Məhkəmə qərarları › İş №2(102)-2967/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2967/2020

29.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2967/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı “xxx” Dini İcmasının vəkili Nümayəndə, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxx” Dini İcmasının Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab olunması və mənzildən məcburi çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh “xxx” Dini İcmasına qarşı “evdən istifadə qaydasının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddiaları ilə bağ lı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli 2(103)-8357/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxx” Dini İcması Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxx” Dini İcmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, 8 nömrəli evin 2A nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması və icmadan məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddiasının təmin olunaraq qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mübahisəli evdən istifadə qaydas ının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2019 nömrəli 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, “xxx” Dini İcmasına məxsus Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, 8 nömrəli evin 2A nömrəli mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilməsi və onun həmin mənzildən məcburi çıxarılması, məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumunun “xxx” Dini İcmasına aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 19 iyul 2019-cu il tarixli 2(103)-8357/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2019 saylı 22 fevral 2019-cu il qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli 2(103)-8357/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mübahisəli evdən istifadə qaydasının müəyyən olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin atasının anlaqsız vəziyyətdə olmasından istifadə edərək Babək Allahverdiyev mülkiyyətlərində olan mübahisəli fərdi yaşayış evini Bakı şəhəri, 23 saylı notariat kontorunda alqı-satqı ilə 23 fevral 2002-ci ildə 57.600 manata mülkiyyətinə verilməsinə nail olub. Daha sonra isə Babək Allahverdiyev evi "xxx" Dini İcmasına satıb. Bu faktlar barədə cavabdehin heç bir məlumatı olmayıb onlar barədə yalnız icma tərəfindən Nizami Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciətindən sonra bəlli olub. Hər iki məhkəmə instansiyası belə qənaətə gəlmişdir ki, mübahisəli evdə yalnız cavabdehin mərhum atası qeydiyyatda olub və onun öz razılığı ilə ev Dini icmaya satılmışdır. Halbuki, həmin vaxt cavabdeh atasının himayəsində olmuş və o, ruhi xəstə olduğu üçün ona vəfat edənə qədər ona qayğı göstərmiş, ev atası anlaqsız vəziyyətində olduğu zaman özgəninkiləşdirilmişdir. Qətnamə qəbul edilərkən maddi və hüquq normalarına riayət olunmamışdır. Nəticədə cavabdeh yeganə yaşayış yerindən qanunsuz olaraq məhrum edilmişdir. PROS ESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən iş üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 23 fevral 2002-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 23 saylı dövlət notariat kontorunda reyestrdə 4Ə-1-70 nömrə ilə qeyd edilmiş müqaviləyə əsasən X4 Bakı şəhəri, Şərifli (keçmiş Zərdabi) döngəsi, ev 2 nömrəli, yaşayış sahəsi 117.2 kv.m, ümumi sahəsi 238,2 kv.m olan 8 otaqlı fərdi yaşayış evini 57.600.000 AZM “xxx” Dini İcmasına satmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM Seriyalı 036201 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 02 aprel 2002-ci il tarixdə “xxx” Dini İcmasının adına qeydiyyata alınmışdır. X4 ona məxsus fərdi yaşayış evini satmasına və ev “xxx” Dini İsmasının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsinə baxmayaraq, evdən və qeydiyyatdan çıxmamışdır. 4Ə-1-70 reyestr nömrəsi ilə qeydiyyata alınmış notariat işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən götürülərək öyrənilmiş, müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Şərifli (keçmiş Z ərdabi) döngəsindəki 2 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 06 yanvar 1993-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. Özgəninkiləşdirilən ev heç kimə satılmamış, girov qoyulmamış, həbs altında və barəsində məhkəmə mübahisəsi olmamışdır. Evdə yalnız Cənnət Əliyev qeydiyyatda olmuş, digər şəxslər, o cümlədən hazırkı qarşılıqlı iddiaçı qeydiyyatda olmamış, arvadı X3 notariat kontorunda təsdiq edilmiş ərizə verərək əri X2, adına olan evi “xxx” Dini İcmasına satmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2014-cü il tarixli 2(102)- 1150/2014 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iddiaçı X2 cavabdeh “xxx Dini İcması”na və Bakı şəhəri 23 saylı DNK-ya qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab e dilməsi, 06 yanvar 1993-cü il tarixdən hazırkı vaxtadək vurulmuş maddi zərərə görə hər ay üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə 05 avqust 2013-cü il tarixli 2(007)-1791/2013 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli 2(103)-5624/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan məhkəmə aktları ilə iddiaçı ilə cavabdehin atası arasında mübahisəli mənzillə bağlı mübahisələrə, yəni mübahisə predmeti olan mənzil üzərində iddiaçının qanuni əsaslarla xüsusi mülkiyyət hüququnun yaranmasına faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Hazırki iş üzrə cavabdehin mübahisəli mənzildə yaşamasının hüquqi əsası barədə apellyasiya şikayətində hər hansı bir dəlil irəli sürməmiş, belə bir əsasın olması barədə də işdə də hər hansı bir sübut yoxdur. Belə olan halda, cavabdehin qeyd olunan mənzildə iddiaçının iradəsinə zidd yaşamaqda davam etməsi yol verilməzdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə “xxx Dini İcması”nın mülkiyyətindədir. Cavabdehin isə həmin evə hər hansı hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev s atıldıqdan sonra 2002-ci ildən iddiaçının mülkiyyətinə keçməklə, alqı-satqı zamanı evin keçmiş mülkiyyətçisi ilə birlikdə həmin dövrdə onun yetkinlik yaşına çatmamış oğlunun da həmin mənzilə istifadə hüququna xitam verilmiş hesab edilməlidir. Buna görə də, hazırki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə hər hansı hüququ mövcud olmadığından iddiaçının iddiasının təmin edilməsi barədə gəlinən nəticə düzgündür. Cavabdehin kassasiya şikayətinin alqı-satqı müqaviləsinin etibarsızlığına dair dəlilləri isə əsassızdır. Belə ki, həmin müqavilə onun atası tərəfindən mübahisələndirilsə də, qanuni qüvvəyəminmiş məhkəmə aktları ilə əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək he sab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli 2(103)-8357/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar