Məhkəmə qərarları › İş №2(102)-2961/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2961/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2961/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-804/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ca vabdeh iddiaçının ögey qızıdır. İddiaçı cavabdehin X1 ilə 1988-ci ildə nikaha daxil olmuşdur.

2. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 1 order əsasında xx.xx.1990-cı il tarixdə X5 ayrılmışdır.

3. Mübahisəli mənzil iddiaçının razılığı əsasında xx.xx.2010-cu il tarixdə X3 adına mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

4. X7 ilə iddiaçı arasında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, X7 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür.

5. Mübahisəli mənzil Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabde hin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

6. İddiaçı mübahisəli mənzildə 1990-cı ildən hazıradək qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh YYY qızına qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı əri X5 məxsus olmuşdur. Mübahisəli mənzil nikah dövründə, 1988-ci ildə əldə edilmiş, mənzilin əsas kirayəçisi əri olmuşdur. Sonradan həmin mənzil özəlləşdirilmiş, əri mülkiyyətçi olmuşdur. Mənzildə iddiaçı əri və cavabdehlə birlikdə yaşamışlar. Cavabde h iddiaçının ögey qızıdır, yəni ərinin başqa nikahdan olan övladıdır. Amma onlar bir ailə kimi həmişə mehriban yaşamış, iddiaçı cavabdehi öz qızı kimi böyütmüşdür. İddiaçı cavabdehin atası ilə ailə qurduğu vaxt cavabdeh 2 aylıq körpə olmuşdur. İddiaçının əri X7 öldükdən sonra vərəsəlik qaydasında mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Çünki iddiaçı həmin dövrdə Rusiyada vətəndaşlıq almaq üçün əri ilə formal olaraq boşanmışdı. Lakin boşanmalarına baxmayaraq, iddiaçı əri öldüyü günədək ailə kimi onunla birlikdə yaşamışdır. Həmin vaxt mənzilin vərəsəlik qaydasında cavabdehin adına qeydə alınmasında iddiaçı da cavabdehə kömək etmişdir. Son vaxtlar iddiaçı ilə cavabdehin aralarında münasibət pisləşdiyinə görə cavabdeh iddiaçını mənzilə buraxmamağa başlamışdır. Həmin mənzildə iddia çı keçmiş mülkiyyətçinin ailə üzvü kimi 1988-ci ildən bu günə kimi yaşamaqla həmin mənzildə yaşamaq hüququ əldə etmişdir. Eyni zamanda iddiaçının bütün əmlakları hazırda da həmin mənzildədir. Hazırda cavabdeh mənzilə mülkiyyət hüququ əldə etməsindən istifadə edərək iddiaçını mənzilə buraxmır. Halbuki mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüquqları olan şəxslərin istifadə hüquqlarına xitam vermir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, X1nun Rusiyada yaxşı işləri olduğundan, ölməzdən qabaq mübahisəli mənzildən əlavə olaraq, yeni tikili binada da mənzil almışdır. X1 ölməzdən qabaq məsləhət görmüşdür ki, həmin yeni tikilidə alınmış mən zili iddiaçının adına keçirsinlər. Bundan sonra həmin yeni tikilidə alınmış mənzil iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı adına olan həmin mənzili satmış, mənzilin satılmasından əldə olunmuş vəsaiti isə mənimsəmişdir. Bununla bağlı iddiaçıya qarşı məhkəmədə iddia qaldırsa da, iddia tələbi təmin edilməyib. Hazırda tək yaşayır və atasından ona yeganə qalan 1 otaqlı mənzilə iddiaçının köçürülməsinə etiraz edir.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elmir Hüseynov) 2(060)-158/2022 saylı, 05 may 2022-ci il qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdehin X1 ilə 1988-ci ildə nikaha daxil olm uşlar. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzil ünvan 1 order əsasında X5 ayrılmışdır. xx.xx.2010-cu il tarixdə yuxarıda qeyd edilən mənzil iddiaçının razılığı əsasında X3 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X7 ilə iddiaçının nikahı xx.xx.2014-cü il tarixdə pozulmuş, X7 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölmüşdür. Bundan sonra mübahisəli mənzil, Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-206 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıx arış verilmişdir. İddiaçı 1990-cı ildən hazırki vaxta qədər mübahisəli mənzildə qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır, hazırda Respublika hüdudlarından kənardadır, digər dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildən nikahı pozulduqdan sonra istifadə etməsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır. İddiaçı mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr., bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil idddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.

13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçının cavabdeh ilə hər hansı bir etibarlı ailə əlaqələri mövcud deyil, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyəti yoxdur. İddia çının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqları aradan qalxmışdır, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və həmin dövrdə mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və buna görə də mübahisə həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir.

15. Birinci instansiya məhkəməsi 1982-ci il Mənzil Məcəll əsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarları və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9cu bəndinə əsasən iddianı təmin etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməs ini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərinə düzgün əməl etməmişdir. Mənzil iddiaçının yeganə yaşayış yeri olduğu halda, məhkəmə həm Mənzil Məcəlləsinin, həm də Konstitusiyanın mənzil hüquq normasını pozaraq, iddiaçını yeganə yaşayış yerindən məhrum etmişdir ki, bu halda da qətnamə qanuni hesab edilə bilməz. Belə ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ da mülkiyyət hüququnun bir hissəsidir. Onun bu mənzilə dair sahiblik və istifadə hüquqları vardır və mülkiyyətçi olmasa da, mülkiyyətçi hüquqlarına malikdir. Məhkəmə isə qətnamə qəbul edərkən bunu nəzərə almamışdır. Məhkəmə prosessual hüquq normalarının tələblərini də pozmuş, işin hallarını, tərəflərin hansı hüquqi münas ibətində olmalarını və tətbiq edilməli olan maddi normalarını düzgün müəyyən etməmiş, işin araşdırılan və müəyyən olunan halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının ilk gündən mübahisəli mənzildə yaşayaraq istifadə hüququ qazanmasını, onun razılığı ilə mənzilin özəlləşdirilməsini, cavabdeh ilə 30 il ailə münasibətlərində olaraq anabala kimi bu mənzildə yaşamasını müəyyən etdiyi halda hesab etmişdir ki, iddiaçı bu mənzildə yaşamır və bu mənzilə heç bir ehtiyacı yoxdur. 2021-ci ilin sentyabr ayında cavabdeh iddiaçını mənzilə buraxmayana qədər mənzilin bütün xərclərini iddiaçı ödəyib. Bununla da, Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüquqları mövcuddur.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Səyya d Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) 2(105)1480/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının cavabdeh X2 mərhum atası Ələkbər Əsədovla 1988-ci ildən nikaha daxil olması, mübahisəli mənzilin xx.xx.1990-cı il tarixdə ünvan 1 order əsasında mərhum X6 verilməsi və iddiaçının həmin mənzildə köçüb yaşaması, eləcə də mənzilin xx.xx.2010-cu il tarixdə iddiaçının razılığı əsasında mərhum X4 adına özəlləşdirilməsi, X8 ilə iddiaçı arasında olan rəsmi nikahın xx.xx.2014-cü il tarixdə pozulması və X4 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölməs i, bundan sonra mənzilin vərəsəlik şəhadətnaməsi əsasında cavabdehin adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilməsi işin mübahisəsiz halıdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədə olduğu üçün iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir.

21. Apellyasiya instansiyası məhkəməsi “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçə sində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına da istinad edərək qeyd edib ki, ailə üzvləri mənzilin özəlləşdi rilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvl ərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin Qərarlarına, o cümlədən işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququ yarandığından və onun bu hüququ itirilmədiyindən, eləcə də iddiaçının 2021-ci ilədək həmin mənzildə yaşamasını cavabdehin etiraf etməsi, həmin mənzilin mülkiyyətçisinin dəyişilməsi iddiaçının mübahisəli mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1982-ci il Mənzil Məcəlləsinin 53, 123-cü maddələri, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsində birinci icraat

25. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023cü il tarixli, 2(102)-376/2023 nömrəli qərarı ilə (hakimlər A.Abbasov (mərizəçi və sədrlik edən), E.Vəli yeva və E.Şamayev) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1480/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia tələbi mənzilə köçürülmə barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, mübahisəli mənzil əri ilə nikahda olan vaxt 1990-cı ildə dövlət tərəfindən ərinə order əsasında verilmişdir və həmin vaxtdan mənzildə qeydiyyatda olmaqla orada yaşayıb, mənzilin ərinin adına özəlləşdirilməsinə razılıq vermişdir.

28. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətinin 1982-ci il tarixli Mənzil Məcəlləsinin normaları baxımından niz amlanmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

29. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən İddiaçı mübahisəli mənzil üzərində istifadə hüququnu itirməməsi nəticəsinə gələrkən İddiaçı 2021-ci ilədək həmin mənzildə yaşamasının Cavabdeh tərəfindən etiraf edilməsinə istinad etməsini əsaslı saymamışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı nə iddia ərizəsində, nə də onun nümayəndəsi birinci instansiya məhkəməsində İddiaçı mübahisəli mənzildə 2021-ci ilədək yaşaması barədə hər hansı dəlil irəli sürməmişdir.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, yalnız apellyasiya şikayətində və apellyasiya baxışında İddiaçı nümayəndəsi (vəkili) İddiaçı 2021-ci ilin sentyabr ayınadək mübahisəli mənzildə yaşamasını bildirmişdir. Cavabdeh isə həmin faktı etiraf etməsi apellyasiya baxışının məhkəmə iclas protokolundan görünməmişdir. Buna görə də İddiaçı 2021-ci ilədək mübahisəli mənzildə yaşamasının cavabdeh tərəfindən etiraf edilməsinin nə ilə müəyyən edilməsi iş materialları ilə təsdiq edilməmişdir.

32. Əksinə, Cavabdeh iddiaya etiraz olaraq İddiaçı əri ilə nikahının pozulmasından sonra (2014-cü ildən) mübahisəli mənzildə yaşamamasına istinad etmiş, bu xüsusatla bağlı iddiaçının Rusiya Federasiyasında yaşaması, onun Rostov şəhərində vergi ödəyicisi kimi qeydə alınması, İddiaçı başqa bir mənzili olması, həmin mənzili satması barədə sübutlar (arayış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və s.) təqdim etmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası mə hkəməsi iddiaya etiraz olaraq cavabdehin Cavabdeh istinad etdiyi hallarla bağlı sübutlara qiymət verməmişdir, bu sübutları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarında əks edilən hüquqi mövqeyi baxımından həmin Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin işin qeyd edilən halına tətbiqinin mümkünlüyü məsələsini də araşdırmamışdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mənzil Məcəlləsinin (1982) 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digə r yaşayış sahəsinə köçdükdə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci bəndində göstərilənlərə əsasən bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

36. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilən halına görə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası olmuş və həmin iddia Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə hazırki İddiaçı nümayəndəsinin verdiyi izahata görə İddiaçı Rusiya Federasiyası vətəndaşlığını əldə etmək istəyi olmuş, ərinin vəfatından sonra birgə nikah dövründə əldə etdikləri mənzili Cavabdeh adına keçirtmiş, Cavabdeh da könüllü olaraq MTK-ya ərizə verərək öz pay hüququndan imtina etmişdir.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən qətnamədə İddiaçı nümayəndəsinin göstərilən izahatının Cavabdeh etirazının dəlillərini nə dərəcədə təsdiq edib-etməməsini araşdırmadan kənarda saxlamışdır.

38. Məhkəmə kollegiyası bildirmişdir ki, Mülki Prosessu al Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin istinad etdiyi sübutlar qətnamənin əsaslandırıcı hissəsində göstərilməlidir.

39. Məhkəmə kollegiyası əlavə etmişdir ki, işin halı müvafiq sübutların qiymətləndirilməsi yolu ilə müəyyən edilmədiyi üçün belə olan halda, gəlinən nəticə də işin hallarına uyğun sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi) L.Məmmədova və L.Rəhimli) 2(105)-804/2022 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-158/2022 saylı q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiyası müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə ərindən boşandıqdan sonra həmin ünvanda yaşamamış, Rusiya Federasiyasına gedərək orada yaşamaqla yanaşı, həm də həmin dövlətdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzildə qeydiyyatı formal olaraq qalmışdır. Mülki işin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının ərindən boşandıqdan sonra mülkiyyətində Sumqayıt şəhəri, 6-cı mkr., bina 11A-da 166 saylı mənzil olmuş və həmin mənzil onun tərəfindən xx.xx.2021-ci il tarixdə digər şəxsə satılmışdır.

42. Bundan başqa, işin müəyyən edilən halına görə cavabdehin iddiaçıya qarşı pul tələbinə dair iddiası olmuş və həmin iddia Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 20 21ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə hazırki iddiaçının nümayəndəsinin verdiyi izahata görə iddiaçının Rusiya Federasiyası vətəndaşlığını əldə etmək istəyi olmuş, ərinin vəfatından sonra birgə nikah dövründə əldə etdikləri mənzili cavabdehin adına keçirmiş, cavabdeh də könüllü olaraq MTK-ya ərizə verərək öz pay hüququndan imtina etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması, eləcə də iddiaçının cavabdehə məxsus yaşayış evində qeydiyyatda olmasına baxmayaraq xeyli müddətdir ki, çıxıb getməsi və qeydiyyatda olduğu evdə yaşamaması sübuta yetirilir. Göstərilən halların məcmusunu rəhbər tutmaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kənar şəxsin cavabdehin mülkiyyətində olan evə yenidən qayıtmaq istəyi sonuncuya məxsus olan yaşayış evi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı sözügedən mənzilin keçmiş sаkini olmuş, işləmək və daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və getdiyi ünvanda daimi olaraq işləməklə yanaşı həm də yaşamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. Bundan əlavə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının daimi olaraq mübahisəli mənzildən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin mənzilə qayıtm aq istəyi mənzilin mülkiyyətçisi olan cavabdehin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də cаvаbdehin «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-804/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən prosesual normanın tələblərini pozmuşdur. Belə ki, məhkəmə işin hallarını, tərəflərin hansı hüquqi münasibətdə olmalarını və tətbiq edilməl i olan maddi normaları düzgün müəyyən etməmişdir və işin araşdırılan və müəyyən olunan halları üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının bu mənzildə alınan gündən yaşayaraq istifadə hüququ qazanmağını, iddiaçının razılığı ilə bu mənzilin özəlləşdirilməsini, cavabdehlə 30 ildir ailə münasibətlərində olaraq ana-bala kimi bu mənzildə yaşamasını müəyyən etdiyi halda, bu barədə səhv nəticəyə gəlmiş və belə hesab etmişdir ki, iddiaçı bu mənzildə yaşamır və bu mənzilə heç bir ehtiyacı yoxdur. Cavabdeh hər hansı bir qarşılıqlı iddia verməmiş və iddiaçının mənzildə yaşamaq hüququnu mübahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının guya uzun müddət mənzildə yaşamamasına əsaslanaraq (əslində iddiaçı mübahisə düşənə qədər mənzildə yaşamışam və cavabdeh əvvəlki məhkəmələrdə bunu təs diq etmişdir), bu barədə tələb olmadan iddiaçının mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi qənaətinə gəlmiş, bu zaman Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etmişdir. Cavabdeh son məhkəmə iclasında onun atası ölən gündən guya iddiaçının həmin mənzildə yaşamadığını, başqa yerlərdə yaşadığını bildirmiş, lakin bunu təsdiq edən hər hansı qanuni sənəd (MİS-in tərtib və təsdiq etdiyi akt və ya qonşuların şahid ifadələri və sairə) təqdim edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

49. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin ica rə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

50. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlan ır.

51. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

52. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı

53. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-c i maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərar ı

54. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

55. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi ü zərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

56. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsasən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandrma ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

69. Baxılan işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı həmin mənzilə 01 oktyabr 2009-cu il tarixədək olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən istifadə hüququ əldə etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, iddiaçı sözügedən mənzilin keçmiş sаkini olmuş, işləmək və daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və getdiyi ünvanda daimi olaraq işləməklə yanaşı həm də yaşamışdır. İddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını cavabdehin evindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir. 7

0. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması ilə məhkəmə kollegiyası razılaşır.

71. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

72. Həmin maddəyə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İc arədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

73. İddiaçının işləmək və daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir.

74. Bu hal onu göstərir ki, iddiaçı uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmışdır.

75. Kollegiya, bu mövqe ilə razılaşaraq, həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ ailə münasibətləri çərçi vəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir.

76. İddiaçı kassasiya şikayətində, cavabdehin qarşılıqlı iddia verib iddiaçının mənzildə yaşamaq hüququnu mübahisələndirmədiyi halda məhkəmə tərəfindən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etməklə iddiaçının mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə gəldiyi nəticənin qanuna zidd olduğunu bildirmişdir.

77. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə razılaşmır. Çünki hər bir halda iddiaçının mübahisəli yaşay ış sahəsinə köçməyə subyektiv hüququnun olub-olmaması (bu hüququn yaranması və davam etməsi) məhkəmə tərəfindən tam yoxlanılmalıdır. Mənzildən istifadə hüququnun yaranması iddianın təmin edilməsi üçün yetərli deyil. Çünki qanunun müəyyən etdiyi şərtlərin mövcudluğunda bu hüquq itirilmiş hesab olunur. Buna görə də mənzilə köçürülmə barədə iddialara baxılanda məhkəmə tərəfindən eyni zamanda bu hüququn itirilməməsi də araşdırılmalıdır.

78. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-804/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar