Məhkəmə qərarları › İş №2(102)-2965/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2965/2025

22.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2965/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Şəmkir rayon 1 saylı Dövlət Notariat Konturuna qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsənin əvəzlənməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-638/2025 nömrəli, 2025-ci il 23 aprel tarixli qətnaməsindən İddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Nağıyev Oruc Abdı oğlu ilə X8 nikahlarını xx.xx.1962-ci ildə rəsmiləşdirmişlər, onların nikahlarından 20 oktyabr 1962-ci ildə İddiaçı anadan olmuşdur;

3. Cavabdeh1 iddiaçının atasının ilk evliliyindən olan ögey qardaşıdır. Atası Nağıyev Oruc Abdı oğlu, anası isə X9r;

4. Nağıyev Oruc Abdı oğlu 16 sentyabr 1986-ci ildə vəfat etmişdir;

5. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) X4 tərəfindən Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli, 3M-34 reyest r nömrəli bağışlama müqaviləsi əsasında X10 bağışlanmışdır;

6. X13 15 noyabr 2007-ci ildə vəfat etmişdir;

7. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) xx.xx.2022-ci ildə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır;

8. Cavabdeh1 xx.xx.2022-ci ildə Şəmkir rayon notariat kontoruna müraciət edərək X5 miras qalmış mənzilin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir;

9. Şəmkir rayon notariat kontoru tərəfindən Cavabdeh1 adına xx.xx.2022-ci il tarixli, 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Cavabdeh1 Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1(ye ni qaydalarla: AZ5700 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka ½ hissədə qanun üzrə vərəsə kimi tanınmış, həmin ½ hissə Cavabdeh1 adına xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ½ hissə açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X5 qalan miras əmlaka – Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş xx.xx.2022–ci il tarixli, 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, həmin vərəsəlik şəhadətnamə si əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023–cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, X5 qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, iddiaçı. İddiaçı oğlunun miras əmlaka qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda ailə üzvləri ilə birlikdə faktiki yaşayır. Cavabdeh1 onun ögey qardaşıdır. Onların atası Nağıyev Oruc Abdi oğlu xx.xx.1986-cı ildə vəfat etmişdir. Mərhum atası Nağıyev Oruc Abdı oğlu mərhum X3 ilə 1962-ci ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Atası anası Mələk Yusif qızından əvvəl Sayat adlı qadınla ailəli olmuş v ə həmin evlilikdən xx.xx.1949-cu ildə Cavabdeh1 anadan olmuşdur. X3 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ondan miras olaraq əmlak qalmışdır. Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, giriş 56, M1, m 1) **********92–05101–093001 reyestr nömrəli mənzil X4 tərəfindən Şəmkir rayonu 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli, 3M–34 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mərhum X10 bağışlanılmış, anası Mələk Yusif qızının adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. X3 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Anasının vəfatından sonra ögey qardaşı Cavabdeh1 Şəmkir rayon 1 saylı Notariat Kontoruna müraciət edərək, anasından qalan Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə vərəsə tanınmışdır. Ona xx.xx.2022ci il tarixli 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalı, miras mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə ki, ögey qardaşı Cavabdeh1 X3 deyil, X9r. Bunu doğum haqqında şəhadətnamənin surətindən də görmək olar. Odur ki, cavabdeh Bəhlul X1 qanun üzrə vərəsəsi kimi tanınması doğru deyil. Həmçinin miras ev Mələk Yusif qızına bağışlandığından, həmin əmlak birgə nikah müddətində əldə olunmuş əmlak da hesab oluna bilməzdi. Belə olduğu halda cavabdeh miras əmlaka qanun üzrə vərəsə kimi tanına bilməzdi. Lakin buna baxmayaraq, cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi heç bir hüquqi əsas olmadan Cavabdeh1 miras əmlaka qanun üzrə vərəsə kimi tanımaqla, maddi hüquq normalarını kobud şəkildə pozmuşdur.

12. Şəmkir Rayon Məhkəməsinin 2024-cü il 5 dekabr tarixli, e-2(076)-3294/2024 nömrəli qətnaməsi ilə (hakim X15) iddia təmin edilməmişdir.

13. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilik mirasın qəbulu üçün müddət müəyyən etmiş, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrl ü sayılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də İddiaçı X2 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, yaşayış yeri üzrə RF–da qeydiyyatdadır və uzun müddətdir ki, orada yaşayır. Bu isə ona dəlalət edir ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi halı istisna edilir.

14. Məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının mirası faktiki qəbul etməsi iş materiallarına əlavə etdiyi heç bir sübutla öz təsdiqini tapmamış, həmçinin iddiaçı miras açılan vaxt ayrıca təsərrüfatda olmuş və mirası qəbul etmək niyyətinin olduğuna dair heç bir real davranış göstərməmişir. İddiaçı yalnız xx.xx.2022–ci il tarixdə mirasd an pay almaq üçün “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Çünki iddiaçı keçən müddət ərzində bir dəfə də olsun mirası qəbul etmək niyyətinin olduğunu bildirməmişdir Bununla da iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının mirası qəbul etmək niyyəti olmamışdır.

15. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab etmişdir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ə rizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir.

16. Belə olan halda məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçı subyektiv vərəsəlik hüququnu itirdiyinə görə Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2022–ci il tarixdə X2 miras qalmış əmlaka dair Cavabdeh1 adına verilmiş 2V–2506 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamış, onun həmin hüququ cavabdeh tərəfindən pozulmamışdır. xx.xx.2022–ci il tarixli, 2V–2506 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətna mə əsasında Cavabdeh1 Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1(yeni qaydalarla: AZ5700 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka qanun üzrə vərəsə tanınmış və 1/2 hissəyə Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Ona görə də iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması” hissəsi təmin edilmədiyindən, həmin vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunması qanuni və əsaslı sayıla bilməz.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1245, 1246, 1248.1-ci, Azərbaycan Respublikasın ın Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il tarixli və G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(076)-3294/2024 nömrəli qətnamə sinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, anasının ondan başqa övladı yoxdur. Ondan qalan miras əmlakı faktiki olaraq o qəbul edib, o idarə edir. Anasının vəfatından sonra həmin evdə ondan başqa heç kim yaşamamışdır. Məhkəmə isə öz qətnaməsində guya hazırkı iddia ilə onun məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını qeyd etmişdir. Cavabdeh notariat ofisi əmlakın ½ hissəsinə cavabdeh Bəhlul Oruc oğlunu qanun üzrə vərəsə tanımışdır. Digər hissəsini ona münasibətdə açıq saxlamışdır. Məhkəmə öz qəbul etdiyi qətn aməsində onun Rusiya vətəndaşı olduğunu qeyd etmişdir. Bu isə onun anasından qalan miras əmlaka vərəsə tanınmağına maneə ola biləz. İş materiallarından və məhkəmə aradırmasından da göründüyü kimi Cavabdeh1 cavabdeh notariat ofisinə mirası qəbul etməyi və qanun üzrə vərəsə olması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh notariat ofisi isə heç bir hüquqi əsas olmadan Bəhlul Oruc oğlunu onun anasından qalan miras əmlaka qanun üzrə vərəsə kimi tanımışdır. Bununla da onu qanunla qəbul edəcəyi miras əmlakdan rəsmi qaydada məhrum etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə onun iddia tələbini tam təmin etməli idi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddia tələbi üzrə İd diaçı onun ögey qardaşıdır. Onların ataları Nağıyev Oruc Abdı oğlu xx.xx.1986-cı ildə vəfat etmişdir. Həmin əmlak mərhum atası Nağıyev Oruc Abdı oğlundan miras qalmışdır. Şəmkir rayon Notariat kontoru tərəfindən hüquqi əsaslarla miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. Mələk Nağıyeva atası Oruc Nağıyevin ikinci arvadı olmuşdur. Ondan qalan miras əmlakı faktiki olaraq o qəbul edib və idarə etmişdir. Cavabdeh notariat ofisi əmlakın 1/2 hissəsinə onu qanun üzrə vərəsə tanımış, digər hissəsini iddiaçıya münasibətdə açıq saxlamışdır. Bundan başqa onların torpaq sahələri olmuşdur. Mələk xanım ona bir necə dəfə bildirmişdi ki, ögey qardaşı hazırkı İddiaçı Moskvada qumarda uduzub coxlu borcları var. Həmin torpaq sahələrini sataq onun borcunu ödəyək o da etiraz etməmişdir. O, həmin evdə anadan olmuş və orada yaşamışdır. Qardaşı Sabir uzun müddətdir ki, Rusiyada yaşayır. O, mirası qəbul etdiyi üçün Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən vərəsə tanınmışdır. Açıq saxlanılan miras payın qardaşı Sabirə verilməsinə etiraz etmir. Ona görə də, izahatının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 23 aprel tarixli, 2(104)-638/2025 nömrəli qətnaməsi ilə (hakimlər X7 - sədrlik edən və məruzəçi, X14 və X11) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(076)-3294/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, Şəmkir rayon notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixl i reyestrdə 2V-2505 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ½ hissədə payın açıq saxlanılması hissəsində etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ½ hissədə payın açıq saxlanılması hissəsində isə ləğv edilməsi, X2 miras qalmış Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı payının açıq saxlanılan ½ hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rusumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin birinci növbə vərəsə olmaması və mirası qəbul etməməsi, həmçinin yega nə vərəsə olaraq miras payının tam olaraq iddiaçıya verilməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin birinci növbə vərəsə olmamasını qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh mərhum X6 doğma övladı deyildir. Cavabdeh mərhum X6 əri Nağıyev Oruc Abdı oğlunun əvvəlki nikahdan olan oğludur. X2 qalmış miras açılarkən mərhumun əri Nağıyev Oruc Abdı oğlu artıq ölmüşdür. MM-nin 1159.1.3-cü maddəsinə uyğun olaraq birinci növbə vərəsə kimi əri Nağıyev Oruc Abdı oğlu mirasın açıldığı vaxt sağ olmadığından onun övladı kimi cavabdeh atası Nağıyev Oruc Abdı oğlunun vərəsəsi sayılırdı və faktiki olaraq mirası qəbul etmişdir. Bu baxımdan apellyasiya şikayətinin cavabdehin vərəsə sayılmaması və vərəsəlik şəhadətnaməsinin etibarsız olması ilə bağlı dəlili əsassızdır.

24. Məhkəmə kollegiyası iddiaçının mirası qəbul etməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı miras əmlakı nə faktiki, nə də, rəsmi qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının miras əmlakdan ½ hissədə payını müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, MM-nin 1248.1-ci maddəsinə əsasən, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də, qəbul oluna bilər. X13 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxa rıda qeyd edilən tələbləri pozulmuşdur. Belə ki, mirası qəbul etmiş digər vərəsə olaraq cavabdeh mirasdan ½ hissədə iddiaçının payının müəyyən edilməsinə etiraz etməmişdir. Yəni digər vərəsə olaraq cavabdehin müddətin bitməsinə baxmayaraq iddiaçının mirasın qəbul etməsinə razılığının olması ona ½ hissədə payın verilməsi üçün əsas idi. Bu səbəbdən X5 qalmış miras əmlaklar iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünməlidir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1245, 1248.1, 1274, 1301.1, 1301.2, 1301.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 384. 0.2, 385.1, 386-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf mirası faktiki qəbul etməklə yanaşı mirasın açıldığı yer üzrə notariat kontoruna 2018-ci ilin yanvar ayında ərizə vermiş və notariat ofisi tərəfindən verilmiş məktubla çıxarış verilmsəi üçün DƏDRX-in 11 saylı Ərazi İdarəsinə göndərilmişdir. Sonradan iddiaçı Rusiya Federasiyasına getdiyindən və daha sonra korona virusla bağlı sərhədlər bağlı olduğundan Azərbaycana gələ bilməmiş, cavabdeh bu vəziyyətdən istifadə edərək notariusa ərizə vermiş və miras əmlaka ½ pay almışdır. Halbuki, mirasqoyan vəfat edərkən onun yeganə vərəsəsi olaraq iddiaçı sağ qalmışdır. Cavabdeh mirasqoyanın ərinin birinci nikahından ölan övladıdır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh miras qoyan M.Nağıyevanın mərhum əri O.Nağıyev mirasqoyandan əvvəl yəni, xx.xx.19 86-cı il tarixdə vəfat etmişdir. İş üzrə tərəflərin atası ölərkən hazırkı miras əmlak ümumiyyətlə mövcud olmamış və xx.xx.1994cü il tarixdə bağışlama müqaviləsi əsasında mirasqoyanın mülkiyyətinə keçmişdir. Qeyd edilənlərdən başqa cavabdeh miras əmlakı faktiki qəbul etməyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin notariat ofisinə müraciəti iddiaçının notariat ofisinə müraciətindən təxminən 5 il sonra olmuşdur. İşdə olan sübutlardan görünür ki, cavabdeh mirası faktiki qəbul etməməklə yanaşı, notrariat ofisinə atasının birinci növbə vərəsəsi kimi mirasqoyan öldükdən 15 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Belə olan halda məhkəmə apellyasiya şikayətini və iddianı tam təmin etməli olsa da, Mülki Məcəllənin 1159.1, 1159.1.3, 1243.2 və 1246-cı maddəl ərinin tələblərini pozmuşdur.

28. Bundan başqa işdə olan sənədlərdən görünür ki, mənzil mirasqoyanın adına keçərkən cəmi 49 kv.m. olmuş, sonradan iddiaçı tərəfindən yenidənqurma işləri aparılmış və mənzilin ümumi sahəsi 200 kv. metrdən artıq olmuşdur. Məhkəmə bu faktı da araşdırmayaraq iddiaçının vəsaiti hesabına tikilmiş əmlakda cavabdehə pay tanımışdır. Belə ki, miraqoyanın mülkiyyətində olan ev cəmi 49 kv. m olmasına baxmayaraq cavabdeh mərhumun adına çıxarış alarkən iddiaçının inşa etdirdiyi yeni tikili qarışıq çıxarış almış və faktiki olaraq iddiaçının olmamasından istifadə edib əmlaka yiyələnmişdir.

29. Qeyd edilənlərdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini də pozmuşdur.

30. Sonradan iddiaçı kassasiya şikayətinə əlavə ilə müra ciət edərək göstərmişdir ki, mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərda tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya - MM, 1252- ci maddə); qanun üzrə vərəsə miras açılmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə). Mülki Məcəllənin 1159-cu maddəsinə görə vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanır. Beləliklə, birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin |yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əs as şərt hesab olunur. Lakin, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilmir, çünki, MM-nin 1159.1.3-сй maddəsində qeyd edilmiş "sonuncular", habelə, "mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutulur. Bu hal digər birinci dərəcəli vərəsələr olan - arvad, ata, ana kimi şəxslərə şamil edilmir. Belə ki, mirasqoyanın ərinin başqa nikahdan olan övladı Cavabdeh1 mirasqoyanla qohumluğu olmadığı halda, həmin şəxs 1159.1-ci maddədə nəzərdə tutulan "valideynin" yeri nə keçə bilməz. Başqa sözlə Cavabdeh1 mirasqoyan Mələk Nağıyeva ilə qohumluğu müəyyən edilmədiyindən ondan qalmış mirasa dair atası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bu iş üzrə mirasın açıldığı anda qüvvədə olan redaksiya)

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1151.1. Mirasa (mir as əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası pa ydan bərabər miras alırlar.

36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Hazırkı işdə müəyyən edilmişdir ki, iddiaçı X18 miras qoyan X6 övladı olmaqla birinci növbə vərəsəsidir. Mübahisəli hal Cavabdeh1 miras qoyan Mələk Nağıyevanın vərəsəsi sayılıb-sayılmaması ilə bağlıdır. Belə ki, Cavabdeh1 miras qoyanın övladı deyil. O, miras qoyanın özündən əvvəl vəfat etmiş ərinin başqa nikahdan olan oğludur. Yəni, Cavabdeh1 iddiaçı Samir Nağıyevin ögey qardaşıdır.

46. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 vərəsə kimi tanıyarkən mövqeyini belə əsaslandırmışdır ki, “X2 qalmış miras açılarkən mərhumun əri Nağıyev Oruc Abdı oğlu artıq ölmüşdür. MM-nin 1159.1.3-cü maddəsinə uyğun olaraq birinci növbə vərəsə kimi əri Nağıyev Oruc Abdı oğlu mirasın açıldığı vaxt sağ olmadığından onun övladı kimi cavabdeh atası Nağıyev Oruc Abdı oğlunun vərəsəsi sayılırdı və faktiki olaraq mirası qəbul etmişdir”.

47. Məhkəmə tərkibi bu mövqeyi əsaslı hesab etmir və nəzərə alır ki, Mülki Məcəllənin 1159.1.3-cü maddəsi ilə bağlı Ali Məhkəmənin Mülki kollegiyasının üç ulduz indeksli, 2(102)-766/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin tə minatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanıl masına dair” 2011-ci il 20 oktyabr tarixli Qərarı). Qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimlə yir. Mülki qanunvericiliyin vərəsəliklə bağlı normaları nəzərdən keçirildikdə, qanun üzrə vərəsəlik halında vərəsəyə münasibətdə deyil, məhz miras qoyana münasibətdə dairəsi konkret müəyyən edilmiş şəxslərin (qohumların) qanun üzrə vərəsə olmasının mümkünlüyünün təsbit edildiyi müşahidə olunur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, MPM-in 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə da ir” 28 iyul 2022-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə miras açılmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi 1159-cu maddə). Hər iki institut “vərəsəlik hüququnun özünün” miras kimi vərəsəlik qaydasında keçməsini tənzimləklə irsi xarakter daşısa da, müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər. O da qeyd ediməlidir ki, MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin həmin norma ilə bağlı mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı). Məhkəmə kollegiyası sözügedən norma və mövqe ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən norma həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik münasibətlərini əhatə edir. Lakin irsi transmissiyanın tətbiqinə dair qeyd edilməlidir ki, MMin 1252-ci maddəsi açılmış mirasın qəbul müddətinə tabe olması institut unun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir. Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal edilmiş və məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilmişdir. Hazırda da qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür. Vərəsənin əvəz edilməsi qaydası isə MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən etmişdir. Beləliklə, qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin yuxarıdakı mövqelərindən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlid ir, MM-in 1159-cu maddəsindəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanmışdır. Beləliklə, birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulmuş hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər. Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki, qanunverici MM-nin 1159.1.3-cü maddəsində “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutmuşdur. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil etmişdir. Belə ki, mirasqoyanın arvadının başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qo humlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirmişdir. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər. Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qa n bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər.”

48. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Mülki Məcəllənin 1159.1.3-cü maddəsi hazırkı işə düzgün tətbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisə olunan hala yuxarıda göstərilən normanın tələbləri və hüquqi mövqelər əsasında yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-638/2025 nömrəli, 2025-ci il 23 aprel tarixli qətnaməsi ləğv edilsi n və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar