Məhkəmə qərarları › İş №2(102)-2957/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2957/2025

29.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2957/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Goranboy rayon notariat ofisinə qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd A bbas oğlu Əhmədov və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi və Goranboy rayon Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb olunmaqla) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 iyun tarixli 2(104)-821/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixli etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə onun bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,... onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzəri ndə sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər saləhiyyətləri doğma qızı Cavabdeh1 etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2030-cu il tarixə kimi müəyyən edilmişdir.

2. İddiaçı əri X6 16 noyabr 2020-ci il tarixdə vəfat etmişdir.

3. Naftalan şəhəri, H.Əliyev küçəsi, 29 saylı evin, ümumi sahəsi 86,40 kv.m. olan 48 saylı mənzili paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə 5/8 hissədə İddiaçı, 1/8 hissədə X2, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

4. Goranboy rayon Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş əmlakın bağışlanması müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəs i 86,40 kv.m., yaşayış sahəsi 62 kv.m. olan 4 otaqlı mənzilin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissədən - İddiaçı ona məxsus 5/8 hissəni - oğlu olan Cavabdeh2, Cavabdeh1 ona məxsus 1/8 hissəni qardaşı olan Cavabdeh2 bağışlamışdır. Müqaviləni İddiaçı etibarnamə üzrə nümayəndəsi imzalamışdır. 5. xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 29, mənzil 48 paylı mülkiyyət üzrə 7/8 hissədə Cavabdeh2 və 1/8 hissədə X2 xüsusi mülkiyyətindədir.

6. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Tərtər rayon notariat ofisinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh1 verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, qızı Cavabdeh1 verdiyi xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında onun adından Cavabdeh2 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras payının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı Cavabdeh1 ondan aldığı xx.xx.2020-ci il tarixli etibarnamə əsasında onun adından Cavabdeh2 ilə bağladığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlanma müqaviləsi əsasında DƏDRX-nin 7 saylı Bərdə Ərəzi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qey d olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48 iddiaçının həyat yoldaşı İsmayıl Qurbanovun adına xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçmişdir. İddiaçı həyat yoldaşı İsmayıl ilə həmin evi birgə nikah dövründə əldə etmişdir. İddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının həyat yoldaşının vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak iddiaçı ilə miras qoyanın birgə nikahı dövründə alındığından əmlakın 1/2 hissəsi iddiaçıya verilmiş, qalan 1/2 hissə isə iddiaçı ilə iki nəfər oğlu Cavabdeh2, Rövşən Qurbanov və qızı Cavabdeh1 arasında bölünmüş, buna dair onlara şəhadətnamələr verilmişdir. İddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən qızı Cavabdeh1 ondan xahiş etmişdir ki, adına çıxarış alınması üçün ona etibarnamə versin. İddiaçı da, qızına həddindən artıq inandığından ona etibarnamə vermişdir. Daha sonra iddiaçı dəfələrlə qızından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə iddiaçıya məlum olmuşdur ki, qızı Sevda onun payına göz dikmiş, onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh2 bağışlamışdır. Beləliklə, iddiaçının yeganə yaşayış yeri olan Naftalan şəhəri, Habil Əliyev küçəsi, ev 29, mənzil 48-i doğma qızı onu aldadaraq oğlu Cavabdeh2 bağışlamış və xx.xx.2021-ci il tarixdə iddiaçının adından Cavabdeh2 ilə bağışlama müqaviləsi bağlamışdır. Cavabdeh2 isə hər dəfə iddiaçını evdən qovacağı ilə hədələmiş və mübahisəli evin onun özünə məxsus olduğunu b ildirmişdir. İddiaçı qızının adına vermiş olduğu etibarnaməni artıq ləğv etdirmişdir. Beləliklə iddiaçı miras payını heç kimə bağışlamamışdır. Sadəcə olaraq qızı Sevda onu aldadaraq yaşlı olduğunu, əziyyət çəkəçəyini bildirərək öz adına etibarnamə almış və iddiaçının payını qardaşı Cavabdeh2 bağışlamışdır.

10. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsində iddianın təmin olunması üçün orada maddi norma kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Qeyd edilən maddədən başqa əsaslandırmada heç bir maddi normaya istinad olunmamışdır. Halbuki Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Bir incisi əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi, əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının “aldadılmışam” deməsinin heç bir əsası yoxdur. Bundan başqa, bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notarius və y a işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəllənin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh2 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən iddiaçının mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh2 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasın ın daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur.

11. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, anası hər zaman ona inanmış, bu səbəbdən anasının hə r bir işinin arxası ilə o, getmişdir. Buna səbəb oğlanlarının bu günə kimi anasının işlərinə köməklik göstərməməsi olmuşdur. Hətta anası pandemiya vaxtı xəstələnmiş, bu səbəbdən bütün işlərinin görülməsi üçün ona etibarnamə vermişdir. Həmin etibarnamə ilə o, ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etmişdir. Anası etibarnaməni onun adına məhz çıxarış almaq üçün deyil, ümumiyyətlə gələcəkdə bütün işlərinin görülməsi üçün vermişdir. Həmçinin qeyd edilən etibarnamə ilə o, anasına məxsus vaxtı keçmiş bank kartını da, banka müraciət edərək yenisi ilə dəyişmişdir. Əmlaka dair anasının adına çıxarış aldıqdan sonra çıxarışı anasına təqdim etməmiş, gizli saxlamışdır. Çünki qardaşı Kamil çıxarışın anasına verilməsi nə icazə verməmişdir. Daha sonra həmin etibarnamədən istifadə edərək anasının evdəki payını anasından xəbərsiz qardaşı Kamilə bağışlamışdır. Dəfələrlə Kamilə bu barədə anasına demək lazım olduğunu bildirsə də, Kamil anasına deməyə icazə verməmiş və anasının buna razı olmayacağını ona bildirmişdir. Hətta o, həmin əmlakdakı öz payını da Kamilə bağışlamışdır. Anasının evin Kamilə bağışlanmasıdan xəbəri olmamışdır. Kamil hər bir halda gələcəkdə anasının onunla birlikdə yaşayacağını, onun himayəsində qalacağını və anasına yaxşı baxacağını dediyindən, o, da bu addımı ataraq payları Kamilin adına keçirmişdir. Həmçinin o, gələcəkdə belə bir vəziyyətin yaranacağını düşünməmişdir. Belə ki, onun həmin evdə ümumiyyətlə gözü olmamışdır. Hətta öz payını belə Kamilə təmənnasız olaraq bağışlamışdır. Hazır da həmin addımı nə səbəbdən atdığının dəqiq izahını verə bilmir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

12. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı onun doğma anasıdır. Vaxtı ilə anası öz şəxsi istəyi ilə onu yaşadığı evə dəvət etmiş və birlikdə yaşamağı təklif etmiş, o, da ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Daha sonra evi şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bağışlama müqaviləsi bağlanarkən anası notariusda şəxsən iştirak etməmiş, lakin bacısının evi ona bağışlamasından xəbəri olmuşdur. Bu səbəbdən iddianı əsassız hesab edir.

13. Naftalan Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(052)-48/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə 4Ə -394 reyestr nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh2 bağışlanması hissədə etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət olunmuşdur (hakim Ayaz Səlimov).

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia üzrə ilk növbədə bağışlama müqaviləsinin onun tərəflərinin qarşılıqlı iradə ifadəsinin nəticəsi olub-olmaması müəyyən edilməlidir. Belə ki, iddiaçı müqavilənin onun həqiqi iradə ifadəsinə uyğun olmadığını iddia edir və bunu onunla əsaslandırır ki, müqavilənin mövcudluğundan məlumatsız olmuş, müqavilə onun tərəfindən deyil, qızı Cavabdeh 1 tərəfindən ona verilmiş etibarnamə əsasında, onun razılığı olmadan bağlanmışdır. Cavabdeh2 isə iddiaçının dedikləri ilə razılaşmasa da, əqdi imzalayan təmsilçi Cavabdeh1 iddiaçının dediklərini təsdiq edir. Cavabdeh1 mübahisəli əqdi bağlayarkən istifadə etdiyi etibarnamənin 17 avqust 2020-ci il tarixdə qeydiyyata alınması, bağışlama müqaviləsinin isə 19 iyun 2021-ci il tarixdə rəsmiləşdirilmiş olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının həyat yoldaşı 16 noyabr 2020-ci il tarixdə ölmüş, ondan miras qalmış əmlaka dair isə 20 may 2021-ci il tarixdə müvafiq olaraq “Ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Bu isə onu deməyə əs as verir ki, 17 avqust 2020-ci il tarixdə etibarnamə verilərkən, həmin vaxt gələcəkdə bağlanacağı məlum olmayan hər hansı müqaviləyə dair iradə ifadəsinin mövcud olması mümkün deyildir.

15. Bundan başqa Cavabdeh1 məhkəmə iclasında izahat verərkən anasının ona etibarnaməni məhz çıxarış almaq və ya əqd bağlamaq məqsədi ilə deyil, ümumilikdə işlərinin görülməsi üçün verdiyini, həmçinin bağışlama müqaviləsini anasının iradə ifadəsi olmadan, ondan gizli bağladığını bildirmişdir.

16. Məhkəmə yekun olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli əmlakda ona məxsus payın oğluna bağışlanmasına münasibətdə iradə ifadəsi olmamışdır. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməli və xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrə ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsi mənz ildə İddiaçı məxsus 5/8 payın Cavabdeh2 bağışlanması hissədə etibarsız hesab edilməlidir. Mübahisəli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi qismən etibarsız hesab edildiyindən, öz növbəsində daşınmaz əmlakın dövlət reyestrində çıxarış üzrə xx.xx.2021ci il tarixdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 3, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 404.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Qətnamədən Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilməsini və iddianın təmin edilmiş hissədə rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır. Belə ki, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə maddi norması kimi yalnız Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad edilmişdir. Halbuki, Mülki Məcəllədə əqdin etibarsızlığı üçün konkret əsaslar qeyd edilmişdir. Birincisi, əqdin formasına riayət olunması məsələsidir ki, hazırda bu barədə heç bir mübahisə yoxdur. İkincisi əgər müqavilədəki imzaların tərəflərə məxsus olmaması və ya digər hər hansı formada saxtakarlığın olması məsələsidir. Həmçinin qeyd edilən hal ilə bağlı da, hər hansı mübahisə yoxdur. Yeganə mübahisəli hal kimi üçüncü hal qalır. Bu isə şəxsin həqiqi iradəsini bəyan edib-etməməsi məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariuslar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının aldadılmışdır deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməs i ehtiyacı da yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh1 özü də, məhkəmə prosesi zamanı izahatında təsdiqləmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın həqiqəti əks etdirmədiyi açıq şəkildə görünmüş olur. Bundan başqa bütün notariat ofislərində hər hansı əqd bağlanan zaman notaris və ya işçilər tərəfindən bağladıqları əqdin mətni açıq şəkildə tərəflərə oxunur. Odur ki, iddiaçı tərəfindən qızı Sevdaya etibarnamə verilən zaman etibarnamənin mətni ona oxunmuşdur. Beləliklə də, iddiaçı qeyd edilən etibarnamə ilə ona məxsus olan istənilən əmlak üzərində qızının sərəncam verə biləcəyini anlamış və bu şərtlə razılaşaraq etibarnaməni vermişdir. Bu isə o deməkdir ki, notarial qaydada bağlanmış əqdin etibarsızlığı ilə Mülki Məcəlləsinin 339.2-ci maddəsinin hər hansı əlaqəsi yoxdur. Həmçini n qeyd edilməlidir ki, Cavabdeh2 bu məsələnin məhkəməyə gəlib çıxmasından çox narahatdır, bununla bağlı stress yaşayır və məsələnin bu yerə gəlib çıxmasının əsl səbəbi ona hələ də, qaranlıq qalmaqdadır. Mülki Məcəllənin 228-ci maddəsinə istinadən İddiaçı mübahisəli evə dair istifadə hüququ vardır. Əgər bununla bağlı hər hansı problem və ya narahatçılığı varsa, Cavabdeh2 iddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələrin hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil e htimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. Əslində hər kəsə məlumdur ki, əqd vaxtı ilə razılıq əsasında bağlanmışdır. Aradan uzun müddət keçdikdən sonra isə əqdin mübahisələndirilməsi bunu sübut edir ki, əslində iddiaçının əqdin bağlanmasından məlumatı olmuşdur. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İndiki halda məhkəmə guya ki, Cavabdeh1 etibarnamə üzrə öz anasından almış olduğu səlahiyyətlər çərçivəsində öz doğma qardaşı Cavabdeh2 xeyrinə bağlamış olduğu əqdə dair iddiaç ının iradəsinin olmadığına istinad etmişdir. Lakin iş materialları ilə tanış olan zaman bunu təsdiqləyici hər hansı bir sübutun olmadığı görünür. Beləliklə də, məhkəmə MPM-in prosessual tələblərini pozaraq heç bir sübut olmadan qanunvericiliyin tələblərini iddiaçının mülahizədən o yana keçə bilməyən şəxsi arzularına qurban vermiş və əsaslandırılmamış iddia tələbini təmin etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, hazırda cavabdeh İddiaçı ilə məhkəmənin təsdiqləyəcəyi barışıq sazişi bağlamağa hazırdır. Həmin sazişə görə Kamil anasının daim həmin evdə yaşayacağına, evdən heç bir şəkildə çıxarılmayacağına dair üzərinə öhdəlik götürə bilər. Ümumiyyətlə hadisələr in hazırkı məqama gəlib çatmasına səbəb, Kamilin bacısı Sevdanın ailəsinin dağılmasıdır. Belə ki, Kamil Sevdanın ailəsinin dağılmaması üçün əlindən gələni etmiş, lakin faydası olmamışdır. Kamil ehtimal edir ki, Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddia qaldılımış ola bilər. İddiaçı ilə oğlu Kamilin münasibətləri yaxşı olmuş, bir müddət əvvələ qədər birlikdə yaşamışlar.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, iddiaçı xəstə olduğundan və hərəkət edə bilmədiyindən xx.xx.2020-ci il tarixdə qızı Cavabdeh1 onun pensiya işi ilə bağlı işlərini həll etməsi üçün ona etibarnamə vermişdir. İddiaçı xəstə olduğundan evin sənədləşməsi ilə bağlı işləri də qızı həll etmişdir. O, dəfələrlə qı zından çıxarışı ona verməsini tələb etmiş, lakin qızı hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə ona məlum olmuşdur ki, qızı Sevda onu aldadaraq etibarnamə almış və həmin etibarnamə əsasında ona məxsus miras payı oğlu Cavabdeh2 bağışlamışdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev və Rəhman Muradov).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd notarial qaydada bağlanmış bir əqddir. Bunun isə anlamı odur ki, notariusl ar dövlət tərəfindən təyin edilmiş, güvənilən və sayı yetəri qədər az olan şəxslərdir. Notarius tərəfindən təsdiq edilmiş əqdlərin fərqi bundadır ki, bu zaman əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsi mümkün olur. Bu səbəbdən iddiaçının “aldadılmışdır” deməsinin heç bir əsası yoxdur. Üstəlik də nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, o, etibarnaməni qızına evə dair çıxarış əldə edilməsi üçün vermişdir. Halbuki iş materiallarından da, göründüyü kimi iddiaçı tərəfindən qızına etibarnamə verilərkən hazırkı vərəsəlik işi açılmamış və mübahisəli mənzilə dair hər hansı bir çıxarış əldə edilməsinə ehtiyac yaranmamışdır. Bu halı iş üzrə Cavabdeh1 özü də məhkəmə iclası zamanı izahatı ilə təsdiq etmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən bu halın hə qiqəti əks etdirməməsi açıq şəkildə görünür.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqədar qeyd etmişdir ki, cavabdehin bağlanmış əqdin notariat qaydasında təsdiqlənməsinin əqdi bağlayan tərəfin həqiqi iradəsinin müəyyən edilməsinin mümkünlüyünün əsası kimi qeyd etmişdir. Lakin cavabdeh bu cür yanaşma ortaya qoyarkən işin hallarını nəzərə almamışdır. Belə ki, əqdi iddiaçı özü bağlamamışdır. Mübahisələndirilən əqd cavabdehin nümayəndəsi qismində qızı tərəfindən bağlanmışdır və əqdin bağlanması üçün verilmiş etibarnamə bağışlama müqaviləsinin predmeti olan əmlakın hələ iddiaçının mərhum ərinin mülkiyyətində olarkən verilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq etibarnamə verilərkən iddiaçının mülkiyyətində mübahisəli əmlakın olmadığını qeyd etmiş və həmin etibarnamə verərkən iddiaçının gələcəkdə iddiaçının mülkiyyətinə keçməsi güman edilməyən əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinin mövcudluğunun inkar olunduğu nəticəsinə gəlmişdir.

25. Məhkəmə kollegiyası iddiaçı tərəfindən qızı Cavabdeh1 etbarnaməni məhz əri İsmayıl Qurbanovun ölümündən əvvəl verməsi, həmçinin Cavabdeh1 tərəfindən bu halın etiraf edilməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının qızı Cavabdeh1 xx.xx.2020-ci il tarixdə etibarnamə verməsində iradə ifadəsi məhz iddiaçıya məxsus digər məsələlərlə bağlı işlərinin aparılması ilə bağlı olmuşdur. İddiaçının qızı Cavabdeh1 isə qardaşı Cavabdeh2 ilə pis niyyətlə razılığa gələrək fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh2 bağışlanmasına və onun mülkiyyətinə verilməsin ə nail olmuşlar.

26. Göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin mülkiyyətçinin iradə ifadəsinin pozulması ilə bağlanması ilə əqdin etibarlılıq şərtləri pozulmuşdur. Bu halda isə həmin müqavilə etibarsızdır və birinci instansiya məhkəməsi haqlı olaraq onun etibarsızlığını təsdiq etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 339.1, 339.6, 359.1, 362.1, 666.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.3, 217.3, 384.0.1, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyasında birinci icraat

28. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul ol unmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1448/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - Zəki Babayev (məruzəçi), Zaur Əliyev və Vüsalə Baxışova).

31. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə bağışlama müqaviləsini - Cavabdeh1 qardaşı Cavabdeh2 ilə pis niyyətlə razılığa gələrək mənzilin iddiaç ının mülkiyyətində olan hissəsini onun iradəsi əleyhinə Cavabdeh2 bağışlamasını, bununla da iddiaçının iradə ifadəsinin pozulması ilə bağlanması əsası ilə etibarsız saymışdır. Bu zaman apellyasiya məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni iradəsinə zidd olaraq mənzili Cavabdeh2 bağışlamaq barədə müqavilə bağlamaqla etibarnamə ilə onu təmsil edən qızı Cavabdeh1 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, əslində işin hallarına görə iddiaçı ilə Cavabdeh1 eyni mövqedən çıxış etmələrinə, bu halda bağışlama müqaviləsindən uzun müddət ərzində məlumatsız olmasını sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşməsinə, belə olan halda isə Cavabdeh1 iddianı etiraf etməsinin iddia tələbinin həlli üçün əhəmiyyət kəsb etmədiyinə, həmçinin müqavilənin iddiaçının al dadılması ilə bağlanması barədə iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 339.1, 339.2-ci maddələrini hazırki iddiaya düzgün tətbiq etməmişdir.

33. Məhkəmə kollegiyası eyni zamanda, apellyasiya instansiya məhkəməsinin - iddia tələbində göstərilən, iddiaçının bağışlanma müqaviləsinin bağlanmasından xəbərinin olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlanmasına dair dəlillərinə düzgün hüquqi qiymət verməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının qızı Cavabdeh1 xx.xx.2020-ci il tarixdə 10 il müddətinə verdiyi etibarnamədən görünür ki, etibarnamədə digər səlahiyyətlərlə bərabər Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza hüququ ilə iddiaçıya məxsus bütün əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı,...onları təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduqları daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat kontorunda onu təmsil etməyi və digər səlahiyyətləri etibar edilmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi iddiaçının xx.xx.2020-ci il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 10 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır. İddiaçı həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, etibarnaməni hansı məqsədlə verməsindən asılı olmayaraq, qeyd olunan iradə ifadəsinin hələ müqavilə bağlanmamışdan on aya yaxın müddət əvvəl, iddiaçı tərəfindən Cavabdeh1 bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilsə də, işin qeyd olunan halına apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı bağışlama müqavi ləsinin bağlanmasından xəbərdar olmaması və həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını qeyd etsə də, iş materialları və tərəflərin izahatları ilə bu halın təkzib olunmasına, iddiaçı tərəfindən etibarnamənin Cavabdeh1 verilməsinin əsl məqsədinin sonuncu və iddiaçı tərəfindən gizlədilməyə çalışılmasına, iddiaçı və Cavabdeh1 izahatlarının həqiqəti əks etdirib-etdirməməsinə, həmin izahatların ziddiyyətli olmasına da apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qızı Cavabdeh1 etibarnaməni çıxarışın alınması üçün verdiyini qeyd etsə də, sonradan apellyasiya məhkəməsində etibarnaməni pensiya işlərini həll etməsi üçün verdiyini bildirmiş, Cavabdeh1 isə iddiaçı tərəfindən etibarnamənin ona bütün işlərinin görülməs i üçün, daha sonra isə anasının pensiya işlərini həll etməsi üçün verdiyini, həmin etibarnamə ilə ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etməsini, anasına məxsus vaxtı keçmiş bank kartını banka müraciət edərək yenisi ilə dəyişməsini qeyd etsə də, apellyasiya məhkəməsində verdiyi izahatında etibarnamədən yalnız mənzili qardaşına bağışlaması barədə bağışlama müqaviləsinin tərtib edilməsi zamanı istifadə etdiyini bildirmişdir.

35. Lakin bu halda apellyasiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli etibarnamədə iddiaçının Cavabdeh1 onu məhkəmələrdə təmsil etmək səlahiyyəti verməməsinə, həmçinin Cavabdeh1 izahatında qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsinə hüquqi qiymət ver ilməmiş, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində nə kimi mübahisəsinin olmasını, həmin mübahisənin hazırkı işlə bağlılığının olub-olmamasını aydınlaşdırmamışdır.

36. Həmçinin Cavabdeh2 iddiaya qarşı etirazında, vaxtı ilə anasının öz şəxsi istəyi ilə onu yaşadığı mənzilə dəvət edərək birlikdə yaşamağı təklif etməsini, onun da ailəsi ilə birlikdə həmin mənzilə köçməsini, hadisələrin hazırkı məqama gəlib çatmasına səbəbin onun bacısı Sevdanın ailəsinin dağılması ilə bağlı olduğunu, bacısı Sevda boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola bildiyini qeyd etsə də, apellyasiya instansiya məhkəməsi həmin halları, o cümlədən Cavabdeh2 mənzilə hansı tarixdən köçməsini, iddiaçının məhz Cavabdeh2la münasibətlərinin yaxşı o lduğu həmin vaxt bağışlama müqaviləsindən məlumatlı olubolmamasını aydınlaşdırmamışdır.

37. Eyni zamanda, Cavabdeh1 keçmiş əri, onun qardaşı Cavabdeh2 qaynı olduğuna görə, ərindən hansı tarixdə boşanması, qardaşı Cavabdeh2la Cavabdeh1 və iddiaçının münasibətlərinin hansı vaxtdan pozulması hazırkı iddia tələbinin həlli və müddətlərin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, həm də belə olan halda Cavabdeh1 bağışlama müqaviləsi barədə anasına məlumat verməməsi ağlabatan olmadığından, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılaraq hüquqi qiymət verilməli idi.

38. Həmçinin Cavabdeh1 “boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola biləcəyi” ilə bağlı Cavabdeh2 fikrini təkzib edərək, onun özünün iki ot aqlı mənzilinin olduğunu bildirsə də, həmin hala dair məhkəməyə hər hansı sübut təqdim etməməsinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir.

39. Bundan başqa iddiaçı apellyasiya məhkəməsində verdiyi izahatında oğlu Kamilin ailəsi ilə bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü evdə yaşadığını, qızı Sevda boşanandan sonra onu mənzildən çıxardıqlarını bildirsə də, iddiaçının uzun müddət Cavabdeh2 və onun ailəsi ilə birlikdə yaşadığı halda bağışlama müqaviləsindən xəbərsiz olmasını bildirməsinin real və inandırıcı olub-olmamasına, bu halda kəsici müddətin keçib-keçməməsinə məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edib ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığına dair işin hallarına, bağışlanma müqaviləsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməklə bağlanmasına baxmayaraq, həmin müqavilənin etibarsızlığı üçün iradə ifadəsinin zədələnməsi ilə bağlı hallara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

41. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirsə də, oğlu Cavabdeh2 və ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasını, lakin qızı Sevda boşanandan sonra onlarla bir yerdə yaşaya bilmədiyini, uzun müddət, iki ilə yaxın küsülü yaşamasını, qızı Sevda boşanandan sonra onu mə nzildən çıxarmalarını öz izahatında bildirsə də, nə səbəbdən öz mülkiyyəti kimi qəbul etdiyi mənzilindən oğlu Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmağa cəhd göstərmədiyini açıqlamamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan halların müəyyən edilməsi əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddətinin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi baxımından da əhəmiyyət kəsb edir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

42. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 iyun 2025-ci il tarixli, 2(104)-821/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(052)-48/2024 nömrəli qətnaməsi - “x x.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh2 bağışlanması hissədə etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi” hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir (hakimlər Rüfət Məcidov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov).

43. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddiaçının iradəsinə zidd olaraq mənzili Cavabdeh2 bağışlamaq barədə müqavilə bağlamaqla etibarnamə ilə onu təmsil edən qızı Cavabdeh1 tərəfindən aldadılmasını, bu ha lda bağışlama müqaviləsindən uzun müddət ərzində məlumatsız olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bu halları təsdiq edəcək mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

44. Belə ki, İddiaçı izahatlarından və proses zamanı verdiyi bəyanatlardan aydın olmuşdur ki, o, qızı Cavabdeh1 xx.xx.2020-ci il tarixli etibarnaməni verdiyini təsdiqləsə də, etibarnamənin hansı məqsədlə verildiyi barədə fərqli mövqelər sərgiləmişdir, ilkin iddia ərizəsində bu sənədin yalnız çıxarış alınması məqsədi daşıdığını bildirmiş, sonradan isə pensiya işlərinin görülməsi üçün verildiyini qeyd etmişdir ki, bu da onun izahatlarının ziddiyyətli və qeyri-sabit olduğunu göstərir.

45. İddiaçının “bağışlama müqaviləsindən uzun müddət məlumatsız olması” barədə iddiası da obyektiv sübutlarla təsdiqlənməmişdir. Belə ki, o, müqavilə 19 iyun 2021-ci ildə bağlanmasına baxmayaraq, təxminən 2 ilə yaxın müddət ərzində, özü də həmin mənzildə Cavabdeh2 və ailəsi ilə birgə yaşadığı halda, mənzilin artıq öz adına olmadığından xəbərsiz olduğunu iddia etmişdir. Bu hal real həyat təcrübəsinə uyğun gəlmədiyi kimi, bu qədər müddət ərzində xəbərsiz qalması da inandırıcı hesab edilə bilməz.

46. Üstəlik, iddiaçının Cavabdeh2 həyat yoldaşı ilə münasibətlərinin gərgin olduğunu, bu səbəbdən birgə yaşayışın pozulduğunu bildirməsi, tərəflər arasında münaqişələrin olduğunu təsdiqləsə də, bunun bağışlama müqaviləsinin etibarsızlığı üçün hüquqi əsas yaratmadığı aydındır, çünki bu hal yalnız sonradan yaranmış şəxsi münasibətlər müstəvisində formalaşmışdır.

47. Cavabdeh2 izahatında qeyd etdiyi kimi, o, a nası ilə birlikdə yaşamaq təklifi əsasında ailəsi ilə birgə həmin mənzilə köçmüş, anasının təşəbbüsü ilə birlikdə yaşamağa başlamışdır. Bu hal, bağışlama əqdinə iddiaçının əvvəlcədən xəbərsiz olması və ya əqdin onun iradəsinə zidd bağlanması ilə bağlı iddiasına əks arqument kimi çıxış edir.

48. Tərəflər arasında olan ailədaxili münasibətlərin - xüsusilə də Cavabdeh1 həyat yoldaşından boşanması, onun qardaşı ilə münasibətlərdəki ehtimal edilən planlaşdırmalar və gələcəkdə yaşayış sahəsi təminatı ilə bağlı narahatlıqlar fonunda iddianın qaldırılması hüquqi baxımdan yalnız ehtimallara əsaslanan versiyalar kimi qiymətləndirilə bilər və bu səbəbdən, əqdin etibarsızlığı üçün yetərli əsas sayıla bilməz.

49. Cavabdeh1 “anasının göstərişi ilə hərəkət etdiyini” deməsinə baxmayaraq, onun izahatları nda da ziddiyyətlər müşahidə olunur. Belə ki, bir tərəfdən etibarnamə ilə anasının bütün işlərini gördüyünü, anasının pensiya işlərini həll etməsi üçün verdiyini, həmin etibarnamə ilə ilk olaraq hətta Azərbaycan Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə iclaslarında anasının nümayəndəsi qismində iştirak etməsini, anasına məxsus vaxtı keçmiş bank kartını banka müraciət edərək yenisi ilə dəyişməsini qeyd edir, digər tərəfdən isə bağışlama müqaviləsinin anasından gizli və öz təşəbbüsü ilə bağlandığını deyir. Bu izahatlar arasında ziddiyyətin olması, onun izahatlarının da hüquqi baxımdan tam etibarlı qiymətləndirilməsini çətinləşdirir.

50. Lakin işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin mətninin təhlili zamanı aydın olur ki, etibarnamədə Cavabdeh1 iddiaçını məhkəmələrdə tə msil etmək və bu məqsədlə hüquqi prosedurlar həyata keçirmək səlahiyyəti verilməmişdir.

51. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsində nə kimi mübahisəsinin olmasını, həmin mübahisənin hazırkı işlə bağlılığının olub-olmaması aydınlaşdırılan zaman, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyn edilmişdir ki, iddiaçılar X4 və İddiaçı cavabdehlər X3 və X1 qarşı “cavabdehə məxsus yaşayış evinə köçürməklə iddiaçıya məxsus mənzildən çıxarma” tələbinə dair Naftalan Şəhər Məhkəməsinin icraatında mülki iş olmuşdur. Həmin iş üzrə birinci, apelyasiya və kassasiya icraatlarında Cavabdeh1 anasının nümayəndəsi qismində iştirak etdiyi, nə də həmin proseslərdə təmsilçi kimi çıxış etdiyi barədə hər hansı qe ydə və ya təsdiqedici məlumata rast gəlinmir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli Ali Məhkəmə qərarında etibarnamənin təqdim edildiyi və ya müzakirə olunduğu da müəyyən edilməmiş, bu isə cavabdehin iddia etdiyi təmsilçilik faktının sübut olunmadığını bir daha təsdiq edir.

52. Həmçinin Cavabdeh1 məhkəmə iclasında verdiyi “etibarnamə əsasında nümayəndə kimi iştirak etmişəm” izahatı xx.xx.2020-ci il tarixli etibarnamənin məzmununa da ziddir, çünki həmin sənəddə onu məhkəmələrdə təmsil etmək səlahiyyəti açıq şəkildə nəzərdə tutulmamışdır.

53. Həmçinin, Cavabdeh1 “boşandığı üçün gələcəkdə evsiz qala biləcəyinin qarşısının alınması məqsədi ilə hazırkı iddianın qaldılımış ola biləcəyi” ilə bağlı Cavabdeh2 fikrini təkzib etmişdir.

54. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 ilə ərinin nikahlarına xx.xx.2022-ci il tarixli Naftalan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən xitam verilmiş, nikahın pozulması faktı xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bu tarixin özü, onun ailə vəziyyətindəki dəyişikliklərin bağışlama müqaviləsinin bağlandığı tarix - xx.xx.2021-ci illə zaman baxımından üst-üstə düşmədiyini göstərir.

55. Belə olan halda Cavabdeh2, bacısı Cavabdeh1 “boşanma ehtimalı səbəbilə gələcəkdə yaşayış yeri problemi yaranmasın deyə” bu əqdin bağlanmasına şərait yaratdığı və anadan gizlədildiyi barədə izahı vaxt ardıcıllığı baxımından qeyri-müvafiq və məntiqsiz görünür.

56. Əksinə, bağışlama müqaviləsi Cavabdeh1 hələ ailəli olduğu bir dövrdə bağlanmışdır. Bu isə onun “boşanmış qadın kimi gələcəkdə evsiz qalacağı” motivasiyası ilə hərəkət etdiyi versiyasını əsassız və subyektiv bəyanat səviyyəsində saxlayır.

57. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh1 etibarnamə verdiyi dövr ilə bağışlama müqaviləsinin bağlandığı dövr arasında olan müddətə aid heç bir sübut təqdim edilməmişdir ki, bu müddətdə etibarnamənin ləğv olunması üçün cəhd göstərilməsi və ya bu hüquqi əməliyyata qarşı iddiaçının narazılıq bildirməsi müşahidə edilməmişdir. Bu da göstərir ki, etibarnamə hüquqi qüvvədə olmuş və onun əsasında verilmiş sərəncamlara qarşı heç bir müddətli reaksiya göstərilməmişdir.

58. İş materiallarının və tərəflərin izahatlarının təhlili göstərir ki, mübahisəli bağışlama müqaviləsi xx.xx.2021-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmişdir. İddiaçı isə öz izahatında qeyd etmişdir ki, yalnız qızı boşandıqdan, yəni Cavabdeh1 xx.xx.2022-ci il tarixdə həya t yoldaşından boşandıqdan sonra həmin mənzili tərk etmiş və başqa ünvanlarda yaşamağa başlamışdır.

59. Bu isə o deməkdir ki, bağışlama müqaviləsinin bağlanmasından sonra təxminən 1 il 6 ay müddətində iddiaçı həmin mənzildə Cavabdeh2 və onun ailəsi ilə birgə yaşamışdır. Belə uzunmüddətli birgə yaşayış faktı şəraitində iddiaçının mübahisəli əqdin mövcudluğundan və ya mənzilin artıq onun adından çıxarılaraq oğlunun adına keçirilməsindən xəbərsiz qalması real və inandırıcı hesab edilə bilməz.

60. Həmçinin məhkəmə qeyd etmişdir ki, kəsici müddət yalnız hüququn pozulması faktı məlum olduqdan sonra başlasa da, bu anın müəyyən edilməsi üçün obyektiv əsas olmalıdır. Bu əsas olmadıqda, müddətin keçib-keçmədiyini hüquqi cəhətdən dəqiqliklə qiymətləndirmək və bu əsasda iddianın rədd edilməsi mümkün de yil.

61. Bu baxımdan, kəsici müddətin keçib-keçmədiyi barədə hüquqi qiymət verilməsi üçün zəruri şərt olan “hüququn pozulmasından xəbər tutma vaxtı” müəyyənləşdirilmədiyindən, məhkəmə bu əsasla müddətin keçməsini təsdiq edə bilmir.

62. Nəticə etibarilə, məhkəmə hesab etmişdir ki, kəsici müddətin tətbiqi üçün əsas təşkil edən iddiaçının bağışlama müqaviləsinin bağlandığı tarixdən nə vaxt xəbər tutduğu dəqiq sübutlarla müəyyən edilmədiyindən, bu əsasla iddianın müddət baxımından rədd edilməsi mümkün olmamışdır.

63. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 5.3, 6.2, 140, 144.1, 324.1, 324.5,324.6,337.1, 337.2, 337.4, 339.1, 339.2, 354.2, 358.2,359.1, 360.2, 362.1, 362.2, 390.1, 405.1, 560.1, 560.3.4, 666.1, 666.2, 668.1.1, 673.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

64. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-821/2025 nömrəli, 5 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılaraq iddia tələbin təmin olunmasını xahiş etmişdir.

65. Kassasiya şikayəti onunla əsaslandırılmışdır kı, iddiaçının qızı Sevdaya 2020-ci ildə etibarnamə verərkən məqsədi payını oğlu Kamilə bağışlamaq olamamışdır. Həmin vaxt o bilmirdi ki, həyat yoldaşı İsmayıl vəfat edəcək, miras əmlak onların arasında paylara ayrılacaq. Bir də ki, əgər bağışlayırdısa niyə etibarnamə ilə bağışlayardı ki, əksinə özü birbaşa, etibarnaməsiz bağışlayardı. Etibarnamə həyat yold aşının ölümündən əvvəl verilmişdi, onda o bilmirdi ki, yoldaşı öləcək və payı bölünəcək. Beləliklə, mübahisə olunan bağışlama müqaviləsini o bağlamayıb. Son yaşayış yeri olan evini oğluna bağışlamaq fikri belə olmayıb. Əgər bağışlamaq fikri olsaydı şəxsən özü bağışlayardı.

66. Gəncə Apellyasiya məhkəməsində verdiyi ifadəsində, qeyd etmişdir ki, o, həyat yoldaşı ilə birlikdə övladarına ayrı-ayrı ünvanlarda ev alıb bağışlamış, eyni ilə Cavabdeh2 da ev alıb bağışlamışlar. Cavabdeh2 evi təmir etdirdiyini bildirərək ondan yaşadığı evə müvəqqəti, evini təmir edib qurtaranadək köçməsinə icazə verməyini xahiş etmiş, ona yalnız müvəqqəti yaşamağa icazə vermişdi. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh2 evini kirayə vermiş və onun evindən çıxmamışdır. Qərarda qeyd edildiyi kimi o, oğlunu birlikd ə yaşamaq üçün öz mənzilinə dəvət etməmişdi.

67. Yalnız bu yaxınlarda Cavabdeh2 həyat yoldaşı iddiaçı ilə dava etdiyi zaman, onu evdən qovmaq istəyərkən Sevdanın payını onlara bağışlamasını bilib. Yəni 2023-cü ilin axırlarında və dərhal da DƏDRX-nə və Notariat o isinə gedib, bunu araşdırıb məhkəməyə müraciət edib. Hal-hazırda qızı Cavabdeh1 yaşamaq üçün Kanadaya köçmüşdür və övladları ilə birlikdə orada yaşayır. Onun bu mənzilə heç bir ehtiyacı yoxdur.

68. İddiaçı öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələnin 5.3, 152.1, 337.1, 339.1, 354.2, 359.1, 405.1, 560, 666.1-ci və MPM-nin 9, 14.1, 76, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırılmışdır.

69. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmı şdır. b) Kassasiya şikayətinə qarşı etirzaın dəlilləri

70. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

71. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

72. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

73. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

74. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 75. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

76. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

77. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

78. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

79. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

80. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflə rdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

81. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

82. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, et ibarlı olur.

83. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

84. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

85. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təms il edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

86. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

87. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 88. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sa yılır.

89. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

90. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

91. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdi qləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

96. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

97. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

98. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

99. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmas ı apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

100. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müə yyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

101. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

102. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Buna görə də qətnamə ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

103. Belə ki, baxılan mübahisə, iddiaçının mülkiyyətində olan əmlakın (paylı mülkiyyətdə olan payın) t əmsilçi vasitəsilə özgəninkiləşdirilməsi zamanı iddiaçının buna yönələn iradəsinin olmaması ilə bağlıdır.

104. Baxılan işin düzgün həlli üçün əhəmiyyətli olan işin halları bu qərarın 6-cı paraqraflarında müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı tətəfindən qızının “boşanmış qadın kimi gələcəkdə evsiz qalacağı” motivasiyası ilə hərəkət etməsi barədə cavabdehin dəlili təsdiq edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda bildirmişdir ki, “hüququn pozulmasından xəbər tutma vaxtı” müəyyənləşdirilmədiyindən, məhkəmə bu əsasla müddətin keçməsini təsdiq edə bilmir.

105. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə b aşqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

106. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

107. Nəzərə alınmalıdır ki, təmsilçi vasitəsilə bağlanan əqdlərdə, adi müqavilələr üçün müəyyən olunan müqavilənin etibarlılıq şərtləri ilə yanaşı, həm də təmsilçinin səlahiyyətlərinin etibarlılıq şərtləri ödənilməlidir.

108. Çünki hər hansı əqdin qurucu elementi, əqdi n iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyəti və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. Bağışlama əqdində mülkiyyətçi əşyaya mülkiyyət hüququnu başqasına əvəzsiz olaraq verir və bunun qarşılığında hər hansı mənfəət güdmür. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Hər bir halda bağışlama yardım etmə niyyəti, səxavətlilik, təşəkkür etmək və s. kimi motivlərlə müşayiət olunur.

109. Etibarnamədə verilən səlahiyyətlərin həddi etibaredənin iradəsi ilə müəyyən edilir. Etibarnamədə ümumi və geniş səlahiyyətlərin göstərilməsi birbaşa olaraq bütün əməliyyatlara icazə verildiyi anlamına gəlmir. Bu iradə etibarnamənin məzmunu ilə yanaşı, verilmə konteksti, verilmə zamanı mövcud vəziyyət, etibaredənin məqsədi və niyyəti əsasında qiymətləndirilir. Təmsilçilik səlahiyyətləri, mübahisə halında etibarnamə verilən zaman mövcud olmuş ümumi hüquqi vəziyyət çərçivəsində ağlabatan fəaliyyətlə məhdudlaşa bilər. Təmsilçinin səlahiyyət həddi - etibarnamə verildiyi anda etibaredənin real və qarşıya qoyduğu məqsədlə bağlı iradəsi çərçivəsindədir. İradə dedikdə, şəxsin fikrən gəldiyi daxili qərarı (məsələn, əmlakı bağışlamaq, girov qoymaq və s. yönələn arzusu) başa düşülür. İradə ifadəsi isə bu iradənin görünən (xarici) formaya salınmasıdır (məsələn, etibarnamə, müqavilə və s.).

110. Mü lki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

111. Başqa sözlə, əqdin etibarlılığı üçün onun iştirakçıları arasında iradə ilə iradə ifadəsinin uyğunluğu vacib şərtdir. İradə ilə iradə ifadəsi arasında uyğunsuzluq olduqda əqd etibarsız hesab edilir. Eyni zamanda, nümayəndə yalnız etibarnamədə nəzərdə tutulan həcmdə və hədlərdə səlahiyyətləri həyata keçirə bilər.

112. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci ildə verilmiş etibarnamənin mətnində əmlak üzərində sərəncam səlahiyyətləri nəzərdə tutulsa da, həmin tarixdə iddiaçıya məxsus olmayan və yalnız daha sonra, vərəsəlik hüququnun meydana çıxması ilə yaranan əmlak, etibarnamənin veril məsi zamanı iddiaçının real iradəsinin predmeti ola bilməzdi. Həmin pay etibarnamənin verildiyi anda mövcud olmadığı üçün iddiaçının onu bağışlamaq barədə iradəsinin də mövcud olması mümkün deyildi. Məhkəmə kollegiyası bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi iddiaçının real iradəsinə uyğun olmayıb və etibarsız hesab edilməlidir.

113. İşə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamış, maddi və prosessual hüququ normaları pozulmaqla iddia tələbi rədd edilmişdir.

114. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

115. Buna görə də apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

116. MPM-in 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsinin kassasiya məhkəməsinin işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul etmək səlahiyyəti vardır.

117. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılması mümkündür.

118. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 iyun tarixli 2(104)821/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və y eni qərar çıxarılsın. xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh2 bağışlanması hissədə etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunması barədə iddia təmin edilsin. Goranboy rayon Notariat ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-394 reyestr nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin mənzildə İddiaçı məxsus 5/8 payın Cavabdeh2 bağışlanması hissədə etibarsız hesab edilsin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeyd ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar