Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2947/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Novruz oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməklə bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı “əmlakın hərracda satılması və dəyərinin bölünməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(106)-383/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə m ülki işə 16 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və onun üzərində yerləşən 2.825 m2 qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən, Məmmədov X1 rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və üzərində 2825.5 kv.m olan qeyri-yaşayış binasından ½ hissəsini Cavabdeh bağışlamışdır.
3. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 2825.5 ha torpaq sahəsi İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə payı müəyyən edilməklə paylı mülkiyyət hüququ Daşın maz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 17 sentyabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən “Əzizə” şadlıq evinin işlətdiyi 8 il ərzində qardaşı Cavabdeh payına düşən cəmi 2.424.000 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi kifayət qədər sübuta yetirmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Novruz oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2825,5 k v.m sahəsi olan “Əzizə” şadlıq sarayının və əmlak kompleksinin qiymətləndirilməsi və açıq hərraca qoyularaq satılıb dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, mübahisəli şadlıq sarayı iddiaçı və qardaşlarının, eləcə də cavabdehin şəxsi vəsaiti hesabına tikilməklə tam istifadəyə verilmiş, həmin şadlıq sarayından gələn gəlirin cavabdehlə aralarında bölünməsi barədə qarşılıqlı razılığa gəlmişlər. 2013-cü ilin mart ayından fəaliyyətə başlamış və 2022-ci ilin mart ayının axırına kimi əldə edilmiş qazancı aralarında bölmüş və heç bir narazılıqları olmamışdır. Sonradan 2022-ci ilin mart ayında cavabdeh iddiaçıya “Əzizə” şadlıq sarayının ikisinin adına qeydiyyata alınmasını təklif etmişdir. Bu səbəbdən də cavabdehin təklifi ilə həmin kompleksin ikidə bir hissəsinin iddiaçının, ikidə bir hissəsinin isə cavabdehin adına sənədləşdirilməsi barədə razılığa gəlmişlər. Bundan sonra, 23 fevral 2022-ci il tarixində Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlayaraq iddiaçı həmin kompleksin ikidə bir hissəsini cavabdeh olan qardaşı Cavabdeh bağışlamış və müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmişdir. Həmin çıxarış veriləndən və cavabdehin həmin kompleksə mülkiyyət hüququ yarandığı gündən cavabdeh iddiaçının mülkiyyətçi kimi həmin obyektdən istifadə etməsinə maneçilik törətməklə həmin obyektə pay hüququnu əsas gətirib iddiaçının mülkiyyətindən sərbə st istifadəsinə imkan vermir. Bir neçə aydır ki, cavabdeh həmin şadlıq sarayını istifadə etməklə, toy və digər şənliklərin keçirilməsi üçün icarəyə verib gəlir əldə edir, həmin gəlirin aralarında yarı-yarıya bölünməsi barədə razılıqları olmasına baxmayaraq, cavabdeh buna əməl etmir və iddiaçıya heç bir məbləğ ödəmir. Bununla bağlı aralarında narazılıq yaransa da, sonradan cavabdeh razılığa əməl edəcəyinə və bundan sonra gəlirləri yarı-yarıya iddiaçı ilə böləcəyinə söz vermişdir. Lakin o, yenə də sözünə əməl etməmiş, hər dəfə toy məclislərindən sonra iddiaçıya heç bir məbləğ ödəməmişdir. Həmçinin, “Əzizə” şadlıq sarayının, eləcə də digər qeyri-yaşayış binası, əmlak kompleksinin 1/2 hissəsinin naturada ayrılıb bölünərək tərəflərin hər birinə bərabər qaydada verilməsinin mümkün olub-olmamas ını müəyyən etmək məqsədilə iddiaçının müraciəti əsasında verilən "xxxx" MMC-nin 25 avqust 2022-ci il tarixli, 01/22-412 nömrəli rəy ilə müəyyən edilmişdir ki, hər iki sual üzrə, mübahisə predmeti olan 0,56 ha torpaq sahəsi qeyd olunan koordinatlar daxilində yerləşir və bir neçə yerdən giriş imkanı olduğu üçün tərəflər arasında tam olaraq bölgüsü mümkündür, eləcə də “Əzizə” şadlıq sarayının və digər əmlak kompleksinin texniki göstəricilərinin səmərəli bölgü imkanı yaratdığı üçün sözügedən əmlakın tərəflər arasında tam olaraq bölgüsü mümkündür.
7. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, o, 16 yaşından Qazaxıstan Respublikasında olmuş və bizneslə məşğul olmuşdur. 2013-cü ildə qardaşları Telman və Elmanla birlikdə analarının adına şadlıq evi tikdirmək qərarına gəlmişlər. Bu fikir onun özü nə məxsus olmuşdur. Onun Qazaxıstandan göndərdiyi pulların hesabına şadlıq evi üçün torpaq sahəsi alınmış və şadlıq evi ilə ətrafındakılar tikilmişdir. Ondan başqa həmin tikiliyə pul qoyan olmamışdır. İddiaçı həmin tikiliyə, ətrafındakı obyektlərə xərc çəkməmişdir. İddiaçı sadəcə şadlıq evinin və digər obyektlərin idarəedicisi olmuşdur. O, 2013-2017-ci illərdə Qazaxıstan Respublikasında həbsdə olmuşdur. 2022-ci ildə Lənkəran rayonuna gəldikdə iddiaçının illər ərzində onu aldatdığının şahidi olmuş və buna görə də şadlıq evinə pul qoyan adam kimi həmin əmlakı tələb etmişdir. Hazırda həmin əmlakın nə naturada bölünməsini, nə kompensasiya ilə alınmasını, nə də hərracda satılmasını qəbul etmir. Həmin əmlak onun 2.744.000 ABŞ dolları pulu ilə tikilib ərsəyə gəlmişdir, buna görə də həmin əmlak bü tünlükdə ona məxsudur.
8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(049)-2678/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim: Murad Aslanov) ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh izahatında mübahisə predmeti olan əmlakın ona məxsus olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmiş, əksinə onun bildirdikləri yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli çıxarışla tam təkzib olunmuşdur. Həmçinin, iş materialları ilə təsdiq edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak da idarə edilməklə gəlir əldə edilmiş və nəticədə iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmuşdur.
10. Bununla yanaşı, məhkəmə mübahisənin doğma qardaşlar arasında baş verməs ini, iddianın ilkin olaraq məhkəməyə “naturada bölünmə” tələbi ilə verilməsini, qardaşlar arasında münasibətin kəskin pis olmasını və hətta cinayət mühakimə icraatı səviyyəsində bir-birilərini ittiham etməsini nəzərə alaraq hesab etmişdir ki, hazırkı vəziyyətdə əmlakın naturada bölünməsi, kompensasiya müəyyyən edilməsi və s kimi sıralamanın tətbiq edilməsi nəticəsi öncədən aşkar görünən halın müəyyən edilməsi ilə nəticələnə bilər. Başqa sözlə ifadə edilsə, cavabdeh əmlakın bütünlüklə ona məxsus olduğunu qəti şəkildə bildirir, əmlakın bölünməsinə, satılmasına birmənalı olaraq etiraz edir. Belə olan halda əmlakın naturada bölünməsi və kompensasiya tələbi barədə sıralamanın tətbiqi lüzumsuz olaraq məsələnin həllini uzadılması deməkdir. Yəni, nəticənin eyni olacağı təqdirdə formal olaraq qanun da göstərilənlərin sadalanması hər iki tərəfin ədalətli məhkəmə araşadırmasının ağlabatan müddətə həyata keçirilməsinə mane olur. Göstərilənərdən bir daha aydın olur ki, tərəflərin mövcud münasibəti əmlakın hərracda satılaraq tərəflər arasında bölünməsinə tam zəmin yaradır.
11. Digər tərəfdən birinci instansiya məhkəməsi əmlakın qiymətlərindirilməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, həmin məsələ məhz qətnamənin icrası ilə əlaqədar olduğundan hazırkı vəziyyətdə əmlakın dəyərinin nə qədər olması məhkəmə üçün, eləcə də tərəflər üçün heç bir əhəmiyyət kəsb etmir və iddianın həll edilməsinə heç bir təsiri yoxdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə və onun əsaslandırıcı hissəsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qətnamə çıxararkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına yeni yanaşma nümayiş etdirmiş, həmin şə rhi yenidən şərh etməklə tətbiq etmiş, həmin qərarın Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olmasını nəzərə almamışdır. Həmin qərara əsasən, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinin təsbit edilməsində məqsəd mülkiyyət hüququnun maksimum qorunmasıdır. Ümumi paylı mülkiyyətdə olan mübahisəli əmlak kompleksinin naturada bölgüsünün mümkün olması barədə iddiaçı tərəfindən mütəxəssis rəyi təqdim olunsa da, məhkəmə tərəfindən həmin rəyin əsaslılığı yoxlanılmamış, əmlakın naturada bölgüsünün mümkün olub-olmamasının müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməmiş, iddiaçı tərəfindən qanunvericiliyə zidd olaraq dəyişdirilmiş iddia tələbi təmin edilmişdir. Lakin məhkəmə heç bir yerdə göstərməmişdir ki, müvafiq ekspe rtiza təyin ediləcəyi halda əmlakın naturada bölünməsi imkanının olmadığı qənaətinə necə gəlmişdir. Qətnamə ilə cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Qətnamə icra edilərsə, şəxs ona məxsus olması mübahisələndirilməyən əmlakdan məhrum olacaqdır.
15. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(106)-383/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “əmlakın hərracda satılması və dəyərinin bölünməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, biri nci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarının qeyd edilən tələblərinə əməl etməmiş, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilib-edilməməsinə düzgün qiymət verməmiş, iddiaçının hazırkı tələblə çıxış edə bilməsi üçün subyektiv hüququnun yaranıb-yaranmamasını araşdırmamış, beləliklə də, maddi və prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir.
17. Belə ki, iddiaçı ümumi paylı mülkiyyətində olan əmlakın naturada bölünməsi və onun öz payının ayrılması məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini gözləmədən iddia tələ bini dəyişdirməklə, birbaşa olaraq əmlakın açıq hərracdan satılmasını və dəyərinin tərəflər arasında bölünməsini tələb etmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında xüsusilə vurğulanır ki, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi paylı mülkiyyətdə olan əmlakın hərracda satılaraq dəyərinin tərəflər arasında bölüşdürülməsi ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının həmin tələblə müraciət edə bilməsi üçün subyektiv hüququ yaranmamışdır. İddiaçı Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş prosedurları ardıcıllıqla həyata keçirmədən birbaşa olaraq MM-in 220.6-cı maddəsində göstərilmiş tələbi irəli sürməklə, qanunla müəyyən edilmiş mərhələli qaydaya riayət etməmişdir. Beləliklə də, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında müəyyən edilmiş subyektiv hüququn birinci elementi yaranmamışdır. Bu səbəbdən də, onun həmin hüquq üzrə başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 220.2, 220.3, 220.4, 220.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 218.3, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırılmasında cavabdehin formal izahatlara istinad etmiş və həmin halları təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsini, birinci instansiya məhkəməsində cavabdehin məhkəmə iclasında verdiyi izahatları nəzərə almamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının tələblərinin pozulmasını qeyd etsə də, həmin qərarın pozulması hallarının konkret olaraq işin faktiki hallarına münasibətdə əsaslandırmamış, həmin qərarın mətnini hərfi mənada tətbiq etmişdir.
22. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi gələcəkdə onun tərəfindən əgər əmlakın naturada bölgüsü və kompensasiya ardıcıllığına əməl edilməklə iddia qaldırılarsa, hərracla əlaqədar olaraq əvvəl eyni predmetlə əlaqədar, eyni tərəflər arasında iddia qaldırmasına əsas götürülərək iddia qaldırmaq hüququndan onu məhrum edir.
23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi onun həmin mübahisəli əmlakla bağlı olaraq mülkiyyətçi olmağını nəzərə almamışdır. Məhkəmənin qənaətindən belə aydın olur ki, iddiaçı tərəfindən həmin tələblər üzrə ayrı-ayrı iddia qaldırılmalı və 3 mülki işə ən azından 3-4 il vaxt sərf edilməli idi. Digər tərəfdən, yarısı mülkiyyətində olan əmlak üzərində həbs qoyulmuş və uzun müddətdir ki, istifadəsizdir. Yəni hər gün kompleks dəyərini itirir, istifadə və təmir edilmədiyi üçün dağılıb tökülür. Aydın şəkildə görünür ki, məhkəmə kollegiya sı tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmiş və Mülki Məcəllənin qeyd olunan göstərişləri də pozmuşdur.
24. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi mübahisəyə faktlar əsasında baxmamış və cavabdeh tərəfindən təqdim olunan sübutlara nisbətdə hansı dəlillərlə əsaslandırdığını aydınlaşdırmamışdır. Məhkəmə prosesində ümumiyyətlə cavabdehin iştirakı təmin edilməmiş, iş araşdırılmamışdır. Halbuki, cavabdeh məhkəmə iclasında iştirak etsə idi, hər şey araşdırılaraq obyektiv qərar qəbul edilə bilərdi.
25. Bununla yanaşı, cavabdeh “Əzizə” şadlıq sarayının onun xərci ilə tikildiyini iddia etmişdir. Belə olan halda hansı səbəbdən şadlıq sarayı tamamilə onun adına olmaqla 2022-ci ilin mart ayında həmin şadlıq sarayının və kompleksin yarısını ona bağışlayarkən razılaşmış və daha sonra hər ikisi bu barədə çıxarış almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də kifayət qədər ziddiyyətli olan məqamlara nəinki hüquqi qiymət verilməmiş, həmin hallara dair heç bir münasibət bildirilməmişdir.
26. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2.1, 220.3, 220.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 2177.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdı r və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
29. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
34. M addə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
35. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qala n mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
36. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticə yə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarından göründüyü kimi, əmlaka fərdi mülkiyyət hüququ əsasında malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətin mülkiyyətçiləri öz səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilmirlər.
48. Bu baxımdan, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməklə əvvəla, əmlakın naturada bölünməsini mümkünlüyü müəyyən edilməli, bu mümkün olmadığı təqdirdə ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olur.
49. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun bu barədə formalaşmış mövqeyinə əsasən, iddiaçının həmin tələblə müraciət edə bilməsi üçün subyektiv hüququ yaranmaması, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməməsi məsələrinə düzgün hüquqi qiymət vermiş və hərtərəfli araşdırma aparmışdır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətlərində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətlərində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələri ni rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(106)-383/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir