Məhkəmə qərarları › İş №2(102)-2955/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2955/2019

29.04.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2955/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Təhsil Nazirliyinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər X.Sarıyev və E.Şamayev, İş № 2(103)-2744/2019) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayəti cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, İş № 2(005)-3946/2018) iddia təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 dekabr 2017-ci il tarixli, K-766 saylı əmri ləğv edilməsi, İddiaçı İmişli şəhər 4 saylı tam orta məktəbinin direk toru vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilməsi qət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iş materiallarına əlavə edilmiş etibarnamənin əslindən görünür ki, etibarnamə nazirliyin əməkdaşı Nümayəndə adına yazılmaqla ona müvafiq səlahiyyətlər verilmiş və Təhsil Nazirliyinin rəhbəri tərəf indən imzalanaraq, nazirliyin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda, məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin adına olan etibarnaməyə bu cür hüquqi qiymət verməsi prosessual qanunvericiliyin tələbinə ziddiyyət təşkil edir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini, apellyasiyanın mümkünklüyü barədə yeni qərar qəbul edilərək, işə mahiyyəti ürə baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müfadiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsini, apellyasiyanın mümkünklüyü barədə yeni qərar qəbul edilərək, işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respubli kası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24.10.2018-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsi MPM-nin 363.9-cü maddəsinə əsasən apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən hesab etmişdir ki, apellyasiya şikayəti cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən imzalansa da, nümayəndənin həmin nazirlikdə işləməsi və yaxud onun vəkil olmasını təsdiq edən hər hansı sənəd mövcud olmadığından, apellyasiya şik ayəti qeyrimümkün hesab edilməli və şikayət cavabdehə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə apellyasiyanın mümkünlüyü ilə bağlı qəldiyi nəticə mülkü-prosessual qanunvericiliyin tələbinə uyğun olmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 9-cü maddəsinə əsasən 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini t əşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Apellyasiya instansiya məhkəmsi apellyasiya mümkünlüyünü yoxlayarkən tərəfləri məhkəmə iclasına dəvət etməmiş, bununla da yuxarıda qeyd edilən prosessual qanunvericiyin tələblərini yerinə yetirməyərək tərəfin hüququnun pozulmasına səbəb olan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imz alanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlara digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyə: şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 362.1 -ci maddəsinin tələbinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.5-ci maddəsində qeyd edilir ki, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və y a nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası iiə, həmin təşkilatın möhürü vurulmaqla verilir. MPM-nin 74-cü maddəsinin tələbinə görə nümayəndənin səlahiyyəti müəyyən edilib. Belə ki: 74.1.Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2.İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyət ləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarına əlavə edilmiş etibarnamənin əslində görünür ki, etibarnamə nazirliyin əməkdaşı Nümayəndə adına yazılmaqla ona müvafiq səlahiyyətlər verilmiş və Təhsil Nazirliyinin rəhbəri tərəfindən imzalanaraq, nazirliyin möhürü ilə təsdiq edilmişdir. Həmin etibarnamə əsasında Nümayəndə birinci instansiya məhkəməsində Təhsil Nazirliyinin nümayəndəsi kimi tnınaraq prosesə buraxılmış və məhkəmə iclasında mülki iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Təhsil Nazirliyini təmsil etmişdir. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinin adına olan etibarnaməyə bu cür hüquqi qiymət verməsi prosessual qanunvericiliyin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəs i nəzərdə tutur ki, maddi və prosussual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardanın ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldığda qərardadın ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri qarardadın ləğvi üçün əsas hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yenidən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin apellya siya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar