Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2955/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-559/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında işgüzar münasibətlər çərçivəsində borc mübahisəsi yaranmışdır. Nəticədə iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğuna müraciət etmiş, fakta görə xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış, lakin, Sumqayıt şəhər Polis İdarəsinin istintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir.
2. Həmin qərardan görünür ki, Cavabdeh istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, 2019-cu ilin iyun ayında İddiaçı ona təklif etmişdir ki, "xxxx" MMC-nin Sumqayıt şəhər filialında tikilən evlərin təmirini birgə həyata keçirsinlər. O, Orxanla razılaşmış və həmin işi görməyi öz öhdəs inə götürmüşdür. Həmin ayın sonlarında İddiaçı ona 50000 ABŞ dolları pul vermişdir. İddiaçı aldığı həmin pulun müqabilində bir sıra işlər görmüş və həmin ilin iyul ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində İddiaçı aylıq 5000 manat pul ödəmişdir. Ümumilikdə almış olduğu 50000 ABŞ dolları pulun müqabilində o, İddiaçı 48000 manat pul ödəmişdir. Pandemiya ilə əlaqədar işlər zəiflədiyindən o, İddiaçı növbəti aylarda pul ödəyə bilməmişdir. Bundan başqa İddiaçı 2015-ci ildə avtomobil alğısatqısını həyata keçirməsi üçün ona ümumilikdə 30000 ABŞ dolları pul vermişdir. Həmin vaxtlar onun işləri yüksək səviyyədə irəlilədiyindən o, İddiaçı aldığı pulun qarşılığında hazırda dəqiq məbləğini xatırlamasa da, ondan aldığı məbləğdən artıq məbləğdə pul qaytarmışdır. Avtomobil alğı-sat qısı ilə bağlı İddiaçı aldığı pula görə onun Orxana borcu qalmamışdır. Bundan əlavə 2019-cu ilin əvvəllərində Elçin adlı şəxslə tanış olmuşdur. Həmin şəxs kriptovalyuta ilə məşğul olduğunu və həmin işdən yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Elçinə həmin işdən anlayışının olmadığını bildirəndə Elçin ona bunun üçün sadəcə yatırım etməyin kifayət etdiyini bildirmişdir. Belə ki, Elçinin təklifi ilə ona verəcəyi 110000 ABŞ dolları pulun müqabilində Elçin ona aylıq olaraq 6500 ABŞ dolları pul ödəyəcəkdir. O, Elçinin bu təklifini İddiaçı demişdir. Orxan razılaşmış və Elçinin təklifi ilə ona 110000 ABŞ dolları pul vermişdir. O, həmin pulu Elçin adlı şəxsə vermişdir. Elçin ona verdiyi pulun müqabilində 10 ay müddətində aylıq 6500 ABŞ dolları pul vermişdir. O, həmin puldan 500 ABŞ d olları pulu özünə götürüb, qalan 6000 ABŞ dolları pulu Orxana vermişdir. Lakin sonradan pandemiya ilə əlaqədar Elçin ona pul verməyi dayandırdığı üçün o, Orxana pul verə bilməmişdir. İddiaçı almış olduğu 110000 ABŞ dolları pulun müqabilində o, Orxana 60000 ABŞ dolları pul ödəmiş və ona bu günədək 50000 ABŞ dolları pul borcu qalmışdır.
3. İddiaçı ifadəsində qeyd etmişdir ki, Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Müraciətinə səbəb əvvəldən tanıdığı Zaur adlı şəxsin onun etibarından sui-istifadə edərək ona məxsus 190000 ABŞ dolları pulu ələ keçirməsi olmuşdur. Belə ki, o, Zauru uşaq vaxtlarından tanıyır. Onunla hər zaman aralarında dostluq münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2011-ci ildə Zaurla Sumqayıt şəhəri ərazisində görüşüb həmsöhb ət olduqları zaman X5 adlı şəxsin sürücüsü işlədiyini öyrənmişdir. Kamal Orucovu həmin vaxt qiyabi tanısa da, sonradan həmin şəxslə aralarında münasibət yaranmış və mütəmadi olaraq Kamal Orucovla görüşüb həmsöhbət olmuşlar. 2015-2016-cı illər ərzində o, Sumqayıt şəhəri ərazisində avtomobil satış mərkəzi açmış, həmin salona satış üçün müxtəlif modellərdə avtomobillər gətirmişdir. O ərəfələrdə Zaur da bir ya iki dəfə onun salonuna satmaq üçün avtomobil gətirmişdir. O, Zaurdan avtomobil almaq üçün pulu haradan əldə etdiyini soruşduqda, Zaur həmin pulları ona ailə üzvlərinin verdiyini demişdir. Bundan sonra Zaur ona birgə avtomobil gətirib satışını həyata keçirməyi təklif etmiş və başlanğıc olaraq ondan 10000 ABŞ dolları istəmişdir. O, həmin pulu ona 2016-cı ilin dekabr ayının əvvəllərində Sum qayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “DəmirBank" ASC-yə məxsus binanın qarşısına öz avtomobilində vermişdir. Bundan sonra Zaur avtomobil satışı ilə bağlı işləri daha da genişləndirəcəyi və yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair ona yalan vədlər verərək, 2017-ci ilin mart ayının əvvəllərində və bir il sonra 2018-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "DəmirBank” ASC-nin qarşısında onun öz avtomobilində hər dəfəsində 10000 ABŞ dolları olmaqla, ümumilikdə 20000 ABŞ dolları pul almışdır. Bununla Zaur guya onunla avtomobil alveri edəcəyi adı ilə onu aldadaraq 30000 ABŞ dolları pulunu ələ keçirmişdir. O, həmin ərəfələr Zaurdan qazancı nə vaxtda götürəcəkləri ilə bağlı suallar versə də, Zaur hər dəfəsində ondan qısa müddətə möhl ət istəyərək və ya digər bəhanələrlə söhbətdən yayınmışdır. O, Zaurun özü ilə uşaqlıqdan dostluq etmiş, onun ailəsi Zauru, həmçinin Zaurun ailəsi onu yaxından tanıdığı üçün Zaurun dələduzluq edəcəyinə inanmamışdır. Düşünmüşdür ki, Zaur ondan aldığı pullarla onların işlərini yönəldir və zamanı çatanda o həmin işlərdən yüksək qazanc əldə edəcəkdir. Bundan başqa 2019-cu ilin yanvar ayında Zaurla həmsöhbət olduqları zaman Zaur ona Kamal Orucovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "xxxx" MMC-də yüksək vəzifədə işlədiyini və Kamalın ona həmin binada olan mənzillərin təmirini həvalə edəcəyini bildirmişdir. O, X3 sürücüsü işlədiyini bildiyi üçün ona inanmışdır. Zaur ona həmin evləri təmir etməkdə ona şərik olmağı təklif etmiş və işə başlamaq üçün 50000 ABŞ do lları pula ehtiyacının olduğunu demişdir. O, tərəddüd etmədən 50000 ABŞ dolları pulu 2019-cu ilin yanvar ayının ortalarında "xxxx" MMC-nin Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən Sumqayıt filialının qarşısında Zaura vermişdir. Zaur pulu ondan aldıqdan sonra mənzillərin təhvil verilməsini gözləməli olacaqlarını bildirib, yalnız təhvil verildikdən sonra həmin mənzillərin təmirinə başlayacaqlarını demişdir. O, Zaura inandığı üçün Kamal Orucova zəng edib ondan bu barədə heç bir məlumat almamış, halbuki həmin vaxt onun Kamal Orucovla telefon əlaqələri olmuşdur. Artıq 2019-cu ilin ortalarında o, Zaurdan verdiyi pulları geri istəməyə başlamışdır. Çünki ona verdiyi pullardan qazanc əldə etməməsi artıq onda Zaura qarşı müəyyən şübhələrin yaranmasına səbəb olmuşdur. Lakin Zaurla hər gün görüşdük lərindən, görüş zamanı Zaur işlərin hansı formada inkişaf etdiyindən ona müsbət fikirlərlə danışmışdır ki, onda özünə qarşı olan bütün şübhələri yox etmişdir. Həmin ilin sentyabr ayının əvvəllərində Zaur zəng edib onunla görüşmək istədiyini bildirdiyindən onlar Zaurla elə həmin gün görüşmüşlər. Görüş zamanı Zaur ona Elçin adlı tanışının kriptovalyuta işi ilə məşğul olduğunu və eyni zamanda həmin işdən aylıq olaraq yüksək məbləğdə qazanc əldə etdiyini bildirmişdir. O, Zaura kriptovalyutadan anlayışının olmadığını dedikdə Zaur ona bunun üçün onların biliyinə gərək olmadığını, Elçinə pul verəcəkləri təqdirdə Elçinin özünün bütün işləri aparacağını və onlara da aylıq qazanclarını verəcəyini bildirmişdir. O, Zaurdan Elçinə nə qədər pul verməli olduğuqlarını soruşduqda, Zaur ona kriptovalyutada yüksək məbləğdə qazanc əldə etmək istəyirlərsə yüksək məbləğdə də yatırım etməli olduqlarını demiş və ondan 110000 ABŞ dolları pul istəmişdir. O, ilk əvvəl tərəddüd etsə də, Zaur onu inandırmışdır ki, həmin pul batmayacaq və əlavə üzərində qazanc da əldə edəcəklər. O, Zaura inandığı üçün həmin ayın sonlarında 110000 ABŞ dolları pulu Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “DəmirBank" ASC-nin qarşısında Zaura vermişdir. Bundan sonra Zaur ona üç ay müddətində aylıq 500 ABŞ dolları pul versə də, sonradan ölkə ərazisində elan olunmuş pandemiya ilə əlaqədar işlərin zəiflədiyini bildirib pul verməkdən imtina etmişdir. Beləliklə də, 2019-cu ilin sentyabr ayından etibarən Zaur hər dəfəsindən bir bəhanə etməklə onun pullarını qaytarmaqdan yayınmışdır. Zaurla aralarında olan dostluq mün asibətlərinə görə, həmçinin onun valideynlərinə görə o, 3 ilə yaxın müddət ərzində ondan şikayət etməyərək gözləmiş, lakin Zaurun pulları qaytarmaq fikrinin olmadığını gördüyü üçün ondan Sumqayıt Şəhər Prokurorluğuna şikayət etmişdir.
4. Həmin qərarda şahid qismində dindirilən X2 ifadəsində qeyd etmişdir ki, Cavabdeh və İddiaçı xeyli müddətdir ki, tanıyır. Belə ki, Cavabdehla aralarında 2010-cu ildən dostluq əlaqələri olmuşdur. İddiaçıla Sumqayıt Dövlət Universitetində tarix fakültəsində paralel qruplarda oxumuş, həmin vaxtdan onu qiyabi tanısa da, sonradan Zaur vasitəsilə aralarında münasibət yaranmışdır. Özü kriptopulların alğı-satqısı ilə məşğul olmuşdur. Hazırda Ukrayna Respublikasında davam edən müharibə ilə əlaqədar ölkə ərazisində olan banklardan pulların çıxarılması əməliyyatı da yandırıldığından o da öz fəaliyyətini dondurmuşdur. 2019-cu ilin aprel ayında Zaurla görüşüb həmsöhbət olduqları zaman o, Zaura gördüyü işlər barəsində məlumat vermişdir. Zaur kriptopulların alğı-satqısına maraq göstərdiyi üçün ona təklif etmişdir ki, o, İddiaçıla görüşüb ona ətraflı məlumat versin. Həmin ilin aprel ayının 15-də o, Zaur, Orxan və Asif adlı şəxs Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Təndir" restoranında görüşmüşlər. Həmin vaxt o, onlara kripto alğısatqısı ilə bağlı ətraflı məlumat vermişdir. Söhbət əsnasında Zaur 10000 ABŞ dolları vəsaiti yatıracağı təqdirdə aylıq qazancı barədə sual vermiş, o isə ona həmin pulun müqabilində ona ilkin olaraq 2000 ABŞ dolları verə biləcəyini demişdir. Zaur onunla razılaşmışdır. Həmin vaxt yanlarında Orxan və Asif olsalar da, onlar ed ilən söhbətə heç bir müdaxilə etməmişlər. Bundan 3 gün sonra, xx.xx.2019-cu ildə o, Zaurla Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Panorama” restoranında görüşmüş və Zaur ona 10000 ABŞ dolları pul vermişdir. Həmin vaxt onların yanında Asif olmuşdur. Aralarında olan razılığa əsasən o, ayın sonu Zaura 2000 ABŞ dolları pul verməli olmuşdur. Zaurla görüşdən təxminən 1 həftə sonra o, Asiflə birlikdə Ukrayna Respublikasına getmişdir. Həmin ayın sonu o, Cavabdeh kart hesabına 2000 ABŞ dolları pul göndərmişdir. Bundan sonra Zaur onların yanına Ukraynaya getmişdir. Bir neçə gün onlarla birlikdə qaldıqdan sonra Zaur geri qayıtmışdır. Zaur Sumqayıt şəhərinə geri qayıtdıqdan 5 gün sonra, yəni xx.xx.2019-cu ildə ona 20000 ABŞ dolları pul göndərmişdir. O, Zaurun ona ilkin vermiş olduğu 10000 ABŞ do lları pula görə ona ilk əvvəl 2000 ABŞ dolları, növbəti ayın 5-dək isə vermiş olduğu 20000 ABŞ dolları pula görə ona əlavə olaraq 2000 ABŞ dolları, ümumilikdə 4000 ABŞ dolları pul göndərmişdir. xx.xx.2019-cu ildə isə Zaur onun hesab nömrəsinə 27000 ABŞ dolları pul göndərmiş və Zaurun onda ümumilikdə 57000 ABŞ dolları pulu olmuşdur. O, həmin aydan etibarən 4 ay müddətində Cavabdeh aylıq 6000 ABŞ dolları pul göndərmişdir. Hər ilin sonuncu ayı, yəni dekabr ayında banklarda sistemlər sıfırlanmaları üçün dondurulduqlarından o, Zaura pul göndərə bilməmişdir. 2020-ci ildən etibarən isə pandemiya ilə əlaqədar demək olar ki, bütün işlər tənəzzülə uğradığından o, Zaura pul göndərə bilməmişdir. 2021-ci ilin may ayının 17-də o, Cavabdeh 1000 ABŞ dolları pul göndərmişdir. 2022-ci ilin fevral ayının əvv əllərində isə o, Cavabdeh Orxan və Kamal adlı şəxslərə borclu olduğunu eşitmişdir. Zaurun təkidli israrlarından sonra o, İddiaçı 6000 ABŞ dolları pul göndərmişdir. Onun Cavabdeh hazırda 50000 ABŞ dolları borcu qalmışdır.
5. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı ilə Cavabdeh arasında aparılmış üzləşmə protokoluna əsasən İddiaçı ifadə verərək qeyd etmişdir ki, Cavabdeh onu aldadaraq ümumilikdə 190000 ABŞ dolları vəsaitini ələ keçirmişdir, buna cavab olaraq Cavabdeh bildirmişdir ki, qeyd edilən məbləğdə pulu İddiaçı iş görmək adı ilə almışdır, işlər alınmadığı üçün pulu qaytara bilməmişdir, pulu olan kimi həmin məbləği İddiaçı qaytaracaqdır. Qeyd edilən üzləşmə dindirmə protokolu İddiaçı, Cavabdeh və on un müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə yanvar 2019-cu il tarixdən verilmiş 190000 ABŞ dolları əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə illik 5% dərəcəsi ilə hesablanmış 38250 ABŞ dolları, mənəvi ziyana görə 10000 ABŞ dolları, cəmi 238250 ABŞ dolları (405025 manat), vəkillə bağlanan müqaviləyə görə 320 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2015-ci il tarixdən 2022-ci il tarixədək müddətdə ayrı-ayrı vaxtl arda avtomobil alqı-satqısı adı ilə tanıdığı cavabdehə 190000 ABŞ dolları məbləğində pul vermiş, həmin puldan borc kimi iddiaçıya ödəyəcəyi 238250 ABŞ dolları pulunu qaytarmamışdır. İddiaçının uzun müddət pul vəsaitindən istifadə edən cavabdeh kifayət qədər faydalanmış, iddiaçıya 50000 ABŞ dolları məbləğində həmin dövrlər ərzində ziyan vurmuşdur. Belə ki, hər il üçün qanunvericiliyin tələbinə görə ondan 5% ümumi məbləğdə pul tutularaq verilməlidir. 2019-cu ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə 190000 ABŞ dolları pulun ödəməməsi nəticəsində iddiaçı bu müddət üçün illik 5% ödənilməsini tələb etmək hüququna malik olmuşdur. İddiaçıya olan pul borcunun 4 il 6 ay gecikdirilmiş müddət üçün 38250 ABŞ dolları məbləğində (64096.4 manat) olduğuna görə, 190000 ABŞ dolları ilə birlikdə borc məbləği 228250 ABŞ dolları borc təşkil edir. Pulu ödəmədiyinə görə iddiaçı vəkillə müqavilə bağlamaq məcburiyyətində qalmış və ona görə əlavə 320 manat xərcə düşmüşdür.
8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçıya 50000 ABŞ dolları borcu olduğunu bildirmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5606/2023 nömrəli iş üzrə 6 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə etmiş olduğu 190000 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, iddiaçının vəkilə ödədiyi 320 manatın əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi 613 manatın tutula raq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müəyyən işlər görərək gəlir əldə etmək adı ilə iddiaçıdan ümumilikdə 190000 ABŞ dolları pul almışdır. Qeyd edilən məbləğdə pulu iddiaçıdan aldığını cavabdeh etiraf etmişdir, lakin həmin puldan hazırda iddiaçıya 50000 ABŞ dolları borcu qaldığını qeyd etmişdir.
11. Məhkəmə cavabdehin etirazına tənqidi yanaşaraq qeyd etmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin istintaq Şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş və hazırkı mülki işdə tərəf olmayan X1 istintaq zamanı qeyd etdikləri ilə cavabdehin hazırda qeyd etdikləri ziddiyyətli olmaqla yanaşı, sonuncunun cinayət işinin istintaqı za manı 190000 ABŞ dolları məbləğində iddiaçıya borcu olduğunu və həmin borcu qaytaracağını qeyd etməsi də hazırkı mülki iş üzrə verdiyi izahatla tam zidd olmuşdur. Həmçinin cinayət işinin istintaqı zamanı iddiaçı ilə cavabdeh arasında aparılmış üzləşmə zamanı da cavabdeh 190000 ABŞ dolları borcunun olduğunu etiraf edərək, pulu olan kimi həmin məbləği iddiaçıya tam qaytaracağını qeyd etmişdir. Cavabdeh iddiaçıdan 190000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir, lakin hazırda 50000 ABŞ dolları borcu olduğunu qeyd etsə də, 140000 ABŞ dollarını hansı tarixlərdə, hansı şəraitdə qaytarmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının 190000 ABŞ dollarını ələ keçirməklə, hüquqi əsas olmadan ca vabdehin hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə illik 5% dərəcəsi ilə hesablanmış 38250 ABŞ dolları vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı tələb əsassız varlanma ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında kredit müqaviləsi üzrə borc öhdəlikləri üçün 5% dərəcəsi ilə hesablanmış vəsaitin tutulması qeyd edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
14. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 10000 ABŞ dolları vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, id diaçı tərəfindən mənəvi ziyanın dəyməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir.
15. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1093-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən, o cümlədən iddiaçının özünün izahatlarından da görünmüşdür ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaitləri borc olaraq verilməmiş, birlikdə gördükləri işlərdən gəlir əldə etmək məqsədi ilə verilmişdir. İddiaçının 2015-2018-ci illərdə ümumilikdə 30000 ABŞ dollarını, 2018-ci ildə 50000 ABŞ dollarını, 2019-cu ilin ortalarında da 110000 ABŞ dollarını cavabdehə verdiyi, bunun müqabilində hər hansı pul vəsaitinin ona ödənilmədiyi barədə bildirdikləri həqiqətə uyğun olmamışdır. Belə ki, 30000 ABŞ dolla rını avtomobil alğı-satqısı məqsədi ilə birlikdə görülməsi nəzərdə tutulmuş işlərə görə cavabdehə verdiyini iddiaçının özü də etiraf etdiyi halda, nəzərdə tutulmuş gəlirin ona verilmədiyi halda, bundan 3 il sonra iddiaçının əlavə olaraq 50000 ABŞ dolları qazanc əldə etmək məqsədi ilə mənzillərin təmiri ilə bağlı yenidən birlikdə görülməsi nəzərdə tutulmuş işlər üçün əvvəl aldığı pulu qaytarmamış cavabdehə verməsini izah etmək mümkün olmamışdır. İddiaçının bildirdiyinə görə ümumilikdə 80000 ABŞ dollarını birlikdə iş görüb gəlir əldə etmək məqsədi ilə cavabdehə verdiyi, amma 4 il ərzində hər hansı gəlir əldə edə bilmədiyi və verdiyi pullar belə ona qaytarılmadığı halda, 2019-cu ilin ortalarında iddiaçının bu dəfə 110000 ABŞ dolları kriptovalyutaların alqı-satqısı məqsədi ilə görüləcək işlər üçün cavabdehə verməsi onun həqiqəti gizlətdiyini əyani şəkildə sübuta yetirilmişdir. Hər hansı gəlir əldə edə bilmədiyini və cavabdehə daha öncə ödədiyi pullar ona qaytarılmadığını bildirdiyi halda, iddiaçının yenidən cavabdehlə birlikdə işlər görərək gəlir əldə etmək istəməsi, ona bu məqsədlə 110000 ABŞ dollarını verməsini onunla izah etmək olar ki, görülən işlərdən iddiaçıya gəlir olaraq müvafiq pul məbləğləri ödənilmiş və o, ziyana uğramamışdır. Yalnız kriptovalyutaların alğı-satqısı əməliyyatları ilə bağlı işlərdə RusiyaUkrayna müharibəsinin başlaması səbəbindən obyektiv problemlər yaranmışdır ki, bunun da nəticəsində cavabdehlə birlikdə iddiaçı da ziyana uğrayaraq pul itkisinə məruz qalmışdır. Lakin istər cavabdehin izahatından, istərsə də cinayət işinin istintaqı zamanı şahid qismin də cəlb olunmuş X1 ifadələrindən də görünmüşdür ki, həmin işlərdən də gəlir əldə edilmiş və bu gəlirin 60000 ABŞ dolları hissəsi iddiaçıya ödənilmişdir. Məhkəmə bütün bu halları işə baxarkən nəzərə almamış, zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində deyil, obyektiv səbəblərdən yarandığını diqqətə almamış, bu zərərin iddiaçının pul qazanmaq üçün cavabdehlə birlikdə iş görərək gəlir əldə etmək niyyətindən qaynaqlandığını görməzdən gəlmişdir. Eyni zamanda, məhkəmə cavabdehin iddiaçının hesabına əsassız varlandığı qənaətinə gələrkən iddiaçının geri qaytarılmasını tələb etdiyi pulları cavabdehə borc şəklində deyil, cavabdehin gördüyü, yaxud da gələcəkdə görmək istədiyi işlərə şərik olaraq daxil olmaqla gəlir əldə etmək məqsədi ilə verdiyini nəzərə almamışdır. İddiaçı həmin işlərdən gəl ir əldə etdiyinə görə, ardıcıl olaraq cavabdehə dəfələrlə olmaqla ümumilikdə 190000 ABŞ dolları məbləğində pul vermişdir. İddiaçı cavabdehə müəyyən işlərin görülüb gəlir əldə edilməsi məqsədi ilə pul verdiyi halda, həmin işlərin iflasa uğraya biləcəyi və nəticədə həmin işə qoyulmuş pul vəsaitlərinin əldən çıxa biləcəyi ehtimalını bilmişdir. Məhkəmənin gedişatında iddiaçının özü də cavabdeh tərəfindən görülən işlərə görə ona pul verildiyini etiraf etsə də, cavabdeh iddiaçıdan verdiyi pulların müqabilində gəlir götürüldüyünü, həmin gəlirin çox hissəsinin iddiaçıya verildiyini və iddiaçının verdiyi pulun cəmi 50000 ABŞ dolları hissəsinin ona qaytarılmadığını bildirsə də, məhkəmə bu hallara əhəmiyyət verməmiş, qaytarılmış pulun həcmini müəyyən etməmiş, tamamilə əsassız olaraq cavabdehin iddi açının hesabına varlandığı qənaətinə gəlmişdir. Halbuki, cavabdehin varlandığını sübuta yetirən hər hansı mötəbər dəlil iş materiallarında olmamışdır. Buna baxmayaraq məhkəmə iddiaçının hər hansı sübuta söykənməyən ifadələri əsasında cavabdeh tərəfindən ona ziyan vurulduğu və sonuncunun varlandığı barədə əsassız nəticəyə gəlmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-559/2024 nömrəli mülki iş üzrə 23 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehdən 184705,89 ABŞ dollarının ödəniş gününə Azərbayc an Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Kollegiya qeyd etmişdir ki, cinayət işinin istintaqı zamanı iddiaçı və cavabdeh arasında aparılmış üzləşmə zamanı cavabdeh iddiaçıdan 190000 ABŞ dolları məbləğində pul vəsaiti almasını etiraf edərək, pulu olan kimi onun iddiaçının pulunu qaytaracağını bildirmişdir. Məhkəmə iclasında verdiyi izahatında da cavabdeh iddiaçıdan ümumilikdə 190000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmiş, lakin iddiaçıya qaytarmalı olduğu məbləğin 50000 ABŞ dolları olduğunu bildirmişdir. Lakin 140000 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı həmin halı inkar etmiş, verdiyi pul vəsaitlərinin qarşılığında cavabdehin gəlir kimi ümumilikdə ona 9000 manat verdiyini bildirmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla cavabdehin əməlinin iddiaçı ilə aralarındakı şifahi razılaşmaya və gözlənilən məqsədə uyğun olmadığı müəyyən olunduğundan, pul vəsaitindən məhrum olan iddiaçının həmin pulu tələb etməsi üçün hüquqi əsas olmuşdur.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi hüquqi nəticə ilə razılaşsa da, hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən ümumilikdə 9000 manat məbləğ də nəzərə alınmalı və iddiaçıya ödənilməli olan məbləğdən çıxılmalıdır. Belə ki, həm pul vəsaitlərinin verildiyi zaman, həm də hazırda 1 ABŞ dollarının ma nata olan məzənnəsinin 1,70 manat olduğu nəzərə alınaraq, 5294,11 ABŞ dolları (9000:1,70) ödənilməli olan 190000 ABŞ dolları məbləğdən çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə 184.705,89 ABŞ dolları (190.000-5294,11) ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutulmalıdır.
23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 385, 386, 442, 1091, 1092, 1093-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
26. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin izahatları və dəlilləri diqqətə alınmayaraq onun konstitusion hüquqlarının aşkar pozuntularına yol verilmişdir. Çıxarılmış məhkəmə qətnaməsində iş üzrə bütün faktlar əks etdirilməmiş, əks etdirilən faktlar da öz növbəsində mötəbər sübutlarla təqdiqlənməmiş, məhkəmənin gəldiyi nəticə iş materialları ilə uyğunsuzluq təşkil etmişdir. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, iddiaçının ona ziyan vurulduğunu iddia etdiyi halda, ödənilməli olan pul məbləğinə dair cavabdehin bildirdiklərini lazımi şəkildə dəyərləndirə bilməmiş, iş üçün əhəmiyyət kə sb etdiyi halda tərəflər arasında qarşılıqlı münasibətləri səciyyələndirən digər halları müəyyən edə bilməmişdir. İddiaçının geri ödənilməsini tələb etdiyi pul vəsaitləri onun özü tərəfindən ayrı-ayrı vaxtlarda cavabdehə ümumi işlərdə şərik olmaqla gəlir əldə etmək məqsədi ilə verilmiş və həmin işlərdən əldə edilmiş gəlirin böyük hissəsi iddiaçıya ödənilmişdir. Lakin məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verməyərək qanuni qətnamə çıxarmalı olduğu halda, tətbiq edilməli olan qanun normasına istinad etmədən, cavabdehin iddiaçıya 185000 ABŞ dollarına yaxın məbləğində pul ödəməli olmasına dair əsassız nəticəyə gəlmişdir.
27. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 10911093-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
32. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
33. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum ola n, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
34. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun təl əbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikay ətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymtələndirilmişdir.
45. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə cavabdehin iddiaçının hesabına əsassız varlanması öz təsdiqini tapmış, cavabdeh bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.
46. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halla rının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-559/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.