Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2967/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənizlə istifadə hüququnun tanınması və köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 xx.xx.1998-ci il tarixdə X8 ilə rəsmi nikah bağlamışlar.
2. X8 xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsində şəhid olmuşdur, X3.
3. İddiaçı, X5 anasıdır.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı 02 dekabr 2021-ci il tarixli məktubuna əsasən, 25 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2871 nömrəli Sərəncam imzalanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən Sərəncamın ic rasına başlanılmış və mənzil təminatı həyata keçiriləcək şəxslər üzrə ehtiyaclar müəyyən edilmişdir. Müraciət əsasında Vətən Müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin, Abşeron rayonu ərazisində müəyyən sayda mənzillər ayrılmışdır. Yuxarıda qeyd edilmiş Sərəncamın icrası çərçivəsində şəhid X5 həyat yoldaşı Cavabdeh1, ailə tərkibi 5 nəfər (özü, 3 qızı və 1 oğlu) olmaqla Sumqayıt şəhəri Bulvar küçəsində üçotaqlı mənzillə təmin olunub. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.
5. Daşınmaz əmla kın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri Bulvar küçəsi 2-ci məhəllə blok 3 mənzil 25 (yeni qaydalarla: AZ5000 Sumqayıt şəhəri Bulvar küçəsi 31B, M5, m5) Cavabdeh1 xüsusi mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 2(060)-6281/2022 nömrəli iş üzrə 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, mənzil şəhid ailəsinin üzvü kimi Cavabdeh1 5 nəfərdən ibarət ailə tərkibinə əsasən verilmişdir. Onun ailə üzvlərinin sırasında isə iddiaçı mövcud deyildir. Mübahisəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. İddiaçı mübahisəli mənzildə yaşamamışdır və onun həmin mənzildə heç bir əmlakı mövcud deyildir. İddiaçı Cavabdeh1 ailə üzvü deyil və Ailə Məcəlləsinə əsasən ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Həmçinin, iddiaçının ayrıca yaşayış yeri vardır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Mahmudov) 2(105)-569/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, iddiaçının ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, hazırkı iş üzrə dövlət tərəfindən verilən mənzilin hüquqi təyinatı və məqsədi Azərbaycan Respublikasının X4 ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 2.1.5-ci maddəsinin AR Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.12.22-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə hərbi qulluqçuların “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidməti ndə, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.5-ci, 1.2.6cı və 2.1.2-ci bəndləri). Göründüyü kimi, şəhid və onun ailə üzvlərinin statusu ilə bağlı məsələləri tənzimləyən qanunvericilik aktlarında valideynlər (ata və ana) şəhidin ailə üzvü hesab olunur. İddiaçı isə şəhid X5 anasıdır. Bundan başqa, Sumqayıt Şəhər İcra hakimiyyəti başçıs ının xx.xx.2021-ci il tarixli 608 nömrəli sərəncamının surətindən görünür ki, şəhid valideyni İddiaçı imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Məhkəmə araşdırması zamanı elektron məhkəmə sistem vasitəsilə İddiaçı adına hər hansı daşınmaz əmlak aşkar edilməmişdir, iddiaçı nəvəsinin mülkiyyətində olan mənzildə yaşayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə köçərək həmin mənzildə normal şəraitdə yaşamaq şəhidin anası kimi iddiaçının da hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı 02 dekabr 2021-ci il tarixli məktubunda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafi q olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının iddiasının rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlillərinə görə, mənzil şəhid ailəsinin üzvi kimi cavabdehlərə verilmişdir. Cavabdehin ailə üzvləri sırasında qayınanası olan iddiaçının adı mövcud deyil. Mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı mübahisəli mənzildə yaşamamışdır və onun həmin mənzildə heç bir əmlakı mövcud deyil. İddia çı cavabdehin ailə üzvü deyil və Ailə Məcəlləsinə əsasən ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Həmçinin, iddiaçının ayrıca yaşayış yeri vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Maddə
16. Sosial inkişaf və dövlət İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanu nsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instan siyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 18. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir; Maddə
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs y oxdursa babalar və nənələr; Maddə
4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; Maddə
5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. 19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı: Bənd
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.
20. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” xx.xx.2021-ci il tarixli 2871 nömrəli Sərəncamı: Bənd
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik): 1.1. Azərbaycan Respublikasının “X7” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin; Bənd
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": Bənd 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs dir; Bənd 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
27. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, mübahisəli mənzil şəhid ailəsinin üzvi kimi cavabdehlərə verilərkən ailə üzvü sırasında iddiaçının adının qeyd olunmaması, mənzilin hazırda Cavabdeh1 mülkiyyətində olması, iddiaçının mübahisəli mənzildə yaşamaması işin mübahisəsiz hallarından olsa da, bu hallar iddiaçının şəhid X4 ailəsinin üzvü (anası) kimi qanunvericiliklə ona tanınan və artıq əldə etmiş olduğu hüquqlarına hər hansı qaydada neqativ təsir imkanına malik deyil. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi ilə müəyyən edilmişdir ki, valideyn şəhid ailəsinin üzvü hesab edilir, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosialməişət şəraitinin yaxşılaşdırılması haqqında” xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən “X7” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri mənzillə təmin edilməlidirlər.
28. Şikayətin iddiaçının mübahisəli mənzildə heç bir əmlakının olmaması, onun Cavabdeh1 ailə üzvü olmaması və Ailə Məcəlləsinə əsasən ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxs sırasına aid olmaması barədə dəlili də, eyni qaydada, əsaslı deyil. İddiaçının mülkiyyətində ayrıca yaşayış yerinin olması isə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmişdir.
29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2023 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.