Məhkəmə qərarları › İş №2(102)-2960/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2960/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2960/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gədəbəy Kommunal Müəssisələri üzrə Kombinatına qarşı iş QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 02 aprel 2025-ci il tarixli 2(104)752/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Gədəbəy Kommunal M üəssisələri Kombinatında rəis vəzifəsini icra edən zaman müəssisənin büdcəsindən deyil, öz şəxsi vəsaiti hesabına təmir-bərpa işlərini aparıdığını və çəkilmiş xərclərə görə müəssisə tərəfindən onun pulunun geri qaytarılmadığını bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Gədəbəy Kommunal Müəssisələri Kombinatına (bundan sonra mətndə-cavabdeh Kombinat) qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8379 manat borc, ödənilmiş 104 manat dövlət rüsumunun, borcun alınması məqsədi ilə xərclədiyi yol xərclərinə görə 100 manat və hüquqi yardımla əlaqədar xərclənmiş 50 manat, cəmi, 8633 manatın alınaraq, ona verilməsini xahiş etmişd ir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 01 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Həmin vəzifəni icra etdiyi müddətdə “ASAN” imza aktiv olmadığından yerli icra hakimiyyəti orqanının tapşırığını vaxtında yerinə yetirmək və ehtimadı doğrultmaq üçün öz şəxsi vəsaiti hesabına kombinata məxsus xüsusi təyinatlı nasaz texnikalara yeni ehtiyyat hissələri almış və sıradan çıxan hissələri təmir etdirmişdir. İşçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə onları mövsümlə əlaqədar zəruri ehtiyac olunan şiş, lapatka, kürək, süpürgə və sair avadanlıqlarla təmin etmişdir. Bu dövr ərzində ümumilikdə kombinata çəkdiyi xərc 8379 ma nat olmuşdur. Çəkdiyi xərclər kombinatın bir sıra işçilərinin iştirakı ilə sənədləşdirilmiş və təsdiqedici sənədlərin surətlərini kombinatın mühasibatlığına təhvil vermişdir. Bu dövr ərzində çəkdiyi xərclərə görə cavabdehin ona olan borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona əsassız olaraq imtina edilmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd mövcüd deyildir. Bundan başqa, ərizəyə əlavə etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar, güya, qeyd etdiyi məsələlərlə əlaqədar məlumatlarının olmadıqları barədə izahatlar vermişlər. Halbuki, həmin məktubda göstərilənlər yalandır. Mü vafiq sənədlər Kombinata təqdim edilmişdir. Məktubda qeyd olunan şəxslər bu faktı təsdiq edə bilərlər. İddia ərizəsinə əlavə edilmiş onun, Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X14, sürücülər X3, X5, X4, X8, X13 və X6 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, 01 fevral 2023-cü 1 tarixdən 04 aprel 2023-cü il tarixədək yəni, Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra edən zaman Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması və şəhər ərazisində yaranmış məişət tullantılarının vaxtı-vaxtmda daşınması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatına məxsus xüsusi təyinatlı texnikalarda yaranmış nasazlığı arad an qaldırılmasını Baş mühəndis İddiaçı öz şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bununla da o, Kombinatın iş əmsalını artırılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə öz töhvəsini vermişdir. Ərizəyə əlavə edilmiş Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X14, briqadir X1, fəhlələr X9, X19 və X11 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatında çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə Kombinatının rəisi əvəzi İddiaçı öz şəxsi vəsaiti hesabına idarəyə avadanlıqlar almışdır. Ərizəyə əlavə edilmiş “Qaimə Fakturalar” ilə çəkdiyi xərclər təsdiq edilmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etsə də, cavabdeh ödəməkdən boyun qaçırmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Cavabdeh Kombinatının rəisi Nümayəndə iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının rəis vəzifəsini müvəqqəti icra etdiyi dövrdə, guya, xərclədiyi vəsaitin qaytarılması ilə əlaqədar müraciəti üzrə araşdırılma aparılmış, mühasibatlıqda hər hansı təsdiqedici sənəd,yəni, akt və ya qaimə aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər sonradan geri tarixlə tərtib edilmişdir. İddiaçı öz vəsaiti hesabına heç bir iş görməmişdir. Bundan başqa, iddiaçının göstərdiyi əməkdaşlar da iddiaçının hər hansı xərclər çəkdiyini təsdiq etməmişlər. Əgər iddiaçının Kombinatın işi ilə əlaqədar şəxsi xərcləri olmuşdursa, xidməti vəzifəsinə görə bilməli idi ki, bunun qaytarılması hər hansı qanun və ya qayda ilə tənzimlənmir, yəni, qaytarılması mümkün deyildir. İddiaçı bunu bilirdi və buna görə də öz şəxsi vəsaitini Kombinat üçün xərcləməzdi. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsi ilə (hakim F.B. Mirzəquliyev) iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdehin ona borcunun yaranması, yaranmışsa belə, borcun miqdarını, həmçinin, yarandığı ehtimal edilən borcun qaytarılması üçün çəkdiyi xərcləri təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddia təmin edilməməlidir.

7. Məhkəmə bu qənaətə gələrkən o halı da nəzərə alıb ki, iddiaçı cavabdehin ondan hər hansı xidmətlərin göstərməsini, xərclər çəkməsini tələb etməsini də sübut etməmişdir. Yəni, cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilməmişdir.

8. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən görülən işlərin səmərəliyinin artırılması məqsədilə xərclər çəkmişdirsə belə, bunu öz təşəbbüsü ilə etmiş və bu əvvəzsiz edilmiş hədiyyə kimi qiymətləndirilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 1091.2 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.3, 106.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci istinadla əsas landırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeyd etdiyi dövr ərzində çəkmiş olduğu xərcə görə kombinatın ona olan kreditor borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatına müraciət etsə də əsassız olaraq onun müraciətinin təmin edilməsindən Azər baycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatı rəisi Nümayəndə imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubu ilə imtina edilmişdir. Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatı rəisi Nümayəndə imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubunda göstərilmişdir ki, qeyd etdiyi məbləğdə xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd (qaimə və s.) mövcud deyildir. Bununla yanaşı ərizəyə əlavə etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar guya qeyd etdiyi məsələlərlə bağlı məlumatlarının olmadıqları barədə izahatlar vermişdirlər. Birinci instansiya məhkəməsində işə baxan hakimdən cavabdeh Kombinatına təqdim etdiyi sənədlərin əslini Kombinatdan götürülməsini xahiş etmi ş, lakin məhkəmə ona irad bildirir ki, sənədlərin əsli səndədir təqdim et, lakin sənədlərin əsli onda olmadığı üçün təqdim edə bilməmiş, lakin bütün sənədlərin kserosurətlərini təqdim etmiş, bu halın nəzərə alınmasını xahiş etmişdir. Əgər məhkəmə sorğu verib o qeyd etdiyi sənədlərin əslinin Kombinatdan götürsəyidi onda hər şey aydın olardı ki, həqiqətən Gədəbəy rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatının ona 8379 manat borcu var. Həmçinin, məhkəmə onun izahatını sübut kimi qəbul etməmişdir. Cavabdeh tərəf isə onun izahatına qarşı öz etirazını və yaxud əsaslandırılmış dəlillərini təqdim etməyibdir, onun izahatı iş üzrə sübut kimi qəbul olunmalıdır. Qeyd olunan prosessual hüquq normasının pozulması onda ifadə olunmuşdur ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, təqdim etdiyi m sübutlar iddianın təmini üçün əsas olduğu halda heç bir qanuni əsas olmadan sübutlarına tənqidi yanaşmış, yanaşmasını qanunun tələbləri ilə əsaslandırmamışdır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulması sübutların düzgün qiymətləndirilməməsində, onun əsassız iddiasının təmin olunmamasında ifadə olunmuşdur.

12. Cavabdeh Kombinatının nümayəndəsi (rəisi) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçının rəis vəzifəsini müvəqqəti icra etdiyi dövrdə, guya, xərclədiyi vəsaitin qaytarılması ilə əlaqədar müraciəti üzrə araşdırılma aparılmış, mühasibatlıqda hər hansı təsdiqedici sənəd, yəni, akt və ya qaimə aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər sonradan geri tarixlə tərtib edilmiş sənədlərdir. Həmin sənədlə rin heç bir hüquqi əsası yoxdur. İddiaçı öz vəsaiti hesabına heç bir iş görməmişdir. Həmçinin aldığı əmək haqqının müqabilində bu işləri görməsi inandırıcı deyildir. Bundan başqa, iddiaçının göstərdiyi əməkdaşlar da iddiaçının hər hansı xərclər çəkdiyini təsdiq etməmişlər. Əgər iddiaçının Kombinatın işi ilə əlaqədar şəxsi xərcləri olmuşdursa, xidməti vəzifəsinə görə bilməli idi ki, bunun qaytarılması hər hansı qanun və ya qayda ilə tənzimlənmir, yəni, qaytarılması mümkün deyildir. İddiaçı öz şəxsi vəsaitini Kombinat üçün xərcləməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- F.Ə. Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş. Muradov və M.Ə.Mustafayev) 2(104)-752/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1070/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsı qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq öz mövgeyini belə əsaslandırmışdır ki, iddiaçı Gədəbəy Kommunal Müəssisələri Kombinatında rəis vəzifəsini icra edən zaman müəssisənin büdcəsindən deyil, öz şəxsi vəsaiti hesabına təmir-bərpa işlərini aparıdığını və çəkilmiş xərclərə görə müəssisə tərəfindən onun pulunun geri qaytarılmadığını bildirmişdir. Həqiqətən də, həmin halları yalnız iddiaçının subyektiv izahatı ilə öz təsdiqini tapmışdır.

15. Göründü yü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni, cavabdehin ona borcunun yaranması, yaranmışsa belə, borcun miqdarını, həmçinin, yarandığı ehtimal edilən borcun qaytarılması üçün çəkdiyi xərcləri təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı cavabdehin ondan hər hansı xidmətlərin göstərməsini, xərclər çəkməsini tələb etməsi də işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.

16. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 72, 125 bənd Vİİ-ci maddələrinə, A zərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1., 386.1., 1091.1., 1091.2., 1092.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.3, 218.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-752/2025 saylı qətnaməsini ləgv edib, işdə olan sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə təkrar baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etəklə əlavə olaraq belə əsaslandılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş onun, Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X14, sürücülər X3, X5, X4, X8, X13 və X6 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, 01 fevral 2023-cü 1 tarixdən 04 aprel 2023-cü il tarixədək yəni, Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra edən zaman Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması və şəhər ərazisində yaranmış məişət tullantılarının vaxtıvaxtmda daşınması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatına məxsus xüsusi təyinatlı texnikalarda yaranmış nasazlığı aradan qaldırılmasını Baş mühəndis İddiaçı öz şəxsi vəsaiti ilə təmir etdirmişdir. Bun unla da o, Kombinatın iş əmsalını artırılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə öz töhvəsini vermişdir. Ərizəyə əlavə edilmiş Gədəbəy Kommunal Müəssisələri Kombinatının yerli Həmkarlar Təşkilatının sədri və icraçısı X14, briqadir X1, fəhlələr X9, X19 və X11 iştirakları ilə tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan və cədvəldən görünür ki, Gədəbəy şəhərinin ərazisindəki park, meydança və küçələrdə mütəmadi təmizlik işlərinin aparılması üçün Gədəbəy Kommunal Müəssisələri Kombinatında çalışan işçilərin xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə Kombinatının rəisi əvəzi İddiaçı öz şəxsi vəsaiti hesabına idarəyə avadanlıqlar almışdır. Ərizəyə əlavə edilmiş “Qaimə Fakturalar” ilə çəkdiyi xərclər təsdiq edilmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etsə də, cavabde h ödəməkdən boyun qaçırmışdır. Hazrkı iş üzrə hesab edib ki, məhkəmə işdə olan sübutlara', o cümlədən dəymiş ziyanla bağlı gəlmiş olduğu nəticə hər-hansı bir sübut əsaslanmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdi. Məhkəmə Kollegiyasının nəzərinə çatdırnaq istəyib ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdi. Bu baxımdan da hesab edib ki, məhkəmə tərəfindən göstərilən prossesual hüquq normalarının tələbləri pozulmuşdu. Qeyd edib ki, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar guya qeyd etdiyi məsələlərlə bağlı məlumatlarının olmadıqları barədə izahatlar vermişdirlər. Gədəbəy Rayon Məhkəməsinin işə baxılarkən iddiaçı məhkəmədən cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına təqdim etdiyi sənədlərin əslini Kombinatdan götür ülməsini xahiş etmiş, lakin məhkəmə ona irad bildirir ki, sənədlərin əsli səndədir təqdim et, lakin sənədlərin əsli onda olmadığı üçün təqdim edə bilməmiş, lakin bütün sənədlərin kserosurətlərini təqdim etmiş, bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə isə baxmayaraq ki, cavabdeh təşkilat dövlət orqanıdı və təbii ki, sənədlərin əslini məhkəməyə təqdim etmək onların marağında deyildi, vəsatəti təmin edib həmin sənədləri tələb etməişdi. İddiaçının isə həmin sənədlərin əslini təqdim etməsi onun imkan xaricindədir.

20. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2., 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 9,, 14.1, 14.2, 77.1,78.2-ci maddələrinə istinad etmişdir. ç) Kassasiya şikayətinə qarşı etirazın də lilləri

21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxm ış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan ap ellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı, cavabdehin onun hesabına və hüquqi əsas olmadan əmlak əldə etməsini sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya inst ansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 02 aprel 2025-ci il tarixli 2(104)-752/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar