Məhkəmə qərarları › İş №2(102)-2957/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2957/2021

27.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2957/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs X qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Üçüncü şəxs X3, üçüncü şəxs X4 nümayəndəsi X9, üçüncü şəxs Maraqlı şəxs vəkili X10 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-410/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərardadından iddiaçı X və 3-cü şəxslər X6, X5, X7 və X tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin mübahisə edilməyən hallarından görünür ki, hazırkı iş üzrə iddia 18.08.2010-cu il tarixində Göygöl Rayon Məhkəməsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (sədr X15) Cavabdeh2 və 3-cü şəxs X qarşı məhkəməyə müraciət edərək “Torpağın Mülkiyyət Hüququna dair, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktına əsasən Cavabdeh2 mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0.51 ha hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi” və Cavabdeh2 mülkiyyətində X 21 noyabr 2005-ci il tarixli 54”a” nömrəli qərarına əsasən alqı-satqı yol u ilə satılmış 0.80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin icraatında X Cavabdeh1 qarşı JN-0491 nömrəli Dövlət Aktının qismən etibarsız hesab edilməsi tələbi üzrə mülki iş olduğundan, həmin işlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən 2(066)-358/2010 nömrə altında birləşdirilmişdir.

4. Göygöl Rayon Məhkəməsinin (sabiq hаkim E.Həsənova) 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, cavabdehlər Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN0491 Dövlət Aktının 0.72 ha torpaq sahəsi üzrə, Cavabdeh2 adına verilmiş Torpağa Mülkiyyət Hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət edilmişdir.

5. Qətnamədən hüquq və vəzifələrinə toxunan 3-cü şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti (Cavabdeh2 münasibətdə) verilmişdir.

6. Göygöl Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli 2(066)-359/2010 nömrəli qərardadı ilə (hakim Q.Abbasov) Maraqlı şəxs tərəfindən Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Maraqlı şəxs tərəf və ya maraqlı şəxs deyildir və Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi bu və ya digər şəkildə onun qanunla qorunan maraqlarına toxunmur.

8. Qərardaddan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

9. Göygöl Rayon Məhk əməsinin 02 iyul 2018-ci il tarixli qərardadı ilə (hakim Q.Abbasov) şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qərardadı ilə ( hakimlər İ.Şəfiyev, L.Süleymanov, Ə.Məmmədov) Göygöl Rayon Məhkəməsinin 01 iyun 2018-ci il və 02 iyul 2018-ci il tarixli qərardadları ləğv edilmiş, Maraqlı şəxs Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti icraata qəbul edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən Cavabdeh2 məxsus 0,209686 ha torpaq sahəsi 18.12.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs satılmış və alıcıya 12.04.2013-cü il tarixli çıxarış verilmişdir.

12. Maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki, onun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi mübahisələndirdiyi qətnamədə göstərilən Cavabdeh2 adma verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli, JN-0497 saylı dövlət aktımın etibarslz hesab edilmiş 0,51 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur.

13. Göründüyü kimi qəbul edilmiş qətnamə Maraqlı şəxs hüquq və maraqlarına toxunmuşdur. Çünki Maraqlı şəxs tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi qanuni əsaslarla Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında alınmış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bununla da Maraqlı şəxs həm in qətnaməni mübahisələndirmək hüququ yaranmışdır.

14. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən prosessual müddətin bərpasına dair ərizənin verilməsinə ehtiyac yoxdur. Əvvəla ona görə ki, o, işə baxılmasına cəlb edilməmiş, qəvul edilmiş qətnamə ona göndərilməmişdir. Yalnız başqa məhkəmə prosesi zamanı qətnamənin mövcduluğundan xəbəri olmuş və dərhal qətnamənin surətini əldə edərək apellyasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Mülki iş üzrə iddiaçıX vəkili X ərizə ilə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz edərək, işin baxılması üçün başqa apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Al i Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Qərardad onunla əsaslandırlmışdır ki, hazırkı işə Gəncə Apellyasiya Məhkəməsində baxılması qəbul ediləcək məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə şübhə ilə yanaşmağa əsas verə bilər. Apellyasiya instansiyasın məhkəməsindəki ikinci icraat

18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-410/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) hüquq və vəzifələrinə toxunan 3-cü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnam əsi qismən, yəni “Cavabdeh2 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair, 25.04.2006-cı il tarixli, JN-0497, Kod 50806018 nömrəli Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı X kassasiya şikayəti verə rək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia verilərkən, yəni 18.08.2010-cu ildə Azərbaycan Respublikasında İnzibati-İqtisadi Məhkəmələrin olmadığını nəzərə almamışdır.

21. Üçüncü şəxslər X6, X5, X7 və X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia verilərkən, yəni 18.08.2010-cu ildə Azərbaycan Respublikasında İnzibati-İqtisadi Məhkəmələrin olmadığını nəzərə almamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək kassasiya şikayətlərinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-410/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanımasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Üçüncü şəxs X8 və üçüncü şəxs X4 nümayəndəsi X9 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir

25. Üçüncü şəxs Maraqlı şəxs vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı, cavabdehlər, maraqlı şəxs və 3-cü şəxslər X6, X5 və X hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının, cavabdehlərin, maraqlı şəxsin və 3-cü şəxslər X2, X1 və X iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhk əməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanı 32. "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin edilməsi haqqında " Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu təsdiq Mülki Prossesual Məcəllə

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

34. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

36. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, hazırkı iş üzrə iddia Göygöl Rayon Məhkəməsinə 18.08.2010-cu il tarixində verilmişdir.

37. Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və 2011-ci ilin yanvar ayının 1-dən "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında " Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi respublika ərazisində qüvvəyə minmişdir.

38. Göründüyü kimi inzibati-iqtisadi məhkəmələr 2011- ci il yanvar ayının 1-dən fəaliyyətə başlamışdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 18.08.2010-cu ildə verilmiş və həmin iş üzrə qətnamə 29 oktyabr 2010-cu ildə qəbul edilmişdir.

39. Bundan başqa qeyd edilməlidir ki, inzibati-iqtisadi məhkəmələri yaradılana qədər qüvvədə olan Mülki Prossesual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələ rdə baxılırdı.

40. Beləliklə iş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən halarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanuni və əsaslı olmayan qərardad qəbul etmişdir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

42. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X və 3-cü şəxslər X6, X5, X7 və X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-410/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar