Məhkəmə qərarları › İş №2(102)-2955/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2955/2023

30.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2955/2023 30.10.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD (mülki işlərin bir icraatda birləşdirilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2638/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023cü il tarixli, 2(103)-1456/2023 saylı nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinə məhkəmənin təşəbbüsü ilə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" ASC və "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)1456/2023 saylı nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir və həmin 2(102)-2955/2023 saylı mülki iş də Ali Məhkəminin Mülki Kollegiyasının eyni hakimlərdən ibarət tərkibin icraatındadır. Bundan başqa, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı Cavabdeh1 qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla hesablanaraq 200.000 ABŞ dolları və həmin pul vəsaitini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 68.000 manat faizlərin tutularaq onun xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən 300.000 manatın və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hesablanmış 60.000 manat faizlərin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, həmçinin cavabdehlərdən 1.090 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-3774/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2638/2023 saylı,11 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) “borcun tutulması tələbinə dair” iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2638/2023 saylı,11 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin kassasiya şikayəti icraata qəbul edilmişdir və həmin m ülki iş də 2(102)-4301/2023 nömrə ilə Ali Məhkəmənin Mülki Kollegiyasının eyni hakimlərdən ibarət tərkibin icraatındadır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mülki işlərin bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, MPM-də məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğu müəyyən edildikdə, bu işlərin birləşdirilməsi məqsədə müvafiq hesab edilərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsinə yol verilir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Kassasiya instansiyası məhkəməsində i craatı tənzimləyən MPM-nin XLİİİ fəslində mülki işlərin bir icraatda birləşdirilməsi qaydasını nəzərdə tutan konkret norma yoxdur. Lakin nəzərə alnmalıdır ki, MPM-nin 415-2-ci maddəsində kassasiya icraatında bu fəslin və Məcəllənin kassasiya icraatının mahiyyətinə zidd olmayan müddəalarının tətbiqi mümkün sayılmışdır. Bəhs olunan mülki işlərin bir icraatda birləşdirilməsi kassasiya icraatının mahiyyətinə zidd deyildir. Həmçinin qeyd olunmalıdır ki, mülki icraatın əsas prinsiplərindən biri olan prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada yuxarıda qeyd olunan mülki işlərin bir icraatda birləşdirilməsi, minimal vasit ə sərf etməklə məhkəmə prosesində yüksək nəticənin əldə edilməsinə imkan yaradacaqdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 415-2-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R V E R D İ: İddiaçı kassasiya şikayəti üzrə 2(102)-4301/2023 saylı mülki iş, Ali Məhkəmənin Mülki kollegiyasının icraatında olan 2(102)-2955/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işə 2(102)-4301/2023 nömrəsi ilə baxılması davam etdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar