Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-295/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-295/24 (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, torpaq sahəsindən çıxarma) Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-56/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu Üçtəpə kəndində 0.0125 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışa əsasən Göygöl rayonu Üçtəpə kəndində 0.06 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan zəbt etdiyi torpaq sahəsindən, su kanalı üzərinə qoyduğu 3 ədəd dəmir beton p litəni öz vəsaiti hesabına götürməklə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göygöl rayon Torpaq Hərrac və Müşahidə Komissiyasının xx.xx.2011-ci il tarixli 38 saylı hərracın yekun protokoluna əsasən Göygöl rayonunun Üçtəpə kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,0125 hektar torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında MA-0398549 nömrəli çıxarışla təmin olunmuş və cizgidə göstərilmiş sərhəd daxilində Göygöl rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2012-ci il tarixli 171 nömrəli sərəncamı ilə ona 0,0125 ha torpaq sahəsində mağaza tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsi üzərind ə şəxsi mülkiyyət hüququnda bütün sənədləri qanunu və əsaslıdır. Torpaq sahəsində cizgidə göstərilmiş sərhəd daxilində 125 kvm torpaq sahəsinin 57 kvm hissəsində mağaza tikmiş, qalan 68 kvm torpaq sahəsinin tən ortasından cavabdeh torpaq sahəsinin kənarında yerləşən su kanalından kəndin içərisindən keçən asfalt yola keçməkdən ötrü 3 ədəd dəmir beton plitələr qoymaqla ona məxsus torpağın 3 metr enində hissəsini zəbt edib su kanalının kənarındakı özünə məxsus “Dadlı” restoranından kənd yoluna çıxmaqdan ötrü yol kimi istifadə etməklə onun kənddəki ümumi istifadədə olan yola çıxışını bağlayaraq ona məxsus torpaq sahəsindən özünə yol açmaqla onun torpaq sahəsinin 15 kvm hissəsini zəbt etmişdir. Dəfələrlə cavabdehdən onun torpaq sahəsinin üzərinə qoyulmuş plitələri götürməklə onun torpaq sahəsin dən çıxmasını tələb etsə də, cavabdeh indiyədək onun torpaq sahəsindən istifadə etməyə davam etdiyindən məhkəmədə bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır.
5. Cavabdeh isə iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının torpaq sahəsini zəbt etməyib. Onun istifadəsində olan torpaq sahəsi özünün mülkiyyətində olan sahədir. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir.
6. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəylərinə əsasən, İddiaçı iddia etdiyi mübahisəli beton piltə ilə salınmış yol MA seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşmir.
7. Göygöl Rayon Məhkəməsinin (hakim Q.Abbasov) İddiaçı Cavabde h qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə 13 may 2020-ci il tarixli, 2(066)-114/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mütəxəssis və ekspert rəyinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi müəyyən olunmur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(066)-114/2020 saylı qətnaməsini ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı ilə ekspertiza təyin edilsə də ekspert mübahisəli sahədə olmadan, mübahisənin predmetinə baxış keçirmədən sadəcə olaraq mütəx əssis rəyini eynilə köçürərək imza etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 yanvar 2020-ci il tarixli aktda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti yerində müayinədə iştirak etməmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Rzaquliyev) 01 sentyabr 2020-ci il tarixli, 2(104)-2864/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin g əldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin ölçüsü, planı elə göstərilmişdir ki, guya iddiaçının tələbi tam əsassızdır. Halbuki, mübahisəli torpaq sahəsinə baxış keçirilsə müəyyən olunar ki, tərəflərin torpaq sahələri arasındakı su kanalı üzərində qoyulmuş üç ədəd piltənin 9 kv.m. hissəsi cavabdehin torpaq sahəsini tutur. Bunu müəyyən etmək üçün mübahisəli yerə baxış keçirməklə hər şey aydın olar. İş üzrə təyin edilmiş ekspertiza əslində icra edilməmiş, əsl həqiqəti əks etdirməyən rəy alınmışdır. Odur k i, həmin rəylər həqiqi vəziyyəti əks etdirmədikləri üçün sübut kimi qəbul oluna bilməzdi.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlərZ.Əliyev(sədrlik edən və məruzəçi) G.Quliyev və İ.Xələfov) 28 aprel 2021-ci il tarixli, 2(104)-1899/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh onun tərəfindən iddiaçının torpağından istifadəsinə maneə törədilmədiyini, beton piltələrin iddiaçının torpaq sahəsi üzərinə yerləşmədiyini bildirir.
17. Bu baxımdan həmin mübahisəli halın (maneə və ya məhdudiyyətin) mövcud olub-olm amasının müəyyənləşdirilməsi üçün xüsusi biliyə malik olan şəxslərin verdikləri rəy(lər) mühüm əhəmiyyət kəsb edir.
18. Məlum olduğu kimi işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
19. Birinci instansiya məhkəməsindəki icraatda iş üzrə məhkəmə torpaqşünaslıqtikinti kompleks ekspertizası təyin edilmiş və icrası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə tapşırılmışdır. Həmin qurumun verdiyi xx.xx.2020-ci il tarixli rəyə əsasən, İddiaçı iddia etdiyi mübahisəli beton piltə ilə salınmış yol MA seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşmir.
20. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəz inin xx.xx.2020-ci il tarixli rəyində həmin mütəxəssis rəyindəki məlumatlara istinad edilməklə gəlinən nəticə eynilə təkrarlanmışdır.
21. İşə mahiyyəti üzrə baxan məhkəmələr həmin rəyləri əsas götürərək bu qənaətə gəlmişlər ki, iddiaçı özünə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını sübut edə bilməmişdir.
22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilməmişdir.
23. Belə ki, adı çəkilən mütəxəssis rəyində gəlinən nəticələr ümumiyyətlə əsaslandırılmamışdır. Yalnız rəyin nəticə hissəsində tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçülərinin kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin e lektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildiyi qeyd olunmuşdur.
24. Ekspert rəyində isə iddiaçı və ekspertin iştirakı ilə tədqiqat obyektlərinə baxış keçirilməsi, müvafiq ölçü işlərinin aparılması göstərilsə də, həmin tədqiqatla əldə olunan məlumatlar və onların təhlili öz əksini tapmamış, mütəxəssis rəyinə istinad olunmaqla oradakı məlumatlar təkrarlanmışdır.
25. Buna baxmayaraq apellyasiya məhkəməsi rəylərdə iddiaçının və cavabdehin torpaq sahələrinin, habelə beton piltələrin yerləşmə vəziyyəti ilə yanaşı, eni və uzunluqlarının ölçüləri, sərhədləri, piltələrin iddiaçının sahəsinə tərəf olan hissəsinin bitmə nöqtələri, əgər iddiaçının sahəsinə düşmürsə torpaq sahəsi ilə piltələr arasındakı məsafə, əgər düşürsə həmin hissənin ölçüləri, piltələrin iddiaçının öz torpaq sahə sindən normal istifadəsinə hər hansı maneə və ya məhdudiyyət yaradıb-yaratmaması və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər məlumatlar tam və hərtərəfli, aydın və başa düşülən formada əks etdirilmədiyni nəzərə almamışdır.
26. Bu hallar ona dəlalət edir ki, iddianın rədd edilməsinin əsası kimi istinad olunmuş mütəxəssis və ekspert rəyinin mötəbərliliyi, yəni həmin sübutların mübahisə üzrə predmetlərin faktiki vəziyyətini, rəy verən şəxslərin yerində zəruri ölçmə işləri aparıbaparmadıqlarını, əgər aparılmışsa bu tədqiqatın nəticələrini tam və dəqiqliklə əks etdiribetdirməməsi, tərəflərin iddia etdikləri halları əsaslandırılmış şəkildə təsdiq və ya təkzib etməsi baxımından qiymətləndirilməmişdir.
27. Halbuki, prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə həqiqətə nail o lmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır.
28. Qeyd edilənlər iş üzrə prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını, yuxarıda qeyd olunan maddi hüquq normasının mübahisəli dispozisiya şərtinin müəyyən edilmədiyini göstərir.
29. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə gö ndərilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İkinci apelyasiya baxışı zamanı məhkəmə tərkibi 22 sentyabr 2021-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində iddiaçıya və cavabdehə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahələrinə yerli baxışda olmuş və sözügedən su kanalına və onun üzərinə qoyulmuş beton piltələrin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsini, su qoyulmuş beton piltələrin kimə aid olan torpaq sahəsində yerləşməyini müəyyən edə bilməmişdir.
31. Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 10/6337 saylı ekspert rəyinə əsa sən iddiada qeyd olunan torpaq sahəsinə cavabdeh tərəfindən gediş-gəliş üçün istifadə olunan yolun 8,53 kv.m hissəsi beton piltələrlə, 11.31 kv.m hissəsi isə torpaq yolu kimi istifadə olunmaqla ümumilikdə 19.84 kv.m torpaq sahəsi, iddiaçının mülkiyyətində olan 125.0 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Belə ki, İddiaçı mülkiyyətinə verilmiş 125.0 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən beton piltələr iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə törədir. Ekspert qarşına qoyulan ikinci sual üzrə isə bildirilir ki, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 125.0 kv.m torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 600.0 kv.m torpaq sahəsi üst-üstə düşmür. Lakin, 1-ci sualın cavabında qe yd edildiyi kimi, iddiada qeyd olunan torpaq sahəsinə cavabdeh tərəfindən gediş-gəliş üçün istifadə olunan yolun 8.53 kv.m hissəsi beton piltələrlə, 11.31 kv.m hissəsi isə torpaq yolu kimi istifadə olunmaqla ümumilikdə 19.84 kv.m torpaq sahəsi, iddiaçının mülkiyyətində olan 125.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, İddiaçı mülkiyyətinə verilmiş 125.0kv.m torpaq sahəsindən istifadəsinə maneə törədir.
33. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2(104)56/2023 saylı qətnaməsi ilə (hakimlər Mehtiyev Fikrət (məruzəçi), Bayramov Azər və Məmmədov Ədil) iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(066)-114/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, Cavabdeh İddiaçı məxsus olan torpaq sahəsindən, su kanalı üzərinə qoyduğu 3 ədəd dəmir beton plitəni öz vəsaiti hesabına götürməklə çıxarılması qət edilmişdir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən olunmuşdur. Belə ki, məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş rəylə müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə, gediş-gəliş üçün quraşdırdığı, 2.80 metr enində və 3.85 metr uzunluğunda olan 10,78 kv.m beton piltə, ərazidə mövcud olan su kanalı üzərində yerləşir. Cavabdehin faktiki istifadəsin də olan torpaq sahəsi və beton piltə, iddiaçının mülkiyyətində olan 125.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. İddiada qeyd olunan torpaq sahəsinə cavabdeh tərəfindən gediş-gəliş üçün istifadə olunan yolun 8.53 kv.m hissəsi beton plitələrlə, 11.31 kv.m hissəsi isə torpaq yolu kimi istifadə olunmaqla ümumilikdə 19.84 kv.m torpaq sahəsi, iddiaçının mülkiyyətində olan 125.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda kollegiya hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul etmişdir.
36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya sının 13-cü, 29cu, 71-ci, İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(104)-56/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
38. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını tətbiq edərkən ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.06 ha yaş ayış məntəqələri üçün nəzərdə tutulmuş torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdehun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kassator hesab edir ki, həmin qətnamə ilə şəxsin mülkiyyət hüquqi pozulmuşdur və Cavabdeh məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma əsassızdır.
39. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, düzgün qiymətləndirmə aparmamış, qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticədə qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır.
40. Kassasiya şikayətində bildirilir ki, həmçinin işdə olan iki ekspert rəyi arasında da ziddiyyət vardır. Belə olan halda məh kəmə ekspertiza aparılmasını başqa ekspertə tapşırmaqla təkrar ekspertiza təyin edə bilərdi, lakın bunu da etməmişdir.
41. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 102.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prosessual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
56. Cavabdehin iş üzrə alınmış mütəxəssis rəyin in və onun əsasında verilmiş ekspert rəyinin qeyri-mötəbərliyi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və cavabdehin mübahisəli torpaq sahəsinin ona məxsus olması barədə dəlilərinin heç bir sübutla təsdiq edilmədiyini qeyd edir.
57. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(104)-56/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.