Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2959/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi və evdə olan cehiz əşyalarının çıxardılaraq boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun müdafiəsi və evdə olan cehiz əşyalarının çıxardılaraq boşaldılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-968/2025 nömrəli iş üzrə 07 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə 6 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xanlar rayon Dövlət texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 06 iyun 2005-ci il tarixli Texniki pasportunun surətindən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən, ümumi sahəsi 52.1 kv.m olan 1 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. 2. ünvan 1ində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Xanlar rayonu İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 iyun 2005-ci il tarixli, 1/18 nömrəli arayışı, Azərbaycan Respublikası Nazirlər Ka bineti yanında Baş Arxiv İdarəsi Xanlar Rayon Dövlət Arxivinin 08 avqust 2005-ci il tarixli, 435 nömrəli arayışına (imza yoxdur) əsasən İddiaçı adına 05 avqust 2005-ci il tarixli, 12/429 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
3. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-181/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə X5 arasında Göygöl rayon Üçtəpə kənd İcra Nümayəndəliyində qeydə alınmış 03 dekabr 2012-ci il tarixli nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X7 və 14 oktyabr 2014-cü il təvəllüdlü X6 adlı uşaqların iddiaçı Cavabdeh himayəsində saxlanılması, 13 sentyabr 2013-cü il təvəllüdlü X7 adlı uşağın cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh X1 17 ok tyabr 2019cu il tarixdən başlayaraq, 13 sentyabr 2013-cü il təvəllüdlü X3 və 14 oktyabr 2014-cü il təvəllüdlü X2 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, hazırda paylı mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evində olan 1 ədəd yataq dəsti (1 ədəd şfaner, 2 ədəd tumba, 1 ədəd termos, 1 ədəd çarpayı və tabletka), 1 ədəd qonaq dəsti (servant, 1 ədəd stol, 10 ədəd stul), 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd jurnalni, 1 ədəd kravat, 1 ədəd paltaryuyan maşın-LG markalı, 1 dəst mətbəx mebeli, 1 ədəd ət çəkən m aşın-simba, 1 ədəd gəlincik çırağı, 2 ədəd gəvə, 2 ədəd vedrə, 2 ədəd böyük ləyən, 1 ədəd zibil qabı, 3 ədəd gül qabı (1 ədəd böyük və 2 ədəd balaca), 1 ədəd gəlinlik güzgüsü, 2 ədəd böyük və 1 ədəd balaca mişka oyuncaq, 2 ədəd çaynik-(1 ədəd balaca və 1 ədəd böyük), 1 ədəd ütü, 4 ədəd alüminium qazan, 5 ədəd şirəli dəst qazan göy rəngli, 5 ədəd ləyən balaca və orta, 3 ədəd tava, 1 ədəd aş süzən, 1 ədəd yekə qazan, 3 ədəd padnus, 2 ədəd üzərik qabı, 1 ədəd tort qabı-ağzı bağlı ağ rəngli, 8 karobka mebelin hissələri, 1 ədəd çamadanda çəngəl və bıçaq dəsti, 1 ədəd krafinka və 6 ədəd bakalı, 1 ədəd meyvə qabı-güllü ağ rəngli, 10 ədəd sadə xrustal stəkan, 2 ədəd meyvə qabı balaca qırmızı və güllü, 2 ədəd şam bakalı, 6 ədəd bakal və 1 ədəd krafinkası, 1 dəst çayni servis, 6 ədəd yaşıl güllü bak al, 2 ədəd qənd qabı qızılı rəngli, 2 ədəd ağ güllü meyvə qabı, 2 ədəd bulud qabı, 5 ədəd aşağısı qırmızı və güllü bakal, 4 ədəd yekə və 2 ədəd balaca yaşıl rəngli kasa, 2 ədəd yekə göy rəngli bulud, 2 ədəd qənd qabı yaşıl rəngli, 2 ədəd sadə kül qabı, 2 ədəd kruşka qırmızı rəngli, 12 ədəd qızılı rəngli nəlbəki, 6 ədəd göy rəngli balaca nəlbəki, 12 ədəd boz rəngli daha da balaca nəlbəki, 1 ədəd ət taxtası, 1 ədəd ağ rəngli servis-6 nəfərlik, 2 ədəd sadə xrustal mürəbbə qabı, 6 ədəd müxtəlif rəngli bakal, 6 ədəd qızılı və qırmızı rəngli bakal, 1 ədəd başı qızılı rəngli krafinka və 6 ədəd bakalı, 6 ədəd güllü və qırmızı rəngli bakal, 6 ədəd rumka, 1 ədəd qırmızı rəngli meyvə qabı yekə, 1 ədəd çayni servis gümüşü rəngli, 1 ədəd karniz və pərdəsi yataq otağı üçün, 1 ədəd lüstr, 1 ədəd divar saatı, 1 ədəd pələng oyuncaq, 1 ədəd uşaq kravatı, 1 ədəd kravat örtüyü çəhrayı rəngli, əl üz dəsmalı işlənmiş 6 ədəd, 3 ədəd qətifə 2-si işlənmiş-1 ədədi təzə, 13 ədəd balınc üzü, 4 ədəd skatert, 8 ədəd prastinya, 8 ədəd çay dəsmalı-2 ədədi işlənmiş-6 ədədi təzə, 1 ədəd hamam dəsti-TAC, 3 ədəd tək adamlıq yorğan mələfəsi, 1 ədəd təzə prastinya, 8 ədəd təzə əl dəsmalı stol üçün, 3 ədəd tək döşək, 6 ədəd tək nəfərlik balınc, 6 ədəd oturaq döşəkçəsi, 4 ədəd tək yorğan üzlükləri üstündə, 1 ədəd spalni yorğan, 3 ədəd mütəkkə, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd pxovlu ədyal, 1 ədəd divan üzlüyünün ona məxsus evindən çıxarılaraq boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə oğlu X5 2020-ci il tarixdə Yevlax rayon Məhkəməsinin q ətnaməsi ilə boşanmışlar, buna baxmayaraq həmin əşyalar onun evində qalmış və əşyaların onun evində qalması onun evinin üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. O cümlədən qeyd olunan əşyaların onun evində qalması həmçinin evinin otağının bərbad hala düşməsinə səbəb olur. Belə ki, cavabdeh müvəqqəti olaraq hazırda onun mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evə gəlin gəlmiş və özünə məxsus əşyalarını da qeyd olunan mənzilə gətirmişdir. Hazırda onun mülkiyyətindəki evdə olan əşyaların siyahısını əl yazma ilə əlavə edir. Hamıya məlumdur ki, sərəncam, istifadə və sahiblik hüququ mülkiyyət hüququnun tərkib elementi olaraq hamılıqla tanınan hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab edilir
6. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz verərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan 2(066)1168/2024 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilən iddia ərizəsi ilə razı deyil və heç bir sübuta əsaslanmadığına görə qanuna zidd və əsassız hesab edilməlidir. Belə ki, bu işə artıq bir dəfə baxılıb, bir qədər də dəqiq desək, həm Göygöl Rayon Məhkəməsi (xx.xx.2024-cü il tarixli, 2(066)-122/2024 saylı Qətnamə), həm də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli (2(104)-903/2024 saylı Qərardad) bu işə baxıb. Gəncə Apellyasiya Məhkəməsi Göygöl Rayon Məhkəməsinin 01 fevral 2024cü il tarixli, 2(066)-122/2024 saylı qətnaməsini ləğv etmiş, iddianı isə zər uri sübutlar əlavə olunmadığı üçün baxılmamış saxlamışdır. İddiaçı qeyd edilən məhkəmə qərarlarına baxmayaraq, yenə də heç bir sənədə, sübuta istinad etmədən sadəcə iddia ərizəsi yazmaqla onu süni şəkildə maddi məsuliyyətə cəlb etməyə çalışır. İddiaçının oğlu X5 ilə aralarındakı nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra onlar bir dəfə qeyri-rəsmi barışmışlar və bir yerdə həmin evdə yaşamışlar. Sonradan iddiaçının onların arasındakı münasibətlərə müdaxiləsi səbəbindən yenidən ayrılmışlar. Həmin vaxtlar ona qarşı heç bir əmlak iddiası qaldırılmamışdır. İndi isə, qətnamədən 4 il sonra ona qarşı əmlak iddiasının qaldırılmasını qanunsuz hesab edir. Belə ki, bu məsələlərdə iddia müddəti 3 ildir. AR Ailə Məcəlləsinin. 36.9-cu maddəsinə ə sasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Növbəti mübahisəli məsələ həmin evin iddiaçıya məxsus olması, başqa sözlə iddiaçının həmin əmlakın mülkiyyətçisi olub-olmaması ilə bağlıdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, həmin mənzil Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçıya məxsusdur və 1 otaqdan ibarətdir. O zaman sual yaranır ki, 1 otaqlı evdə, iddiaçı Yasəmən, onun əri Məmmədov Vidadi, oğlu Məhəmmədəli, cavabdeh Tünzalə və onların iki azyaşlı övladları necə yaşaya bilərdi. Bu məsələ tamamilə yalandır, belə ki, özü həmin evə gəlin köçəndən sonra əri və onun maddi vəsaitləri hesabına həmin torpaq sahəsindəki ev genişləndirilmiş, ikinci və üçüncü otaqlar, əlavə aynabənd tikilmişdir. On un cehiz əşyaları da sonradan tikilən otaqlarda olmuşdur. Hal hazırda da həmin otaqlardadır. Mübahisə predmeti olan əşyalar onun ərinə məxsus olan evdədir və həmin evin İddiaçılə heç bir əlaqəsi yoxdur. İddiaçı ərizəsində etiraf edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ona məxsusdur. Yəni iddiaçı iddia etdiyi evin tam mülkiyyətçisi deyil və digər payçıların da adından iddia irəli sürməsi də qanuna uyğun deyil. Həmin payçılardan biri onun keçmiş əri X4r, O isə öz növbəsində ona qarşı iddia qaldırmır, əksinə onlar barışıb bir ailə kimi yaşamaq istəyirlər. AR Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkə mə qətnaməsində qeyd edilir ki, "Həmin əşyaların iddiaçının evində qalması onun evi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. O, cümlədən qeyd olunan əşyaların iddiaçının evində qalması həmçinin evin otağının bərbad hala düşməsinə səbəb olur”. Lakin iddiaçı həmin halları göstərən və ya təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Baxılan iş üçün əhəmiyyət daşıyan belə halları araşdırmadan, sadəcə iddiaçının şifahi sözlərinə əsasən qətnamə çıxarılması düzgün olmazdı. Hazırda o, öz övladları ilə birgə həmin evə qayıtmaq fikrindədir və onun əri ilə bağlı bu məsələdə problemləri yoxdur. Odur ki, o, uşaqları və əri ilə həmin evdə normal bir ailə kimi birgə yaşamağa hazırdır, lakin iddiaçı hər vəhclə buna maneə olmaq istəyir. Odur ki, qeyd etdiklərinə əsa sən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Göygöl Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) xx.xx.2025-ci il tarixli, 2(066)-295/2025 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh məxsus iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilmiş cehiz əşyalarının İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılması və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının oğlu Məhəmmədəli Məmmədov Cavabdeh ilə 2013-cü ildə faktiki ailə qurduqdan sonra, cavabdeh Göygöl rayonu Üçtəpə kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Qeyd edilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaç ının oğlu ilə cavabdehin arasında olan münasibət pozulduğundan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahları ləğv edilmiş və bundan sonra cavabdeh həmin evi tərk edərək başqa ünvana köçmüş və özünə məxsus cehiz əşyalarını iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxartmamışdır. Tərəflər arasında evdən istifadə ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdehin cehiz əşyalarının iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qalması iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratmaqdadır.
10. Həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir.
11. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbаycаn Respublikаsı Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2 və 157.4-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadən əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)295/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti ilə iddia ərizəsinə təqdim edilmiş etirazın dəlilləri eynilik təşkil edir. Əlavə olaraq birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi) Rəhman Muradov və Mustafa Mustafayev) 2(104)-968/2025 nömrəli 07 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-295/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasında keçmiş gəlinin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin iddia tələbini təmin etməklə cavabdehə məxsus əşyaların mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə gəldiyi nəticəsini qanuni və əsaslı hesab etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verilərək qeyd edilmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152. 4, 152.5, 157.2, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)968/2025 nömrəli, 07 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız iddiaç ının əsassız fikri və tələblərinin nəzərə alınması prosessual hüquq pozuntusudur. İşdə əmlakın yerləşdiyi evin mülkiyyətçiyə məxsus olması ilə bağlı heç bir hal müəyyən edilməmiş, heç bir araşdırma aparılmamışdır. Bundan əlavə, həmin əşyaların iddiaçıya mane olması da sübuta yetirilmir.
20. İşə baxan məhkəmələr tərəflər arasındakı münasibətdən belə nəticəyə gəlir ki, bu işdə iddiaçının mülkiyyət hüququ pozulmuşdur.Lakin məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, bunun üçün məhkəmə növbəti halları müəyyən etməli idi: a) iddiaçının mübahisəli əmlakın yerləşdiyi evə mülkiyyət hüququnun olması; b) iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə maneələrin mövcud olması. İşə baxan məhkəmələr iddiaçının mübahisə predmeti olan əşyaların yerləşdiyi evin mülkiyyətçisi olub-olmaması məsələsinə aydı nlıq gətirməmişdir. Məsələ burasındadır ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mülkiyyətində olan 1 otaqlı evdə olmasını bildirsə də, bu hal kifayət qədər mübahisəlidir. Belə ki, bu halların araşdırılmaması məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Həmçinin işə baxan Gəncə Apellyasiya Məhkəməsi cavabdehin istifadə hüququnun olub-olmaması məsələsini araşdırmaqla, iddia tələbindən kənara çıxmışdır, çünki bu işdə istifadə hüququ mübahisələndirilmir.İşə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini, həmçinin AR Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrini səhvən tətbiq etmişdir. Ümumiyyətlə, bu işdə istifadə hüququnun araşdırılmasına heç gərək də yox idi.
21. Kassasiya şikayətində, Mülki Məcəlləsinin 157.4, 152.5, 228.1, 228.2, Mənzil Məcəlləsinin 30.1, 30.2, Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 88, 77.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlər də əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyət çi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
28. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünü n maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin iddiaçının mübahisə predmeti olan əşyaların yerləşdiyi evin mülkiyyətçisi olub-olmaması məsələsinə aydınlıq gətirməmələrinə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi İddiaçı adına xx.xx.2005-ci il tarixli 12/429 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilməklə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Belə ki, daşınmaz əmlaka sahblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək (mülkiyyət hüququ) isə həmin əmlakın daşınmaz əmlakın ərazilər üzrə qeydiyyat tarixindən yaranır. Bu səbəbdən iddiaç ı mübahisə predmeti olan əşyaların yerləşdiyi evin mülkiyyətçisidir.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair“ 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz ö vladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları va hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddasində nəzərdə tutulan “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxildir.
39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirə n və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş va bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba va nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba va nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri“ anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın gəlini, ərin isə əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr yuxarıda göstərilən qaydada əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-968/2025 nömrəli iş üzrə 07 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.