Məhkəmə qərarları › İş №2(102)-2955/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2955/2021

07.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2955/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıXXXoğlunun cavabdeh Göyçay rayon X5 hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2955/21 (Açar sözlər: işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı tələbi) Bakı şəhəri, 07 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon X5 hüquqi şəxsə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə d air mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2(107)-2323/2020 nömrəli qətnaməsindən cavabdeh Göyçay rayon X5 hüquqi şəxsin kassasiya şikayətinə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 05.08.2020-cü il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası ilə müddətsiz bağladığı əmək müqaviləsinə əsasən X2 Yardım Stansiyasına sürücü vəzifəsinə qəbul edilmişdir.

2. İddiaçı 05.08.2020-ci il tarixli 1168-K nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) Təcili və X9 Yardım Stansiyasının sürücü vəzifəsindən Təcili və X9 Yardım Stansiyasının sürücü vəzifəsində n Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 avqust 2020-ci il tarixli 1168-K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olinması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı işə qəbul edildikdən sonra ona sanitar avtomobil təhkim edilmiş, işlədiyi müddət ərzində daima işinə vicdanla yanaşaraq, üzərinə düşən öhdəlikləri vaxtında, dəqiq icra etmişdir. 2020-ci ilin fevral ayında Təcili və X3 Stansiyasının kollektivinin əmək haqqının bir hissəsi qeyri-qanuni tutulduğu üçün bir qrup həkim və texniki işçilər bu məsələni aydınlaşdırmaq üçün Göyçay rayon X5 hü quqi şəxsin mühasibatlıq şöbəsinə müraciət etmiş, mühasibatlıqdan tutulmaların texniki səhv olduğu, növbəti aylarda tutulan əmək haqlarının geri qaytarılacağı bildirilmişdir.

5. Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkədə karantin rejimi tətbiq edilmişdir. Bir çox sahələrdə olduğu kimi koronavirusla əlaqədar əmək şəraitinin çətinliyinə görə dövlət tibb müəssisələrində də çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə ölkə prezidenti tərəfindən sosialyönümlü Sərəncam verilmişdir. Həmin Sərəncama əsasən dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilmişdir. Aidiyyəti dövlət qurumlarına mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əmək haqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunması tapşırılmışdır.

6. Sözügedən Sərəncama uyğun olaraq mart ayından iddiaçının, eləcə də onunla birgə işləyən Təcili və X3 Stansiyasının əməkdaşları əmək haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələrin olunmadığını görüb, TƏBİB-in tabeçiliyində olan Göyçay rayon X5 hüquqi şəxsə müraciət etmişlər. Müraciətləri əsasında Təcili və X3 Stansiyasında iclas təşkil edilərək şikayətləri dinlənilmiş, iclasda Göyçay rayon X5 Hüquqi şəxsin hüquqşünası, mühasibi və direktor müavini bildirmişlər ki, sözügedən sərəncam digər şəhər və rayonların səhiyyə müəssisələri tərəfindən icra ediləcəyi halda, onların da əmə k haqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavələr olunacaq.

7. İddiaçı ona təhkim olunmuş sanitar avtomobilin mühərrikinin sıradan çıxması nəticəsində zəruri ehtiyat hissələrinin verilməsi üçün Göyçay rayon X5 Hüquqi şəxsin mühasibatlığına müraciət etmiş, zəruri ehtiyat hissələrinin bir hissəsi verilsə də, qalan ehtiyat hissələri, eləcə də usta xərci verilməmişdir.

8. Bu işləri həyata keçirmək üçün təxminən 600 manat pul vəsaiti tələb olunmuşdur ki, iddiaçının aldığı əmək haqqı bunu qarşılamağa imkan verməmişdir. Usta xərcinin verilməsi üçün iddiaçı dəfələrlə Göyçay rayon X5 Hüquqi şəxsə müraciət etsə də, müraciəti müsbət həll olunmamışdır.

9. X10 iddiaçını çağırıb və onun direktorun qəbuluna gəlməyini tələb edib. Direktorun qəbuluna gələrək, iddiaçı olanlar barədə direk tora məlumat vermişdir. Bundan sonra, iddiaçı 05.08.2020-ci il tarixdə Göyçay rayon X5 hüquqi şəxsin insan resursları şöbəsinin müdiri tərəfindən dəvət edilərək, işdən azad olunması barədə əmrin surəti iddiaçıya təqdim edilmişdir.

10. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə işdən çıxarılmasının səbəbi əsaslandırılmamışdır. Mübahisələndirilən əmrdən fərqli olaraq əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. H albuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan hər iki halın eyni vaxtda tətbiq edilməsini istisna edir. Yəni işçi ya əmək funksiyasını pozduğuna görə, ya da əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər.

11. İşə götürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsini o zaman ləğv edə bilər ki, işçi əmək müqaviləsində nəzərdə tutulmuş və onun tərəfindən yerinə yetirilməli olan işlərin məcmusu üzrə olan işləri (əmək funksiyanın pozulmasına görə) və yaxud əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməsin. Lakin əmrdə əmək müqaviləsi üzrə hansı öhdəliyi pozması, eləcə də hansı əmək funksiyasını yerinə yetirməməsi göstərilməmiş, yalnız əmrdə, əmrin verilməsinə əsas kimi SİHİ Göyçay rayon Şurasının 07 saylı, 05.08.2020-ci il tarixli məlumatı, 23 saylı, 05.08.2020-ci il tarixli protokoldan çıxarış, TTTYS işçiləri tərəfindən tərtib edilmiş Akt və ƏM-in 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədiyi göstərilmişdir.

12. İşə götürən əmrdə iddiaçının konkret olaraq hansı tarixdə, hansı davranışı ilə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyini əsaslandıra bilməmişdir. Əmrin verilməsinə əsas olmuş Aktdan, eləcə də digər sənədlərdən dolayısı ilə məlum olur ki, işdən çıxarılmağının əsas səbəbi Göyçay rayon X5 hüquqi şəxsin direktoru Elçin Bilalovun özünün və ailəsinin ünvanına guya nalayiq ifadələr işlətməsi olmuşd ur. Halbuki, yuxarıda qeyd etdiyi kimi belə bir hal olmamış, işdən çıxarılmağının əsas səbəbi kimi iddiaçının dövlət orqanlarına müraciət etməsi olmuşdur.

13. Cavabdeh Göyçay rayon X5 hüquqi şəxsin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmuş, yəni əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, buna görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilmişdir; - iddiaçnın işdən azad olunması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir.

14. Göyçay rayon Məhkəməsinin 15 senty abr 2020-ci il tarixli, 2(046)-1068/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Bilalov Elçin Ağarza oğlu tərəfindən imzalanmış 05.08.2020-ci il tarixli 1168-K saylı əmrin ləğv edilməsi, İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasında sürücü vəzifəsinə bərpa edilməsi, 05.08.2020ci il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqının ödənilməsi və 10 manat dövlət rüsumunun “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. (hakim İbrahim Fəttahov)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovla bağlanmış 05.08.2020-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Göyçay RMX-nin Təcili və X9 Yardım Stansiyasına sürücü vəzifəsinə təyin edilmişdir. İddiaçı Göyçay rayon X5 hüquqi şəxsin baş direktoru Elçin Bilalovun imzaladığı 05.08.2020-ci il tarixli əmrə əsasən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən azad edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi qaydasını nəzərdə tutan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandır ılmamış, yalnız əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh təşkilat iddiaçının Göyçay rayon X1 və X3 Stansiyasında sürücü vəzifəsində işlədiyi dövr ərzində Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulmuş əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozması, yəni əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi barədə göstərdikləri tam əsassızdır.

18. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən belə nəticəyə gəlmişdir ki, cavabdeh Göyçay rayon X5 hüquqi şəxsin direktoru Bilalov Elçin Ağarza oğlu tərəfindən İddiaçı Göyçay RMX-nin Təcili və X3 Stansiyasında işlədiyi sürücü vəzifəsindən azad edilməsi barədə 05.08.2020-cü il tarixli 1168-K nömrəli əmri Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri pozulmaqla verildiyindən, həmin əmr qanunsuzdur.

19. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 84, 189, 300-cü, Mülki Prosessual Məcəllənin 14, və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh müəssisə apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tərtib edilməmiş, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, şahidlər dindirilməmiş, qətnamədə göstərilən nəticə işin hallarına uyğun gəlmir; - belə ki, qətnamədə qeyd olunur ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsasları, eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsinin qaydası nəzərdə tutulan Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, yalnız əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Halbuki, yalnız əmək kitabçasında deyil, əmrdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Yəni Əmək Məcəlləsinin müvafiq maddəsinə, bəndinə istinad edilmişdir; - qətnamədə müvafiq əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsaslarının göstərilmədiyi və əmək müqaviləsinin ləğv edilməsi zəruriliyinin əsaslandırılmadığı qeyd edilmişdir. Lakin əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsasının SİHİ Göyçay rayon şurasının 07 saylı 05.08.2020-ci il tarixli məlumatının, 23 saylı 05.0 8.2020-ci il tarixli protokoldan çıxarışın və TTTYS işçiləri tərəfindən tərtib edilmiş Aktın olduğu göstərilmişdir. Aktda göstərilənlər əmrdə geniş izahlı şəkildə yazılmasa da, Aktı oxuduqda aydın görünür ki, İddiaçı hansı əsaslara görə işdən azad edilmişdir. - İddiaçı 26.07.2020-ci il tarixdə saat 09:00 radələrində “Göyçay RMX” publik hüquqi şəxsinin TTTYS-nın xidməti binasının dəhlizində direktor barəsində yalan məlumatlar yayaraq (guya direktor “TTTYS-da kişi yoxdur” demişdir, buna görə yığışıb “direktorun üzərinə gedək” və s.) konflikt törətməyə cəhd etmiş, direktorun ailəsinə və yaxınlarına qarşı nalayiq, təhqiramiz ifadələr işlətmişdir; - bu barədə 29.07.2020-ci il tarixdə TTTYS-nın 5 nəfər işçisi tərəfindən tərtib olunmuş Akt Xəstəxanaya rəsmi daxil olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclasında təqdim edilən Aktı hakim məhkəmə iclasında elan etməmişdir; - aktdan da göründüyü kimi, İddiaçı Təcili və X3 Stansiyasının işçilərinə yalan məlumatlar verərək onları inandırmağa çalışmış, konflikt yaratmağa cəhd etmişdir. Eyni zamanda, İddiaçı özünün direktora yazdığı izahatında da bunu etiraf etmiş, aktda adları çəkilən işçilərdən başqa işçilərin də orada olduğunu göstəmişdir. Bundan sonra “Göyçay RMX” publik hüquqi şəxsin Səhiyyə işçiləri X4 RMX tərəfindən məktub ünvanlanaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. X6 İttifaqı Şurası İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi qə rarını düzgün hesab etmişdir; - İddiaçı əmək vəzifələrini yerinə yetirmək əvəzinə işçilər arasında pozuculuq fəaliyyəti ilə məşğul olur.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2(107)-2323/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Göyçay Rayon Məhkəməsinin 15.09.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi) Elçin Hüseynov, Vəzirxan Məlikov)

23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iş üzrə İddiaçı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru XXX imzaladığı 1168-K saylı, 05.08.2020-cü il tarixli əmrin ləğv edilməsi, öz işinə bərpa edilməsi və m əcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Buna görə də İddiaçı tələbi təmin edilməli, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Bilalov Elçin Ağarza oğlunun imzaladığı 1168-K saylı, 05.08.2020-cü il tarixli əmr ləğv edilməli, İddiaçı “Göyçay RMX” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyasına sürücü vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir.

24. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya və apellyasiya məhkəmələrinin baxışı zamanı cavabdeh “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin nümayəndəsi iddiaçının işlədiyi dövr ərzində Əmək Məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndində nəzərdə tutulmuş əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

25. Əksinə, işdə olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Təcili və X3 Stansiyası tərəfindən İddiaçı üçün verilmiş xasiyyətnamədə bildirilir ki, İddiaçı işlədiyi müddətdə səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyətinə görə Stansiyanın kollektivi arasında böyük hörmət qazanmışdır. İşə davamiyyəti, çağırışlara vaxtlı-vaxtında gedilməsi ilə həmişə yaxşı mənada seçilmiş, çağırışlarda heç bir gecikmə olmamışdır. İş yoldaşlarına əlindən gələn köməkliyi əsirgəmir. Bacarıqlı və təcrübəli sü rücüdür. Ona təhkim olunmuş sanitar avtomobilini daima saz və təmiz saxlayır. İşlədiyi müddətdə intizam tənbehi almamışdır. İctimai tədbirlərdə fəal iştirak edir. İş yoldaşları tərəfindən sevilir.

26. Apellyasiya məhkəməsi mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə hüquqi qiymət verərək qeyd edib ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsinin həlli zamanı həmin Məcəllənin 80-ci maddəsinin tələbləri həm müdiriyyət, həm də həmkarlar təşkilatı tərəfindən ciddi şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına məktubla deyil, əsaslandırılmış yazılı təqdimatla müraciət etməs i nəzərdə tutulmuşdur. Digər tərəfdən, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işdən azad edilməsi üçün işəgötürən buna müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. X6 İttifaqının Göyçay rayon şurasının 05.08.2020-ci il tarixli 23 saylı protokolundan çıxarışdan isə proseslərin əksinə baş verdiyi görünür, yəni əvvəlcə işçi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş, sonra bu barədə həmkarlar ittifaqı təşkilatına məlumat verilmiş, bundan sonra həmkarlar ittifaqı təşkilatı müvafiq məlumatı (məktubu) müzakirə edərək müdiriyyətin qərarını düzgün hesab etmişdir.

27. Bununla da, apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi üçün nə cavab deh tərəfindən müəssisənin həmkarlar ittifaqı təşkilatına lazımi qaydada müraciət edilməmiş və qanuni şəkildə razılıq alınmamış, nə də müəssisənin həmkarlar ittifaqı təşkilatı tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məsələsinə mahiyyəti üzrə baxılmamış (müzakirə olunmamış) və qanuni şəkildə qərar qəbul edilməmişdir. Həmkarlar ittifaqı təşkilatının iclas protokolu ortaya çıxarılmadığından həmin iclasın həqiqətən də keçirilib-keçirilməməsi, iclasda neçə nəfərin iştirak etməsi və neçə nəfərin çıxış etməsi, çıxışların məzmunu məlum deyildir.

28. Apellyasiya məhkəməsi müəyyən edib ki, iddiaçı işlədiyi kollektivdə “Göyçay RMX” publik hüquqi şəxsinin direktoru XXX barədə yalan məlumatlar yayaraq işçilər arasında təxribat apardığı, iş yoldaşlarını n yanında direktorun özünə və ailəsinə qarşı nalayiq söyüşlər söyərək təhqir etdiyi üçün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuş hesab edilmişdir. Halbuki, iddiaçıya istinad edilən hərəkətlərin əmək funksiyasına və əmək müqaviləsi üzrə öhdəliklərə heç bir aidiyyəti yoxdur. Əmək qanunvericiliyinə görə, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. İşçinin əmək funksiyası həm də onun əmək müqaviləsi üzrə öhdəliklərini əhatə edir. İşçinin əmək kollektivində müdiriyyət (direktor) barəsində “yalan məlumatlar yayması”, iş yoldaşlarının yanında müəssisə rəhbərinin (direktorun) özünə və ailəsinə qar şı nalayiq söyüşlər söyərək təhqir etməsi” kimi hərəkətləri onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozması hesab oluna bilməz.

29. Apellyasiya məhkəməsinə görə işçinin qeyd edilən hərəkətləri nəticəsində şərəfi, ləyaqəti və ya işgüzar nüfuzu aşağılanmış (ləkələnmiş) vəzifəli şəxs (o cümlədən müəssisənin rəhbəri) həmin işçiyə qarşı mülki-hüquqi xarakterli (Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş) tədbirlər görə bilər, belə hərəkətlərin qərəzli və məqsədyönlü olduğunu ehtimal etməyə əsaslar olduqda isə işçi barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verə bilər.

30. Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bənd inə əsasən, yəni əmək fəaliyyəti zamanı iddiaçının kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə ilə bağlı dəlillərinə münasibətdə qeyd edib ki, əmək qanunvericiliyində “işəgötürən” anlayışı müəssisənin rəhbərini deyil, müəssisənin özünü nəzərdə tutur. İddiaçıya istinad edilən hərəkətlər müəssisənin rəhbərinin (direktorunun) mənafeyinə xələl gətirə bilər, lakin həmin hərəkətlərin müəssisənin (işəgötürənin) mənafeyinə xələl gətirən hərəkətlər kimi qiymətləndirilməsi əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh Göyçay rayon X5 hüquqi şəxs (Vəkil2 ) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işi n yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsini xahiş edib.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

34. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

35. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməməmiş, və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili isə məhkəmə kolleg iyasına teleqram göndərib, COVİD 19-a qarşı peyvəndləmə tədbirində iştirakı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası vəkilin teleqramda göstərdiyi xüsusatla bağlı sübut təqdim etməməsini nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə cavabdehin tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 72. (bənd “e”). Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozu ntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; Maddə 80 (bənd1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişd irsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırm ası kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillə rinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

40. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

45. İddia tələbi işə bərpa barədədir. İddiaçı 05.08.2020-ci il tarixli əmrə əsasən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən azad edilməsini qanunsuz hesab etmiş və bunu belə əsaslandırmışdır ki, işə götürən əmrdə konkret olaraq hansı tarixdə, hansı davranışı ilə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyini əsaslandıra bilməmişdir. İşdən çıxarılmağının əsas səbəbi Göyçay rayon X5 hüquqi şəxsin direktoru Elçin Bilalovun özünün və ailəsinin ünvanına guya nalayiq ifadələr işlətməsi olmuşdur. Halbuki, belə bir hal olmamış, işdən çıxarılmağının əsas səbəbi kimi dövlət orqanlarına müraciət et məsi olmuşdur.

41. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmisdir ki, iddiaçı işdən azad edilərkən qanunvercilikdə nəzərdə tutulmuş qaydada həmkarlar komitəsinin razılığı alınmamış, iddiaçının işlədiyi dövr ərzində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin “işəgötürən” anlayışı müəssisənin rəhbərini deyil, müəssisənin özünü nəzərdə tutur.

42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəti cəni əsaslı hesab edir, buna görə də hazırki qərarın 24-30-cu bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.

44. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri yuxarıda şərh edilənlərə əsasən pozulub.

45. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

46. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir.

47. Həmçi nin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Göyçay rayon X5 hüquqi şəxs XXX kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2(10 7)-2323/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar