Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2964/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 (Cavabdeh2 hüquqi varisi), Cavabdeh3 və Şəmkir rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şəmkir rayon 1 saylı Notariat Ofisi və X6 cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(104)-974/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilən kassasiya şikayətinə dair işə 22 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Şəmki r rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsi 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 7000 manat müqabilində Cavabdeh3 satılmışdır. Torpaq sahəsi üzərində sənədsiz tikili olmuşdur. 2.Həmin alqı-satqı müqaviləsi əsasında əmlaka dair torpaq sahəsi iki hissəyə ayrılaraq 0.0179 ha hissəsinə 26 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 0,04205 ha hissəsinə 09 sentyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 3.Cavabdeh2 10 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. 4.İddiaçı mərhum Cavabdeh2 oğlu Ruslan Əsədovla xx.xx.2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)24 74/2023 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh3, X1, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Şəmkir rayon 1 saylı Notariat Ofisi və X6 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-927 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddiaçının keçmiş əridir. Üçüncü şəxs X6 ilə xx.xx.2005-ci ildə ailə qurmuşlar və xx.xx.2023-cü ildə ayrılmışlar. X6 ilə ailəli olduğu müddətdə X4 atası Cavabdeh2 məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində onların razılığı ilə bir mərtəbəli ümumi sahəsi 84.4 kv.m qeyri yaşayış binası inşa olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinə dair Şəmkir RİH Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən qeyri- yaşayış sahəsinə layihə tərtib edilmişdir. 2020-ci il tarixdən hazırkı vaxtadək həmin qeyri-yaşayış sahəsində onun tərəfindən gözəllik salonu kimi fəaliyyət göstərməkdədir. Bir neçə ay bundan əvvəl Cavabdeh2 onun gözəllik salonunun olduğu qeyri-yaşa yış sahəsinin yerləşdiyi torpaq sahəsini digər Cavabdeh3 satmışdır. O 4 ildən artıq müddətdir ki, Cavabdeh2 məxsus torpaq sahəsinin üzərində inşa edilmiş qeyri yaşayış sahəsində gözəllik salonu fəaliyyəti ilə məşğul olur. Həmin tikintinin aparılmasına Cavabdeh2 razılığı olmuşdur. X6 ilə ayrıldıqdan sonra ona heç bir məlumat və razılığı alınmadan torpaq sahəsini Cavabdeh3 satmışdır. Həmin torpaq sahəsinin üzərində ona məxsus qeyri-yaşayış binası olması və həmin torpaq sahəsinin satılması nəticəsində onun hüquqları pozulmuşdur. Cavabdehlər torpaq sahəsini satarkən və alarkən ona heç bir məlumat verməmişlər. Cavabdeh3 həmin torpaq sahəsini satın alarkən həmin torpaq sahəsinin üzərində tikili olduğunu və həmin tikilinin onun tərəfindən istifadə olunduğunu görmüşdür. Qeyd olunanlara əsasən Ca vabdeh2 ilə X6 arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və X4 adına verilmiş çıxarış ləğv edilməlidir.
7. Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, sözü gedən torpaq sahəsini Cavabdeh2 65000 manat müqabilində almışdır. Torpaq sahəsinin alqı-satqı müqaviləsindən sonra Çıxarış alınmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi.
8. Cavabdeh,eyni zamanda Cavabdeh2 hüquqi varisi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu Ruslan Əsədov iddiaçı ilə 2005-ci ildə ailə qurmuşlar. Həmin torpaq sahəsində iddiaçının qeyd etdiyi tikilini onlara məxsus digər torpaq sahələrini və mal-qaranı satıb pulu ilə tikmişlər. Gözəllik salonunun təmirində və tikintisində heç bir köməyi dəyməmişdir. 2023-cü ildə torpaq sahəsi Cavabdeh3 65000 manat qar şılığında satılmışdır. İddiaçıya 65000 manat məbləğində pul vermişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. Hal-hazırda torpaq sahəsi satılmışdır. Əmlak onların birgə əmlakına daxil olmamış və iddiaçı həmin əmlakın tikintisində heç bir maddi köməklik etməmişdir. Bundan başqa həmin torpaq sahəsi satılan zaman iddiaçıya da onun iştirakı ilə pul verilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. 10.Şəmkir Rayon məhkəməsi 2(076)-193/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim H.K.Məhəmmədi) iddia rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları və işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə hazırki mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi əsasında mərhum Cavabdeh2 mülkiyyətində olan və Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsini (torpaq sahəsi paylı və ya birgə mülkiyyətdə deyil) özgəninkiləşdirmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə JN-1189A KOD 50402016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Cavabdeh2 mülkiyyətinə verilmişdir. 12.Mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblər inə uyğun olmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Lakin, iddiaçı məhkəmə prosesi zamanı müqavilə bağlanarkən onun hansı əsasla razılığının tələb olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan cavabdehlər tərəfindən iddiaçıya torpaq sahəsinin alqı-satqısına görə 65000 manat məbləğində pul verildiyi müəyyən edilmişdir. 13.Məhkəmə hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. 14.Bu mənada, məhkəmə hesab edib ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. 15.Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışların ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edib ki, iddianın həmin hissəsi də əsassızdır. 16.Məhkəmə hesab edib ki, mübahisəli torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpağa dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair hissədə iddia təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpağa dair Cavabdeh3 adına verilmiş hüquqla rın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməməlidir. 17.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 337.1 və 337.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233.1 və 360-cı maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat: 18.Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 2(076)-193/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxartmışdır. Belə ki, üzərində 1 mərtəbəli tikili olan torpaq sahəsinin cəmi 7000 manata satılması özözlüyündə əqdin yalancı əqd olmasının göstəricisidir. Digər tərəfdən daşınmaz əmlak alqı-satqı olunarkən və həmin əmlaka çıxarış verilərkən müvafiq orqan tərəfindən torpağın üzərində tikililərin olub-olmaması araşdırılmalı, belə bir hala rast gəlinərdisə imtina verilməliydi. Ola bilməzdi ki, DƏDRX-nin əməkdaşları ölçü işləri apararkən torpaq sahəsinin üzərində həmin tikilini görməyib. Eləcədə hazırkı mülkiyyətçi də həmin tikilini görmüşdür. Çıxarış qanunun tələblərinə zidd olaraq verilmişdir. 20.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2025-ci il tarixli, 2(104)-974/2025 nömrəli (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehdiyev, M.Ə.Mustafayev ibarət tərkibdə) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(076)-193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 21.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan əmlakın satıcısını təmsil edən şəxsin adına hüquqi qüvvədə o lmuş etibarnamə verildiyi, torpağın dəyərinin notariat ofisinin depozit hesabından satıcıya ödənildiyi müəyyən olunur. 22.Bir sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirib. 23.İddiaçının hazırkı iddia üzrə başlıca dəlili ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikili inşa etmiş, torpağın mülkiyyətçisinin onun tərəfindən aparılmış tikinti işləriindən məlumatı olmuş, lakin torpaq sahəsinin satılması nəticəsində o, həmin tikilidən məhrum olmuşdur, lakin 0.07 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikint i aparmış şəxs, habelə başqa əqd əsasında belə bir tikintini əldə etmiş şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya sayılmır. Hazırkı işdə də mərhum Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə927 reyestr nömrəli 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi Şəmkir rayonu Çinarlı qəsəbəsindəki 0.07 ha torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə münasibətdə deyil, məhz elə həmin torpaq sahəsinin alqı-satqısı məqsədilə bağlanmışdır. Başqa sözlə, torpaq sahəsi üzərindəki tikili alqı-satqının predmeti olmamışdır. 24.Odur ki, həmin tikili özbaşına tikinti sayıldığından və tikintini aparmış şəxs (iddiaçı) tikiliyə mülkiyyət hüququ əldə etmədiyindən tikintinin yerləşdiyi torpaq sahəsinə dair qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsi etibarsız say ıla bilməz. 25.Bununla belə, apellyasiya baxışı zamanı təqdim olunmuş CD diskdəki video yazı tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikilinin alqı-satqısı ilə bağlı Cavabdeh3 tərəfindən iddiaçıya 65000 manat pul verilmişdir. İddiaçı tərəf də apellyasiya baxışı zamanı verdiyi izahatında bunu təsdiq etmişdir. 26.Belə ki, Şəmkir rayonu Çinarlı qəsəbəsindəki 0.07 ha torpaq sahəsinin dəyəri torpağın mülkiyyətçisinə, torpağın üzərində yerləşən özbaşına tikilinin dəyəri də iddiaçıya cavabdeh (əmlakın alıcısı) Cavabdeh3 tərəfindən ödənilmişdir. 27.65000 manat vəsait qaynatasına məxsus 0.07 ha torpaq sahəsinin üzərindəki tikiliyə görə deyil, əri ilə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin alqı-satqısına görə Cavabdeh3 tərəf indən ona ödənilməsi barədə iddiaçı tərəfin dəlili də kollegiya əsassız sayıb. 28.Ona görə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi üçüncü şəxs X6 (iddiaçının keçmiş əri) ünvan 1 ünvanında yerləşən 0.095 ha torpaq sahəsini 6000 manat müqabilində Cavabdeh3 satmış, satıcının arvadı olan iddiaçı da birgə nikah dövründə əldə edilmiş əmlakın özgəninkiləşdirilməsinə notariat qaydada razılıq ərizəsi vermişdir. 29.Məhkəmə kollegiyası işin hallarını nəzərdən keçirərək qeyd edib ki, əgər iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsi etibarsız hesab edilərsə bu halda mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh3 da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər. 30.Gəldiyi qənaətə uyğun olar aq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (çıxarışın ləğvi) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayıb, çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. 31.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasınnın Konstitusiyasının 13 və 29cu maddələrinin 1,2,3 və 4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 139.1, 152.1, 180.2, 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 567 və 646.1-ci maddələrinə, Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 10-1, 14.1, 77.1, 88, 217.1, 217.3, 372.6, 37 2.7, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
32. İddiaçı kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-974/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətində göstərilən işin faktiki hallarına istinad edilməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, iddiaçının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi işin halları üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, o, torpaq sahəsinə və tikiliyə görə cəmi 130.000 (yüz otuz min) manat məbləğində pul vermişdir, həmin məbləğin 65.000 (altmış beş min) manatı iddiaçının keçmiş əri X5, 65.000 (altmış beş min) manat hissəsi isə iddiaçıya verilmişdir. Təbii sual yaranır ki, iddiaçıya verilən 65.000 (altmış beş min) manat pula tikilinin dəyəri də daxildirsə, hansı səbəbdən 130.000 (yüz otuz min) manat pul tərəflər arasında bərabər bölünür və iddiaçıya tikilinin dəyərinə görə daha çox məbləğdə pul ödənilmir. Bununla yanaşı X4 izahatında iddiaçının torpaq sahəsinin maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe satılmasına razı olmadığı və tikilidən çıxmadığı müəyyən olunur. Bu halda torpaq sahəsinin və (dəlillər) üzərindəki tikilinin iddiaçının razılığı olmadan satıldığını bir daha təsdiq edir. Məhkəmənin tikilinin özbaşına tikili olması və onu əldə etmiş şəxsin ona mülkiyyət hüququ əldə etməməsi, həmin tikilinin müstəqil daşınmaz əşya sayılmaması barədə gəldiyi nəticə də tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına tikilinin eskiz layihəsi əlavə edilmişdir və həmin sənəddən tikilinin aparılmasının Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırıldığı və tikinti aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq qaydada müvafiq icra hakimiyyəti orqanına məlumat verildiyi müəyyən edilir.
34. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitutsiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 180.2, 324, 329.1, 329.2, 331.1, 334.1 və 337.1-ci m addələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77.1-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 35.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 36.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 37.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 38.Maddə 135.4. Torpaq sahəsi və torpaq la möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 39.Maddə 52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri: 42.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 43.Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
46. Məhkəmə kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, hər hansı müqavilənin etibarlılığı onun tərəfi olmayan üçüncü şəxslər tərəfindən mübahisələndirilərkən məhkəmə ilk növbədə həmin şəxsin müqaviləni mübahisələndirməyə subyektiv hüququ olub-olmadığını, yəni həmin müqavilənin bağlanması nəticəsində üçüncü şəxsin hüquqlarının pozulub-pozulmadığını yoxlamalıdır. 47.Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmış torpaq sahəsi üzərində hər hansı hüququ olmamışdır.
48. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalar vahid daşınmaz əşya olaraq vahid mülkiyyət obyekti olduğundan mülkiyyətçi Cavabdeh2 özünə məxsus torpaq sahəsini üzərindəki tikili ilə birlikdə özgəninkiləşdirmək hüququ olmuşdur. İddiaçı həmin tikilinin onun vəsaiti hesabına inşa edildiyini iddia etsə də, cavabdehlər buna etiraz etmiş, iddiaçı tərəfindən isə bu hal məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilməmişdir. 49.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özgəninkiləşdirilmiş torpaq sahəsi üzərindəki tikilinin onun vəsaiti ilə inşa edildiyini sübut etmiş olsaydı belə, bu ona mülkiyyətçinin öz əmlakı na sərəncam verilməsi barədə bağladığı müqaviləni mübahisələndirmək hüququ vermir. Belə ki, MM-nin 157.7-ci maddəsində əmlaka vicdanlı sahiblik etmiş şəxsin mülkiyyətçidən əmlakın yaxşılaşdırılması və dəyərinin artırılması üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulur. 50.Kollegiya kassatorun tikili üzərində hüquqlarının qeydə alınmasına “qanuni gözlənti”si olduğunun nəzərə alınmadığına dair dəlili ilə bağlı qeyd edir ki, MM-nin 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki qanunvericiliyə əsasən torpaq sahəsində inşa edilmiş özbaşına tikiliyə gələcəkdə mülkiyyət hüququ əldə etməyə “qanuni gözlənti” yalnız torpağın mülkiyyətçisinə məxsus olduğundan kassatorun bu dəlili də əsassız hesab edilir.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2025-ci il tarixli 2(104)-974/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.