Məhkəmə qərarları › İş №2(102)-2957/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2957/2022

09.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2957/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2957/2022 (Açar sözlər: Pay torpaq sahəsinin naturada bölünməsi) Bakı şəhəri 09 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pay torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş idiaçının kassasiya şikayətinə 9 avqust 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ilə X4 18 aprel 1983-cü İl tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflər arasındakı nikah 30 avqust 2007-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

2. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən xx.xx.2001-ci ildə 0,36 və 0,24 ha olmaqla iki hissədən ibarət 0,60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tərəflərin birgə mülkiyyətinə verilmişdir.

3. Quba Rayon Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qətnaməsinə əsasən, torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0,60 ha torpaq sahəsinin tərəflər arasında bölünməsi, 0,20 ha torpaq sahəsinə X2, 0,40 ha torpaq sahəsinə isə İddiaçı mülkiyyət hüququnu n müəyyən edilməsi qət edilmişdir. 4. 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2015-ci ildən Cavabdeh adına daşınmaz əmlakın reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-403 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı sxemlər üzrə 403 nömrə ilə işarələnmiş 0,36 ha torpaq sahəsinin bütövlükdə, eləcə də, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsindən 0,04 ha hissənin naturada ayrılaraq ona verilməsi, qalan 0,20 ha torpaq sahəsinin isə Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qətnamə əsasında müəyyən olunmuş payları naturada faktiki olaraq ayrılmadı ğından, o, müəyyən olunmuş öz payına müstəqil olaraq Çıxarış ala bilmir. Beləliklə də, öz payı üzərində müstəqil sərəncam vermə hüququ məhdudlaşmışdır. Uzun illərdir ki, həmin torpaq sahəsinin Dövlət Aktındakı sxem üzrə 403 nömrə ilə qeyd olunmuş 0,36 ha torpaq sahəsindən bütövlükdə o, istifadə edir, ona görə də həmin 0,36 ha torpaq sahəsinin naturada bölgü aparılarkən ona verilməsi, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdehə verilməsi, qalan 0,04 ha torpaq sahəsinin ona verilməsi sərfəlidir. Həmin ərazilərin başqa formada bölgüsü nə ona, nə də cavabdehə sərfəli deyildir. Yenə də həmin torpaq sahələrindən müstəqil istifadə etmələrində narazılıq və maneələr yaranacaqdır. Cavabdehlə könüllü olaraq həmin paylarının naturadan ayrılamasına razılığa gələ bil məmişlər.

3. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, həmin torpaq sahəsinə dair Çıxarış aldığını və iddia əsassız olduğundan həmin iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Quba Rayon Məhkəməsinin (hakim R.T.Həsənov) 2(027)-160/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texnika ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/638 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, JN-403 kod 30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktına əsasən iddiaçı və cavabdehin mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən, İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüqu qundakı paya uyğun bölgüsü mümkün deyildir.

6. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-403 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçı və cavabdehin mülkiyyətində olan 0.60 ha pay torpaq sahələrinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır.

7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, JN-403 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçı və cavabdehin mülkiyyətində olan 0.60 ha pay torpaq sahələrinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arası nda bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM-in) 213.1, 213.2, 214.1, 220.1, 220.4, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(027)- 160/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh onun xəbəri olmadan qanunsuz əsaslarla 0,36 ha torpaq sahəsindən 0,20 ha hissəsinə dair reyestrdən çıxarış almışdır. Bu sənədin alınması üçün əsas olmuş bölgü-sxemi hələ də əldə edə bilməmişdir. O, məhkəməyə əslində 25 iyul 2007-ci il tarixli qətnaməyə izah verilməsi barədə ərizəsinə baxılması üçün getmiş, lakin sonradan bilmişdir ki, guya onun adına verilmiş iddia üzrə hazırkı qətnamə çıxarılmışdır. İddia ərizəsi onun tərəfindən yazılmamış, iddia ərizəsi üçün rüsum onun tərəfindən ödənilməmiş, iddia ərizəsi məhkəməyə onun tərəfindən təqdim olunmamışdır. O, məhkə məyə iddia ərizəsi ilə müraciət etməmişdir, lakin qətnamə nəticəsində mülkiyyət hüquqlarından məhrum edilmişdir ki, bu da yolverilməzdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2447/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov, S.A.Qafari, T.Q.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh iddiaçının xəbəri olmadan notariat qaydasında təsdiq olunan və imzalanmış bölgü sxemini qanunsuz əldə edərək DƏDRX-in 05 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə 0,36 bağ sahəsindən qanunsuz 0,20 hektarına çıxarış əldə etmişdir. İddiaçıya məxsus payı olan bağdan ona çatac aq məhsul yığaraq faydalanır. Başqa sözlə, mübahisəli torpaq sahəsinin artıq naturada bölgüsü aparılmışdır. Dövlət reyestrində aparılmış həmin qeydiyyat, torpaq sahəsinin planı və ölçüsü hazırda qüvvədədir.

13. Həmçinin məhkəmə iddiaçıya izahla bildirmişdir ki, hazırki əsasla verilmiş iddia tələbinin təmin edilməməsi, onun yenidən məhkəməyə müraciət edib, Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair cavabdehin daşınmaz əmlakın dövlət yestrində xx.xx.2015-ci ildə aparılmış mülkiyyət hüququnun qeydiyyatını və həmin tarixli torpaq sahəsinin planı və ölçüsünü mübahisələndirmək hüququnu istisna etmir.

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 29, MM-in 151.1, 151.2, 220.2, 220.3, Torpaq Məcəlləsinin (bundan sonra TM) 84-cü maddəsinin 1 və 2-ci hisslərinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X10) 2(102)-2272/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Məhkəmə öz mövqeyini əsaslandıraraq qey d etmişdir ki, Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, həmin ekspertiza rəyində torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübut hesab edilə bilməyən həmin ekspert rəyinə istinad edərək, torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmaması əsası ilə iddianı rədd etmişdir. Əvvəla, paylı mülkiyyətdə olan daşınmaz əmlakın real bölgüsünün mümkünsüzlüyü onu ehtiva edir ki, paylara uyğun bölünməsi əmlaka zərər vuracaq, bundan sonra təyinatı üzrə istifadəsi qeyri-mümkün olacaq. Bu baxımdan, üzərində heç bir əlavə tikili olmayan to rpaq sahəsinə münasibətdə real bölgünün mümkünsüzlüyü barədə ekspert rəyi özü-özlüyündə əsassızdır. Digər tərəfdən, əmlakdakı paylara uyğun real bölgünün həyata keçirilməsinə dair ekspert qarşısına qoyulmuş sual, ümumiyyətlə mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki, məhkəmə tərəfindən diqqət yetirilməli daha vacib bir məqam ondan ibarətdir ki, torpaq sahəsinin real bölgüsü həyata keçirilməsə də, cavabdeh artıq ona ayrılmış sahəyə dair hüquqmüəyyənedici sənəd almışdır. Bu halda, xüsusi mülkiyyətdə olan hissəsi də daxil olmaqla torpaq sahəsinin yenidən tərəflər arasında real bölgüsünün həyata keçirilməsi yolverilməzdir.

18. Bundan başqa məhkəmə kollegiyası bildirmişdir ki, Cavabdehin mübahisəli torpaq sahəsinin 0,20 ha hissəsinə xüsusi mülkiyyət hüququnun dövlət reyestrində təsdiql əndiyi halda, həmin torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə, planı və ölçüsünün də tərtib edilməsi də mübahisəsizdir. Belə olan halda isə, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehin payına uyğun hissədə verilmiş hüquqmüəyyənedici sənəd üzrə yeri müəyyən edilməli və bundan sonra iddia tələbinin qanuniliyinə qiymət verilməli idi. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 220, TM-in 65-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. İddiaçı apellyasiya şikayətini müdafiə etm iş ona oxşar izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

21. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, X1 və X6) 2(105)-130/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin bu iş üzrə 01 iyun 2020-ci il tarixli 2(027)-160/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan pay torpaq sahəsinin na turada bölünməsinə dair iddiası qismən təmin edilmiş, JN-403 KOD 30301004 saylı Torpaq Mülkiyyət Hüququna dair Dövlət Aktındakı sxem üzrə işarələnmiş 0,16 ha torpaq sahəsi və 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsinin İddiaçı ona verilməsi qərar alınmışdır.

23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdehin faktiki istifadə etdiyi 0.20 ha torpaq sahəsi bütünlükdə Cavabdeh verilmiş hüquqmüəyyənedici sənəddə göstərilən torpagın koordinatları ilə uygun olmadıgı müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan R eyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən JN-403 KOD 30301004 Dövlət Aktı əsasında Quba rayonu AİK-nın 2000-ci il 05 may tarixli 05 saylı qərarı ilə verilmiş 0.60 ha torpaq sahəsinin 0.36 ha olan hissəsində 0.20 ha ölçüdə Cavabdeh 0.16 ha ölçüdə isə İddiaçı Cabir oğlunun faktiki istifadəsindədir. JN-403 KOD 30301004 Dövlət Aktı əsasında Quba rayonu Aqrar İslahat Komissiyasının 2000-ci il 05 may tarixli 05 saylı qərarı ilə verilmiş 0.60 ha torpaq sahəsinin 0.24 ha hissəsi ilə bütövlüklə İddiaçı faktiki istifadəsindədir.

25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 0,36 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin JN 403 saylı KOD30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Akta əsasən 0,20 ha torpaq sahəsi cavabdeh Z.Məmmədovanın adına, 0,16 ha torpaq sahəsi isə İddiaçı adına sxem üzrə bölünmüşdür. Həmin bölgüdən və sxemdən iddiaçının xəbəri olmuş, lakin bunu heç bir vaxt mübahisələndirməmişdir. Daha sonra, RX seriyalı, ******* nömrəli Çıxarış əsasında Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Göstərilən sənədlər tərəflərin iştirakı ilə hazırlanmışdır və hazırda həmin Çıxarış qüvvədədir.

26. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, qətnamə ləğv edilməlidir.

27. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 213.1, 213.2, 214.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-130/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti vermişdir.

29. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Kassator Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləş dirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

34. Maddə 214.1 Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

35. Maddə 215.1 Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

36. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəllə si

37. Maddə 68 torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

38. Maddə 84 torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

39. Maddə 111 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə qeyd edir ki, tərəflər arasında 0,36 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin JN 403 saylı KOD30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Akta əsasən 0,20 ha torpaq sahəsi cavabdeh Z.Məmmədovanın adına, 0,16 ha torpaq sahəsi isə İddiaçı adına sxem üzrə bölünmüşdür. Həmin bölgüdən və sxemdən iddiaçının xəbəri olmuş, lakin bunu heç bir vaxt mübahisələndirməmişdir. Daha sonra, RX seriyalı, ******* nömrəli Çıxarış əsasında Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilm işdir. Göstərilən sənədlər tərəflərin iştirakı ilə hazırlanmışdır və hazırda həmin Çıxarış qüvvədədir.

52. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

53. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Mehparə Əhmədova İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar