Məhkəmə qərarları › İş №2(102)-2950/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2950/2023

27.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2950/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Zaqatala rayonu X13 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X11 və Cavabdeh2 qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-373/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi tam mülkiyy ət hüququ əsasında Zaqatala rayon X7 adına daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə **********0 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Zaqatala rayonu X7 28 oktyabr 2020-ci il tarixli, 19 saylı iclasının protokolundan çıxarışa əsasən X7 mülkiyyətində olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan, o cümlədən hər bir hektar torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 150 manat olmaqla 7,74 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 1161 manat olmaqla növbəti 49 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verməkdən ötrü müsabiqəyə çıxarılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini nin yanında Hərracların Təşkili üzrə X12 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi, 53 nömrəli iclas protokoluna əsasən, "Komissiya” tərəfindən Zaqatala rayon ərazisində yerləşən X7 mülkiyyətinə aid 77400,0,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmiş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 1280,0 manat ən yüksək təklif vermiş Cavabdeh2 - Zaqatala rayonu Aşağı Tala kəndi eyni zaman da bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur.

4. AM seriyalı, 12523 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin şəhadətnaməsinə əsasən, Xəmmədov X5 rayonu X7 mülkiyyətində olan 77400,0 kv.m. və ya 7,74 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir.

5. Zaqatala rayonu X7 16 may 2021-ci il tarixli, 14 saylı iclasının protokolundan çıxarışa əsasən Azərbaycan Respublikas ının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 ərazi torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuş Cavabdeh2 ilə 06 may 2021-ci il tarixli, 12523 nömrəli hərracın qalibi şəhadətnaməsinə uyğun olaraq notariat müqavilə bağlanması qərara alınmışdır.

6. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, Zaqatala rayonu X7 sədri X1 rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 7,74 ha olan torpaq sahəsini Zaqatala rayonu X7 xx.xx.2020-ci il tarixli iclasın 19 saylı protokolundan çıxarışa əsasən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2021-ci il tarixli, 53 nömrəli protokoluna əsasən xx.xx.2070-ci il tarixədək illik 1280 manat icarə haqqı müəyyən edilməklə Cavabdeh2 icarəyə vermişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Zaqatala rayon X7 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021xx.xx.2070-ci illər ərzində 49 il müddətinə Cavabdeh2 xeyrinə xx.xx.2021-ci il tarixli 3M181 saylı icarə müqaviləsinə əsasən illik icarə haqqı 1280 manat olmaqla yüklü edilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aşağı Tala kənd bələdiyyəsinin mülkiyyətində olan 7,74 ha torpaq sahəsi 06 may 2021-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh2 7,74 ha torpaq sahəsinin qalibi olmuşdur. Hərrac keçi rildikdən sonra sözügedən torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh2 49 illiyə icarəyə verilmişdir. 18 may 2021-ci il tarixdə həmin şəxsə icarə müqaviləsi əsasında torpaq sahəsinin verilməsinə baxmayaraq sözügedən torpaq sahəsindən hazırki vaxtadək özü istifadə etmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsindən hazırda da istifadə edir. Lakin hərrac keçirilən zaman torpaq sahəsindən daim istifadə edən şəxs hərraca dəvət edilmədən, həmin torpaq sahəsi Cavabdeh2 icarəyə verilmişdir. Qanunvericilik normalarından da görünür ki, hərracın keçirilməsi barədə alqı-satqı predmeti olan əşyanın hərraca çıxarılması barədə məlumat hərrac keçirilməzdən 30 gün əvvəl bildirilməli idi. Lakin ona bu barədə heç bir məlumat verilməmişdir.

10. Zaqatala Rayo n Məhkəməsinin 2(033)-1093/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır.

11. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 03 nömrəli 11 aprel 2022- ci il tarixli mütəxəssis rəyinə əsasən, hüquq müəyyənedici sənədlər əsasında naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqata la rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X7 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin konkret ölçüləri, sərhədləri və koordinatları müəyyən edilmişdir. Müəyyənləşdirilən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Tədqiqat nəticəsində İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X7 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində tam həcmdə yerləşməsi müəyyən olunmuşdur. Yeni, mübahisələndirilən 7.74 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan çıxarışla icarəyə verilmişdir. İddiaçı istifadə etdiyi torpaq sahəsinə baxış zamanı orada çay bitkisinə rast gəlinmədiyi üçün bu sahədə tədqiqat aparmaq mümkün olmamışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspert rəyinə əsasən, hüquqmüəyyənedici sənədlər əsasında naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X7 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin konkret ölçüləri, sərhədləri və koordinatları müəyyən edilmişdir. Müəyyənləşdirilən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə gösterilmişdir. Tədqiqat nəticəsində İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu, X7 mülkiyyətində olan 7.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində tam həcmdə yerləşməsi müəyyən olunmuşdur. Yəni mübahisələndirilən 7.74 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, rey estr nömrəsi **********50 olan çıxarışla verilmişdir. İddiaçının əkdiyi çay bitkisinin əkilməsinin hansı illərə təsadüf etməsi məsələsinin müəyyən edilməsi, məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmamışdır.

13. Zaqatala Rayon Məhkəməsinin 2(033)-71/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, Zaqalala rayonu, X11 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli, 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X12 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolunun etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Zaqatala rayonu, X13 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar hər hansı qəzetdə elan verilməsinə dair sübut təqdim edilməmiş, eləcə də bu elanın verilməməsi X7 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında, cavabdeh bələdiyyənin nümayəndəsinə Zaqatala rayonu X7 mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılmasına dair elanın bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdu r. Bələdiyyənin nümayəndəsi tərəfindən belə bir sübutun olmaması bildirilmiş və təqdim edilməmişdir. Halbuki, bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahəsi ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlar a zidd qaydalarla həyata keçirilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 416, 421.2, 422.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 119.1, 217.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 14.1, 16.2, 51.6, 56.4, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.3, 9.1, 9.7, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu 9.5, “Torpaq İcarəsi haqqında” Qanun 10, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cü maddələrinə, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mül ki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci bəndində isə qeyd olunur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azər baycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddənin tələbindən də göründüyü kimi, iddiaçının torpaq sahəsini icarəyə götürməkdə heç bir üstünlük hüququ olmayıb. Üstünlük hüququnu müəyyən edən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Repsublikasının Qanununun 9.5-ci maddəsi (9.5. Kənd təsərr üfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının əldə edilməsində, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, torpaqlardan istifadə etməklə ailə kəndli təsərrüfatı fəaliyyət göstərmək istəyən müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və istefaya çıxmış hərbi qulluqçulara, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir) isə çoxdan həmin Qanundan xaric edilmişdir. Yəni, birinci instansiya məhkəməsi İddiaçı üstünlük hüququ olmadığı halda bunu qanuni göstərməyə çalışmış və sonuncunu n Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət hesab olunan hərəkətinə haqq qazandırmışdır.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-373/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X10 və X3) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, İddiaçı ərizədə qeyd olunan məsələnin həlli ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət edə bilməsinin izah edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır, həmin tələb inzibati orqanın hərəkətləri ilə bağlı olduğu üçün bu tələblərə ümumi məhkəmədə baxılması yolverilməzdir. Çünki “İnzibati icraat haqqında Qanunun 2.0.1-ci maddəsinə görə, bələdiyyə inzibati orqan, Qanunun 2.0.2-ci maddəsinə görə bələdiyyənin qəbul etdiyi aktları isə inzibatı aktdır. İddiaçının irəli sürdüyü tələblərin əsasında duran qərar da bələdiyyə qərarı olduğundan, inzibati aktdır.

20. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyə tinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının tələblərini pozmuşdur – səlahiyyətinə aid olmayan işə baxmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir.

23. Məhkəmə kollegiyası həm çinin qeyd etmişdir ki, apellyasiya şikayətində mübahisələndirilən qətnamənin ləğv olunması ilə yanaşı, iddia ərizəsinin rədd edilməsi xahiş olunduğundan, şikayət qismən təmin edilmiş hesab olunmalıdır.

24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 2.0.1, 2.0.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 1.2, 2.2, 2.2.1, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 6.1, 15.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 24.1, 31.1, 32.3, 261.0.1, 384.0.5, 387.2.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki,hazırkı mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Əslində, isə iddiaçının hazırki iddia tələbi rayon məhkəmələrinin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə aidiyyət qaydaları pozulmadan qəbul edilmişdir. Belə ki, iddiaçının iddia tələbindən və işdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən nəticələri mübahisələndirilən müsabiqənin yekunları X7 mülkiyyətində olan, kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tələb təsərrüfatı təyinatlı, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı olan torpaq sahəsi ilə bağlı olsa da, iddiaçının iddia tələbi konkret olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı olmuşdur. İddiaçı hazırki mərhələdə Zaqatala rayonu X7 28 oktyabr 2020-ci il tarixli, 19 saylı qərarını mübahisələndirməmişdir və bu onun konstitusion hüququdur. İddiaçı qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuş, həmin tələb inzibati orqanın hərəkətləri ilə bağlı deyildir və bu tələblərə düzgün olaraq ümumi məhkəmədə baxılmışdır. Ancaq, hər hansı bir inzibati orqanın verdiyi sənəd üzrə sonradan aparılan digər özgəninkiləşdirilməsi əməliyyatlarının etibarsızlığı və ya ləğvi birbaşa inzibati akt kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi hazırki tələbi düzgün şərh etməmişdir. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən getmir ki, buna da baxmaq səlahiyyəti rayon məhkəmələrinə aiddir. İddiaçı İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmamışdır. Bütün göstərilənlərə əsasən qərardadın əsaslı olduğu öz təsdiqini tapmır. Lakin, məhkəmə tərəfindən hazırki iş üzrə icraata xitam verilmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə iş üzrə icraata xitam verməsini məhkəmə qərardadında lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qərardadında yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nəticəyə gəlməsi məhkəmə qərardadı ilə müəyyən edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

28. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

29. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

30. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

33. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

34. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

35. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarı

38. Bənd 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

40. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş m ateriallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-373/2023 saylı qərardadı ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

42. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 43. “İn zibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarında göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).

44. Həmin Qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alqısatqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mah iyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.

46. Hazırkı iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədədir və iddiaçı qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

47. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məh kəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının tələblərini pozaraq iddia tələbinin icraatına xitam verib işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişdir.

48. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə dair məhkəmə təminatı hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüququdur. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur.

49. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəasının şərhi bu anlayışa işlərin aidiyyət qaydalarını, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğunu, habelə digər şərtləri də daxil etməyə əsas verir.

50. Beləliklə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır.

51. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə aidiyyətinin əsassız və qeyri-qanuni dəyişdirilməsi yolverilməzdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müə yyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.

52. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)373/2023 saylı qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar