Məhkəmə qərarları › İş №2(102)-2967/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2967/2024

23.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqaviləl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2967/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisi) qarşı iş üzrə QƏRARİ (Kateqoriya: Müqavilənin etibarsız hesab olunması şərtləri, aldatma səbəbindən iradə ifadəsinin zədələnməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tə ləbinə dair mülki iş üzrə Şəki Apllyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-424/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh atasıdır.

2. İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.metr, yaşayış sahəsi 42.9 kv.metr, yardımçı sahəsi 26.6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş, ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilb.

3. İddiaçı 06 iyul 2023-cü il tarixdə notariat qaydada tğsdiqlənmiş etibarna mə ilə özünün malik olduğu bir çox səlahiyyətləri, o cümlədən bütün əmlakını idarə etməyi (satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq haqqında qədlər bağlamaq) oğlu Cavabdeh verib.

4. İddiaçı İsmayıllı rayon Notariat Ofisində 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında mülkiyyətində olan həmin evi övladı Cavabdeh bağışlayıb və ev üzərində sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisində onunla cavabdeh a rasında 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsinə əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir, xəstəlikdən əziyyət çəkir. Maddi imkansızlıq ucbatından vaxtı-vaxtında həkimə gedərək xəstəliyini müayinə və müalicə etdirə bilmir. Gələcəkdə baş verə biləcək hadisələrə görə özünə məxsus fərdi yaşayış evini qızının adına rəsmiləşdirmək istəmişdir. 10 noyabr 2023-cü ildə reyestr xidmətinə müraciət etdikdə, ona bildirmişlər ki, ona məxsus fərdi yaşayış evini cavabdeh öz adına rəsmiləşdirərək çıxarış almışdır. Bundan sonra sözügedən bağışlama müqaviləsini əldə et miş və oğlunun necə və hansı şəraitdə əmlakını öz adına rəsmiləşdirməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh notariat ofisinə gedərək ona müvafiq idarə və təşkilatlarda onu təmsil etmək üçün etibarnamə verilməsini xahiş etmiş, lakin oğlu cavabdeh onun etibarından sui-istifadə edərək aldatmış, etibarnamə əvəzinə ona məxsus olan daşınmaz əmlakı guya ona hədiyyə etmək istədiyini notariat ofisinə bildirmişdir. Belə ki, o notariat ofisində tərtib edilmiş sənədlərə fikir verməmiş, fikrini düzgün ifadə edə bilmədiyini, yazıb oxumağı tam bilmədiyindən və tərtib olunmuş sənədlərə diqqət yetirmədiyindən istifadə edən cavabdeh ona məxsus fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında öz adna rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi tamamilə saxtadır. O, özünə məxsus yaşayış evini cavabdehə hədiyyə etməmiş, həmin müqavilədən xəbəri olmamışdır. Ona görə də bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır.

7. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, atası qeyd olunan yaşayış evini və 0.08 hektar həyətyanı torpaq sahəsini xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon notariat ofisində şəxsən özünün iştirakı və könüllü razılığı ilə daşınmaz əmlakın bağışlanması müqaviləsini imzalamaqla ona bağışlamış dır. Müqavilə atasının öz istəyi ilə könüllü olaraq icra edilmişdir. Bu müqavilə bağlanan zaman notarius atasına Azərbaycan Respublikası Mülki Məcəllənin bağışlama müqaviləsi ilə bağlı şərtlərini, normalarını iki dəfə izah etmiş, başa düşməsini, ona aydın olmasını soruşmuş, atası da öz növbəsində ona aydın olmasını bildirmişdir. İddia ərizəsində qeyd edilən atasının əqli cəhətdən sağlamlığında, yaddaşında və ya fiziki davranışlarında qüsur olması barədə deyilənlərin heç bir hüquqi əsası yoxdur. Müqavilə bağlanan vaxt və həmçinin indi də atasının səhhətində heç bir problem olmamışdır. Sözü gedən fərdi yaşayış evini atası həmişə yeganə oğul övladı kimi ona bağışlanacağını dəfələrlə bildirmişdir. xx.xx.2023-cü il tarixdə ailələrində olan razılığa əsasən atası yenidən ona hədiyyə olaraq bağışlayacağını bildirdikdə o, əmlakın rəsmiləşdirilməsi üçün atasının dəvəti ilə İsmayıllı rayon Notariat ofisinə getmişdir. Atası onun adına əlavə olaraq baş etibarnamə də vermişdir. Atası tərəfindən ona verilən baş etibarnamədən heç vaxt heç bir məqsəd üçün istifadə etmək niyyətində olmamış və istifadə də etməmişdir. Atası savadlı, ali tə hsilli şəxsdir və hər bir sənədləşmə işlərini bir vətəndaş olaraq çox yaxşı bilir. xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi imzalandıqda atası və anası bundan xəbərləri olmuş, atası özü sənədləri şəxsən oxumuş və razılıq vermişdir. Atası öz imzası ilə müqaviləni təsdiqləyərək soyadını da həmin qrafaya qeyd etmişdir. İddia ərizəsində qeyd olunanlar tamamilə əsassızdır. Mübahisəli ev 2003-cü ildə onların ailəsinə atasının xalası Ağanənə Əliyevadan miras qalmışdır. 2008-ci ildən daimi olaraq həmin evə gedib gəlmiş, öz şəxsi qazancı ilə həmin evin həyətində abadlıq işləri aparmış, daş hasar çəkmiş, elektrik xətlərini tamamilə yeniləmiş və həyətdə ayrıca olaraq öz pulu ilə ümumi 3 otaqdan ibarət hamam və ayaqyolu tikmiş, siyahısı uzun olan digər çoxsaylı işlər görmüşdür. Hər il müxtəlif ay larda həmin evdə gedib tək qalaraq həmin fərdi yaşayış evinin və həyətyanı sahəsini təmizləyərək qayğısına qalmışdır. Ümumilikdə bu günədək 10.000 manatdan çox qazandığı şəxsi pul vəsaitini həmin evin abadlığı üçün xərcləmişdir. O, ailə həyatı qurduqdan sonra X3 ona qarşı münasibətini dəyişmiş və onunla təhqiramiz formada davranmağa başlamışdır. Anası və bacıları atasının ona bağışlanmış olduğu fərdi yaşayış evinin satılaraq həmin satışdan əldə edəcəyi pul vəsaitini öz aralarında bölüşdürmək üçün qabaqcadan əlbir olmuşlar. Öncədən planlaşdırdıqları kimi ilkin olaraq atasının guya yaddaş xəstəsi olduğunu, təcili müalicə olunmalı olduğunu iddia edərək onu məcburi şəkildə həkimə aparmış və həkim resepti əsasında dərmanlar yazdıraraq qəbul etməsini tələb etmişlər. Həmçinin bu iddianın məhkəməy ə verilməsi və müqavilənin ləğv edilməsi tələbi X3nın və bacısı Həcər Abdurzaqovanın və digərlərinin atasına edilən təzyiqi ilə olmuşdur. Hal-hazırda bacısı Həcər evli olub, ailəsi ilə yaşaması üçün ayrıca bir neçə yerdə yaşayış mənzili və evi olsa da, iş bəhanəsi ilə İsmayıllı rayonunda yerləşən evlərində qalır. X3 çoxsaylı təzyiqlərlə eləcə də qardaşı Məhərrəm Mövlamovun hədə qorxusu ilə sözügedən bağışlanma müqaviləsinin ləğvi üçün iddia ərizəsi yazılmasına, əmlakın ondan alınaraq satılmasına atasını razılaşdıra bilmişlər. Atası indiyə qədər heç vaxt mübahisəli evin satılmağına razı olmamış və buna həmişə sərt şəkildə etirazını bildirmişdir. Lakin indi atası bacılarının, anasının və Məhərrəm Mövlamovun hədə qorxusundan ehtiyat edərək, məcburi şəkildə bu bağışlamanın ləğvinə və ona qarşı iddia qaldırmasına razılıq vermişdir. Anası hər gün atasına tezliklə öləcəyini bildirərək qardaşı Məhərrəm Mövlamovla qabaqcadan əlbir olmaqla atasının əmlaklarının satılmasına məcbur edir. Bu gün atası ölüm hədəsi ilə təhdid olunduğuna görə, təzyiqlərə məruz qaldığı üçün məcbur olub məhkəmədə ona qarşı iddia qaldırmışdır. Ona görə də iddia tələbini əsassız hesab edərək və rədd edilməsini xahiş etmişdir.

8. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1- 47/3-4898/2023 nömrəli arayışda göstərilir ki, İddiaçı həqiqətən İsmayıllı Rayon Mərkəzi X1 “Nevroloji” kabinetində xx.xx.2023-cü il tarixindən “İ67.3 Proqressivləşən damar leykoensefolopatiyası, İ67.8 Xroniki beyin qan dövranı pozğunluğu, nitqin pozulma sı” diaqnozu ilə ambulator müalicə olunur.

9. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)-1350/2023 nömrəli, 28 dekabr 2023-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı öz fikirlərini çətinliklə ifadə edərək, onun oğluna verdiyi etibarnaməni mübahisələndirmiş, ümumiyyətlə bağışlama müqaviləsi barədə fikir bildirməmişdur. Bu hal bir daha onu deməyə əsas verir ki, iddiaçı hazırki vaxta qədər belə bağışlama müqaviləsinin mövcudluğundan xəbərsizidir. İddiaçı ifadələrində ona məxsus fərdi yaşayış evinin oğluna verdiyi etibarnamə əsasında onun adına rəsmişlədirməsini qeyd edərək, məhz həmin etibarnamənin etibarsız hesab edilməsini xahiş edib. Göründüyü kimi, iddiaçı özünə məxsus fərdi yaşayış evini bağışlayarkən həqiqi iradə ifadəsini bəyan etməmiş, oğluna onu dövlət idarələrində təmsil etmək üçün etibarnamə verməsini güman edərək bu yöndə iradə ifadəsini bildirmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab etmişdir ki, 12 iyul 2023-cü il tarixdə tərəflər arasında bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakı bağışlama müqaviləsi etibarsız hesab hesab edilməli və həmin müqaviləsyə əsasən yaranmış hüquqi nəticələr ləğv edilməlidir.

12. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh daşınmaz əmlakı əldə edərkən vicdanlı olmamış, aldatma və etibardan sui-istifadə edərək bağ ışlama müqaviləsinin qarşı tərəfinin həqiqi iradəsini əks etdirməyən müqavilə bağlamaqla əsassız əmlak əldə etmişdir. Belə ki, cavabdeh etiraz mülahizəsində atasının hal-hazırda və müqavilə bağlanan zaman da səhhətində problem olmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/3-4898/2023 nömrəli arayışdan və eyni zamanda məhkəmə iclasında iddiaçının öz fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkdiyi müşahidə edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.1.1, 146.2, 337.1, 337.5, 339.2, 339.3-, 339.6, 666. 1, 389.1-ci maddələri, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia tələbinə qarşı etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli əmlakın rəsmiləşdirilməsi üçün atasının dəvəti ilə İsmayıllı rayon Notariat ofisinə getmişdir. Orada notarius onları şəxsən qəbul etmiş, niyyətlərini dinləmiş və bağışlama müqaviləsinin şərtlə rini, bağlanma və ləğv edilməsi zamanı nəticələrini iddiaçıya izah etmişdir. İzahdan sonra iddiaçı başa düşüb düşməməsini soruşmuş, atası da hər şeyin ona aydın olduğunu bildirmişdir. Bağışlama müqaviləsi imzalandıqda atasının və anasının bundan xəbəri olmuş, atası özü sənədləri şəxsən oxumuş və razılıq vermişdir. Məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə iclası zamanı iddiaçı öz fikirlərini çətinliklə ifadə edərək, onun oğluna vermiş etibarnaməni mübahisələndirmiş, ümumiyyətlə bağışlama müqaviləsi barədə fikir bildirməmişdir, bu bir daha onu deməyə əsas verir ki, iddiaçı hazırki vaxta qədər belə bağışlama müqaviləsinin mövcudluğundan xəbərsizidir. İddiaçı sözügedən bağışlama müqaviləsindən guya xəbəri olmamış kimi özünü apararaq, məhkəmədə çaşqınlıq yaratmışdır. Atasının əqli cə hətdən sağlamlığında, yaddaşında və ya fiziki davranışlarında qüsur olması barədə deyilənlərin heç bir hüquqi və faktiki əsası yoxdur. Çünki atası tam sərbəst danışa bilir, lakin məhkəmə vaxtı bilərəkdən nitqini dolaşdırmış və bununla da məhkəmədə səhv təəssürat yaratmaq, məhkəməni çaşdırmaq niyyəti ilə özünü xəstəhal kimi aparmışdır. Məhkəmə təqdim olunmuş sübutları obyektiv araşdırmamış, işin faktiki hallarına uyğun olmayan və qərəzli yanaşmış, qanunazidd qətnamə qəbul etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) 2(107)-424/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

17. Kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

18. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bağışlama müqaviləsini imzalayarkən bilavasitə notariat orqanına getmiş, həmin müqaviləni şəxsən imzalamışdır.

19. Eyni zamanda müqaviləni təsdiq edən notarius «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimata əsa sən iddiaçının şəxsiyyətini müəyyən etmiş, əqd layihələrinin mənasını və əhəmiyyətini iddiaçıya və cavabdehə izah etmiş və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamışdır.

20. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

21. Məhkəmə kollegiyası işin müəyyən olunan hallarını əsas götürərək hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir.

22. Kollegiya əlavə olaraq hesab etmişdir ki, bağışlanma müq aviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Yəni, iddiaçının xəstəlik dövrü müqavilə bağlanan vaxtdan təqribən 5 ay sonraya təsədüf etmişdir. Bu da onu deməyə əsas verir ki, həmin bağışlama müqaviləsi imzalanan vaxt qanunvericiliyin tələbləri pozulmamışdır.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.6, 337.1, 339.2, 339.3, 666.1, 668.1.1-ci, Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunu Maddə 8.0-cı və 8.0.4-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdi r.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibətin olmadığı müəyyən edilmişdir. Belə ki, işin hallarına əsasən iddiaçı cavabdeh ilə aralarında bağlanmış bağışlama müqaviləsindən məlumatlı olduğu vaxtdan dərhal sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin bağışlama müqaviləsini mübahisələndirmişdir. İddiaçı bu hərəkətləri ilə də mübahisəli evə dair bağlanmış müqavilənin artıq onun iradə ifadəsinə zidd olduğunu nümayiş etdirmişdir. Bu hal onu deməyə əsasə verib ki, iddiaçı ilə cavabdeh arasında bağışlama müqaviləsi bağlanan zaman onların arasında mənəvi dəyərlərə əsaslanan münasibət mövcud olmamışdır. Göründüyü kimi id diaçı tərəfindən mübahisələndirilən bağışlamanın motivi mübahisəli evin iddiaçı tərəfindən ələ keçirilməsi olmuşdur.

26. İddiaçı 1957-ci il təvəllüdlüdür, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxumağı bilmir. Həmçinin müqavilə bağlanarkən iddiaçı xəstə olduğundan nə etdiyini, yəni hərəkətlərinin mənasını başa düşməmişdir. Eyni gündə həm etibarnaməni, həm də bağışlama müqaviləsini imzalamışdır. Cavabdeh isə birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya etirazında qeyd etmişdir ki, atası tərəfindən ona verilən baş etibarnamədən heç vaxt heç bir məqsəd üçün istifadə etmək niyyətində olmamış və istifadə də etməmişdir.

27. Cavabdehin məqsədi etibarnaməni hər hansı təmsilçilik üçün deyil, həmin etibarnaməni bəhanə edərək, iddiaçını notariat ofisinə aparmasına və bağışlama müqavi ləsinin bağlanmasına nail olmaq omuşdur. Qanunvericiliyin tələbinə görə, şəxs fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyibsə və ya onlara rəhbərlik edə bilməyibsə, bu həmin əqdin məhkəmə tərəfindən etibarsız sayılması üçün əsasdır. Müqavilə bağlanarkən iddiaçının xəstə olması, nitqin pozulması diaqnozu ilə ambulator müalicə olunması, fikrini izah edə bilməməsi və hərəkətlərinin mənasını başa düşməməsi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək mübahisəli qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsi nə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata ke çirilir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mü bahisələndirə bilər. Belə mü bahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mü bahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər t ərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

37. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əs asən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilə

38. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

39. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

40. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

41. Maddə 670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə funda mental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər iddiaçının iddia ərizəsində və birinci instansiya məhkəməsində izahatında irəli sürdüyü dəlillərlə eyni məzmundadır və apelyasiya məhkəməsi həmin dəlilləri araşlıraraq qiymət vermiş, işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

56. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

57. İddiaçı bağışlama müqaviləsinin etibarsız sayılmasının əsası kimi mənzilin satılmasına razılıq verilməsi üçün onun aldadıldığını bildirir və bu dəlili ümumən belə əsaslandırır ki, notariat kontoruna cavabdehə etibarnamənin rəsmiləşdirilməsi üçün getmiş, cavabdeh etibarnamə əvəzinə ona məxsus olan daşınmaz əmlakı guya ona hədiyyə etmək istədiyini notariat ofisinə bildirmiş və o, notariat ofisində tərtib edilmiş sənədlərə fikir verməmiş, tərtib olunmuş sənədlərə diqqət yetirmədiyindən eyni gündə etibarnamə ilə yanaşı bağışlama müqaviləsin i də imzalamışdır.

58. Lakin işdən göründüyü kimi iddiaçı cavavdehə etibarnaməni 06 iyul 2023-cü ildə vermiş, bağışlama müqaviləsini isə 12 iyul 2023-cü il tarixdə imzalamışdır. Yəni, kassatorun eyni gündə həm etibarnamə tərtib olunması, həm də bağışlama müqaviləsini imzalaması barədə dəlili təsdiq olunmur.

59. Müqavilənin etibarsızlığına əsas olan aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində y anlış təsəvvür yaranır.

60. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

61. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hall ar və faktlar barəsində qəsdən susmaqla).

62. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

3. Müqavilə məhz aldat ma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

63. Müqavilənin etibarsız sayılması üçün aldatma müqavilə tərəfinin iradə ifadəsini zədələmiş olmalıdır. Bağışlama müqaviləsində müqavilənin qurucu ünsürü bağışlayanın iradə ifadəsidir. Mübahisələndirilən müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin zədələnməsi müəyyən olunmayıb. İddiaçı əvvəl ona məxsus olan bütün əmlakları üzərində sərəncam verilməsini də əhatə edən ümumi etibarnamə vermişdir və bu səlahiyyətlərin cavabdehə verilməsini iradəsinə uyğun olmadığını iddia etmir. Bundan sonra isə fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Göründüyü kimi iddiaçının öz əmlakına dair cavabdehin xeyrinə sərəncam vermək niyyəti əvvəlcədən olmuş, fərqli zamanlarda notariat kontoruna gedərək iradə ifadəsini rəsmiləşdirmiş, hərəkətlərində vahid niyyətə yönələn ardıcıllıq olmuşdur.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

65. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apllyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-424/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar