Məhkəmə qərarları › İş №2(102)-2955/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2955/2022

07.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2955/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işə bərpa olunması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-457/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 iyun 2022 -ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X4 14 sentyabr 2015-cı il tarixdə Sumqayıt Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasına dosent vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə “Tarix və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsinə seçilmiş, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr aşağıdakı məzmundadır: «Rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3. xx.xx.2018-ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, un iversitetin Daxili intizam qaydalarına, kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2-ci maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə “Tarix və coğrafiya” fakültəsinin “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx.xx.2020-ci il tarixindən xitam verilsin. İstifadə etmədiyi məzuniyyət günləri yoxdur. Əsas: Rektor prof. E.B.Hüseynovun dərkənarı ilə Humanitar məsələlər üzrə prorektor dos. R.A.Hüseynovun xx.xx.2020-ci il tarixli 08-440/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasını n müdiri dos. S.S.Məhərrəmovanın xx.xx.2020-ci il tarixli 08-420/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının xx.xx.2019-cu il tarixli 10 saylı protokolundan çıxarış, həmin kafedranın dosenti R.V.Əhmədovun və baş müəllim N.M.Abdullayevin izahatları, müəllim B.M.Cəlalzadənin xx.xx.2020-ci il tarixli C-25/20 nömrəli ərizəsi və ona aid 6 səhifədən ibarət materiallar, dos.İddiaçı izahatları, HİK-in xx.xx.2020-ci il tarixli 83 saylı protokolundan çıxarış, fakültə dekanı, kafedra müdiri və bir qrup kafedra əməkdaşları tərəfindən tərtib olunmuş İddiaçı şifahi xəbərdar olunduğunu təsdiqləyən iki ədəd akt». İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunması barədə Sumqayıt Dövlət Universiteti üzrə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunması, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddətdə Universitetin nüfuzunun qaldırılması üçün əməyini əsirgəməmiş, əmək intizamına, o cümlədən etik davranış qaydalarına daim əməl etməklə kollektivdə nüfuz sahibi olmuşdur. Universitetin rektoru heç bir əsaslı səbəb olmadan, onunla ədavətdə olan bəzi əməkdaşların subyektiv və qərəzli mövqeyini əsas götürərək 01 oktyabr 2020-ci il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etmişdir. Əmək Məcəlləsinin 76-cı maddəsində göstərilir ki, işəgötürən işçini 70-ci maddənin “ç” bəndində göstərilən bir əsas üzrə işdən azad edə bilər. Əmrdən göründüyü kimi, həmin maddənin tələbi pozularaq o, işdən həmin bənddə göstərilən iki əsas üzrə əmək funksiyasını yerinə yetirməməyə və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. İşlədiyi müddətdə əmək intizamına həmişə riayət etmiş, yalnız bir dəfə 2018-ci ilin mart ayında həkimlərin həkimlərin tövsiyyəsi ilə yataq rejimində müalicə aldığı zaman həyat yoldaşı qeydiyyatda olduğu ünvan üzrə poliklinikaya vaxtında müraciət edib bülleten açdıra bilmədiyi üçün, iki gün üzrsüz səbəbə görə iş buraxma vəziyyəti yaranmışdı və bunu rəhbərliyə sənədlər əsasında izah etsə də, xx.xx.2018-ci il tarixli K-102/3 saylı əmrlə ona xəbərdarlıq edilmişdi. Əvvəla Əmək Məcəlləsinin 186-cı maddənin 3-cü bəndinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır. Bundan başqa, 190-cı maddənin 1-bəndinə əsasən intizam tənbehi törədildiyi gündən altı ay müddətində qüvvədə olur. Verilən qərəzli əmrdə artıq qüvvəsini itirmiş olan, habelə intizam tənbehi sayılmayan xəbərdarlığa istinad olunması onu təsdiq edir ki, rektorun onu işdən azad etməyə heç bir qanuni əsası olmamışdır. Onun əmək fəaliyyəti əmrdə göstərilənlərin əksinə olaraq rektorluq tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, 05 oktyabr 2017-ci il tarixdə rektor tərəfindən «Səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki uğurlarına görə və 5 oktyabr - X2 münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur. 2017-ci ildə yüksək elmi-pedaqoji fəaliyyətinə görə 5 illik dosent vəzifəsinə seçilmişdir. 2018-ci ilin fevral ayında isə Universitetin Elmi Şurasının yekdil qərarı ilə sənədləri «Atestatlı dosent” adının verilməsi üçün Ali Atestasiya komissiyasına göndərilmiş, Ali Atestasiya Komissiyası 2018-ci ilin may ayında «Atestatlı dosent» adını təsdiq etmişdir. 2017-2018-ci tədris ilindən 2019-2020-ci tədris ilinin sentyabr ayına qədər “Tarix və Coğrafiya” fakültəsinin Dövlət İmtahan Komissiyasının 5 üzvündən biri kimi fəaliyyət göstərmişdir. Hər tədris il i rektorun əmri ilə iki magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Habelə nümunəvi işçi kimi onlarla namizədin arasından rektor tərəfindən Universitetin 4 əməkdaşından biri kimi Türkiyə Respublikasına ezamiyyətə göndərilərək «Mövlana» proqramı üzrə müəllim mübadiləsi ilə əlaqədar olaraq 2019-cu ilin oktyabr ayının 10-dan 24-nə kimi «X7» Universitetində 14 gün müddətində mühazirələr oxumuş, yüksək təcrübə əldə etmişdir. Sonradan «X7» Universitetinin rektorluğu tərəfindən Sumqayıt Dövlət Universitetinin rektorunun adına onun oradakı nümunəvi fəaliyyəti barədə sertifikat göndərilərək təşəkkür bildirilmişdir. Onun «Şimali Azərbaycanda Milli Oyanış Hərakatı» (19-cu əsrin sonu 20-ci əsrin əvvələri) adlı kitabı «Məktəb Pres» qəzetində silsilə şəklində dərc edilmişdir ki, buna görə də ona «Q ızıl qələm» media laureatı mükafatı da verilmiş və fakt Universitetin saytında da yayımlanmışdır. 2020-ci ilin may ayının 7-si saat 10.47-də zarafatla bir tanışına göndərmək istədiyi mesaj səhvən 822-ci qrupun nümayəndəsi olan Samirə İbrahimliyə getmişdir. Təxminən bir dəqiqə sonra o, mesajın səhv göndərilməsini başa düşüb həmin tələbəyə zəng edərək, mesajın ona səhv getməsini bildirərək silməsini xahiş etmiş, tələbə də mesajı oxumadan sildiyini ona bildirmişdi. Sonradan məlum olmuşdur ki, həmin tələbə mesajı silməyərək onunla qərəzli münasibətdə olan kafedranın əməkdaşı Samir Kərimliyə göndərmiş, o da həmin mesajı onunla olduqca pis münasibətdə olan kafedra müdiri Sona Məhərrəmovaya göndərmişdir. S.Məhərrəmova isə onu rəhbərliyin gözündən salmaq, gələcək karyerasına zərbə vurmaq üçün qanu nsuz olaraq həmin mesajı ictimailəşdirmişdir. Sonra onun məsələsi əsassız olaraq Universitetin Həmkarlar İttifaqının iclasına çıxarılmış, yuxarıda qeyd etdiyi, tələbəyə göndərdiyi mesaj əsas gətirilməklə rektorun təzyiqi ilə əsassız olaraq işdən azad olunmağına Həmkarlar İttifaqının razılığı alınmışdır. Cavabdeh onu işdən azad edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini də pozmuşdur. Onun tərəfindən həmin bənddə göstərilən pozuntuya səbəb olan hər hansı bir hərəkət edilməmişdir. Bu barədə tərtib edilən aktlar, yazılan təqdimatlar saxta olmaqla, həqiqətə uyğun deyil, qərəzli olaraq tərtib edilmişdir. Belə ki, 2020-ci ilin mart ayının 3-dən Universitetdə dərslər onlayn qaydada keçirildiyi üçün müəllimlər həmin gündən sentyabr ayının 11-nə kimi iş yerlərində olmamış, evlərindən 07 iyuldan-11 sentyabra kimi onlayn qaydada dərslər vermişlər. Bəzi hallarda fərdi qaydada çağrılaraq Universitetdə imtahanları götürmüşlər. Bu vaxtlar isə kollektivin üzvlərindən kiminlə isə hər hansı bir münaqişəsi olmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə isə belə bir əsaslandırma yoxdur. Belə çıxır ki, onun tərəfindən intizam xətası 03 mart 2020-ci il tarixə kimi törədilməli idi. Bu halda isə 6 aylıq müddət ötürüldüyünə görə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən onun barəsində intizam tənbehi verilə bilməzdi. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsin də iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı kafedrada ümumi işlərə, kafedranın inkişafına, yeni müəllim nəslinin yetişməsinə mane olacaq hərəkətlərə yol vermişdir. İddiaçı əməkdaşlara, xüsusilə də gənclərə qarşı bir aqressiya bəsləmişdir, sanki onların inkişaf etməsini istəmir. Hər vasitə ilə onları ruhdan salmağa çalışır. Kafedra iclaslarında müzakirə olunan hər hansı bir məsələyə hamıdan fərqli olaraq qərəzli şəkildə münasibət bildirmişdir. İddiaçı elmi dəlillərdən daha çox şəxsi ambisiyalarını önə çəkir ki, bu da haqlı olaraq əməkdaşlarla onun arasında ziddiyyətlərin yaranmasına səbəb olur. Bundan əlavə, iddiaçı tələbələr arasında da hörmət qazana bilməmiş, onlarla rəftarında səhvlərə yol vermiş və bu səbəbdən də tələbələrin qınaq obyektinə çevrilmişdir. Bu isə bir universi tet müəlliminə hər halda şərəf gətirəcək bir hal deyildir. Bundan əlavə, iddiaçı digər müəllimin dərsini əvəz edərkən dərs jurnalına baxıb yaxşı oxuyan və yüksək qiymət alan tələbələrlə vəziyyəti konflikt dərəcəsinə çatdırmışdır. İddiaçı tələbə qızların ünvanına qeyri-etik ifadələr işlətmişdir. Vəziyyəti o yerə gətirmişdir ki, patokun tələbə oğlanları müəllimi döymək istəmişlər. Rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, Universitetin daxili intizam qaydalarına, kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinə əməl etmədiyinə və işlədiyi kollekti vdə mütəmadi gərginlik yaratdığına görə “Tarix və coğrafiya” fakultəsinin “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6355/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Qoşqarlı) iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt Dövlət Universiteti Həmkarlar Komitəsinin 83 saylı iclasının protokolundan xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, “Tarix və coğrafiya” fakultəsinin “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti İddiaçı ziyalı, müəllim adına yaraşmayan qeyri-etik davranışı, qızı yaşında olan kafedranın müəllimi Cəlalzadə Bənövşəyə qarşı olan çirkin hərəkətləri pislənmiş və “Tarix və coğrafiya” fakültəsinin “Tarix və onun tədrisi metodikası” kafedrasının dosenti İddiaçı universitet rəhbərliyi tərəfindən hər hansı inzibati qaydada tətbiq olunan cəzaya, hətta, işdən azad olunmasına Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi etiraz etmir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Sumqayıt Dövlət Universitetinin rektoru K-43/2 №li, xx.xx.2020-ci il tarixli əmrinə əsasən iddiaçı rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3, xx.xx.2018-ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, Universitetin daxili intizam qaydalarına, kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2-ci maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd etmişdir ki, artıq iddiaçının əvvəlki işinə, vəzifəsinə bərpa edilməsinə heç bir əsas yoxdur. İddiaçılə ilə əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verilmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127.2, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 70.2, 70.3, 80.1, 83.2-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynovun onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrinin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasına dosent vəzifəsinə bərpa olunması, 2020-ci il sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi, hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 manat məbləğində pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1288/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnamə si ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli, k-43/2 saylı əmrinin ləğv olunması, İddiaçı Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunması və 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranı r. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (Əmək Məcəlləsinin 71.2., 71.3. maddəsi). Göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin yuxarıda qeyd olunan maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini ləğv etmək üçün işçi əmək funksiyasını və vəzifə borcunu qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməli və iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozsun və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. Lakin hazırkı işdə belə bir hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, cavabdeh işəgötürən kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh müəssisədə müəllim kimi fəaliyyət göstərən Bənövşə Cəlalzadənin qeyd etdikləri iddiaçının əmək müqaviləsinin xitamı üçün əsas ola bilməz. Məhkəmə apellyasiya şikayətinin hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 10.000 (on min) manat məbləğində pulun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, apellyasiya şikayətində hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bu isə faktiki olaraq iddia tələbinin həcminin artırılmasına yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 372.4 və 372.5-ci maddələrinin tələblərinə cavab vermir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh (vəkili X5) kasasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(102)-5840/21 saylı qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Ə liyev və İ.Xəlilov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasassiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, araşdırmamış, işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsinin əsassız olması ilə bağlı mövqeyini əmək müqaviləsini ləğv etmək üçün işçi əmək funksiyasını və vəzifə borcunu qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi və iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmalı və ya işəgötü rənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli olması, bu halların isə müəyyən edilmədiyi, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin kifayət qədər əsaslandırılması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozuntularının olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Əmək qanunvericiliyindən göründüyü kimi, əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi üçün iki haldan biri, yəni işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının mövcud olmasından asılı etmiş, bunun davamı olaraq yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkil də pozulmasını da zəruri şərt olaraq göstərmişdir. İşdə olan iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən (səh.34) görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi göstərilərkən mötərizədə əsaslandırma və aydınlatmaq qaydasında əsas kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı ilə əmək müqaviləsinə qeyd edilən bu iki haldan biri üzrə xitam verilmişdir. Əmək Məcəlləsinin 71.2ci maddəsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin şərtlərini aydın şəkildə göstərmiş və həmin normada qeyd edilmişdir ki, bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilmə sinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərilən halların müəyyən edilmədiyini qeyd etməklə kifayətlənmiş, lakin araşdırmamış, işçinin üzrsüz səbəbdən iş buraxması onun əmək funskiyasını qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla pozması, vəzifə borcunu bu qayda ilə yerinə yetirmədiyinə görə əmək ahəngini pozması hesab edilməli olub olmamasına qiymət verməmiş dir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsində əmək funksiyasına anlayış verilmiş və göstərilmişdir ki, əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iş yeri təhsil müəssisəsidir və etik davranış qaydalarına əməl etmək xüsusilə əhəmiyyətlidir. Lakin işdən görünür ki, iddiaçı işlədiyi müəssisədə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaq əvəzinə, müəllim etikasından kənar işlərlə məşğul olmuşdur. Bu hal isə hətta iş materiallarında olan iddiaçı tərəfindən Universitetin müəllim əməkdaşına yazılmış sms çıxarışlarının mətnləri (səh 30-33) və “Elman M” adlı şəxs yazdığı smsin mətni (səh 28) ilə öz təsdiqini tapmışdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-457/2021 saylı 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt Dövlət Universitetinin rektorunun K-43/2 №li, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş və həmin əmrin ləğv edilməsinin hüquqi əsas ları yoxdur. Odur ki, Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri baxımından Sumqayıt Dövlət Universitetinin rektorunun əmri qanuni və əsaslı hesab edilməlidir. Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci bəndində həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi zamanı bunu müəssisə həmkarlar ittifaqı təşkilatının razılığı ilə həyata kecirilməsini əsas şərt kimi müəyyən edir. İş materiallarında olan Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-cu il tarixli, “83” saylı protokolundan görünür ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor X1 Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçılə bağlı SDU-nun HİK-nə yönədilmiş təqdimatının müzakirəsinə əsasən, İddiaçı universitet rəhbərliyi tərəfindən hər hansı inzibati qaydada tətbiq olunan cəzaya, hətta, işdən azad olunmasına Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir. Həmkarlar ittifaqı komitəsinin həmin iclasında ittifaqın üzvləri iştirak etmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən olundu ki, iddiaçıya Universitetin əməkdaşına qarşı qeyri-etik davranışına görə xəbərdarlıq edilmiş, bu barədə sənədləşmə aparılmış, iddiaçı bir daha bu hərəkətlərə yol verməyəcəyinə söz vermiş, lakin yenə də həmin hərəkətlərini davam etdirmişdir. Halbu ki, iddiaçı bu hərəkətlərə 2018-ci ildə yol verdikdən sonra təkrarlanmayacagına söz versə də, hərəkətlərini davam etdirdiyi üçün 2019-cu ildə də etik davranışını pozmasına görə yenidən sənədləşmə aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyin 16 m ay 2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş «X3 Qaydaları»nın 1.5-ci bəndində göstərilmişdir ki, bu qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olunmasına, vətəndaşların təhsil müəsissəsinə və müəllimə etinadının artırılmasına, … və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli davanmalıdır. Yenə həmin bəndə əsasən, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozdugu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etinadan bərpasına çalışmalıdır. Qaydaların 3.9-cu bəndinə əsasən müəllim pedaqoji, etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. Qaydaların 6.1 b əndinə əsasən, hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Apellyasiya kollegiyası qeyd edir ki, iddiaçının iş yeri təhsil müəssisəsidir və etik davranış qaydalarına əmək etmək xüsusilə əhəmiyyətlidir. Lakin işdən görünür ki, iddiaçı işlədiyi müəssisədə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaq əvəzinə, müəllim etikasından kənar işlərlə məşğul olmuşdur. Bu hal isə hətta iş materiallarında olan iddiaçı tərəfindən Universitetin müəllim əməkdaşına yazılmış sms çıxarışlarının mətnləri və «Elman M» adlı şəxs yazdığı sms-in mətni ilə öz təsdiqini tapmaqdadır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Nərman oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə 40000 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin istinad etdiyi intizam xətalarına aid sübutların əksəriyyətinin 2018-2019-cu illərə aid olduğuna və intizam tənbehinin verilmə müddəti keçdiyi üçün hüquqi əhəmiyyətini itirdiklərinə görə məhkəmənin onlara istinad edərək çıxarılmış əmri qanuni hesab etməsi və iddianı əsassız hesab edərək təmin etməməsi tamamilə qanunsuzdur. Apellyasiya məhkəməsi qətnamədə şikayətin bu dəlilinə qiymət verməyərək qanunsuz qətnaməni ləğv etməmişdir. İşdən azad edilməsı barədə əmrdə intizam tənbehi olmay an, müddəti ötmüş şifahi və yazılı xəbərdarlığa istinad olunmuşdur ki, bu da onun barəsində verilmiş əmrin qanunsuz olmaqla hüquqi qüvvəsinin olmamasının sübutudur. Sumqayıt Dövlət Universitetinin “Əmək və icra intizamı” barədə xx.xx.2019-cu il tarixli, K-75/3 saylı əmri saxtadır və məhkəmə bu barədə iddiaçının dəlilini araşdırmamışdır. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndində göstərilir ki, işəgötürən işçini 70-ci maddənin “ç” bəndində göstərilən əsaslardan biri üzrə işdən azad edə bilər. Əmrdən də göründüyü kimi, həmin maddənin tələbi pozularaq həmin bənddə göstərilən iki əsas üzrə - 1) əmək funksiyasını yerinə yetirməmə və 2) əməк müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə əsaslarına görə işdən azad edilmişdir. Kassasiya şikayətinin qalan dəlilləri iddia ərizəsində işin fakt ik halları ilə bağlıdır və eynilik təşkil edir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Maddə 70 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal a həngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 70 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir. İşə baxm ış məhkəmə kollegiyası da işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını müəyyən etmiş və əmrin qanunauyğun olduğu barədə nəticəyə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya Universitetin əməkdaşına qarşı qeyri-etik davranışına görə xəbərdarlıq edilmiş, bu barədə sənədləşmə aparılmış, iddiaçı bir daha bu hərəkətlərə yol verməyəcəyinə söz vermiş, lakin yenə də həmin hərəkətlərini davam etdirmişdir. Halbu ki, iddiaçı bu hərəkətlərə 2018-ci ildə yol verdikdən sonra təkrarlanmayacagına söz versə də, hərəkətlərini davam etdirdiyi üçün 2019-cu ildə də etik davranışını pozmasına görə yenidən sənədləşmə aparılmışdır. İşə baxmış məhkəmə kollegiyası Azərbaycan Respublikası Təhsil Nazirliyin 16 may 2014-cü il tarixli 600 nöm rəli əmri ilə təstiq edilmiş «X3 Qaydaları»nın 1.5-ci bəndinə istinadla qeyd etmişdir ki, bu qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olunmasına, vətəndaşların təhsil müəsissəsinə və müəllimə etinadının artırılmasına, … və həmkarları ilə davranışında nəzarəkətli, xeyirxah, diqqətli və təmkinli davanmalıdır. Yenə həmin bəndə əsasən, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmaga borcludur. Müəllim etik davranış qaydalarını pozdugu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etinadan bərpasına çalışmalıdır. Qaydaların 3.9-cu bəndinə əsasən müəllim pedaqoji, etika və əxlaqq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. Qaydaların 6.1 bəndinə əsasən, hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182.1-ci maddəsində göstərilmişdir ki, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş yeri təhsil müəssisəsidir və etik davranış qaydalarına əmək etmək xüsusilə əhəmiyyətlidir. Lakin işdən görünür ki, iddiaçı işlədiyi müəssisədə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaq əvəzinə, müəllim etikasından kənar işlərlə məşgul olmuşd ur. Bu hal isə hətta iş materiallarında olan iddiaçı tərəfindən Universitetin müəllim əməkdaşına yazılmış sms çıxarışlarının mətnləri və «Elman M» adlı şəxs yazdıgı sms-in mətni ilə öz təsdiqini tapmaqdadır. Kassatorun “məhkəmənin istinad etdiyi intizam xətalarına aid sübutların əksəriyyətinin 2018-2019-cu illərə aid olduğuna və intizam tənbehinin verilmə müddəti keçdiyi üçün hüquqi əhəmiyyətini itirdiklərinə görə məhkəmənin onlara istinad edərək çıxarılmış əmri qanuni hesab etməsi və iddianı əsassız hesab edərək təmin etməməsi tamamilə qanunsuzdur” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki iddiaçının 2018-2019-cu illərə aid intizam xətası barədə dəlillərə istinad o halda qətnamənin ləğvinə səbəb ola bilərdi ki, işçi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə ” bəndinə əsasən işdən azad edilmiş olsun. Həmin normada əmək müqaviləsinin pozulmasına əsas olan pozuntu kimi “əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” nəzərdə tutulmuşdur. Lakin iddiaçı bu əməlinə görə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyə” görə işdən azad edilmişdir. Əmrdə və məhkəmənin qətnaməsində iddiaçının mübahisələndirmədiyi K-102/3 saylı, xx.xx.2018-ci il tarixli əmrə istinad olunması, tövsifedisi məqsədi daşımayıb. Sumqayıt Dövlət Universitetinin “Əmək və icra intizamı” barədə xx.xx.2019-cu il tarixli, K-75/3 saylı əmrin saxta olması barədə kassat orun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu əmrin etibarsızlığı və ya ləğvi barədə tələb yoxdur və həmin əmr qətnamədə işdə olan sənəd kimi sadalansa da, mübahisələndirilən əmrin qanuniliyini təsdiq edən sübut kimi ona istinad olunmur. Buna görə də əmrin saxtalığının araşdırılmaması barədə dəlil qətnamənin ləğvinə əsas ola bilməz. Cavabdeh tərəfindən əmək müqaviləsi pozularkən, eyni zamanda iki əsasa istinad olunması və bununla da Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinin tələbinin pozulması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xit am verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinin 6 əsası müəyyən olunmuşdur. Həmin maddənin “ç” bəndi göndərici norma olmaqla həm də Məcəllənin 72-ci maddəsində müəyyən olunmuş 8 əsası müqavilənin ləğvi üçün əsas hesab edilir. Bu əsasların hər biri əmək müqaviləsinin ləğvi üçün müstəqil əsasdır. Yəni əmək müqaviləsinin ləğvi üçün bu əsaslardan birinin mövcud olması kifayətdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşdən görünür ki, əmr də yalnız 70-ci maddəsinin “ç” bəndində qeyd olunan əsasla əmək müqaviləsi ləğv olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-457/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar