Məhkəmə qərarları › İş №2(102)-295/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-295/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-295/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-295/21 (Açar sözlər: evdən istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X2, Cavabdeh: Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)937/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə x x xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən və köməkçi sahələrdən istifadə hüququnun tanınması və xx xxxxx 2017-ci il tarixdə doğulmuş azyaşlı övladı X1 ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim A.B.Sadıqov) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurub və mübahisəli e və gəlin köçüb. Onların həmin evdə birgə nikahından bir uşaqları doğulub. Mübahisəli ev digər Cavabdeh2 məxsusdur, iddiaçı həmin evə onun razılığı ilə köçüb. İddiaçının mübahisəli evə köçməsi və orada yaşaması ilə bağlı Cavabdeh2lə onun arasında hər hansı qeyd-şərt olmayıb. İddiaçı özünə məxsus olan cehiz əşyalarını həmin evdə yerləşdirib və bu onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəldiyini təsdiq edir. İddiaçı evdən burada yaşayan cavabdehlərlə bərabər surətdə istifadə etmək hüququ əldə edib və keçmiş ailə üzvü kimi iddiaçının Cavabdeh1lə ailə münasibətlərinə xitam verilsə də, onun həmin evdən istifadə hüquq saxlanılır. Bu səbəbdən də iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30.1-30.4-cü maddələrin in və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən və məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehlərin yaşadığı evə gəlin köçüb, orada 3 ilə yaxın yaşayıb, cehiz əmlaklarını həmin evə gətirib, sonradan məcbur olub evdən gedib və hazırda anasına məxsus olan evdə yaşayır. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 birgə nikahından bir uşaqları doğulub. Qanuna görə uşağın ailədə valideynləri, yəni atası və anası ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. Bu baxımdan iddia tələblərini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının ləblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh2 apelyasiya şikayətinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəllənin 30.1-30.4-cü maddəlinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh2 kasasiya şikayətini belə əsaslandırıb ki, mübahisəli ev onun xüsusi mülkiyyətindədir. İddiaçı onun keçmiş gəlinidir. İddiaçının həmin evdən istifadə hüququ əmələ gəlməyib və iddiaçı onun ailə üzvləri sırasına daxil deyil. Bu səbəbdən də iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasının təfsirində səhvə yol verib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakç ılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Kamran Tağıyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Həmidşah Abdullayev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülk iyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü m addəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Əvvəla, işin mübahisə olunmayan həqiqi hallarına görə, xx xxxxxx 2015-ci il tarixli Çıxarışa əsasən, Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, mü lkiyyətdə olan 0.0475 ha həyətyanı torpaq sahəsində yerləşən, 2000-ci ildə tikilmiş, 2 mərtəbəli, 5-otaqlı, ümumi sahəsi 178,2 kv.metr, yaşayış sahəsi 94,0 kv.metr, köməkçi sahəsi 84,2 kv.metr olan 35 saylı ev daşınmaz əmlakın dövlət reyestrində 1/3 hissədə mülkiyyət hüququ üzrə cavabdeh Həmidşah Abdullayevin, 2/3 hissədə isə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. xx xxxxxx 2016-cı il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1lə ailə qurub və sonuncunun yaşadığı, Cavabdeh2 paylı mülkiyyətində olan sözügedən evə gəlin köçüb. Həmin evdə iddiaçının Cavabdeh1lə birgə nikahından xx xxxxx 2017-ci il tarixdə Çiçək adlı bir uşaqları doğulub. 2018-ci ilin oktyabr ayında iddiaçı ailədə yaranmış münaqişə nəticəsində azyaşlı qızı Çiçəki də götürərək valideynlərinə məxsus olan evə qayı dıb. Bundan sonra, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı qarşı “nikahın pozulması” barədə iddiası təmin edilərək, onlar arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış nikahın pozulması və nikahın pozulmasından sonra xx xxxxx 2017-ci il tarixdə doğulumuş azyaşlı Çiçəkin anası İddiaçı yanında saxlanılması qət edilib. Digər tərəfdən, işə əlavə edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı mübahisəli evə gəlin köçərkən həmin ev onun qaynatası Cavabdeh2 paylı mülkiyyətində olub və sonuncu ilə onun arasında hər hansı razılaşma olmayıb. Evin paylı mülkiyyətçisi Cavabdeh2 oğlu Cavabdeh1lə iddiaçının ailə münasibətlərinə məhkəmənin qətnaməsinə əsasən xitam verilib. Hazırda, iddiaçı mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyünü, özünə məxsus ola n cehiz əşyalarını həmin evdə yerləşdirdiyini, həmin evdə Cavabdeh1lə birgə nikahından bir uşaqlarının doğulduğunu, cavabdehlərin ailə üzvü kimi evdən onlarla bərabər istifadə etmək hüququna malik olduğunu göstərib, mübahisəli evdən və köməkçi sahələrdən istifadə hüququnun tanınmaqla, azyaşlı qızı Çiçəklə birlikdə həmin evə köçürülməsini iddia edir. Cavabdeh2 isə mübahisəli evin paylı mülkiyyətində olduğunu, iddiaçının həmin evdən istifadə hüququnun əmələ gəlmədiyini, iddiaçının onun ailə üzvü sayılmadığını göstərib, iddiaya etiraz edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiy yətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan əlavə, həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərib ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərini n yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Eyni zamanda, “Mülki Məcəllənin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ail ə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilib. (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki halda, iddiaçı mübahisəli evə gəlin köçərkən həmin ev onun əri Cavabdeh1 deyil, qaynatası Cavabdeh2 paylı mülkiyyətində olub. Göründüyü kimi iddiaçının qaynatası Cavabdeh2 mülkiyyətində olan mübahisəli evdən istifadə hüququnun qeyd olunan maddələrin tələblərinə əsasən əmələ gəlməsi və onun qaynatası Cavabdeh2 ailə üzvü sayalması mülki iş materialları istisna olunur. Digər tərəfdən, ailə qanunvericiliyində valideynlərin öz övladlarını və digər ailə üzvlərini, o cümlədən övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi müəyyən edilib göstərilsə də (Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri), gəlinin öz qaynatasını və ya qaynatanın öz gəlinini saxlamaq vəzifəsi (aliment öhdəliyi) nəzərdə tutulamayıb. Göründüyü kimi iddiaçının, yəni keçmiş gəlinin ailə qanunvericiliyi əsasında mübahisəli evin paylı mülkiyyətçisi olan qaynatası Cavabdeh2lə birlikdə yaşamaq və həmin evin mülkiyyətçisi kimi ondan özünün saxlanılmasını (aliment) tələb etmək hüququ yoxdur. Daha sonra, işdən görünür ki, iddiaçı 2018-ci ilin oktyabr ayından mübahisəli evdə yaşamır və azyaşlı övladı Çiçəki də götürərək valideynlərinə məxsus olan evə qayıdıb və hazırda orada yaşayır. Eyni zamanda, iddiaçının mübahisəli evin mülkiyyətçisi Cavabdeh2 oğlu Cavabdeh1lə olan ailə münasibətlərinə isə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xitam verilib. Bundan sonra Cavabdeh2 oğlu Cavabdeh1 başqa qadınla ailə qurub və həmin qadından da bir uşağı var. Qeyd olunan hallar kasasiya şikayətinin dəlilləri ilə də təsdiq olunur. Göründüyü kimi hazırda iddiaçının mübahisəli evdə mülkiyyətçi Cavabdeh2lə birlikdə yaşamaması və onun Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil olmaması mülki iş materialları ilə tam təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan halları nəzərə almadan, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla Mənzil Məcəlləsinin 30-cu maddəsinin təfsirində səhvə yol vermişdir. Bu isə, Azərbaycan Respublikası MPM-nin 386, 418.2-ci maddələrinin tələblərinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin maddələrdə göstərilir ki, maddi hüquq normaları o, halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, işə baxan məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qətnamədə uşaq hüquqları haqqında qanunvericiliyin tələblərinə istinad edərək, iddiaçının Cavabdeh1lə birgə nikahından doğulmuş azyaşlı Çiçəkin valideynləri, yəni atası və a nası ilə birgə yaşamaq hüququnun olmasını və bu səbəbdən də azyaşlı Çiçəki anası ilə birlikdə evə köçürməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Eyni zamanda, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1lə İddiaçı arasında bağlanmış nikah pozularkən, xx xxxxx 2017ci il tarixdə doğulmuş Çiçəkin məhz anası İddiaçı yanında saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, azyaşlı Çiçəkin yaşayış yerinin anası İddiaçı yaşayış yeri say ılmasına dair işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlib və məhkəmənin qətnaməsi ilə azyaşlı Çiçəkin anası Bəsirə Abdullyayevanın yanında saxlanılmasını nəzərə almayıb. Göründüyü kim iddiaçının mübahisəli evdən istifadə hüququnun müəyyən edilməsi, onun azyaşlı övladı ilə birlikdə həmin evə köçürülməsi paylı mülkiyyətçi kimi Cavabdeh2 hüququnu pozur və məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və işə əlavə edilmiş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)937/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar