Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2951/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023 -cü il tarixli 2(102)-2038/2023 saylı qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şükürova Firəngiz Fuad qızının kasasiya şikayətləri üzrə mülki iş materiallarını nəzərdən keçirib müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 saylı qətnaməsi ilə (sədrlik edən Orxan Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh 12.314,88 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2(102)2038/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh 12.314,88 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh 26153,52 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 16 iyun 2023-cü il tarixdə Cavabdeh kasasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2023-cü il tarixli mülki işin icraata qəbul edilməsi barədə qərardadı ilə kasasiya şikayəti yazılı icraat qaydasında baxılması üçün icraata qəbul edilmişdir. Sonradan iş üzrə İddiaçı və vəkilinin, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şükürova Firəngiz Fuad qızı da Bakı Apelyasiya Məhk əməsi Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(102)-2038/2023 saylı qətnaməsindən kasasiya şikayəti vermişdir. Həmin kassasiya şikayətləri Bakı Apelyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli məktubu ilə Ali Məhkəməyə göndərilmişdir. Aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 406-cı maddəsinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həm in şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini geri qaytarması tələb olunur. Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Apelyasiya instansiyası məhkəm əsi cavabdehin kassasiya şikayəti üzrə mülki işi kassasiya şikayətinin verilmə müddəti bitməmiş, digər proses iştirakçılarının da şikayətlərini gözləmədən baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. İşin hazırki prosessual vəziyyəti – iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etmələri – MP M-nin 417.1.7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğundur və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətlərinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə cavab verdiyi halda onların kassasiya şikayətlərini də baxılması üçün göndərməli, əks halda cavabdehin kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(102)2038/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kasasiya baxışından çıxarılsın və iddiaçı X1 və üçüncü şəxs Şükürova Firəngiz Fuad qızı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2951/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2951/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver