Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2954/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Aslan oğluna qarşı ilkin, Cavabdeh Aslan oğlunun İddiaçı qarşı qarşılıqlı iddia tələbi barədə iş üzrə QƏRARİ (Açar sözlər: özgəsinin qanunsuz sahibliyində olan torpaq sahəsinin boşaldılması, vindikasiya, öhdəliyin icra edilməməsi - əldən çıxmış fayda, pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Aslan oğluna qarşı özgənin qanunsuz istifadəsində olan torpaq sahəsinin geri tələb olunması və əldən çıxmış qazanc barədə ilk, C avabdeh Aslan oğlunun İddiaçı qarşı pul barədə qarşılıqlı iddia tələblərinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-837/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Salyan rayon Aqrar İstehsalatı Komissiyasının 1998-ci il 07 yanvar tarixli 01 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə 2,3185 ha torpaq sahəsi verilmişdir.
2. Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən 2,3185 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət növündə İddiaçı və ailə üzvlərinin adına qeydə alınmışdır.
3. Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli A № 264271 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən, Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən 2,3185 ha torpaq sahəsi olan **********22 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqi sahibi X1r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İlk iddia üzrə İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən özü və ailə üzvlərinə məxsus 2.3185 ha torpaq sahəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) cavabdehin qanunsuz sahibliyindən alınması, cavabdehin 10 il müddətində q anunsuz olaraq istifadə etdiyi torpaq sahəsindən götürdüyü qazanc və gəlirlərin mütəxəssis vasitəsi ilə hesablanaraq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlkin iddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, 2014-cü ildə iddiaçı və cavabdeh kənddəki evin və pay torpaq sahəsinin 40.000 manata satılması barədə razılığa gəlmişdilər. Bu razılaşmaya əsasən, cavabdeh ilkin olaraq ona 7000 manat pul vermiş və bildirmişdir ki, qalan pulları kredit götürüb ödəyəcək. Lakin cavabdeh iddiaçını aldadaraq, pulun qalan hissəsini ödəməkdən yayınmışdır. 2021-ci ildə iddiaçı cavabdehdən torpaq sahəsini qaytarmasını istəmiş, verdiyi pulu isə qaytaracağını bildirmişdir. Hal-hazıradək cavabdeh müxtəlif bəhanələrlə h əm pulu ödəməkdən, həm də torpağı verməkdən boyun qaçırır.
6. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 7000 manat pul məbləğinin və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli torpaq sahəsinə görə iddiaçıya 7000 manat pul vermişdir. Sonuncu iddia ərizəsində də ondan 7000 manat aldığını etiraf edir. İddiaçı ona qarşı torpaq sahəsinin qaytarılması, əldən çıxmış qazancın tutulması tələbinə dair məhkəmədə iddia qaldırdığından, o da qarşılıqlı iddia ilə verdiyi 7000 manat pulunu tələb edir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2014-cü ildə yoldaşı Bakıda ev almaq üçün kiməsə 5000 manat beh vermiş, lakin sonradan cavabdeh pulu vermədiyi üçün evin qalan pulunu verə bilməmiş və behin 2000 manatı batmışdır. İddianın 10 il ərzində əldə edilən gəlir hissəsindən qonşuluğu nəzərə alaraq imtina etdiyini, Oktayın tələb etdiyi 7500 manat pulu isə 1-2 ilə geri qaytaracağını qeyd edərək iddiasının qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, 2014-cü ildə iddiaçıdan 2,3185 ha torpaq sahəsini aralarındakı danışığa əsasən 7500 manata almışdır. Əvvəl 2500 manat pulu cavabdehə, qalan 5000 manat pulu isə həyat yoldaşı Şirinbacıya vermişdir. Qarşı tərəfin narazılığına görə aralarında notariusda müqavilə bağlanmamışdır. Hal-hazırda torpaq özündədir və istifadə edir. Cavabdehlə ev barədə heç bir danışıqları olmamışdır. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid bildirmişdir ki, 2014-cü ildə iddiaçı cavabdehə evi pay torpağı ilə birlikdə 40000 manata satmaq istədiyini bildirmiş və sonuncu da bununla razılaşaraq əvvəlcə 2500 manat pulu iddiaçıya, daha sonra isə 5000 manatı isə ona vermişdir. Qalan pul əvəzinə isə ot, buğda və arpa məhsulu olmaqla cəmi 7500 manat pul vermişdir. Sonradan evin alınmasından imtina edilmişdir. Hal-hazırda torpaq sahəsini geri alaraq və əkib becərməklə əldə olunmuş gəlir ilə cavabdehin pulunu verəcəklərini bildirmişdir.
11. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 fevral 2024-cü il tarixli 2(057)-203/2024 saylı qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia tam təmin olunaraq, mübahisəli torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, İddiaçı 7000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 90 manat alınıb Cavabdeh verilməsi və hər iki tələbin eyni vaxtda icra olunması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən olunmamış qaydada özü və ailə üzvlərinə məxsus pay torpaq sahəsini 2014-cü ildə özgəninkiləşdirmiş və əvəzində cavabdehdən 7500 manat pul almışdır. Tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin əqdin etibarlı olması mümkün deyildir. Ona görə də hər bir tərəf aldıqlarını eyni ilə geri qaytarmalıdırlar. Məhkəmə hər iki tərəfin mənafey ini nəzərə alaraq tələblərin qarşılıqlı halda eyni vaxta icra olunmasını əsaslı və qanuni hesab etmişdir. İddiaçı iddianın 10 il müddətində qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsindən götürdüyü qazanc və gəlirlərin mütəxəssis vasitəsi ilə hesablanaraq cavabdehdən alınıb ona verilməsini tələb etmədiyi üçün məhkəmə iddianın həmin hissədə rədd olunmasını daha məqsədəuyğun hesab etmişdir. Qarşılıqlı iddia isə tam əsaslı olduğundan təmin olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, əks tərəfin dediyi kimi 7500 manat pul verməsi təsdiq olunsa belə, cavabdeh iddiasında 7000 manat pul tələb etdiyi üçün məhkəmə iddia tələbindən kənara çıxmamaq şərti ilə 7000 manat pulun alınması barədə qətnamə çıxarılmasını düzgün hesab etmişdir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 337.2337.5, 339, 340.2, 354.2, 540.1 və 540.2-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 10 ərzində torpaqdan istifadə etmiş və orta hesabla bu müddət ərzində 69650 manat gəlir əldə etmişdir. Həmçinin alğı-satqı müqaviləsi bağlanmasa belə, tərəflər 10 il ərzində bu torpağı mübahisələndirməmişlər. Bu isə tərəflərin qarşılıqlı razılığı olduğu mənasına gəlir. İddia qaldırmayana qədər cavabdeh sərbəst ş əkildə torpaqdan istifadə etmiş və qazanmışdır. İndi isə verdiyi pulu geri tələb edir. Əgər qazanmamış olsaydı, ilk ildən geri qaytarma tələb etməli idi. Bunun əsası da iddiada və qətnamədə göstərilən cavabdehin ifadəsidir: "Qarşı tərəfin narazılığına görə aralarında notariusda müqavilə bağlanmamışdır." Bilərəkdən narazılığın olduğunu bildirən şəxsin 10 il torpaqdan istifadə etməyi davam etdirməsi, əslində onun niyyətinin qazanc əldə etməkdən başqa bir şey olmadığını göstərir. Həmçinin məhkəmə qətnaməni formal olaraq əsaslandırmış, Mülki Məcəllənin maddələrini düzgün tətbiq etməmişdir. İddia tələbinin əsasını təşkil edən mütəxəssis rəyinin alınması təmin edilməli olduğu halda, məhkəmə bunu etməmiş və bir cümlə ilə imtina edərək bununla kifayətlənmişdir. Halbuki işin hallarına uyğun bütün n üanslar bildirilmiş və 10 ildə nə qədər qazanc əldə etdiyini müəyyən etmək üçün mütəxəssis rəyi tələb edilmişdir. İddianın əsas mahiyyəti 10 il ərzində əldə edilən gəlirdən ibarətdir ki, bununla bağlı məhkəmə dəfələrlə tələb edilməsinə və birbaşa iddiada göstərilməsinə baxmayaraq, eskpertiza təyin etməmiş, bir cümlə ilə qətnamədə yazmaqla kifayətlənmişdir. Halbuki bunu öz təşəbbüsü ilə edə bilərdi. Cavabdeh iddiaçının humanistliyindən istifadə edərək əsassız olaraq ondan 7000 manat tələb etmiş və 2014-cü ildən heç bir əvəz vermədən istifadə etdiyini nəzərə almamış və bu hissədə faktiki torpaqdan fasiləsiz istifadə etdiyini və qazanc əldə etdiyini aydınlaşdırmamışdır. Bundan əlavə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq tələblərin qarşılıqlı halda eyni vaxta icra olunmasını əsaslı və qanuni hesab edib. İşin hallarına uyğun gəlməyən vəziyyət ondan ibarətdir ki, Cavabdeh torpaq sahəsini pulla aldıqdan sonra 10 il müddətinə torpaq sahəsindən qazanc əldə edib və notarial qaydada alqı-satqısını rəsmiləşdirməyib. Qanunu bilməmək məsuliyyətdən azad etmədiyi kimi, həmin 10 il müddətində həmin torpaq sahəsindən kifayət qədər qazanc əldə etmişdir. Normalda 10 ilik icarə haqqı kimi hesablanaraq 1 hektara ortalama 600 manatdan götürülsə, 2.3 ha sahəyə orta hesabla 13800 manat icarə haqqı verməli idi. Hətta 10 il müddətinə 7000 manat pul verdiyi torpaq sahəsindən 2014-cü ildə 3500 ədəd yonca presindən 1 ədədi 2.54 manat olmaqla 7500 manat, 2015-ci ildə eynilə yonca əkini aparmış, 2016-cı ildə qarpız əkini üçün həmin sahəsini təqribən 5000 manata icarəyə vermiş, 2017-ci ildə pam bıq əkərək 12 tondan hesablasaq 9600 manatlıq pambıq istehsal etmişdir. 2018, 2020, 2022-ci illərdə buğda əkmiş və ortalama bir ilə 3750 manat olmaqla 11250 manat qazanc əldə etmişdir. 2019, 2021, 2023-cü illərdə isə pambıq əkməklə bir ilə ortalama 9600 manat olmaqla 3 ilə 28800 manat qazanmışdır. 10 il hesabı ilə 69650 manat məhsul istehsal edən şəxs mülkiyyətindən istifadə edib gəlir əldə etdiyi azmış kimi, 7000 manat pulu geri tələb etməsi işin heç bir halına uyğun deyildir.
16. Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, göstərmişdir ki, cavabdeh ona 7500 manat pulu beh kimi verib, lakin heç bir yazılı müqavilə bağlamamışlar, yazılı sənəd imzalamamışlar, bir-birinə inanmışlar.
17. Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş edərərk, izahatında göstərmişdir ki, 2014-cü ildə iddiaçı ilə razılaşanda nə 40000 manat söhbəti olub, nə də ki evin satılması söhbəti. İddiaçı torpağı 8000 manata satırdı, 7500 manata almağa razılaşıb ödəmişdir. Gülbala ona yalnız torpaq satıb, Dövlət Aktının əslini və şəxsiyyət vəsiqəsini vermişdi ki, torpağı öz adına keçirsin. Sonradan ona sosial müavinət düzəltdiyini deyib, Dövlət Aktını verməsini xahiş etmiş, sonra yenidən ona qaytaracağına söz vermişdir, o da inanıb Dövlət Aktını vermişdir. Hazırda həmin torpaqda pambıq əkmişdir. Ev söhbəti isə belə olub ki, 2 il əvvəl onun qardaşı ev axtarırdı, gedib iddiaçının evinə baxıb, lakin bəyənməmişdi. İddiaçı ondan torpaq sahəsindən istifadə etdiyinə görə əldən çıxardığı faydan ı tələb edir, lakin nəzərə almır ki, torpağa görə onun da iddiaçıya verdiyi puldan istifadə edib bəhər götürüb.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-837/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), P.T.Əhmədov və C.F.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçı və 4 nəfər ailə üzvlə rinin ümumi birgə mülkiyyətində olsa da, alqı-satqısı ilə bağlı münasibətlər yalnız iddiaçı ilə cavabdeh arasında formalaşmış, iddiaçının arvadı olaraq mülkiyyətçilərdən Şirinbacının bu məsələdən məlumatlı olmuşdur.
20. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, mahiyyət etibarı ilə narazılığı qətnamənin torpaq sahəsindən cavabdehin 10 il ərzində istifadə etdiyinə görə əldən çıxmış faydanın tutulmaması tələbinin təmin olunmaması və cavabdehin torpaq sahəsindən çıxarılması tələbi ilə torpağa görə ödənilən pulun eyni zamanda icra olunması hissələrindən olduğundan, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Əvvəla ona görə ki, əqd etibar sız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır və birinci instansiya məhkəməsi də, mübahisəni məhz bu cür həll etmişdir. Tərəflərdən birinin aldığını qaytardığı halda, hazırki halda isə cavabdehin torpaq sahəsini qaytaracağı halda, torpağa görə ödəmiş olduğu vəsaitin iddiaçıda qalmaqda davam etməsi, torpağın qaytarılması ilə eyni zamanda ona verilməməsi mübahisənin ədalətli həlli hesab oluna bilməz.
21. Cavabdehin 10 il ərzində torpaq sahəsindən istifadə etdiyinə görə əldən çıxmış faydanın tutulmaması tələbinin təmin olunmaması hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, keçən müddət ərzində cavabdeh iddiaçının torpaq sahəsindən özününkü bilib istifadə etdiyi kimi, iddiaçı da, cavabdehi n torpağa görə vermiş olduğu puldan özününkü kimi istifadə etmişdir. Həmdə bu hal keçən müddət ərzində tərəflər arasında hər hansı bir etiraza səbəb olmadan baş vermişdir. Qeyd olunanlar isə iddiaçının Mülki Məcəllənin 21, 152.3-cü maddələri baxımından zərərə məruz qalmış şəxs kimi qəbul edilməsi və əldən çıxmış faydanın tutulması tələbinin təmin olunması üçün əsas ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 14.1, 14.2.1, 152.1, 324.1, 324.5, 337.1, 337.2, 404.1, 404.2, 425.1 və 560.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə barədə ərizə verərək, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti ilkin iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyən ləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək ü zrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtl ər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ilkin iddianın təmin olunmayan, - əldən çıxmış faydanın ödənilməsi, qarşılıqlı iddianın isə təmin olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəd ə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır və birinci instansiya məhkəməsi də, mübahisəni məhz bu cür həll etmişdir. Tərəflərdən birinin aldığını qaytardığı halda, hazırki halda isə cavabdehin torpaq sahəsini qaytaracağı halda, torpağa görə ödəmiş olduğu vəsaitin iddiaçıda qalmaqda davam e tməsi, torpağın qaytarılması ilə eyni zamanda ona verilməməsi mübahisənin ədalətli həlli hesab oluna bilməz. Cavabdehin 10 il ərzində torpaq sahəsindən istifadə etdiyinə görə əldən çıxmış faydanın tutulmaması tələbinin təmin olunmaması hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, keçən müddət ərzində cavabdeh iddiaçının torpaq sahəsindən özününkü bilib istifadə etdiyi kimi, iddiaçı da, cavabdehin torpağa görə vermiş olduğu puldan özününkü kimi istifadə etmişdir. Həmdə bu hal keçən müddət ərzində tərəflər arasında hər hansı bir etiraza səbəb olmadan baş vermişdir. Qeyd olunanlar isə iddiaçının Mülki Məcəllənin 21, 152.3cü maddələri baxımından zərərə məruz qalmış şəxs kimi qəbul edilməsi və əldən çıxmış faydanın tutulması tələbinin təmin olunması üçün əsas ola bilməz
48. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.