Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2956/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Cavabdeh1tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-74/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami rayon məhkəməsinin (hakim Habil Əhmədov) 16 oktyabr 2018-ci il tarixli 2(007)-600/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı «mənzildən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ünvannin giriş qapısından sol tərəfdə yerləşən yaşayış sahəsi 12,1 kvadrat metr olan otağın İddiaçı istifadəsinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məhkəmə xərcinin iddiaçı və cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 70 saylı evin 16 saylı mənzilinin ümumi istifadədə olan 1,5 kvadrat metr olan dolabın iddiaçıya məxsus otağa şamil edilməsi, həmin mənzilin ümumi istifadədə olan sahələri 7,9 kvadrat metr giriş hissəsinin, 3,1 kvadrat metr hamamın, 1,5 kvadrat metr tualetin və 7,0 kvadrat metr mətbəxin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və X6 istifadəsində saxlanılması, bunun üçün iddiaçının öz vəsaiti hesabına sahəsi 1,5 kvadrat metr olan dolaba dəhlizdən olan keçid qapısının bağlanması və sahəsi 12,1 kvadrat metr olan iddiaçıya məxsus 1 saylı yaşayış otağından həmin dolaba keçid üçün qapının açılması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və X2 qa rşı «mənzildən istifadə qaydasının müəyyən edilməsi»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 70 saylı evin 16 saylı mənzilin ümumi istifadədə olan sahəsi 1,5 kvadrat metr dolabın ona məxsus otağa şamil edilməklə və həmin mənzilin ümumi istifadədə olan sahəsi 7,9 kvadrat metr giriş hissəsinin, sahəsi 3,1 kvadrat metr hamamının, sahəsi 1,5 kvadrat metr tualetinin və sahəsi 7,0 kvadrat metr mətbəxinin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və X6 istifadəsində saxlanılmaqla ümumi sahəarası mühafizə divarının tikilməsi və eyvandan həyətə pilləkən tikilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami rayon məhkəməsinin 25 may 2010-cu il tarixli qətnaməsi ilə mənzilin giriş qapısından sol tərəfdə yerləşən yaşayış sahəsi 15,12 kvadrat metr olan otağına X9 ilə və giriş qapısından sol tərəfdə yerləşən yaşayış sahəsi 11,44 kvadrat metr otağına X10 ilə ayrıca icarə müqaviləsinin bağlanılması qət edilmişdir. Onun mərhum əri X10 01 noyabr 2013-cü ildə vəfat etdiyindən məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə barəsində icarə müqaviləsi bağlanması qərara alınmış həmin otağa qanuni vərəsəlik əsasında mülkiyyət hüququ ona və övladları - X5 və X1. Mənzilin hazırda mülkiyyət hüququqlu sahibləri və onların payları aşağıdakı kimidir: X9 - 1 otaq, y/s 14,5 kvadrat metr, Cavabdeh1 - 1 otaq, y/s 20 kvadrat metr, İddiaçı - 1 otaq (y/s 12,1 kvadrat metr) 1/3 hissə, X5 - 1 otaq (y/s 12,1 kvadrat metr) 1/3 hissə və X8 - 1 otaq (y/s 12,1 kvadrat metr) 1/3 hissə. Mənzilin ümumi sahəsi 67,6 kvadrat metr, yaşayış sahəsi isə 46,6 kvadrat metr-dir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə mənzilin qeyri-yaşayış sahələri isə ümumi istifadə üçün müəyyən edilmişdir. Cavabdehlər nə ona, nə də uşaqlarına onlara məxsus otağa daxil olmağa, eləcə də sözügedən mənzilin ümumi istifadədə olan sahələrindən istifadə etməyə imkan vermirlər. Xüsusilə də Cavabdeh1 tərəfindən fiziki təzyiqlərə məruz qalmışlar. Bununla bağlı polis şöbəsinə müraciət etsələr də, işin mülki xarakterli olduğu bəhanə gətirilərək cavabdehlər barəsində cinayət işi qaldırılmamışdır. Onlar polisə müraciət etdikdən sonra cavabdehlər tərəfindən sözügedən mənzilin giriş qapısının qıfılı dəyişdirilmiş və onlara açar verilməmişdir. Mülkiyyətlərində olan mənzil sahəsinə daxil olmaq imkanından məhru m edildiklərinə və həmin yaşayış sahəsindən istifadə edə bilmədiklərinə görə həmin otağa köçürülmələri barədə iddia qaldırmışlar. Bakı Şəhəri Nizami rayon məhkəməsinin 2(007)3124/2017 saylı 19.06.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Lakin cavabdehlər məhkəmə qətnaməsinə görə onlara otağa köçməyə icazə verməyə məcbur olsalar da, mənzilin ümumi istifadədə olan sahəsindən istifadə etməyə yenə də imkan vermirlər. Qətnamə faktiki olaraq icrasız qamışdır. Belə ki, cavabdehlər qeyri-yaşayış sahəsindən istifadə etməyə onlara imkan vermir və yenə də onları həmin sahədən istifadə hüququndan qərəzli şəkildə məhrum edirlər. Cavabdehlərlə aralarında olan mənzildən istifadə ilə bağlı münaqişələr onların həyatına ciddi təhlükə olaraq qalmaqda davam edir. Ona görə də mənzilin üm umi istifadədə olan hissəsinə münasibətdə istifadə qaydaları müəyyən edilməli və iddiaçıya məxsus otaq ümumi istifadədə olan dolabla birləşdirilərək ümumi sahəarası mühafizə divarı tikilməli və bununla da onlar mənzildə cavabdehlərdən tam təcrid olunmalıdır. Bu məcburi addım cavabdehlərin təqsiri üzündən atıldığına görə ümumi sahəarası mühafizə divarının tikilməsinə görə xərclər cavabdehlərin üzərinə qoyulmalıdır. Həmin divarın tikilməsinə mənzilin quruluşu və texniki şəraiti də imkan verir. İddiaçının müraciətinə cavab olaraq Nizami Rayon İcra Hakimiyyətinın başçısının Aparatından verilən 09 yanvar 2017-ci il tarixli 0-4-151 saylı məktubla mənzilə girişlə əlaqədar ailələrinə məhdudiyyət yaradıldığını nəzərə alaraq onlara aid yaşayış otağının eyvanındakı mövcud qapıdan giriş-çıxış kimi ist ifadə olunmasına etiraz edilməmişdir. Lakin həmin eyvan yerdən hündürlükdə yerləşdiyinə görə orada pilləkən tikilməsi zəruridir. Ona görə də, həmin pilləkənin tikilməsi məhkəmə qaydasında rəsmiləşdirilməlidir. Eyni zamanda, onlar sahələri 7,9 kvadrat metr giriş, 3,1 kvadrat metr hamam, 1,5 kvadrat metr tualet və 7,0 kvadrat metr mətbəxdən istifadədən imtina edirlər. Əvəzində isə sahəsi 1,5 kvadrat metr olan dolabın onların istifadəsinə verilməsini istəyirlər ki, sonradan həmin dolabdan sanitar qovşağı kimi istifadə edə bilsinlər. Buna mənzilin texniki xüsusiyyətləri də tam imkan verir və ümumi istifadədə olan qalan hissədən cavabdehlər tərəfindən sərbəst istifadə edilməsinə hər hansı bir maneə yaratmırlar. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, qeyd edilən mənzilin ümumi istifadədə olan sahəsi 1,5 kvadrat metr dolabın onlara məxsus otağa şamil edilməklə və həmin mənzilin ümumi istifadədə olan sahəsi 7,9 kvadrat metr giriş hissəsinin, sahəsi 3,1 kvadrat metr hamamının, sahəsi 1,5 kvadrat metr olan tualetinin və sahəsi 7,0 kvadrat metr mətbəxinin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 istifadəsində saxlanılmaqla ümumi sahəarası mühafizə divarının tikilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsas ən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 70 saylı evin 16 saylı 3 otaqlı mənzilinin sahəsi 14,5 kvadrat metr olan yaşayış otağı X6, sahəsi 20,0 kvadrat metr olan otağı Cavabdeh1 və sahəsi 12,1 kvadrat metr olan yaşayış otağının hər birinin 1/3 payı olmaqla İddiaçı və uşaqları X5 və X3 adına d aşınmaz əmlakın dövlət reyestrində 22 may 2014cü il tarixdə qeydə alınmışdır. Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 3 otaqlıdır, ümumi sahəsi 67,6 kvadrat metr, yaşayış sahəsi 46,6 kvadrat metr olmaqla binanın birinci mərtəbəsində yerləşir. Yaşayış otaqları biri digərindən təcrid şəkildədir və hər üçünə giriş ümumi dəhlizdəndir. İddiaçının ona aid edilməsini tələb etdiyi sahəsi 1,5 kvadrat metr dolab ona aid yaşayış otağına giriş qapısının sağ tərəfindən otağa bitişikdir. Bakı Şəhəri Nizami rayon məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2(007)-3124/2017 saylı qətnaməsi ilə İddiaçı yetkinlik yaşına çatmayan uşaqları X5 və X8 ilə birlikdə ünvannin giriş qapısından sol tərəfdə yerləşən yaşayış sahəsi 12,1 kvadrat metr olan yaşayış otağına köçürülməsi qət edilmişdir. 3 saylı X üsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 15 mart 2018-ci il tarixli 151 nömrəli məktubundan görünür ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi 70 nömrəli yaşayış binasının 16 saylı mənzilinə keçirilən vizual baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim olunan sənədlərdən, Nizami rayon İcra Hakimiyyətinin 09 yanvar 2017- ci il tarixli Ö-4-151 saylı məktubunda binanın yükdaşıyıcı əsas konstruksiyasında dəyişiklik etmədən ona məxsus olan yaşayış otağının eyvanındakı mövcud qapısında giriş-çıxış kimi yüngül konstruksiya pilləkən quraşdırmasına və mənzilin daxilində sahəsi 1,5 kvadrat metr olan dolabın, dəhlizə çıxış qapısının və ona məxsus otağın dəhlizə çıxış qapısını bağlayaraq otaqda dolab sahəsinə tikinti norma və qaydalarına riayət etməklə qapı açaraq özünə mini mal kommunal şərait yaradılması mümkündür. Qeyd olunan şərtlər daxilində aparılacaq yenidən planlaşdırmaya etiraz olunmur. Məhkəmə tikinti-texniki ekspertizasının 15 avqust 2018-ci il tarixli 10868 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 70 saylı evin 16 saylı mənzilinin ümumi istifadədə olan sahəsi 1,5 kvadrat metr dolabın İddiaçı məxsus sahəsi 12,1 kvadrat metr otağa şamil edilməklə və həmin mənzilin ümumi istifadədə olan sahəsi 7,9 kvadrat metr dəhlizin (giriş) bir hissəsinin tərəflərin ümumi istifadəsində saxlanılmaqla, mənzilin dəhlizinin digər hissəsinin, sahəsi 3,1 kvadrat metr olan hamamın, 1,5 kvadrat metr olan tualetin və 7,0 kvadrat metr olan mətbəxin cavabdehlərin istifadəsində saxlanılmaqla ümumi sahəarası mühafizə diva rının tikilməsinin texniki cəhətdən mümkün olması müəyyən edilir. Bunun üçün, 16 saylı mənzilin sahəsi 1,5 kvadrat metr olan dolaba dəhlizdən olan keçid qapısı bağlanmalı və sahəsi 12,1 kvadrat metr olan 1 saylı yaşayış otağından həmin dolaba keçid üçün qapı açılmalı, eləcə də mənzilin sahəsi 7,9 kvadrat metr olan dəhlizinin (giriş) bir hissəsi tərəflərin mülkiyyətində olan yaşayış otaqlarına giriş-çıxış üçün ümumi istifadədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsində verdiyi rəylə bağlı dindirilən ekspert X4 rəyini müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Naxçıvanski küçəsində yerləşən 70 saylı evin 16 saylı mənzilində dəhlizdən ümumi giriş kimi otaqlara keçid var. Dəhlizin bir hissəsi ümumi istifadədə olmalıdır. Ümumi sahəarası mühafizə divarının tikilməsi ilə bağ lı isə qeyd etmək istəyir ki, o, rəy verərəkən dəhlizin arakəsmə ilə bölünməsini deyil, dəhlizin sonundan mətbəxə dönən hissədə divarın tikilməsini nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil Naxçıvanski küçəsində yerləşən 70 saylı evin 1-ci blokunun 1ci mərtəbəsində yerləşir, sol qapıdır. Mənzil üç otaqdan ibarətdir. Qapıdan içəri daxil olarkən dəhlizə yol açılır. Dəhlizə girişdən sol tərəfə birinci otaq 15,12 kvadrat metr, ikinci otaq 11,44 kvadrat metr və dəhlizə girişin sağ tərəfində 19,49 kvadrat metr ibarət otaq olmaqla, həmin otaqların qapıları dəhizə açılır. Dəhlizin sonunda dolab yerləşir. Dəhlizin sonundan sağa dönərkən yan-yana hamam, tualet və mətbəx yerləşir. Dəhliz, dolab, hamam, tualet və m ətbəx ümumi istifadədir. Birinci instansiya məhkəməsi ekspert rəyini, rəy işin halları ilə təkzib edildiyindən sübut kimi qəbul etməmişdir. Məhkəmənin qənaətinə görə, qüvvədə olan məhkəmə aktlarına və hüquqmüəyyənedici sənədlərə əsasən, mübahisəli mənzilin yalnız yaşayış otaqları tərəflərin mülkiyyətinə verilmiş, qeyri-yaşayış sahələri isə ümumi istifadədə saxlanılmışdır. Sahəsi 1,5 kvadrat metr olan dolabın iddiaçıya məxsus otağa şamil edilməklə və həmin mənzilin ümumi istifadədə olan sahələri - 7,9 kvadrat metr giriş hissəsinin, 3,1 kvadrat metr hamamın, 1,5 kvadrat metr tualetin və 7,0 kvadrat metr mətbəxin cavabdehlərin istifadəsində saxlanılmaqla ümumi sahəarası mühafizə divarının tikilməsi cavabdehlərin ümumi istifadədə olan sahədən istifadə hüquqlarını pozur və onların həmin sahədən, eləcə də dolabdan istifadələrinin qarşısını alaraq, istifadə huquqlarını məhdudlaşdırır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh1 da iddia tələbinə etiraz edərək, iddianı qəbul etməmişdir. Məhkəmə iddiaçının eyvandan qapı açmasının və sahəsi 1,5 kvadrat metr dolabın öz otağına qatılmasının mümkün olması barədə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 15 mart 2018-ci il tarixli 151 nömrəli məktubuna isə belə qiymət vermişdir ki, yüngül konstruksiyalı tikililərin tikilməsi müvafiq icra hakimiyyətinin səlahiyyətindədir və iddiaçının müraciətinə əsasən, müvafiq icra hakimiyyətinin icazəsi ilə mənzilin layihəsinin dəyişdirilməsi ilə bağlı tikinti işləri aparıla bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəm əsi qeyd etmişdir ki, iddiaçı əvvəlcə həm eyvandan qapı açılması, həm də dolabın onun istifadəsinə verilməsi barədə iddia qaldırsa da, sonradan iddia tələbinin həcmini azaldaraq, yalnız dolaba aid hissədə iddiasında israrlı olmuşdur ki, dolabın da iddiaçıya məxsus otağa aid edilməsi (mövcud qapını bağlayıb, otaqdan dolaba qapı açılması) yüngül konstruksiyalı tikililərin tikilməsi kimi qiymətləndirilə bilməz. Mübahisənin mahiyyəti iddiaçının hər hansı əlavə sahəyə yiyələnmək yox, ümumi istifadədə olan sahələrdən istifadə qaydalarını müəyyən etməklə tərəflər arasında uzun müddətdən bəri yaranmış münaqişələrə son qoymaqdan ibarətdir. Bunun üçün isə iddiaçı minimum zəruri köməkçi sahəyə malik olmaq (sanitar qovşaq yaratmaq) üçün ümumilikdə 21,0 kvadrat metr köməkçi sahənin yalnız 1,5 kvadrat m etr hissəsinin onun istifadəsinə verilməsini, qalan 19,5 kvadrat metr hissəsinin isə cavabdehlərin istifadəsində saxlanılmasını istəyir. Yaşayış otaqları tərəflərin xüsusi mülkiyyətində olsa da, köməkçi sahələr ümumi mülkiyyətdədir (istifadədədir). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həm in Məcəllənin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların kommunal mənzilin ümumi əmlakının ölçülərinin dəyişdirilm əsi yalnız həmin mənzildə bütün otaq mülkiyyətçilərinin razılığı əsasında mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayı bsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Sadalan maddi-hüquq normalarından da göründüyü kimi, mübahisəli mənzilin yaşayış sahələri tərəflərin ümumi paylı, qeyri-yaşayış sahələri isə ümumi birgə mülkiyyətlərindədir. Ümumi sahələrdən istifadə ilə bağlı birgə mülkiyyətçilərdən heç biri üstünlük hüququna malik deyil, onların hamısı eyni hüquqlara malik olmaqla yanaşı, eyni dərəcədə vəzifələr daşıyırlar. Həmin vəzifələrə həm də birgə mülkiyyətin digər iştirakçısına hörmətlə yanaşmaq və qeyriyaşayış sahəsindən sərbəst istifadə edilməsinə manelər yaratmamaq aiddir. Lakin işin hallarından, o cümlədən işdə olan məhkəmə aktlarından müəyyən olunur ki, cavabdehlər, xüsusi ilə də Cavabdeh1 iddiaçıya və onun yetkinlik yaşına çatmayan uşaqlarına mənzildən (yaşayış və q eyri-yaşayış sahələrindən) sərbəst istifadə etməyə imkan vermir və bu zəmində tərəflər arasında uzun müddətdən bəri münaqişə mövcuddur. Hətta, iddiaçı məhkəmədə cavabdehlərə qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Nizami rayon məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddianın rədd olunması mənzildən istifadə ilə bağlı tərəflər arasında yaranmış münaqişənin davam etməsinə gətirib çıxara, xoşagəlməyən nəticələrə səbəb ola bilər. Bu baxımdan iddianın təmin edilməsi qanuni olmaqla yanaşı, həm də münaqişənin ədalətli həllinə xidmət edir. Dolabın iddiaçının otağına aid edilməsi cavabdehlərin ümumi sahələrdən istifadə ilə bağlı hüquqlarını pozmur. Avropa İns an Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tələbində «sahəarası mühafizə divarının tikilməsi» dedikdə, mənzilin sahəsi 1,5 kvadrat metr olan dolaba dəhlizdən olan keçid qapısının bağlanması və sahəsi 12,1 kvadrat metr olan ona məxsus 1 saylı yaşayış otağından həmin dolaba keçid üçün qapı açılmasını nəzərdə tutmuşdur. Belə olan halda o, müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, otağının qarş ısındakı eyvandan otağına müstəqil giriş-çıxış qapısı qoyaraq, ümumi dəhlizdən otağına olan qapını isə bağlayıb, digər yardımçı sahələrdən istifadə etməyəcəkdir. Həmçinin, görülücək işlərlə bağlı xərclərin aid edilməsi barədə tələb olmasa da, iddiaçı iddia ərizəsində bu işlərin cavabdehlərin təqsiri üzündən görülməli olması əsası ilə zəruri xərclərin də cavabdehlərin üzərinə qoyulmalı olduğunu göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, istifadə qaydasının müəyyən edilməsi hər hansı rekonstruktiv dəyişikliklər aparılmadan dolabın qapısının bağlanması və iddiaçıya aid otaqdan yeni qapı açılması ilə bağlı olduğundan və bunu da iddiaçı tələb etdiyindən, görüləcək işlərin xərcini də iddiaçı çəkməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmi n edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-74/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2956/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2956/2019
29.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver