Məhkəmə qərarları › İş №2(102)-2948/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2948/2020

21.05.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2948/2020 21.05.2020 ALİ MƏHKƏMƏ.Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh “xxxx” MMC tərəfindən ayrıayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in (hakim R.Xəlilov) xx.xx.2019-cu il tarixli, 2(006)xxxx nömrəli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Əmək Müfəttişliyinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və qanunsuz işdən məhrum olunma nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiasının və iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə ilk İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2 019-cu il tarixli, 2(006)-xxxx nömrəli qətnaməsinin qismən, İddiaçı “xxxx” MMC-yə qarşı işə bərpa tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, “xxxx” MMC-nin 13/B saylı, xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı “xxxx” MMC-yə sürücü vəzifəsinə bərpa edilməsi, xx.xx.2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, qətnamənin qalan-ilk iddianın qalan hissələrinin və qarşılıqlı iddianın rədd edildiyi hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh “xxxx” MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Əmək Müfəttişliyinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və qanunsuz işdən məhrum olunma nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yeri olan “xxxx” MMC-yə sürücü vəzifəsinə bərpa edilməsi, işlədiyi bütün müddət ərzində ona ödənilməmiş əmək haqqının, normadan artıq işlədiyi bütün günlərin və saatların əmək haqqının, 11 dekabrdan işə bərpa olunduğu günə kimi hesablanacaq orta əmək haqqının hamısının bir yerdə X1-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş iddianın rədd edilməsi və 500 manat vurulmuş ziyanın həmçinin 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Quliyev Ramiz İdris oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ilk iddiaçı tərəfindən həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində onun xx.xx.2018-ci il tarixdən “xxxx” MMC-də sürücü vəzifəsində işləməsini təsdiq edən sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə təqdim edilən sübutları digər sübutlarla birgə araşdırmamışdır. Beləliklə, mülki işə apellyasiya məhkəməsində baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, ümumilikdə ilk iddiaçıya ödənilməli olan 5666 manat pul vəsaitinin tutulması qət edilməmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və İddiaçı “xxxx” MMC-də işlədiyi bütün müddət ərzində ona ödənilməmiş əmək haqqı, normadan artıq işlədiyi bütün günlərin və saatların əmək haqqı, 11 dekabrdan işə bərpa olunduğu günə kimi hesablanacaq orta əmək haqqının cəmi 5666 manatın tutularaq ona ödənil məsi hissəsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Hüseynov Yusif Kamal oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ilk iddiaçının əmək funksiyalarını pozması və ya keyfiyyətsiz yerinə yetirməsi faktını təsdiq edən sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, işçi barəsində hələ işin ilk aylarında əmək funksiyalarını pozması, içkili vəziyyətdə işə gəlməsi və ona həvalə edilmiş avtomobili əzməsi barədə aktlar tərtib edilmişdir. Məhkəmə bu faktları şübhə altına alaraq göstərilənlərin kifayət qədər mötəbər sübutlarla təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının alkoqol qəbul etməsini ətraflı araşdırmamış, həmçinin iddiaçının alkoqol qəbul etməməsi bar ədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə qətnamədə iddiaçı barəsində tətbiq olunan intizam tənbehlərinin qanunsuz olaraq tətbiq edilməsi və intizam tənbehinin verilməsi zamanı prosedur pozuntularına yol verildiyini qeyd etmişdir. Məhkəmə bu nəticəyə gəlməklə həm yanlışlıq etmiş, həm də Əmək Məcəlləsinin normalarını yanlış təfsir etmişdir. Belə ki, əvvəla iş materiallarında iddiaçı barədə intizam tənbehinin verilməsi barədə heç bir sənəd yoxdur. İddiaçının əmək funksiyalarını yerinə yetirərkən yol verdiyi pozuntuların cavabdeh tərəfindən aktlaşdırılmasını məhkəmə intizam tənbehinin verilməsi kimi qəbul etmişdir. İddiaçı tərəfindən yol verilən pozuntular intizam tənbehi üçün əsas olsa da, cavabdeh intizam tənbehi verməmiş, sadəcə baş verən pozuntuları aktlaşdırmışdır. Bu b axımdan məhkəmənin qətnamədə Əmək Məcəlləsinin 187.1 və 187.2-ci maddələrini əsas kimi gətirməsi yanlışdır. Digər tərəfdən iddiaçının tələbi Babayeva Səkinəyə yönəldiyi halda, məhkəmələr cavabdeh kimi “xxxx” MMC-ni qəbul etmişdir. İddia mahiyyətcə işəgötürənə yönəldiyi üçün Əmək Məcəlləsinin 3.3-cü maddəsinə uyğun olaraq müəssisə cavabdeh kimi çıxış edə bilməz. Belə ki, müəssisə direktoru Səkinə Babayevadır və o da əsl cavabdeh kimi əvəz edilməli idi. Nəticədə apelyasiya məhkəməsi iddia tələblərini faktiki olaraq əsl olmayan cavabdehə münasibətdə təmin etmişdir. Digər tərəfdən məhkəmə qarşılıqlı iddia üzrə iddiaçıya məxsus “Ford Tranzit” markalı yük maşınının cavabdeh tərəfindən zədələnməsi və bununla iddiaçıya ziyan vurulması faktı sübuta yetirilməmiş hesab olunmuşdur. Halbuki, iş materia llarında olan aktlar və həmin aktları imza etmiş şəxslərin verdiyi şahid ifadələri bu faktı əslində tam olaraq sübuta yetirmişdir. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli aktlardan görünür ki, cavabdeh iddiaçıya məxsus avtomobilin müvafiq olaraq ön və arxa şüşələrini sındırmışdır. Ümumilikdə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Quliyev Ramiz İdris oğlu və 3-cü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Hüseynov Yusif Kamal oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk iddia üzrə İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbay can Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddia tələbi rədd edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, əvvəla yuxarıda da göstərildiyi kimi, iddiaçının işdən çıxarılmasına əsas kimi işəgötürən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli aktlara, inzibati xəta haqqında xx.xx.2018-ci il tarixli protokol və xx.xx.2018-ci il tarixli qərara, inzibati cərimə haqqında Yasamal rayon Məhkəməsinin qərarına, avtonəqliyyat vasitəsinin saxlanılması barədə xx.xx.2018-ci il tarixli akta, s ərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2018-ci il tarixli akta istinad etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli aktlara əsasən xxxxnin sürücüsü İddiaçı iş vaxtında sərxoş vəziyyətdə olmuş, fabrikə məxsus olan, özünün idarə etdiyi Ford Transit yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı maşının ön və arxa şüşələrini sındırmışdır. xx.xx.2018-ci il tarixli aktdan isə görünür ki, xxxxnin sürücüsü İddiaçı xx.xx.2018-ci il tarixdə Buzovna qəsəbəsinə apardığı malı təhvil verib fabrikə geri döndükdən sonra özünü idarə edə bilməmiş, buna görə də maşının açarı ondan alınaraq fabrikin mühafizə xidmətinə təhvil verilmişdir. Qeyd olunan aktlar X2, X3, X4, X5 və X6 tərəfindən imzalanmışdır. Bu barədə məhkəmə koll egiyası qeyd etmişdir ki, sözügedən aktları imzalayan şəxslərdən X3 və X4 əmək müqavilələrinə xitam verildiyi üçün onların apellyasiya baxışı zamanı şahid qismində dindirilməsi mümkün olmamış, digər şahidlər isə ifadələrində İddiaçı tərtib olunmuş aktlarda yazıldığı kimi, göstərilən tarixlərdə işə sərxoş vəziyyətdə gəlməsi faktını birbaşa təsdiq etməmişlər. Belə ki,X1, X2 və X6 ifadə verərkən tərəflərindən müvafiq aktların tərtib olunduğu vaxt İddiaçı vəziyyətinin yaxşı olmadığını, bunun səbəblərinin nə ilə bağlı olduğunun onlara məlum olmadığını bildirmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə alınmış şahid ifadələri və həmin şahidlər tərəfindən tərtib olunmuş aktlar İddiaçı müvafiq tarixlərdə işə sərxoş vəziyyətdə gəlməsi faktını təsdiq edə biləcək sübutlar kimi qiym ətləndirilə bilməz. O ki qaldı xx.xx.2019-cu il tarixli əmrdə istinad olunan inzibati xəta haqqında xx.xx.2018-ci il tarixli protokol və xx.xx.2018-ci il tarixli qərara, inzibati cərimə ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarına, avtonəqliyyat vasitəsinin saxlanılması barədə xx.xx.2018-ci il tarixli akt və sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2018-ci il tarixli akta, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan akt və qərarlar da İddiaçı işə sərxoş vəziyyətdə gəlməsi barədə birmənalı qənaətə gəlmək üçün əsas ola bilməz. Belə ki, Bakı şəhər DYPİ-nin TP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və 355649 saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə s aat 22:40-da “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 37-ci maddəsinin müvafiq bəndinin tələblərini pozaraq, sürücü hərəkətdə olan zaman müvafiq sənədlərin təqdim edilməsi üçün saxlanılmış, ünsiyyət zamanı sürücüdən kəskin alkoqol iyi gəldiyi üçün tibbi müayinəyə dəvət olunmuş, lakin sürücü müayinə keçməkdən imtina etmişdir. Eyni zamanda “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə olaraq “sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” tərtib olunmuş xx.xx.2018-ci il tarixli akta əsasən İddiaçı sərxoşluq vəziyyətinin tibbi müayinəsini keçməkdən imtina etmişdir. İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 3(004)-xxxx saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı sərxoşluq vəziyyətinin müəyyən olu nması ilə bağlı ona təklif olunan tibbi müayinədən keçməkdən imtina etdiyi üçün xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokola əsasən 400 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi, İddiaçı inzibati cərimə onun tibbi müayinədən keçməkdən imtina etməsi ilə bağlı tətbiq olunmuş, lakin bu hal onun sərxoş vəziyyətdə olması kimi qiymətləndirilərək, barəsində işdənçıxarma əmrinin qəbul edilməsi üçün əsaslardan biri kimi çıxış etmişdir. Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtl ə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun tərəfindən əmək funksiyalarının və öhdəliklərin yerinə yetirilməməsinə istinad olunsa da, nəinki bu hal lar öz təsdiqini tapmamış, həm də barəsində intizam tənbehi ona qanunvericilikdə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, iddiaçı tərəfindən yuxarıda göstərilən nöqsanlara yol verildiyinin aşkar olunduğu, yəni xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli aktların, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib olunduğu, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın isə qəbul olunduğu vaxtdan təxminən 4 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırki işdən isə müəy yən olunmuşdur ki, işçi barəsində intizam tənbehi onun tərəfindən müvafiq hüquqpozmalara yol verildiyi aşkar olunduqdan 4 ay sonra verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Hazırki işdən isə müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən Məcəllənin bu tələbinə əməl edilməmişdir. Bundan başqa yuxarıda da qeyd olunduğu kimi, iddiaçı barəsində xx.xx.2019-cu il tarixli əmrin qəbul edilməsi üçün əsaslardan biri də xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə qəbul edilmiş aktlar olmuşdur. Belə ki, həmin aktlarda qeyd edilmişdir ki, İddiaçı idarə etdiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus FORD TRANZİT YÜK markalı maşının ön və arxa şüşələri iddiaçı tərəfindən sındırılmışdır. Bu barədə qeyd olunması zəruridir ki, hazırki işə istər birinci instansiya, istərsə də apelyasiya instansiyası qaydasında baxılarkən ilk iddia üzrə cavabdeh tərəfindən sözügedən aktlarda qeyd olunan faktla bağlı hər hansı sübut, o cümlədən fotoşəkil və ya həmin avtomobilə məhz iddiaçı tərəfindən ziyan vurulmasını təsdiq edə biləcək digər sübut növü məhkəməyə təqdim olunmamışdır. Tərtib edilmiş aktlar isə hadisənin məhz iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Odur ki, apelyasiya kollegiyası xx.xx.2019-cu il tarixli əmrdə göstərilən faktla bağlı halları sübutetmə vəzifəsinin cavabdehin üzərində olmasına baxmayaraq bu süb utetmə vəzifəsinin sonuncu tərəfindən icra edilməməsinə əsaslanaraq hesab etmişdir ki, ilk iddia qeyd olunan hissələrdə əsassız olaraq təmin olunmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş z ərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu baxımdan apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilərək, ilk iddia “işə bərpa və bərpa olunduğu günə kimi əmək haqqı” tələbinə dair hissələrdə təmin olunmalıdır. Həmçinin məhkəmə kollegiyası iddiaçının işə bərpa olunması qənaətinə gəldiyi üçün hesab edir ki, iddiaçı barəsində işəgötürən tərəfindən xx.xx.2019-cu il tarixli əmr əmək qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən həmin əmr də ləğv olunmalıdır. Apelyasiya kollegiyası ilk iddia üzrə iddiaçının “işlədiyi bütün müddət ərzində ona ödənilməmiş əmək haqqı, normadan artıq işlədiyi bütün günlərin və saatların əmək haqqı, 11 dekabrdan işə bərpa ol unduğu günə kimi hesablanacaq orta əmək haqqının hamısının bir yerdə tutularaq ona verilməsi” barədə tələblərinə münasibətdə qeyd edir ki, bu barədə, o cümlədən onun artıq iş saatlarına cəlb olunması və istirahətsiz işləməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin iddia tələblərini rədd etmişdir. Bundan başqa apelyasiya kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh ona iddiaçı tərəfindən maddi ziyan vurulmasını təsdiq edə biləcək hər hansı sübutu, o cümlədən fotoşəkil və ya bu faktı təsdiq edə bilən digər sübut növünü nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətlərinin dəlilləri əsasında apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə yoxlanılarkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Apelyasiya kollegiyası haqlı olaraq ilk iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın isə təmin olunmamasını qət etmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin ed ilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar