Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2965/2019 26.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkil1,vəkil 2 iştirakı ilə, Cavabdeh Həsənova Şəfiqə Xanlar qızının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)10275/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Ş.Mirzəzadə) 2(004)-4611/2018 nömrəli, 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəriünvan 1 yerləşən yarımçıq tikilmiş binadan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilməsi, Bakı şəhəri ünvan 1 yerləşən və İddiaçı məcburi köçkün kimi məskunlaşdığı otaqlara sahiblik və istifadə hüququnu həyata keçirməyə Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Qurbanov) (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov) 2(103)-10275/2018 nömrəli, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4611/2018 saylı mülki iş üzrə qəbul etdiyi 14 iyun 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və iddiaçıya yaşayış yerində törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri ünvan 1 yerləşən “xxxx” ASC-nin balansında olan yarımçıq tikilmiş binadan istifadə hüquqlarına xitam verilməsi və ona həmin ünvanda yerləşən və məcburi köçkün kimi məskunlaşdığı otaqlara sahiblik və istifadə hüququnu həyata keçirməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cav abdeh 2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10275/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı nümayəndəsi və vəkil1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10275/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh Cavabdeh1 23.05.1996-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra iddiaçı cavabdehlərlə ilə birgə məcburi köçkün kimi ünvan 1 “xxxx” ASC-nin balansında olan yarımçıq tikilmiş binada məskunlaşmışdır. Nikah Cəbrayıl Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli 2(072)-37/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Hal-hazırda iddiaçı həmin yaşayış sahəsində yaşamır və evin qıfılı Cavabdeh2 tərəfindən dəyişdirilmişdir. İddiaçı bildimişdir ki, nikahı pozulduqdan sonra məcburi köçkün kimi qeydiyyatda olduğu ünvan 2 yerləşən yarımçıq binadakı otağında yaşamağa cavabdehlər tərəfindən imkan verilmir. Tez-tez qapının qıfılı dəyişdirilir və iddiaçı öz otağından istifadə edə bilmir. Məcbur qalıb qohumlarının evinə gedir, ev əşyalarından və geyimlərindən istifadə edə bilmir. Keçmiş əri Cavabdeh1 isə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 2-ci massivdə ev tikdirmiş, faktiki olaraq anası ilə orada yaşayır, lakin iddiaçıya yarımçıq binada olan otağında yaşamağa imkan verilmir. Cavabdehlər etiraz edərək bildirmişlər ki, Cavabdeh2 bu günə kimi mübahisəli ünvanda yaşayır. İddiaçı ilə Cavabdeh1 uzun illər birlikdə yaşasalar da, 2017-ci ilin sentyabr ayından faktiki olaraq ayrılmışlar və Cavabdeh1 həmin vaxtdan evdən çıxıb getmişdir. Bundan sonra iddiaçı hər gün Cavabdeh2 ilə mübahisə etmiş və onu öldürəcəyi ilə hədələmişdir. Cavabdeh1 evdən çıxıb getdikdən 1-2 ay sonra iddiaçı da müəyyən əşyalarını götürüb getmişdir. Cavabdeh2 isə yaşadığı evin kilidini dəyişmiş və öz evində yaşamağa davam etmişdi r. O, ünvan 2 ünvanında heç vaxt yaşamamışdır. Onun şəhid ailəsi olmağı nəzərə alınaraq ona həmin ünvanda 3 sot torpaq sahəsi hədiyyə verilmiş və o, şəhid olmuş övladının uşaqları üçün öz vəsaiti hesabına 3 otaqlı ev tikdirmişdir. Onların məcbur köçkün kimi məskunlaşdığı ev bir-birinə bitişik olan və bir-birindən təcrid olunması mümkün olmayan 2 otaqdan ibarətdir və iddiaçının köçərək onlarla yaşaması mümkün deyildir. Qeyd olunanlarla bağlı apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, iddiaçı və cavabdehlərin mübahisəli yaşayış sahəsinə nə mülki, nə də mənzil qanunvericiliyinə əsasən hər hansı əmlak hüquqları mövcud deyildir. Çünki onlar yaşayış sahəsinin mülkiyyətçisi ilə hər hansı müqavilə bağlamayıblar və yaln ız həmin ünvanda məcburi köçkün kimi məskunlaşıblar və qeydiyyata alınıblar. Bununla yanaşı yaşayış sahəsinin mülkiyyətçisi onların məcburi köçkün kimi mübahisəli ünvanda yaşamasına etiraz etmir. Belə olan halda isə onlar eyni hüquqlara (məcburi köçkün kimi həmin ünvanda məskunlaşmaq) malikdirlər. Lakin cavabdehlər iddiaçının həmin ünvanda yaşamasına etiraz edir və maneə törədirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində isə təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulması və iddiaçı ilə Cavabdeh2 arasın da olan münasibətlərin yaxşı olmaması qeyd edilən hissədə iddianın rədd edilməsi üçün əsas deyildir. Çünki bu hallar Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda istinad olunan maddələrində təsbit olunmuş hüquqların məhdudlaşdırılması üçün əsas ola bilməz. Beləliklə, apellyasiya instanasiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10275/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh 2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10275/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2965/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2965/2019
26.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver