Məhkəmə qərarları › İş №2(102)-2968/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2968/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2968/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-770/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 21 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş və qonşular tərəfindən tərtib edilərək imzalanmış akta əsasən, Cavabdeh2 1993-cü ildən ailə həyatı qurub və bu evdən mərhum həyat toldaşı Elçin Ələkbərov ilə birlikdə köçüb. Məryəm Ələkbərova və Xədicə Ələkbərova bu ünvanda heç vaxt yaşamayıblar. Cavabdeh1 və uşaqları Ümid Əhmədli, Nuray Əhmədli bu ünvanda heç vaxt yaşamayıblar.

2. Ölüm haqqında şəhadətnamələrə görə, Mənsur Ələkbərov xx.xx.2002-ci ildə, Elçin Ələkbərov isə xx.xx.1999-cu ildə ölmüşlər.

3. Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli orderə əsasən, Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 m ənzil 24 iddiaçıya verilmişdir. 4. 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2018-ci il tarixli arayışına görə, Bəxtiyar Ələkbərov 3 nəfər ailə üzvü ilə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-də 1982-ci ildən yaşayıb və 1989-cu ildən daimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2017-ci ildə vəfat edib.

5. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 nikahı xx.xx.2014-cü il tarixlə Bambaşı icra nümayəndəliyində qeydə alınıb. xx.xx.1973-cü il təvəllüdlü X1 ölümü xx.xx.2018-ci il tarixlə Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Ş əhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və azyaşlılar X2, X3, X10 və X7 Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-ə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4352/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata cavabdehlər X4 və X5 aid hissədə xitam verilmiş, eyni tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X7 Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-ə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bi rinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti vermişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-770/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafari) birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə qismən, ona aid hissədə ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 aid hissədə iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, tərəflər arasında hazırkı mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən, hazırkı mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsin in normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münaisbətlərinə düzgün maddi hüquq norması tətbiq edilmiş, lakin işin halları tam aydınlaşdırılmamış, qeyd olunan maddi hüquq normasının tələbləri baxımından işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sübutetmə yükü düzgün müəyyən edilməmişdir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi müvafiq qərar əsasında iddiaçı və onun ailə üzvlərinə (o cümlədən cavabdehin ərinə) verilmişdir. Cavabdeh2 iddiaçının oğlu ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu tarixdən həmin yaşayış sahəsinə gəlin köçmüş, birgə nikahdan uşaqları anadan olmuş, həmin yaşayış sahəsində ailə üzvləri və iddiaçı ilə b irlikdə yaşamış, 1999-cu il tarixdə isə əri iddiaçının oğlu vəfat etmişdir. Cavabdeh həmin yaşayış sahəsində pasport qeydiyyatındadır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yaşayış sahəsinə malik olması halını əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etiraz edərək, həmin yaşayış sahəsini məcburiyyət qarşısında qalaraq tərk etdiyini, iddiaçı ilə qohum olduqlarını, aralarında münaisbətlər gərgin olduğundan məcbur olaraq həmin evi tərk etdiyini, qardaşının evində yaşadığını, özünün başqa yaşayış sahəsinin olmadığını, əri vəfat etdikdən sonra həmin evi tərk etdiyini, himayəsində sağlamlıq imkanları məhdud olan uşağının da olduğunu, həmin yaşayış sahəsinə ehiyacının olduğunu, həmin e vdə pasport qeydiyyatında olduğunu, başqa yaşayış yerinin və qeydiyyatda ola biləcək yerinin olmadığını bildirmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, qeyd olunan mənzil qanunvericiliyinin tələbinə əsasən mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının və cavabdehin ərinin qanuni sahinliyində olduğundan, cavabdeh onun ailə üzvi olmaqla, köçüb onunla və iddiaçı ilə birlikdə həmin yaşayış sahəsində yaşadığından, 1992-ci il tarixdən həmin yaşayış sahəsində daimi pasport qeydiyyatında olduğundan (hansı ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır), cavabdehin həmin yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır (MM-nin 53,123-cü maddəsinin dispozitiv şərtləri baxımından). Qeyd olunmalıdır ki, indiki halda hazırki mülki iş üzrə mübahisələndiri lən hissədə cavabdehin həmin yaşayış sahəsini daimi tərk edib-etməməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması və başqa yaşayış sahəsinə malik olub-olmaması halları araşdırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə qeyd olunan hallar üzrə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yaşayış sahəsinə malik olması, qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmaması kimi halları sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən həmin halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Qeyd edilən halla bağlı iddiaçı tərəfindən sübut qismində yalnız yazılı akt təqdim edilmişdir ki, məhkəmə həmin sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş digər sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, Cavabdeh2 adına abonent kodunun qeydiyyata alınmasına dair “Sumqayıt Sukanal” İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Qeyd olunan hal Cavabdeh2 həmin yaşayış sahəsini daimi olaraq könüllü tərk etməsi halını birbaşa təsdiq edən sübut kimi çıxış etmir. Bundan əlavə, cavabdeh öz izahatında həmin ünvanda yerləşən yaşayış yerinin qardaşına məxsus olduğunu, su sonradan çəkildiyindən onun adına qeydiyyata alınmasını bildirmişdir. Həmçinin, iddiaçı öz izahatında cavabdehin yaşadığı evin onun qardaşı tərəfindən verilməsi halını bildirmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin sübut vasitəsi də mübahisələndirilən hissədə iddia tələbinin əsası kimi istinad edilən halları təsdiq etməmişdir. Həmçinin, məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır, yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli,hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, cavabdehin həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyyatına alın mışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehin uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin həmin evdə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, cavabdehin həmin mənzilə istifadə hüququ mövcud olduğundan, həmin istifadə hüququna yalnız cavabdeh həmin yaşayış sahəsini könüllü olaraq daimi tərk etdiyi, həmin ya şayış sahəsinə ehtiyacının olmadığı, başqa daimi yaşayış sahəsinə malik olduğu hallarda mümkün olardı. İndiki halda isə iddia tələbini əsası qismində çıxış edən həmin halların müəyyən edilməsi mümkün olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin Cavabdeh2 adi hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh məhkəmə prosesində mərhum həyat yoldaşı E.Ələkbərovla mübahisəli mənzili 90-cı illərdən tərk etdiyini, qardaşının onlara aldığı fərdi evdə yaşadığını, su sayğacının da adına olduğunu, məhkəmə qətnaməsi əsası nda qeydiyyatdan çıxarıldığı üçün şəxsiyyət vəsiqəsinin etibarsız olması onun üçün problemlər yaratdığını, hazırda isə Bakı şəhərində qardaşının mənzilinə qeydiyyata düşdüyünü, lakin Sumqayıt şəhərində faktiki yaşadığı üçün Bakı şəhərinə gedib-gəlməsinin çətin olduğunu bildirmişdir. Lakin bu hallar cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına əsas verən sübutlar və dəlillər olduğu halda məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qətnamədə qeyd etmişdir ki, guya cavabdehin uzun müddət mübahisəli mənzili tərk edərək daimi köçməsi sübut edilməmişdir. Halbuki, bütün sübutları bir kənara qoyduqda, cavabdehin öz izahatı (mənzili 90-cı illərdən tərk etməsi, sənədsiz evdə həmin vaxtdan yaşaması, ikinci dəfə faktiki nigahla ailə qurması və 24 yasında Validə adında qızının olması, bu illər ərzində mübahisəli mənzilə gəlib yaşamaması, iddia qaldırmaması, gedərkən bütün əmlaklarını aparması, mənzilə yalnız qeydiyyatının saxlanılması və sair) qaldırılmış iddia tələbinin əsaslı olmasına dəlalət etdiyi halda, məhkəmə bu qanunsuz qətnaməni qəbul etmişdir. Məhkəməyə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hallarla bağlı yetərincə sübutlar təqdim etmiş, şahidlər dindirilmiş və cavabdeh özü də məhkəmədə ailə həyatı qurduqdan bir müddət sonra mübahisəli mənzili tərk etməklə hazırda yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən evdə yaşadığını bildirmiş, problemin yalnız həmin evə qeydiyyata düşə bilməməsi səbəbindən baş qaldırdığını demişdir. Onun bu mənzili könüllü tərk etməsinin sübutu 30 ilə yaxın bir müddətd ə bu mənzilə köçürülmə ilə bağlı hər hansı bir orqana müraciət etməməsi, məhkəmədə iddia qaldırmaması ilə izah olunur. Əksinə o, ikinci dəfə ərə getmiş və həmin şəxsdən də onun X8 adında bir övladı olmuşdur, həmin qızı da ailə həyatı qurmuşdur. Bu faktı cavabdeh özü də məhkəmədə etiraf etmiş və işdə olan sənədlərlə də təsdiq olunur. Göründüyü kimi, cavabdehin bu mənzili uzun müddətdə könüllü tərk etməsi, başqa yaşayış məntəqəsinə köçməsi, ikinci dəfə ərə getməsi və ondan da övladının olması, hazırda da başqa ünvanda yaşaması, tərəflərin izahatları, işdə olan sübutlar (akt, şahid ifadələri, cavabdehin yaşadığı ünvan barədə Sukanal idarəsinin arayışı və sair) ilə təsdiq olunur. Məhkəmə işdə olan aktın mötəbərliyinə şübhə edirdisə, həmin aktı imzalayan şəxsləri və ərazi MİS-in əməkdaşlarını məhkəməyə dəvət edib, dindirə bilərdi, lakin məhkəmə bunu etməmiş, bir dəfə təyin edilmiş məhkəmə iclasında bu mübahisəyə qeyriobyektiv qiymət vermiş, hətta aktda qeyd olunan faktı cavabdeh özü məhkəmədə etiraf etdiyi halda məhkəmə aktın mötəbərliliyini şübhə altına almışdır. Məhkəmənin qeyriobyektiv mövqeyinin sübutu xx.xx.2023-cü ildə tarixdə aparılmış məhkəmə prosesinin audio-video yazısıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət h üququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən ed ilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri h esab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, döv lət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilə n müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; Maddə

54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilm iş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə

60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə

87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvlər i daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və y a digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999cu il tarixli Qərar: “Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Mə hkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan q aldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərar: “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitu siya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbay can Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərar: “Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasınd a onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülk iyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.”

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Önəryıldız Türkiyəyə qarşı iş” üzrə xx.xx.2004-cü il tarixli Qərarı: “1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdaf iə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§124)”. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarı: “Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü t əkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).”

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hal lar işin materiallarına uyğun olsun; Bənd

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin Cavabdeh2 aid hissədə qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

28. İlk olaraq, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sıras ına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.

29. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən şərtlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.

30. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu.

31. Yaşayış sahəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinin saxlanması məsələsi isə Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri ilə tənzimlənirdi.

32. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanırdı.

33. Qanunverici qeyd olunan qaydaları təsbit edərkən hüquqlarının pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür.

34. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmədə baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

35. Lakin işdən məlum olur ki, qeyd edilən məsələlər işə baxan apellyasiya instansiyası mə hkəməsi tərəfindən tam və hərtərəfli araşdırmamışdır.

36. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh2 əri (iddiaçının oğlu) Elçin Ələkbərov 1996-cı ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 1999-cu ildə vəfat etmiş, Cavabdeh2 hələ əri E.Ələkbərovun sağlığında sonuncu ilə birlikdə mübahisəli mənzildən çıxaraq, başqa yerə köçüb, həmin yerdə yaşamağa başlamış, E.Ələkbərov vəfat etdikdən bir müddət sonra başqa şəxslə faktiki ailə münasibətləri qurmuş və bu münasibətlərdən bir uşaq dünyaya gəlmişdir. Cavabdeh hazırda Bakı şəhərində qeydiyyatdadır, qardaşı tərəfindən ona verilmiş evdə yaşayır və həmin evin sudan istifadəyə görə abonent kodu 2016-cı ildən onun adınadır.

37. Cavabdeh ötən 30 ilə yaxın müddət ərzində mübahisəli mənzilə gəlib yaşamamış və iddiaçıda n sözügedən hüququnun təmin edilməsini tələb etməmiş, bu barədə məhkəmədə iddia qaldırmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsinin işin sadalanan hallarını nəzərə aldıqdan sonra da cavabdehin mübahisəli yaşayış sahəsində uzun müddətdə yaşamaması halının iddiaçı tərəfindən sübut olunmalı olduğunu və sonuncunun bununla bağlı heç bir mötəbər dəlilə istinad etmədiyini bildirməsi, həmin məhkəmənin sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürməməsinin nəticəsi olmuşdur.

39. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur.

40. Mülki mühakimə icraatına çəkişmə prinsipi hakimdir, çəkişmə prinsipinin ümumi cəhətləri ikidir: məhkəmə ö zü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

41. Başqa ifadə ilə, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərə flərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

42. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

43. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması demək olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prose si sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini i fadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

45. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbləri ni müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar və sair).

46. Bu mənada, əgər şəxsin uzun illər ərzində mübahisəli mənzildə yaşamadığı mübahisə yaratmırsa, o halda onun həmin yaşayış yerini daimi tərk etməməsi və evdə yaşamamasının məhz sonuncunun k önüllü iradəsi əsasında baş verməməsi faktlarının sübut olunması yükü yerini dəyişərək, qeyd olunan əsası irəli sürən tərəfin öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini doğurmuş olmuşdur.

47. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır.

48. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qər ar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X13rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).

49. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

50. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

51. İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§28-45) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

52. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-770/2023 nömrəli iş üzrə 27 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən - Cavabdeh2 aid hissədə ləğv edilsin, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar