Məhkəmə qərarları › İş №2(102)-2954/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2954/2022

21.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2954/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Mustafa oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2954/22 Açar sözlər: mənzildən çıxarılma barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(105)-398/2022 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh və üçüncü şəxs "xxxx" MMC qarşı iddia qaldıraraq, cavabdehin onun sahibliyində olan ünvan 1 ünvanda yerləşən “AAAFPark” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Məmmədov) iddia təmin edilərək, cavabdehin iddiaçının sahibliyində olan ünvan 1 ünvanda yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin (torpaq sahə si ilə birlikdə) boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 27 fevral 2019-cu il tarixli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilən (inşa edilmiş) binanın 2 mərtəbəli, ümumi sahəsi (sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 213 kv.metr olan, 4 otaqlı, 7 saylı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçıya təhvil verməyi, sonuncu isə bunun qarşılığında "xxxx" MMC ilə razılaşdırılmş pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürüb. Göründüyü kimi "xxxx" MMC tərəfindən inşa ed ilən sözügelən mənzil iddiaçıya satılıb və hazırda həmin mənzil onun qanuni sahibliyində, istifadəsindədir, Cavabdeh isə heç bir qanuni əsas olmadan həmin mənzili zəbt edib və sonuncunun həmin mənzili könüllü tərk etməməsi qanuni sahib kimi iddiaçının hüququnu pozur, məhdudlaşdırır. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 164.1, 165.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli qətnam əsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 164.1, 165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikay ətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləni n 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsas ların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanda yerləşən “AAAF-Park” yaşayış massivinin 14 saylı küçəsində inşa edilmiş (inşa edilmiş) fərdi yaşayış binasının 2 mərtəbəli, ümumi sahəsi (sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 213 kv.mert olan 4 otaqlı, 07 saylı torpaq sahəsini və fərdi yaşayış evini iddiaçıya satmağı, təhvil verməyi, sonuncu bunun qarşılığında "xxxx" MMC ilə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində "xxxx" MMC ödəməyi və müqavilə ilə nəzərdə tu tulmuş işləri yerinə yetirməyi öhdəsinə götürüb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, "xxxx" MMC tərəfindən sözügedən torpaq sahəsinin və fərdi yaşayış evini qanuni əsaslarla iddiaçıya satıb və həmin torpaq sahəsi, fərdi yaşayış evi iddiaçının qanuni sahibliyində, istifadəsindədər və bu fakt işin mübahisə olunmayan halıdır. Cavabdeh özü də etiraz ərizəsində, apellyasiya və kassasiya şikayətlərində sözügedən torpaq sahəsinin və fərdi yaşayış evinin ona heç bir aidiyyətini olmadını bildirib. Lakin, cavabdeh sözügedən torpaq sahəsini və fərdi yaşayış evini iddiaçının tələbinə əsasən könüllü olaraq boşaldıb iddiaçıya təhvil verməkdən imtina edib və bu səbəbdən də iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətind ə qalıb. Belə ki, cavabdeh iddiaçının mübahisəli evi 3 gün müddətində boşaldıb ona təhvil verməsinə dair 09 avqust 2020-ci il tarixli pretenziya məktubunu arvadı İ.Qüləliyeva vasitəsilə 10 avqust 2020-ci il tarixdə almasına baxmayaraq bu günədək onun tələbini yerinə yetirməyib. Həmçinin işə əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixli aktdan görünür ki, 27 fevral 2019-cu il tarixli müqaviləyə əsasən sözügedən ev iddiaçının sahbliyinə verilməsinə baxmayraq həmin evə baxış keçirilməsinə icazə verilməyib və aktla müəyyən olunmuşdur ki, fərdi yaşayış evində cavabdeh və onun 4 nəfərdən ibarət ailə üzvləri məskunlaşıb. İşin bu halları işə əlavə edilmiş elektron ödəmə sistemi ilə də təsdiq olunur. Belə ki, işə əlavə edilmiş sübutlarla məlum olur ki, qeyd olunan fərdi yaşayış evinə "xxxx" ASC və "xxxx" ASC-nə xidmət haqqına görə ödənişlər cavabdeh tərəfindən edilib. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırsa ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi qanuni əsaslarla idd iaçının sahbliyində olduğundan, cavabdehin həmin əmlaklar üzərində hər hansı hüququ əmələ gəlmədiyindən, cavabdehlərin həmin mənzildən qanuni əsaslarlı hər hansı hüquqları əmələ gəlmədiyindən, qanuni sahib kimi iddiaçı özgəsinin, yəni cavabdehən qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etməkdə haqlı olub. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh etiraz ərizəsindən, apellyasiya və kassasiya şikayətlərində sözügedən evin və torpaq sahəsinin ona aidiyyətinin olmadığını göstərsə də, onun bu arqumenti işə əlavə edilmiş sübutlarla təkzib edilir və cavabdehin qətnamədən apellyasiya və kassasiya şikayətləri verməsi idə iddianın əsassız olması nəticə sinə gəlməyə əsas vermir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 17 yanvar 2022-ci il tarixli, 2(105)-398/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar