Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2958/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, buraxılmış prosessual müddətin bərpası barədə ərizə 22.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-250/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəm əsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızıl zinət əşyalarının, olmadıqda onların ümumi dəyəri olan 105.030 manat məbləğində pulun və 395.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elçin Mansırov)
3. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2 (104)- 250/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2)
5. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyası kassasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407 və 408-ci maddələrinin tələbinə uyğunluğunu yoxlayaraq, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-250/2025 nömrəli qərardadı ilə geri qaytarılmış, cavabdehin vəkilinə kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) “Əlavə 3”də nəzərdə tutulan formada tərtib etməklə və qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş dövlət rüsumunu təsdiq edən sənəd əlavə etməklə yenidən müraciət etmə hüququ izah olunmuşdur.
7. Bundan sonra İddiaçı yenidən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunmasını və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-250/2025 nömrəli qətnaməsini almış, elektron mə hkəmə sistemində nasazlıq olduğu üçün kassasiya şikayətini vaxtında verməmiş və beləliklə kassasiya şikayətini verməli olduğu müddəti ötürmüşdür. Göstərdiyi xüsusatları nəzərə alaraq kassasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edib, müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını istəyir.
9. Apellyasiya instansiyası məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(104)-250/2025 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır.
10. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, baxılan vəsatətin düzgün həlli üçün qanunvericiliyin kassasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır.
11. Azərbaycan Re spublikasının MPM-in 405.0.1-ci maddəsinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilir. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-250/2025 nömrəli qətnaməsi İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir.
12. Birinci dəfə verilən kassasiya şikayəti xx.xx.2025-ci ildə daxil olmuş, vəkil tərəfindən imzalanmadığı üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)-250/2025 nömrəli qərardadı ilə geri qaytarılmış, kassasiya şikayəti verən şəxsə qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 15 gün ərzində nöqsanları aradan qaldırandan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd olunan qərardadın surəti İddiaçı elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı ikinci dəfə xx.xx.2025-ci ildə elektron sistem vasitəsilə kassasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, elektron sistemdə texniki nasazlıq olduğu üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etm işdir. Göründüyü kimi, İddiaçı həmin qətnamədən məlumatlı olmuş, lakin qətnamənin qəbul edilməsindən 02 aydan artıq müddət, keçməsinə baxmayaraq kassasiya şikayətini vaxtında verməmişdir.
13. İddiaçı tərəfindən ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir.
14. Kollegiya öz mövqeyini, MPM-in 10-1.1, 10-1.2, 33.1, 128.3, 129, 133.1, 133.2, 133.3, 133.6, 134, 135.1,135.3, 135.5, 135.7, 227.4, 402.2.2, 405.0.1, 408.3 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul olunması nı xahiş etmişdir.
16. Şikayət Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, MPM-in 1, 19, 33.1, 133.1, 133.2, 133.3, 133.4, 133.6-cı maddələrinə istinad etməklə əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı tərəfindən kasassiya şikayəti cəmi 1 gün gecikdirilmişdir. Həmin gecikmənin səbəbi şəxsin elektron kabinetində olan nasazlıqlarla bağlı olmuşdur. Eyni zamanda qətnamə uzun müddət sonra imzalandığından şəxs qətnamənin rəsmi qaydada alınması ilə bağlı olan qaydalara uyğun olaraq məhkəmə qətnaməsinin ona rəsmi poçt vasitəsi ilə göndərilməsini bilmişdir. İddiaçı hesab edir ki, bir gün şikayət verilməsi müddətini ötürülməsi heç də məhkəmənin göstərdiyi problemlərə yol açmamışdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həmdə Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayə tlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi müdafiə tərəfinin qısa bir müddətə şikayət verilməsi müddətinin ötürülməsini nəzərə almaması özlüyündə formallığa varma kimi qiymətləndirilməlidir. Eyni zamanda əlçatan vəsitədən istifadəyə yaradılan formal maneədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
21. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi t ərəfindən qaytarılır.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman MPM-in tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir.
30. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, MPMnin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olduğundan prosessual müddətin üzürsüz səbəbdən bir gün belə ötürülməsi prosessual hüquqları həyata keçirmək imkanını aradan qaldırır və MPM-nin müddətin ötürülməsinin üzürlü səbəblərə görə baş verdiyi sübut edilmədən 133.1-ci maddəsinə əsasən məhkəmənin həmin müddəti bərpa etməsi üçün qanuni əsas mövcud olmur.
31. İşdən görünür ki, iddiaçı birinci dəfə kassasiya şikayətini qanuna tələbinə uyğun tərtib etmədiyindən geri qaytarılaraq nöqsanların aradan qaldırılması üçün məhkəmə tərəfindən 15 gün müddət müəyyən edilmiş, lakin iddiaçı nöqsanları bu müddət ərzində aradan qaldırmamış, yeni kassasiya şikayə tinin qeyd edilən müddət ərzində məhkəməyə təqdim edilməməsinin üzürlü səbəbini göstərməmişdir.
32. Kollegiya qeyd edir ki, hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərindən biri olsa da, bu hüquqların qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində həyata keçirilməsi də hüquqi müəyyənlik və işlərə ağlabatan müddətlərdə baxılması prinsiplərinin təmin edilməsi məqsədi daşıyır.
33. Prosessual müddətin ötürülməsinin səbəbi o zaman üzürlü hesab edilə bilər ki, işdə iştirak edən şəxs (o cümlədən onun nümayəndəsi) həmin halların baş verməsi səbəbindən özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmək imkanında n məhrum olur. Hazırkı halda iddiaçının belə bir sübutu olmadığından məhkəmə ərizəyə düzgün hüquqi qiymət vermişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-250/2025 nömrəli, 30 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.