən, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzəridə inşa edilmiş, ümumi sahəsi 138,8 kvmetr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adlarına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra- iddiaçılar) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 (bundan sonra- cavabdeh) mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və cavabdeh tərəfindən yaranmış maneələri aradan qaldırmaqla, onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. İlkin iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh gəlin gəlməmişdən öncə, İddiaçı1 özü üçün mübahisəli fərdi yaşayış evini inşa etmişdir. Bütün bunlardan əlavə, cavabdeh boşanmadan öncə aqresivləşərək fərdi yaşayış evinə və orada olan çoxillik ağacları kəsərək ziyan vurmuşdur. Halbuki sözügedən ev onların mülkiyyətindədir.

12. Cavabdeh X5 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 21 iyun 2021-ci il tarixli Çıxarışa əsasən iddiaçıların adlarına qeydə alınmış fərdi yaşayış evinə yaşayış hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi cavabdehin valideynlərinin vəsaiti hesabına Xəyal və ailə üzvlərinin həyətində inşa olunmuşdur. Hazırkı vaxtadək həmin evdə yaşamaqla orada iki övladı dünyaya gəlmiş və hazırda da övladları ilə birgə qeyd olunan evdə yaşayırlar. Lakin sonradan həmin evə dair iddiaçıların adlarına hüquqların dövlət qeydiyyatı haqqında 21 iyun 2021-ci il tarixli Çıxarış verilmişdir. Həmin Çıxarış nikahları dövründə verilməklə Çıxarışda İddiaçı3 da adı qeyd edilmişdir. Bu isə onu göstərir ki, İddiaçı3 sözügedən evin mülkiyyətçilərindən biridir. Bu barədə qeydiyyat nikah pozulduqdan sonra aparılsa da, ev birgə nikah dövründə inşa edildiyindən İddiaçı3 düşən payın yarısı cavabdehə aiddir. Bu bölgü mülkiyyət hüququna dair Çıxarış və evin inşası tarixi ilə bağlı qeydlərdən irəli gəlir. Halbuki qeyd olunan ev bütünlüklə valideynlərinin vəsaiti hesabına inşa edildiyindən həmin evə dair Çıxarış da onun adına verilməli idi. Bu səbəbdən də qeyd olunan Çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş və iş Şirvan İnzibati Məhkəm əsinin icraatındadır. İddiaçı1 cavabdehə qarşı evdən çıxma tələbinə dair iddiası 03 mart 2021-ci il tarixli qətnamə ilə kompensasiya verməklə evdən çıxma barədə iddiası isə 17 avqust 2022-ci il tarixli qətnamə ilə rədd edilmişdir. Bütün bunlar onun qeyd olunan evdə yaşamaq hüququnun olmasını göstərir.

14. Masallı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsi ilə (hakim H.Bəhmənov) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

15. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçılar torpaq sahəsi və ev üzərində ümumi birgə mülkiyyət hüquqlarına sahibdirlər. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21 iyun 2021-ci il qeydiyyat tarixli Çıxarışla da təsdiq olunur. İşin hallarından görünür ki, mübahisəli evin X və İddiaçı3 birgə qazancları hesabına mülkiyyətlərinə keçməsi, o cümlədən İddiaçı3 özünün tam mülkiyyəyində olması təsdiq olunmur. Belə olan halda evin ilk iddiaçıların ümumi birgə mülkiyyətlərində olması Cavabdeh həmin evdə İddiaçı3 ailə üzvü kimi yaşamasını istisna edir. Odur ki, X həmin evdə yaşaması ümumi birgə mülkiyyətçilərin hüquqlarına müdaxilədir və onun hərəkətləri İddiaçı1 və digərlərinin mülkiyyət üzərində sahiblik və istifadə hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də mülkiyyət hüququnun müdafiəsi üçün X evdən çıxarılmalı, ilk iddiaçıların mülkiyyət hüquqlarının tam həyata keçirilməsinə maneə yaradan hərəkətlər qanunsuz hesab edilməli və aradan qaldırılmalıdır.

16. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd olunan əsaslara hüquqi qiymət verərək qeyd etmişdir ki, X evdən çı xarılması barədə tələb Masallı Rayon Məhkəməsinin 03 mart 2021ci il tarixli qətnaməsi ilə təmin olunmasa da, 21 iyun 2021-ci il tarixdə ev və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və qeyrilərinin adına qeydiyyata alınması ilə, həmin tarixdən sonra yeni hüquq münasibəti yaranmışdır. Ona görə də evdən çıxarılma tələbinə yeni hüquq münasibəti baxımından hüquqi qiymət verildiklə, ilk iddia barədə qeyd olunmuş əsaslar baxımından, X mənzil hüququ yaranmır və qarşılıqlı iddia üzrə evə yaşayış hüququnun müəyyən edilməsi tələbi əsassız hesab olunmalıdır. Bundan başqa, məhkəmənin 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə ilk iddiaçı tərəfin X kompensasiya verilməklə evdən çıxarılma tələbinin təmin olunmaması də, Cavabdeh həmin evdə yaşayış üçün mənzil hüququnun olması üçün ə sas ola bilməz. Çünki kompensasiya verməklə, yaxud verməməklə evdən çıxarılma tələbini irəli sürmək ilk iddiaçıların özlərinin subyektiv hüquqlarıdır. Bundan əlavə, X ümumi birgə mülkiyyətçilərdən birinin keçmiş ərinin olmasını bildirsə də, nəzərə alınmalıdır ki, ümumi birgə mülkiyyətin hüququnun əsas və prinsipləri baxımından, digər mülkiyyətçilərin hüquq və mənafeləri gözlənilməlidir. Ona görə də həmin hal da əsassız hesab olunmalıdır.

17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinin İ hissəsi, 29, 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 152.1, 157.4, 222.1-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 30.1,30.2,30.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh X apellyasiya şik ayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli ev iddiaçıların mülkiyyətində olan torpaqda yerləşsə də, həmin ev 2013-cü ildə valideynlərin vəsaiti hesabına, İddiaçı3la nikahları dövründə inşa edildiyindən, iddiaçıların razılığı ilə həmin evə köçməklə orada yaşadığından, uşaqları həmin evdə doğulduğundan, hazırda da əşyaları həmin evdə olduğundan, sözügedən evdən çıxarılmasına dair iddiaların rədd edilməs i, həmçinin evdən sökülmüş qaz sayğacının yenidən bərpası barədə iddianın təmin edilməsinə dair qanuni qüvvədə olan qətnamələr olduğundan qeyd olunan evdə istifadə etmək hüququ vardır. Lakin hazırkı qətnamə ilə yaşadığı evdən məhrum edilmişdir ki, bu da qanuna ziddir. Apellyasiya baxışında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsində iki tikili vardır. Həmin tikililərdən biri koma tipli köhnə ev, digəri isə yeni tikili olan evdir. Köh nə koma tipli evdə hazırda heç kəs yaşamır və həmin ev yararsız vəziyyətdədir. Yeni tikili olan evdə isə cavabdeh yaşayır. İddiaçılar isə Bakı şəhərində yaşayır. Cavabdehin hansı evə gəlin gəlməsini bilmir. Lakin onu bilir ki, qeyd edilən həyətdəki yeni tikili olan ev cavabdehin valideynlərinin vəsaiti hesabına tikilmiş evdir. Bundan başqa bildirmişdir ki, iddiaçıların bundan öncə həm evdən çıxarılma, həmçinin kompensasiya ödənilməklə evdən istifadə hüquqlarına xitam verilməklə bağlı cavabdehə qarşı ayrı-ayrı iddiaları olmuş və hər iki iddia təmin edilməmişdir. Hazırda iddiaçılar eyni tələblə bağlı yenidən məhkəməyə müraciət etmişlər ki, bu da qanunvericiliyə əsasən yolverilməzdir.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-719/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tar ixli qətnaməsi ilə (hakimlər C.F.İmanov (sədrlik edən və məruzəçi), P.T.Əhmədov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli yaşayış evi 21 iyun 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda həmin yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Eyni zamanda mövcud qanunvericiliyə əsasən yalnız ailə üzvlərinin evdən istifadə hüququ vardır. Qarşılıqlı iddiaçının cavabdehlə nikahı pozulmuşdur və qarşılıqlı mülkiyyətçilərin ailə üzvü sayılmır. Onun həmin evdən istifadə etməsi üçün də, mülkiyyətçinin razılığı tələb olunur. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli evin X və İddiaçı3 birgə qazancları hesabına mülkiyyətlərinə keçməsi, o cümlədən İddiaçı3 özünün tam mülkiyyəyində olması təsdiq olunmur. Belə olan halda evin ilk iddiaçıların ümumi birgə mülkiyyətlərində olması Cavabdeh həmin evdə İddiaçı3 ailə üzvü kimi yaşamasını istisna edir.

22. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin mübahisəli həyətdə 2 evin mövcud olması dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsi kollegiyanın iclasında mübahisəli torpaq sahəsində iki tikili olduğunu bildirmişdir. Həmin tikililərdən biri koma tipli köhnə ev, digəri isə yeni tikili olan evdir. Köhnə koma tipli evdə hazırda heç kəs yaşamır və həmin ev yararsız vəziyyətdədir. Yeni tikili olan evdə isə cavabdeh yaşayır. Odur ki, hazırda qeyd edilən mübahisəli həyətdə yaşamağa yararlı yalnız bir ev mövcuddur. Çünki hazırda mübahisəli evdə cavabdeh yaşayır, iddiaçılar isə Bakı şəhərində olurlar.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29, 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 152.1, 157.4, 222.1-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki,cavabdehin başqa yaşayış yeri olmadığından, yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslar olmadığından, maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən, göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququm məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Lakin işə baxan məhkəmələr bunu etməməklə qanunvericiliyin tələbini pozmuşdur. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən iddiaçı iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar təqdim etməli və ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Lakin iddiaçılar tələblərində mülkiyyətlərində olan evdən istifadələrinə maneçilik törədilməsini göstərsələr də, nəinki bu barədə hər hansı sübut təqdim etməmiş, hətta bu maneçiliyin nədən ibarət olmasını belə əsaslandıra bilməmişlər. Lakin buna baxmayaraq işə baxan məhkəmələr iddiaçıların bu tələlərini də təmin etmiş, bununla da qeyd olunan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bundan əlavə, apellyasiya instansiya məhkəməsinin işə baxan hakimləri nəinki evin birgə nikah dövründə tikilməsinə diqqət yetirməmiş, hətta 19 mart 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilən İcra Hakimiyyətinin məktubuna və İddiaçı1 həmin məktuba əlavə edilmiş yuxarıda qeyd e dilən izahatına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Həmin izahat Şirvan Apellyasiya Məhkəməsində olarkən Masallı Rayon İcra Hakimiyyətinə vəkil vasitəsi ilə sorğu verilərək əldə olunmuş, orada İddiaçı1 mübahisəli evin daş və şifer materiallarının valideynləri tərəfindən alınmasını etiraf etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə

13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əm lak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Maddə

125. Vİİ bəndi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyin ə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 222.1 Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan b irgə istifadə edirlərİstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

34. Maddə 30.1 Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

36. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyy ətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh X tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəl diyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi n əticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi 21 iyun 2021-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçıların adına qeydə alınmışdır.

47. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi 2009-cu il tarixdə inşa edilmişdir, cavabdeh isə İddiaçı3la rəsmi nikah əsasında 22 oktyabr 2013-cü il tarixdə ailə qurmuş və Masallı rayon məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Belə olan halda həmin yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz.

48. Eyni zamanda mövcud qanunvericiliyə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam v erildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

49. Hazırkı halda mübahisəli ev mülkiyyət hüququ üzrə iddiaçıların adına qeydə alındıqdan sonra onlar arasında yeni mülki hüquqi münasibətlər əmələ gəlib və cavabdehlə mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri, o cümlədən İddiaçı3 arasında başqa razılaşma olmamışdır.

50. Həmçinin, mübahisəli yaşayış sahəsinin birgə mülkiyyətçisi İddiaçı3 keçmiş ailə üzvü kimi arvadı Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnu həyata keçirməyə hər hansı əsasları, habelə işdə, onun maddi vəziyyəti və diqqətə layiq digər halları özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini özündə ehtiva edən heç bir sübut yoxdur. Belə ki, cavabdehlə iddiaçı Xəyal Baramovun ailə münasibətlərinə artıq 30 yanvar 2020 -ci il tarixdən məhkəmə qətnaməsinə əsasən xitam verildiyindən və hazırda cavabdeh nə İddiaçı3, nə də digər mülkiyyətçilərin ailə üzvü sayılmadığından, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Digər tərəfdən, mübahisəli evin hüquqi statusu dəyişdiyindən, yəni həmin ev 21 iyun 2021-ci il tarixdən iddiaçıların birgə mülkiyyətlərinə çevrildiyindən, cavabdehin bundan sonra həmin evdən istifadə etməsi üçün evin birgə mülkiyyətçilərinin razılığı tələb olunur. İşdə isə evin birgə mülkiyyətçilərinin belə razılığı yoxdur.

52. Bundan başqa, mübahisəli evin X ilə İddiaçı3 birgə qazancları hesabına əldə olunması və həmin evin İddiaçı3 tam mülkiyyəyində olması mülki iş materialları ilə təsdiq olunmur.

53. Apellyasiya instansiyası məh kəməsi, həmçinin cavabdehin apellyasiya şikayətinin mübahisəli həyətdə 2 evin mövcud olması dəlilinə qiymət verərək qeyd etmişdir ki, işdən görünür ki, həmin tikililərdən biri koma tipli köhnə evdən, digəri isə yeni tikili olan evdən ibarətdir. Köhnə koma tipli evdə hazırda heç kəs yaşamır və həmin ev yararsız vəziyyətdədir. Yeni tikili olan evdə isə cavabdeh yaşayır. Odur ki, hazırda qeyd edilən mübahisəli həyətdə yaşamağa yararlı olan yalnız bir ev vardır, həmin evdə də cavabdeh yaşayır.

54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəy ə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(106)-719/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar