Məhkəmə qərarları › İş №2(102)-2954/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2954/2023

23.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2954/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsi nin planı və ölçü sənədinin etibarsız hesab edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Beyləqan rayon Dövlət Arxivinin 27 mart 2013-cü il tarixli, 193 saylı arxiv arayışına əsasən, Jdanov şəhər Sovetinin 06 mart 1972-ci il tarixli 5 nömrəli iclasının protokolundan çıxarışa əsasən, Mil Dostluq sovxozunda yaşayan İddiaçı evinin qarşısında olan 0,06 ha həyətyanı torpaq sahəsi ona verilmişdir.

2. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1(86)- 299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh torpaq sahəsinin verilməsi ilə bağlı Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 nömrəli qərarı ləğv edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin 2-1 (106)-02/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarına əsasən, Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1 (086)-299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır.

4. Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə İddiaçı 599,49 kv.metr həyətyanı torpaq sahəsi verimişdir.

5. Beyləqan rayon Dövlət Arxivinin 21 may 2013-cü il tarixli, 328 saylı arxiv arayışına əsasən, Jdanov şəhər Sovetinin 30 aprel 1970-ci il tarixli 8 nömrəli iclasının protokolundan çıxarışa əsasən, Cavabdeh 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir.

6. Beyləqan rayon Beyləqan Bələdiyyəsinin 31 mart 2014-cü il tar ixliiclas protokolunun 03 nömrəli qərarından çıxarışa əsasən, Beyləqan rayon bələdiyyəsinin alqı-satqı predmeti olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi, həmin torpaq sahəsinin hasara alınması və 1960-cı ildə qoyulmuş d əmir darvazadan gedişgəlişin bərpa olunması, eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər

8. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsi Beyləqan Bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 saylı qərarı ilə Cavabdeh satılmışdır. Həmçinin cavabdeh mübahisəli torpaq sahəsindən hasar çəkdirmişdir. Mübahisəli torpaq sahəsinin əsassız olaraq Cavabdeh satılması ilə bağlı Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 nömrəli qərarının ləğv edilməsi tələbinə dair Şirvan İnzibati -İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1(86)-299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı ilə iddiası təmin edilərək Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05/01 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən Apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-1 (106)-02/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisad Məhkəm əsinin 2-1 (086)- 299/2015 saylı, 10 noyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Dəfələrlə Cavabdeh torpaq sahəsində çıxmasını tələb etsə də, sonuncu öz hərəkətlərini davam etdirmşdir. Ona görə də, Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi, həmin torpaq sahəsinin hasara alınması və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə i clasında iddianı qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Jdanov (indiki Beyləqan) Şəhər Sovetinin 06 mart 1972-ci il tarixli 5 nörəli qərarı ilə onun evinin qarşısında olan 0,06 ha ha həyatyam torpaq sahəsi onun istifadəsinə verilmişdir. Onun yaşayış evinin tikildiyi torpaq sahəsi mərhum ataları X3 Jdanov İcraiyyə Komitəsinin 30 aprel 1970-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışa əsasən verilmiş 0,06 hektar həyatyanı torpaq sahəsində yerləşən yaşayış evinin İddiaçı yaşadığı yaşayış evinin qarşısında deyil, mərum atasına məxsus olan, onlar arasında qarşılılı razılığa əsasən bölünmüş yaşayış evinin yan tərəfində yerləşir. İddiaçı hazırda yaşadığı ev mərhum atasına rəsmi verilmiş 0.06 ha həyatyanı torpaq sahəsində yerləşir. 2000-ci ilin əvvə llərinədək mərhum atası X3 məxsus olan həyatyanı torpaq sahəsində yerləşən yaşayış evinin bir tərəfində o öz ailə üzvləri ilə, evin digər tərəfində isə qardaşı İddiaçı öz ailə üzvləri ilə yaşayır. Mərhum atası X3 Jdanov İcraiyyə Komitəsinin 30 aprel 1970-ci il tarixli 08 nömrəli iclas protokolundan çıxarışa əsasən 0,06 hektar həyatyanı torpaq sahəsi verilsə də, torpaq sahəsi ümumilikdə 25 sota yaxındır. Qardaşı Baloğlanla aralarında yaşadıqları evin onlar tərəfə aid olan torpaq sahəsinin onların, Baloğlanın yaşadığı evin ona aid olan hissəsinin torpaq sahəsinin məxsus olması barədə razılaşma olmuşdur. Razılaşmadan sonra yaşadıqları evin onlara aid olan hisəsini ümumi evə maneəçiliyi olmadığı üçün söküb 2004-cü ildə orada özlərinə yeni yaşayış evi tikdirmişdir. Nəticədə onların yaşayış evi 11 sot torpaq sahəsinin içərisində, qardaşı İddiaçı oğunun yaşadığı ev isə 13 sot torpaq sahəsinin içərisində yerləşir. Onun yaşayış evi tikdirdiyi torpaq sahəsi rəsmi olaraq Beyləqan şəhər bələdiyyəsinin balansında olduğu üçün həmin torpaq sahəsini bələdiyyədən alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsi onun adına X7 kitabında A N 481179-si olan 1060 nömrə ilə uçota alınmışdır. Sonradn ona məlum olmuşdur ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli çıxarışına əsasən qardaşı İddiaçı onun və ailə üzvlərinin yaşadığı yaşayış evinin yerləşdiyi torpaq sahəsini alqı-satqı yolu ilə almış və yaşayış evinin qarşısındakı torpaq sahəsinə öz adına Torpaq sahəsinin Planı və ölçüsünə dair kadastr planını əldə etmişdir. Onların yaşayış evləri 2004-cü ildən etibarə n hasarla ayrılmışdır. Hasarın cavabdeh- İddiaçı yaşadığı evə aid olan hissəsində də 15 sot torpaq sahəsi vardır. Evin aralarında bölünməsindən sonra İddiaçı yaşadığı ata evində heç bir təmir işlərini görməmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı yalnız istifadədə olan torpaq sahələrinin sənədləşdirilməsi üçün olan bir qərardır. Bu qərarla heç kəsə torpaq sahəsi verilməmişdir. İddiaçı də bundan sui-istifadə edərək öz adına A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair kadastr planını əldə etmişdir. Halbuki həmin torpaq sahəsi Beyləqan şəhər bələdiyyəsinin balansında olan torpaq sahəsidir. Ona görə də, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli 10\1053 saylı ekspert rəyinə əsasən A295980 saylı torpaq sahəsinin planı ölçüsünə dair sənəd ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68 m məsafəsi isə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşir. Qeyd olunan 264 kvm ərazinin şərq və cənub hissəsində mişar daşından inşa edilmiş hasar mövcud deyildir.

11. Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 264 kv metr hissəsindən çıxarılması, həmin torpaq sahəsindən Cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa edilməsi qət edilmişdir.

12. Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020- ci il tarixli, 2(020)-93/2020 saylı qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A295980 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi tələbinə Beyləqan rayon məhkməsində baxılmalı olmadığından xitam verilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsinə isə həmin torpaq sahəsinin bir hissəsi yəni, ekspert rəyinə əsasən 264 kvm metr hissəsi Cavabdeh tərəfindən zəbt olunub istifadə edildiyinə görə nail ola bilməmişdir. Bununla da iddiaçının torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqları cavabdehin təqsiri üzündən pozulmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, torpaq sahəs inin hasara alınması hissəsində iddia tələbi əsassızdır. İddiaçının öz torpaq sahəsini hasara alması onun özünə aid olduğundan iddia həmin hissədə təmin edilə bilməz.

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 139.1, 139.3, 144.1, 146.2, 152.1, Torpaq Məcəlləsinin 111.1, 111.3, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtı Beyləqan Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010- cu il tarixli 28 nömrəli qərarını əsas götürmüşdür. Halbuki Beyləqan Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarı qanuni mülkiyyətlərində olan həy ətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçündür. İddiaçı mülkiyyətində heç bir vaxt həyətyanı torpaq sahəsi olmamışdır. Məhz bunun nəticəsidir ki, İddiaçı Beyləqan Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli qərarının qəbul edildiyi vaxta kimi həyətyanı torpaq sahəinə görə torpaq vergisi ödəməmişdir. Bundan başqa İddiaçı işə əlavə olunması üçün təqdim etdiyi jdanov indiki (Beyləqan) şəhər sovetinin 06 mart 1972-ci il tarxili 5 nömərli qərarı ilə onun evinin qarşısında olan 0.06 ha həyətyanı torpaq sahəsinə gəldikdə isə onun evinin olması barədə rəsmi olaraq heç bir sənədi yoxdur. Buda o demədkdir ki, onun evi yoxdur. Onun evi yoxdursa onun torpaq sahəsinin olmasından da söhbət gedə bilməz. Məhz bunun nəticəsidir ki, iş materiallarına əlavə olunmuş 10 iyun 2020-c i il tarixli 10/1053 saylı ekspert rəyindən də məlum olur ki, Jdanov indiki (Beyləqan) Şəhər sovetinin xx.xx.1972-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülki işin içərisində yerqurluşu cizgisinin olmaması səbəbindən ərazini müəyyən etmək mümkün olmamışdır. Onuda qeyd etmək istəyirəm ki, iddiaçının və onun ailə üzvlərinin yaşadığı ev mənim atamıza məxsus olan yaşayış evidir. Aramıza olan razılığa görə atama məxsus olan yaşayış evini iki yerə bölərək ayırmışıq. Cavabdeh Özünə aid olan hissədə ev tikmişdir. Cavabdeh qeyd etmişdir ki, dəfələrlə keçirilmiş ekspert rəylərindən də məlumdur ki, naturada həyətlərin üst-üstə düşməsi faktı mövcud deyildir. Hər iki torpaq mülkiyyətçisinin həyətləri arasında yaşayış evlərinə qədər mişar daşından hörülmüş hasar, sonra isə həyətlərin sərhədləri məftil tordan ibarət olmaqla su arxına qədər uzanır. Həmin ekspert rəyindən də məlum olur ki, cavabdeh İddiaçı ata yurdu olan həyətyamı torpaq sahəsi 2 hissəyə ayrıldıqdan sonra Rayon İcra hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 28 nömrəli sərəncamı sasında “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması üçün ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında vəsatət qaldırılmış və bununda əsasında cavabdeh - İddiaçı AN-295980 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dar sənədi verilmiş və Dövlət Torpaq kadastr kitabında xx.xx.2010-cu il tarixli 1598 nömrəli uçota alınmışdır. Bundanda belə nəticəyə gəlinir ki, İddiaçı AN295980 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin verilməsi zamanı cizgisi məlum olmaya n torpaq sahəsinin necə müəyyən olunaraq ona sənədin verilməsiməsələsi aydınlaşdırılmamışdır.

16. Cavabdeh məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X4 və X6) 2(106)-5/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi dəyişdirilmiş, İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh t ərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68 m məsafəsi Cavabdeh tərəfindən sökülməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin tərəflərin izahatları və ekspert rəyi ilə müqayisəli təhlilinə əsasən belə qənaətə gəlimişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh Beyləqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən A № 295980 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlə İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 264 kv metr hissəsindən çıxarılması, həmin torpaq sahəsindən Cavabdeh tərəfindən inşa edilmiş mişar daşından olan orta hasarın sökülməsi və 1960-cı ildə qoyulmuş dəmir darvazadan gediş-gəlişin bərpa edilməsi qət edərkən onun məhz hansı hissədə (ölçüdə) torpaq sahəsinə müdaxiləsini dəqiqləşdirməmiş və bu məqsədlə xüsusi bilik tələb edən həmin məsələ üzrə müvafiq ekspertiza təyin etməmişdir. Belə ki, hazırkı icraat çərçivəsində aparılmış ekspertiza nəticəsində A295980 saylı torpaq sahəsinin planı ölçüsünə dair sənəd ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasın da 43.24 m məsafədə Cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68m məsafəsi isə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşdiyi, qeyd olunan 264kvm ərazinin şərq və cənub hissəində mişar daşından inşa edilmiş hasar mövcud olmadığı, İddiaçı 1960-cı ildə iddia etdiyi dəmir darvazadan həyətyanı torpaq sahəsinə daxil olmaq üçün istifadə olunmur çünki dəmir darvaza cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh tərəfindən giriş qapısı kimi istifadə olunur. İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin giriş çıxış yolu naturada mövcuddur ki, həmin giriş çıxış yolu İddiaçı və ailəsi tərəfindən istifadə olunur. Ancaq qeyd olunan giriş çıx ış yolunda əsaslı olaraq darvaza inşa edilməməsi qeyd edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(020)-93/2020 saylı qətnaməsi dəyişdirilməli, A295980 saylı torpaq sahəsinin planı ölçüsünə dair sənəd ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu göstərilmiş 264 kvm hissəsini yol tərəfi hissəsində əvəllər inşa edilmiş 10.50 m və İddiaçı ilə Cavabdeh faktiki olaraq istifadələrində olan həyətyanı torpaq sahələrinin arasında 43.24 m məsafədə Cavabdeh Nruş oğlu tərəfindən mişar daşından inşa edilmiş hasar mövcuddur ki, həmin orta hasarın 19.68 m məsafədə tikilmiş hasar Cavabdeh tərəfindən sökülməlidi r.

19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 238.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-5/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı məxsus 0,06 ha həyətyanı torpaq sahəsininin 264 kvm sahəsini zəbt etmişdir. A pellyasiya instansiya məhkəməsi isə qəbul etdiyi qətnamədə 10 iyun 2020-ci il tarixli ekspert rəyinə deyil, 09 dekabr 2022-ci il tarixli anlaşılmaz ekspert rəyinə əsasən nəticəyə gəlmiş, yalnız ilkin iddia üzrə Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş hasarın yalnız bir hissəsinin sökülməsi qət edilmiş, iddiaçının mülkiyyət hüquqları təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçı və cavabdeh arasındakı mövcud mübahisəli vəziyyət nəzərə alınmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi yalnız 09 dekabr 2022-ci il tarixli ekspert rəyini əsas götürmüş, həmin rəyin sonradan verilmiş olmasını və 10 iyun 2020-ci il tarixli rəyi nəzərə almamışdır.

22. Kassator bildirmişdir ki, apellyasiya instansiya m əhkəməsi tərəfindən 10 iyun 2020-ci il tarixli ekspert rəyi nəzərə alınmadan iddiaçı X1 mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0.06 ha torpaq sahəsi ərazisində özbaşına inşa edilmiş mişar daşından olan hasarın tam şəkildə sökülməli olması barədə qərar qəbul edilməli olduğu halda, apellyasiya məhkəməsi tərəfindən yalnız həmin hasarın bir hissəsinin sökülməsinin qərara alınması mülkiyyətçinin istifadə hüquqlarını pozmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsini 09 dekabr 2022-ci il tarixli 10/6869 saylı ekspert rəyi ilə əsaslandırmışdır. Lakin həmin ekspert rəyinin nəticə hissəsinə nəzər yetirdikdə rəyin anlaşılan olmadığını, Cavabdeh və İddiaçı mülk iyyətində olan torpaq sahələrinin tam olaraq harada yerləşməsi, cavabdeh tərəfindən inşa edilmiş hasarın hansı şəxsin mülkiyyətində olan ərazidə yerləşməsi, eyni zamanda dəmir darvazanın iddiaçıya nə formada maneçilik yaratması aydınlaşdırılmamış, 10 iyun 2020-ci il tarixli ekspert rəyindən fərqli rəy verilməsinin səbəbi göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin rəyin aydınlaşdırılması üçün ekspertin dindirilməsini təmin etməmiş, anlaşılmaz ekspert rəyi əsasında yekun məhkəmə aktı çıxarmaqla iddiaçının mülkiyyət hüquqlarını pozaraq işi hərtərəfli araşdırmamışdır. Bundan əlavə, həmin ekspert rəyinin anlaşılmazlığı onda ifadə olunur ki, ekspert rəyində göstərilmişdir ki, İddiaçı 1960-cı ildə qoyulmasını iddia etdiyi dəmir darvazadan həyətyanı torpaq sahəsinə daxil olmaq üç ün istifadə olunmur, çünki dəmir darvaza cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində yerləşir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddiaçının da öz ərizəsində qeyd etdiyi kimi cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsi zəbt edilmişdir. Həmin ekspert rəyində də qeyd olunan darvazanın cavabdeh tərəfindən istifadə edildiyi göstərilir, lakin həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2-1(86)-299/2015 saylı 10 noyabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh torpaq sahəsinin verilməsi ilə bağlı Beyləqan bələdiyyəsinin 31 may 2013-cü il tarixli 05/01 nömrəli qərarının ləğv edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 21(106)- 02/2019 saylı 30 yanvar 2019-cu il tarixli qərarı ilə Şirvan İnzibati-İqtisad Məhkəməsinin müvafiq qərarının qüvvədə saxlanılması nəzərə alınmamışdır. Belə ki, həmin məhkəmə qərarları Cavabdeh Beyləqan bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin verilməsi barədə olan qərarının qanunsuz olduğunu, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti olduğunu təsdiq edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 152.1 mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.4-cəgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyə tçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 238.1-daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

26. Maddə 66, 2-ci hissə-torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir.

27. Maddə 111, 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində ilkin iddia üzrə İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiklərindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(106)-5/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar