Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2967/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARI Açar sözlər: Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Çingiz İsgəndər oğlu Əsgərovun məruzəsi ilə, Vüqar Təvəkgül oğlu Həsənov və Əhməd Abbas oğlu Əhmədovdan ibarət tərkibdə, İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra – “cavabdeh” və ya “Nazirlik”) qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3022/2025 nömrəli 2025-ci il 4 iyun tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı 2016-cı il 1 sentyabr tarixində Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin (bundan sonra – “məktəb”) direktoru vəzifəsinə təyin edilmişdir.
2. Məktəbdə keçirilən monitorinq barədə 2023-cü il 13 oktyabr tarixli aktda qeyd olunmuşdur ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 2023-cü il 12 oktyabr tarixli əmrinə əsasən 2023-cü il 13 oktyabr tarixində Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə monitorinq keçirilmişdir. Aparılmış monitorinq zamanı aşağıdakı nöqsanlar müəyyən edilmi şdir: - 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, direktorun fəaliyyət planı və pedoqoji şuranın iş planı hazırlanmamışdır. 2023-cü il 17 fevral tarixdə məktəbdə keçirilən pedaqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının cari tədris ili üçün tətbiqinə tam riayət edilmir (əsasən yuxarı siniflər üzrə İXa, b, c; Xa, b; Xİa, b). - Məktəbdə cari dərs ili üçün təsdiqli dərs cədvəli, dərsdənkənar məşğələ və evdə təhsilin cədvəlləri divardan asılmamışdır; cari tədris ili üçün məktəbin dərs cədvəli direktor tərəfindən təqdim edilsə də, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmişdir. Vİİİ ç sinfində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənnini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatları toqquşduğu üçün dərs bo ş keçirdi. İXa sinfində İİ saat fransız dili dərsi zamanı digər qrupun müəllimi Afaq İbrahimova dərsdə iştirak etmirdi. Kəmalə Qəhrəmanova iki yarımqrupu birləşdirib tədris aparırdı. Afaq İbrahimova izahatında Goranboy rayonunda təşkil ediləcək tədbirdə iştirak edəcəyi üçün dərsdə iştirak etmədiyini bildirdi. - Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamış, belə ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında X1 buraxdığı İX sinif üzrə evdə təhsildə 0.5 saat dərs yükü X2 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. - Müvafiq qaydalara görə dərnəklərin təşkili 2023-cü il 25 sentyabr və 2 oktyabr tarixlərdə pedaqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda, məktəbdə 2023cü il 15 s entyabr tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir (2023-cü il 15 sentyabr tarixli, 12 nömrəli). - Əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında əksər əmrlərin əsasları yazılmamış və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın 3 saat dərnəkdən imtina etdiyi üçün dərnəyin Zahidə Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X6 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. - Məktəbin pedaqoji şurasının protokolu kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedaqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd aparılmamışdır. Məktəb üzrə mövcud olan ştat c ədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. - Müəllimlərin proqram və gündəlikləri natamam formada hazırlanmışdır. Vİİİ, İX, X və Xİ sinif şagirdlərinin məktəbli kitabçası yox idi və müəllimlər tərəfindən gündəlik şagirdlərin dərsə hazırlıq səviyyəsi haqqında qeydlər aparılmır. Sinif rəhbərlərinin sənədləşməsi natamam idi. Təsdiqli növbətçilik cədvəli divardan asılsa da növbətçilər fəaliyyət göstərmirdi. - 2-ci və 7-ci saat şagird davamiyyətinə baxış keçirilmişdir. Şagirdlərin davamiyyətinə dair cədvəldən də göründüyü kimi yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qaneedici deyil. Dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin və də rsdənkənar məşğələlərin jurnalları təqdim edilmədi. Sinif jurnalları təqdim edilsə də, jurnallar işlənilməmişdir. Müəllimlər jurnalların onlara 2023-cü il 12 oktyabr tarixdə təqdim edildiyi üçün yazmadıqlarını bildirdilər. - Məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim edilmədi. Fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi aparılmamışdır. - Məktəbdə ibtidai siniflər üzrə 14 saat dərs yükü 2023-cü il 12 sentyabr tarixdən məktəb tərəfindən vakant verilməsinə baxmayaraq, Regional Təhsil İdarəsi tərəfindən həmin yer vakant verilməmişdir. Həmin dərs saatlarının vakant verilməməsinə baxmayaraq, Goranboy rayon təhsil sektorunun razılığına əsasən həmin dərs saatları məktəbin əmr kitabında MİQ-dən müəllim gələnədək müvəqqəti olaraq məktə bin digər ibtidai sinif müəlliminə verilsin kimi qeyd edilmişdir. - Seçmə yolla baxılan Xa sinfində təhsil alan şagirdlərin şəxsi işində şagirdlər haqqında qeyd dolğun yazılmayıb və İX sinif üzrə isə ümumiyyətlə qeyd aparılmayıb. Məktəbdə müəllimlərin tibbi kitabçaları yox idi, məktəbin direktoru kitabçaların tibbi qeydiyyatdan keçmələr üçün müəllimlərə verildiyini bildirmişdir. 2023-2024-cü tədris ilində məktəbdə “Rəqəmsal bacarıqlar” pilot layihə tətbiq edilsə də, hal-hazırda məktəbin internet xətlərində narahatçılıq olduğu üçün informatika fənninin tərkibində tədris edilən rəqəmsal bacarıqlar layihəs qanunamüvafiq formada tədris edilmir. - Məktəbin göndərilən sənədlərin qeydiyyatı kitabına baxış keçirilən zaman kitabın 2015-ci ildə başlanıldığı, lakin direktor tərəfindən 2016-cı ildə tə sdiq olunduğu məlum olmuşdur. Qeyd olunan kitab çox səliqəsiz və qaydalara uyğun olmayan şəkildə yazılmışdır. Belə ki, kitabın əvvəlində üç vərəq boş saxlanılmış, həmçinin göndərilən məktubların tarixi və nömrəsi kitabda qeyd olunmamışdır. Kitabda 2015-ci ildə 3 məktub, 2016 və 2017-ci illərdə 7 məktub, 2018-ci ildə 5 məktub, 2019 və 2020-ci illərdə 4 məktub, 2021-ci ildə 2 məktub, 2022-ci ildə isə 6 məktub, 2023-cü ilin əvvəlindən yoxlama aparıldığı günədək (2023-cü il 13 oktyabr tarixədək) cəmi 15 məktubun qeydiyyatı aparılmışdır. Bu isə həqiqəti əks etdirmir. - Daxil olan sənədlərin kitabında isə 2023-cü ilin əvvəlindən yoxlama aparıldığı günədək (2023-cü il 13 oktyabr tarixədək) cəmi 28 məktubun qeydiyyatı aparılmışdır. Kitabda daxil olan məktubların tarix və nömrələri qeyd olunmamış, icra bölməsi düzgün yazılmamışdır. Belə ki, kitabda sənədlərin icra vəziyyəti haqqında heç bir qeyd aparılmamışdır. - Məktəbdə daxil olan və göndərilən sənədlər qaydalara uyğun olaraq saxlanılmır, daxil olan ərizələrin qeydiyyatı kitabı isə ümumiyyətlə işlənilməmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, məktəbdə kargüzarlıq işi çox zəif və qaydalara uyğun olmayan formada qurulmuşdur.
3. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış 2023-cü il 18 oktyabr tarixli məktubda aktda göstərilənlərlə yanaşı, həmçinin qeyd olunmuşdur ki, iddiaçıya 2023-cü il 13 mart tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Tətbiq olunmuş intizam tənbehinə baxmayaraq, iddiaçı yenə də vəz ifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Belə ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru bildirir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 2023-cü il 29 avqust tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifaktlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən məktəbin ibtidai sinif müəllimi X7 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edilmişdir. X7 2023-cü il 30 iyul tarixdən 2023-cü il 24 sentyabr tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə 2023-cü il 4 sentyabr tarixdə xitam vermişdir. Yenidən məkt əb direktoru 2023-cü il 4 sentyabr tarixdən müəllim ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağlayıb. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – “Əmək Məcəlləsi”) 71-ci maddəsinin 2 və 3-cü, 80-ci maddəsinin 1 və 2-ci hissələrinin tələblərinin pozulması ilə verilmiş məktəbin 2023-cü il 29 sentyabr tarixli 29 nömrəli əmri Gəncə-Daşkəsən Regional Təhsil idarəsi tərəfindən ləğv edilmişdir və X4 2023-cü il 5 oktyabr tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilmişdir. Lakin məktəb rəhbərliyi Təhsil İdarəsinin müvafiq əmrini icra etməkdən imtina etmişdir.
4. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun HİK-nin 70 nömrəli 2023-cü il 30 oktyabr tarixli protokoldan çıxarışdan görünür ki, Komitə tərəfindən iddiaç ı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
5. Nazirliyin 3-29/3-11416K/2023 nömrəli 2023-cü il 16 noyabr tarixli əmri ilə əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 6. 2023-cü ilin 30 dekabr tarixində iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 3-29/3-1-1416K/2023 nömrəli, 2023-cü il 16 noyabr tarixli əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə gör ə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmasına dair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına (bax yuxarıda §1-5) istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək məktəb direktor vəzifəsinə təyin edilmiş, işlədiyi müddətdə özünü yaradıcı işləyən müəllim, bacarıqlı, yüksək ixtisaslı mütəxəssis, idarəçi kimi göstərmişdir. Təhsil müəssisəsinin fəaliyyətinin planlaşdırılması və proqnazlaşdırılması əsaslarına yüksək səviyyədə yiyələnmə, şəxsi təşkilati və inzibati keyfiyyətlər təhsilin demokratikləşməsi və humanistləşməsi prinsipləri əsasında tədris prosesinin idarə olunması üçün məhs uldar bir model yaratmağa və sınaqdan keçirməyə imkan vermişdir. Hətta Goranbay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təhsil sahəsində uğurlarına görə fəxri fərmanla təltif olunmuşdur. 2022-ci ilin yay ayından başlayaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iddiaçı ilə səbəbsiz olaraq şəxsi qərəz və ədavət yürüdür, məktəblə bağlı idarəçiliyinə mane yaradır, rəhbərliyə yanlış məlumatlar verərək, onun haqqında mənfi rəy yaradır. Dəfələrlə iddiaçıya öz istəyi ilə ərizə yazıb işdən çıxmağını bildirmiş, iddiaçı isə bundan imtina etmişdir. Bundan sonra 2023-cü il 2 oktyabr tarixində Goranboy-Nafatalan Rayonlar üzrə təhsil sektorunda keçirilən iclasda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı bildirildi və 16 noyabr tarixin də Nazirliyin əmri ilə işdən azad edildi. Məktəb direktoru kimi işdən azad olunmağı ilə birlikdə məktəb müəllimliyindən də azad edildi. Halbuki, 2008-ci ildə həmin məktəbə fransız dili müəllimi təyin edilmiş, 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçərək ixtisas üzrə yüksək bal toplamışdı. Buna baxmayaraq, onu məktəbdə müəllim kimi dərslə təmin etmədilər. Əksinə dərslərini başqa müəllimlərə verəcəklərini vəd edib, onlarda olan fransız dili dərnəyindən imtina etdirib, dərnəyin təyinatını dəyişərək, məktəbdə süni şəkildə vakant dərs saatları yaratdılar və məktəbə yeni dərnək rəhbəri təyin etdilər.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1065/2024 nömrəli 2024cü il 23 aprel tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 3-29/3-1-1416K/2023 nömrəli 2023-cü il 16 noyabr tarixli əmrin ləğv edilməsi, iddiaçının məktəbin direktoru vəzifəsinə işə bərpa olunması və ona 2023-cü il 16 noyabr tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir (hakim Aytən Novruzova).
9. Məhkəmənin mövqeyinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən monitorinq aktında pozuntu kimi göstərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zaman ı təsdiqini tapmamışdır.
10. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu və iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, işəgötürən iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmişdir. Məhkəmənin qənaətinə görə iddia olunan pozuntulara görə iddiaçının əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların (əgər pozuntu hes ab edilsə belə) xarakterinə adekvat olmamış, istinad olunan pozuntuların bəziləri isə onun işdən çıxarılmasına əsas verəcək qədər ciddi olmamışdır.
11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sübutlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin yeganə yetərli əsası kimi çıxış edə bilməz. Belə ki, aktın bütün bəndləri məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri yazılı sübutlar və onların izahatları ilə araşdırılmışdır. Aktın bəndləri və bu akta əsaslanaraq cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda qeyd edilənlər əsassız və ya qeyri-müəyyən qaydada yazılmış, təsdiq edilməsi mümkün olmayan hallardır.
12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42.1, 43.1, 70 “ç”, 70.3, 71, 72, 83, 186.3, 287, 288, 292, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Təhsil nazirinin 187 nömrəli 1994-cü il 25 mart tarixli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” Təlimata, Azərbaycan Respublikası Təhsil nazirinin 238 nömrəli 2017-ci il 4 avqust tarixli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”na istinad edərək əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4504/2024 nömrəli 2024-cü il 18 sentyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim: Akif İsgəndərov, hakimlər: Ziya Şirinov və Xumar Mərdanova).
15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsi ilə eynilik təşkil etmişdir.
16. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın əmin edilməməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-241/2025 nömrəli 2025-ci il 13 fevral tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya bax ışına göndərilmişdir (məruzəçi hakim: Elşanə Vəliyeva, hakimlər: Elşad Şamayev və Əhliman Xıdırov).
18. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı əvvəlki yoxlamalar zamanı direktor kimi fəaliyyətində nöqsanlara yol verdiyinə görə inzibati tənbeh tətbiq edilmiş və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Yenidən məktəbdə monitorinq keçirilmiş və məktəbdə aşkar edilən nöqsanlar barədə 2023-cü il 13 oktyabr tarixində 19 bənddən ibarət akt tərtib edilmiş, həmin aktda göstərilən nöqs anlar və əlavə olaraq məktəbin müəllimi Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması, həmçinin qanunsuz olaraq işdən azad edilmiş məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Təranə Cəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 2023-cü il 5 oktyabr tarixli əmrinin icra etməkdən imtina etməsi səbəbindən cavabdehin 2023-cü il 16 noyabr tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
19. Məhkəmələr əmrin ləğvi ilə bağlı yuxarıdakı qənaətə gələrkən aktda qeyd edilən nöqsanlarla bağlı iş materiallarına əlavə edilmiş müvafiq sübutlara, alınmış izahatlara, məktəbin əmr kitablarının, qeydiyyat jurnallarının surətlərinə, həmçinin məktəbin müəll imi Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunmasını, həmçinin qanunsuz olaraq işdən azad edilmiş məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Cəbrayılovanın işinə bərpa edilməsi barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 2023-cü il 5 oktyabr tarixli əmrinin icra etməkdən imtina etməsini təsdiq edən sənədlərə düzgün hüquqi qiymət verməmiş, aktı imzalamasa da, iddiaçının 2023-cü il 13 oktyabr tarixli izahatında aktda göstərilən nöqsanlara dair hər hansı etirazının göstərilmədiyinə, müvafiq sənədlərin mövcudluğu ilə bağlı hər hansı qeydinin olmamasına, Həmkarlar komitəsinin iclasında iştirak etməkdən imtina edərək onun barəsində verilmiş təqdimata münasibət bildirməməsinə əhəmiyyət verməmişdir. Halbuki bu hal apellyasiya məhkəməsinin özünün də q eyd etdiyi kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərin yoxlamadan sonra tərtib olunma ehtimallarını daha da gücləndirir.
20. Kollegiya hesab etmişdir ki, iddiaçıya daha yüngül inzibati xətanın verilməsi üçün də əsaslar olmamışdır, belə ki, iddiaçı barəsində daha əvvəl sonuncu xəbərdarlıqla şiddətli töhmət tədbiri görülmüş, iddiaçı həmin intizam tənbehi tədbirini mübahisələndirməmişdir. Həmin intizam tədbirdən sonra daha yüngül tənbeh tədbirinin seçilməsi məntiqsiz olardı. Məktəbdə davamiyyətin pozulmasına, habelə kargüzarlıq işinin düzgün təşkil edilməməsinə görə direktor məsuliyyət daşımalıdır. Çünki qeyd edilənlər bilavasitə məktəb direktorunun əmək funksiyalarına daxildir.
21. Aktla yanaşı iddiaçının işdən azad edilməsinə səbəb olan daha iki halla bağlı məhkəmə kollegiyas ı qeyd etmişdir ki, Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması barədə sənədlər işdə mövcud olmasa da, iddiaçı tərəfindən bu fakt ümumiyyətlə təkzib edilmədiyindən mübahisəsiz olmuşdur. Təranə Cəbrayılova ilə bağlı məsələ üzrə isə qüvvədə olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi 2023-cü il 5 oktyabr tarixli əmri olduğu və iddiaçının həmin əmri icra etməkdən imtina etməsi barədə işdə müvafiq sübutlar olduğu halda, məhkəmənin iddia tələbinə aid olmayan həmin şəxsin işdən azad olunmasının qanuniliyi ilə bağlı hüquqi mövqe bildirməsi MPM-in 218.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3022/2025 nö mrəli 2025-ci il 4 iyun tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim: Sabit Bəhrəmzadə, hakimlər: Fərrux Qasımov və Vahid Sadıqov).
23. Apellyasiya instansiyası məhkəməsi hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmişdir. Kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
24. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan hüquqi mövqeləri təkrarlamaqla yekunda qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına tam əməl olunmuş və həmin Məcəllənin 300.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Başqa sözlə, əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılması və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edildiyi nəzərə alınmaqla, əmək münasibətlərinin davam etdiyi müddətdə və əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericilik və işçinin hər hansı hüquqları pozulmamışdır.
25. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 “ç”, 83, 186.2, 292.1-ci və MPMin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
26. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. MPM-in 420-ci maddəsi üzrə - işə ikinci dəfə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri araşdırmadan qiymət vermiş və hüququn tətbiqində səhvlərə yol vermişdir. Kassasiya məhkəməsinin göstərişləri hüququn tətbiqi ilə bağlı olmadığından, apellyasiya məhkəməsi həmin göstərişlərə işin qanuni həllini təmin edərək baxmalı idi.
28. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi üzrə - bu maddə hazır kı mübahisə üzrə tətbiq edilməli olduğu halda tətbiq olunmamışdır. Belə ki, cavabdehin iddia etdiyi pozuntular Gəncə-Daşkəsən Təhsil İdarəsinin 2023-cü il 12 oktyabr tarixli əmrinə əsasən 13 oktyabr tarixində keçirilmiş monitorinq zamanı aşkar edilmiş və həmin gün monitorinqin yekunlarına dair akt tərtib edilmişdir. Həmin aktın əsasında Təhsil İdarəsinin rəhbəri 2023-cü il 18 oktyabr tarixində təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş və təqdimatda iddiaçı tərəfindən işdə yol verilən nöqsanların 2023-cü il 13 oktyabr tarixində aşkarlandığını xüsusi qeyd etmişdir. İddiaçının direktor kimi əmək müqaviləsinə 2023-cü il 16 noyabr tarixində xitam verilmişdir. Yəni inzibati tənbeh tədbiri 1 ay keçdikdən sonra tətbiq edilmişdir. Bu isə həmin maddənin tələbinə əsasən müddət ötürüld üyü üçün qanunsuzdur.
29. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsi üzrə - bu maddənin tələbləri pozulmuşdur. Belə ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət iddiaçıya 2023-cü il 13 mart tarixində tətbiq edilmişdir. Qeyd edilən intizam tənbehinin qüvvədə olma müddəti 6 ay olmaqla 2025-ci il 13 mart tarixindən hesablanaraq, 2023-cü il 13 sentyabr tarixinədək təşkil edir. Yəni monitorinqin keçirilməsi və əmək müqaviləsinin xitamına dair 2023-cü il 16 noyabr tarixli əmrin qəbul edilməsi zamanı iddiaçının üzərində əmək münasibətləri üzrə intizam tənbehi mövcud olmamışdır.
30. Əmək Məcəlləsinin 67-ci maddəsinin 6 hissəsi üzrə - Qönçə Abbasovanın əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunması ilə bağlı məsələdə məhkəmə bu maddəni nəzərə almalı olduğu halda tətbiq etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən Təranə Cəbrayılovanın işinə bərpa edilməsi barədə əmrin icra etməkdən imtina edilməsi sübut edilmir. Bu halın da qanunvericilik baxımından tənzimlənməsi və hüquq normalarının tətbiqi məhkəmə tərəfindən həyata keçirilməmişdir. Belə ki, Təranə Cəbrayılovanın direktor müavini olaraq vəzifəyə təyin olunması Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 5.16-cı bəndi ilə tənzimlənir, yəni direktor müavini məktəbin direktoru tərəfindən deyil, məktəbin tabe üst qurumu tərəfindən təyin edilir. Lakin direktor müavinin əmək müqaviləsinə xitam vermək səlahiyyəti birbaşa üst quruma deyil, həmin Nizamnamənin 5.15.9-cu bəndinə əsasən direktorun səlahiyyətinə aiddir. Odur ki, Təranə Cəbrayılovanın yenidən direktor müavini təyin edilməsi GəncəDaşkəsən Təhsil İdarəsinin rəhbərinin səlahiyyətində olmaqla, qanunla iddiaçının səlahiyyətində olan məsələ deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;...” “Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmas ı hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.” “Maddə
83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir....” “Maddə
186. Əmək və icra int izamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri...
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək....” “Maddə
187. İntizam tənbehinin verilməsi qaydaları...
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiy i gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir....” “Maddə
190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur....” “Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmam asının hüquqi nəticələri Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər....”
35. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən arqumentlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas təşkil etmir.
37. Apellyasiya məhkəməsi kassasiya qaydasında işə daha əvvəl baxmış məhkəmə tərkibinin göstərişləri nəzərə alınmaqla, MPM-in 372.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam hüquqlu məhkəmə kimi işi səlahiyyətləri çərçivəsində araşdırmış və yekunda bu qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına tam əməl olunmuş və həmin Məcəllənin 300.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Başqa sözlə, əmək münasibətlərinin davam etdiyi müddətdə və əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericilik və işçinin hər hansı hüquqları pozulmamışdır.
38. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər tam, hərtərəfli, obyektiv araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına nəzər salındıqda görünür ki, məhkəmənin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur.
39. Kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd olunur ki, işçi tərəfindən yol verilmiş pozuntuya görə Əmək Məcəlləs inin 186-cı maddəsində sadalanan intizam tənbehlərindən hansını tətbiq etmək işəgötürənin səlahiyyətində olmaqla, bu zaman seçilmiş tənbeh tədbirinin pozuntunun ağırlığına mütənasib olması əsas meyardır. Yəni işəgötürən pozuntunun ağırlıq dərəcəsindən və əhəmiyyətindən asılı olaraq işçi barəsində daha yüngül intizam tənbehlərindən birini tətbiq etmədən də daha ağırını seçə bilər.
40. Bu baxımdan baxılan iş üzrə apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin pozulması halları da müəyyən edilmir. Belə ki, iddiaçının Əmək Məcəllsəinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə əmrin verildiyi vaxt onun barəsində bundan öncə tətbiq edilmiş daha yüngül tənbeh tədbirinin (şiddətli töhmət) zamana görə qüvvəsini itirməsi, əmrin verilməsinə hər hansı qanuni məhdudiyyət yaratmamışdır.
41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. Məhkəmə kollegiyası yuxarıda göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3022/2025 nömrəli 2025-ci il 4 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.