Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-297/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X10 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Lənkəran rayon 1 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, məcburi pay) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X16 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1223/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X7 8 aprel 1986-cı ildə vəfat etmiş X26 ilə birgə nikahından hazırkı iş üzrə cavabdeh olan Cavabdeh3 adlı bir oğlu olmuşdur;
3. Valiyyə Əkbərova 1989-cu ildə nəvəsi X19 (Cavabdeh3 oğlunun övladı) övladlığa götürmüş, bu barədə 13 dekabr 1989-cu il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 11 nömrəli övladlığa götürmə haqqında akt qeydi tərtib olunmuşdur;
4. Hazırkı iş üzrə iddiaçı isə övladlığa götürülmüş X18 arvadı, cavabdehin isə gəlinidir;
5. Valiyyə Əkbərova 20 sentyabr 2017-ci ildə vəfat etmiş və ondan miras olaraq ünvan 1 ünvanında yerləşən mənzil qalmışdır.
6. Valiyyə Əkbərova 12 iyun 1994-cü il tarixli vəsi yyətnamə ilə həmin əmlakı oğlu Cavabdeh3 vəsiyyət etmişdir;
7. Sözügen mənzil Cavabdeh3 tərəfindən digər Cavabdeh2 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 08 yanvar 2024-cü ildə cavabdehlərə qarşı iddia qaldıraraq Cavabdeh3 adına 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına, şəhadətnamə əsasında alınmış qeydiyyat vəsiqəsinin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi 1672, qeydiyyat tarixi 31 iyul 2023-cü il) müqavilənin ləğv edilməsinə, həmin əmlakdan yetkinlik yaşına çatmayan X30 və X13 payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Lənkəran şəhəri, Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m, ümumi sahəsi 32,4 kv.m olan bir otaqlı mənzil X8 məxsus olmuş, ona bu barədə 1991-ci ilin oktyabr ayında 39/39 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X3 Vahab Mirzəli oğlu ilə qanuni nikahda olmuşdur. İddiaçı Valiyyənin xx xxxxx 1959-cu ildə anadan olmuş Rahim adlı oğlunun gəlinidir, belə ki, X25 ilə qanuni nikaha daxil olub ailə qurmuşdur. Bu nikahdan iki övladı var: 1) X30; 2) X20. 10 aprel 1982-ci il təvəllüdlü əri X33 13 dekabr 1989-cu ildə X11 tərəfindən övladlığa götürülmüş, bu barədə Lənkəran rayon Qeydiyyat şöbəsində 11 nömrəli övladlığa götürmə haqqında akt qeydi tərtib edilmişdir. X14 20 sentyabr 2017-ci ildə vəfat etmiş və bu barədə 319 nömrəl i akt qeydi tərtib edilmişdir. X17 26 sentyabr 2022-ci ildə vəfat etmişdir. Hələ sağ ikən 1994-cü ilin iyun ayında X1 şəhəri, Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X27 vəsiyyət etmişdir. Sonuncu Lənkəran rayon notariat ofisinə 14 fevral 2018-ci il tarixli ərizə ilə müraciət edərək, təkbaşına vərəsəlik şəhadətnaməsi almış, mübahisəli əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirmiş və onu iş üzrə ikinci Cavabdeh2 faktiki 22000 manata satmış, görünüş üçün müqavilə bağlayaraq əmlakın dəyərini 12000 manat göstərmişlər. Cavabdeh3 dövlət notariat ofisinə müraciət edərkən özünü yeganə vərəsə kimi göstərmişdir. İş üzrə birinci cavabdeh tərəfindən əldə edilən Lənkəran rayon 1 saylı dövlət notariat ofisi tərəfindən verilən vərəsəlik haqqında şəhadətnamə etibarsızdır, belə ki, həmin akt verilərkən vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. X42 Valiyyə Məmmədova tərəfindən övladlığa götürüldüyünə baxmayaraq, vərəsələrin dairəsinə daxil edilməmişdir. Əri miras qoyanın ölümündən 5 il sonra öldüyündən onun yetkinlik yaşına çatmayan uşaqları atalarının miras əmlakdakı payına irsi transmissiya qaydasında vərəsələr hesab olunurlar. Yetkinlik yaşına çatmayan hər iki uşağın qanuni nümayəndəsi olduğundan hazırkı iddianı qaldırmağa subyektiv hüququ var. Həmçinin, mübahisəli əmlak birinci cavabdehin adına rəsmiləşdirilərkən ölüm haqqında şəhadətnamədə, qeydiyyat vəsiqəsində, vəsiyyətnamədəki soyadların eyni şəxsə məxsus olmasına dair xüsusi icraat qaydasında mülki işə baxılmamış, bu sənədlərdəki soyadların eyni şəxsə məxsus olması müəyyən edilməmişdir.
10. Lənkəran Rayon Məhk əməsinin 16 aprel 2024-cü il tarixli, 2(049)-685/2024 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia təmin edilməmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil X8 məxsus olmuş və onun yeganə oğlu xx.xx.1959-cu ildə anadan olmuş Cavabdeh3dur. Cavabdeh3 Rüfət və Lalə adlı iki övladı vardır. Hazırda iddiaçı qismində çıxış edən Ceyhunə Məmmədzadə Cavabdeh3 övladı X25 ilə qanuni nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki övladı- X30 və X21 vardır. X11 hələ sağ ikən Cavabdeh3 övladı X19, yəni öz nəvəsini 13 dekabr 1989-cu il tarixdə övladlığa götürmüşdür. Eyni zamanda X11 hələ sağ ikən, yəni 1994-cü il iyun ayında özünə məxsus Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X27 vəsiyyət etmişdir. X14 20 sentyabr 2017-ci ildə vəfat etmiş, onun övladlığa götürdüyü nəvəsi X25 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda cavabdeh X34 mübahisəli əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. xx.xx.2023-cü il tarixdə isə həmin mənzili Cavabdeh2 12.000 manata satılmışdır.
12. Məhkəmə hesab etmişdir ki, mərhum X18 mərhum X5 vərəsəsi olması məhkəmə iclasında öz təsdiqini tapmış və X18 vərəsə kimi miras qoyan X5 əmlakından (indiki halda Lənkəran şəhəri Şirəli Axundov küçəsindəki 27 saylı, yaşayış sahəsi 26 kv.m. ümumi sahəsi 32,4 kv.m.olan bir otaqlı mənzil ) miras əldə etmək hüququ olmuş, lakin miras açılanadək X25 öldüyündən onun həmin hüququ vərəsələrinə, yəni indiki halda arvadı (iddiaçı Ceyhunə Məmməd zadə) və övladalarına (X30 və X21) keçmişdir.
13. Lakin bununla yanaşı məhkəmə qeyd etmişdir ki, X11 hələ sağ ikən, yəni 1994-cü il iyun ayında özünə məxsus Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili oğlu X27 vəsiyyət etmişdir.
14. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə hazırda mübahisə predmeti olan mənzil Cavabdeh3 tərəfindən Cavabdeh2 12.000 manata satılmışdır. Cavabdeh2 Cavabdeh3 qonşusu olmuş, habelə mərhum X9 tanımış, sonuncunun bir oğlu, yəni Cavabdeh3 olduğunu, habelə Cavabdeh3 da iki övladının olduğunu (Rüfət və Lalə) bilmişdir. X4 öz nəvəsi X19 övladlığa götürməsindən xəbəri olmamışdır. X25 daim Bakı şəhərində yaşamışdır, hazırda iddiaçı olan Ceyhunə Məmmədzadəni də o, X18 arvadı kimi tanımışdır ki, sonuncu da yay aylarında Lənkəran şəhərinə gəlmişdir. Mübahisəli mənzilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir.
15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə Cavabdeh2 vicdanlı alıcı hesab olunmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 537, 538-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin 1 və 2-ci bəndlərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1.1, 1159.1.2-ci maddələrinin tələbinə görə iddiaçının əri miras qoyan tərəfindən övladlığa götürüldüyündən onun iki yetkinlik yaşına çatmayan övladının mübahisəli əmlakda payı vardır. Məhkəmə bu normaların tələblərini formal olaraq sadalasa da, iş üzrə onları tətbiq etməmişdir. Mülki Məcəllənin 1193, 1194 və 1252-ci maddələrinin tələbləri də məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir, belə ki, məhkəmə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçının övladlarının məcburi payının olmasını göstərmiş, irsi transmissiya qaydasında mirasdan pay almaq hüququnu tanımışdır, lakin həmin normaları iş üzrə tətbiq etmək əvəzinə, iş üzrə gəldiyi nəticəni işin faktiki hal larına uyğun yox, vəzifəsindən irəli gələn hüquqi dəlillər və sırf subyektiv mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin normalar birmənalı şəkildə iddianın tam həcmdə təmin edilməsinə imkan versə də, məhkəmə tərəfindən normaların tələbləri formal sadalanmış, əsassız olaraq MM-in vicdanlı alıcı institutuna aid normaları tətbiq etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 vicdanlı alıcıdır. İş üzrə digər cavabdehlərin 10 saylı Lənkəran Ərazi İdarəsinin işdə iştirakının təmin edilməməsi düzgün olmayan məhkəmə aktının çıxarılmasına səbəb olub. Belə ki, miras qoyanın soyadı mübahisəli əmlak a dair sənədlərdə müxtəlif cür göstərilsə də, həmin sənədlərin eyni şəxsə məxsus olmasına dair məhkəmə aktı mövcud deyildir. Bir qayda olaraq, reyestr orqanı belə olan halda əmlakı qeydə almaqdan imtina edir. Lənkəran rayon 1 saylı notariat ofisinin işdə iştirakının təmin edilməməsi miras qoyan tərəfindən 1994-cü ildə həqiqətən də vəsiyyətnamənin verilib-verilməməsini müəyyən etməyə imkan vermir, belə ki, sənədin surəti iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir, səlahiyyətli subyekt tərəfindən tərtib edilmiş mötəbər sənədə oxşamır. Bu sənədin işdə olması iddiaçı üçün bir cür hüquqi nəticə olmaması başqa cür hüquqi nəticə yaratdığından qəbul edilən qətnamə tərəflər arasındakı münasibətləri ədalətli tənzimləmir və akt yenidən mübahisəyə səbəb olur. Bu cavabdehlərin işdə iştirakın ın təmin edilməməsi işə baxmağı mümkünsüz edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğu halda MM-in vicdanlı alıcı institutuna dair normalara və Ali Məhkəmə Plenumunun qərarlarına istinad etməklə iddia predmetindən kənara çıxmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 iddiaçını miras qoyanın övladlığa götürdüyü X18 arvadı kimi tanımışdır, onun Lənkəran şəhərinə yay fəslində gəldiyini bilmişdir. Bu əsasla onu vicdanlı alıcı hesab etmişdir, lakin bu xüsusatlar məhkəmənin belə nəticəyə gəlməsinə əsas vermir. Belə ki, Böyükxanım satılan mənzilin mübahisəli olduğunu bilmiş, Ceyhunəyə mənzili satın aldığını, qaynanası tərəfindən ona miras pay əvəzinə müəyyən pul məbləği ödəniləcəyini bildirmişdir. Daha sonra məhkəmə MM-in mülkiyyət haqqındakı normalarına istinad etməklə iş üzrə bilərəkdən gəldiyi səhv nəticələri “əsaslandırmışdır”. Məhkəmə iş üzrə ikinci cavabdehin vicdanlı alıcı kimi prosessual statusunu müəyyən edərkən işi tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Vicdanlı alıcı statusu yetkinlik yaşına çatmayan iki uşağın miras əmlakdan pay hüququnu məhdudlaşdırmış, onları əldə edə biləcəkləri əmlakdan məhrum etmişdir, halbuki məhkəmə qanunsuz əldə etdiklərinin birinci cavabdehdən alınması barədə qətnamə qəbul edə bilərdi.
19. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz etmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Etirazı onunla əsaslandırılmışlar ki, iddiaçı Cavabdeh3 gəlinidir, oğlu X25 26 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Lənkəran şəhərində Ş.Axundov küçəsində yerləşən 27 saylı mənzili anası 1994-cü ilin iyun ayında Cavabdeh3 vəsiyyət etmişdir. Oğlu öldükdən sonra 2023-cü ilin iyul ayında həmin mənzili Cavabdeh2 12000 manata satmışdır. Qeyd edilən mənzil hazırda Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 qeyd etmişdir ki, qonşuluqda yaşayan Cavabdeh3 evini satdığından sözügedən mənzili 12000 manata notarial qaydada almışdır. Hazırda həmin ev onun xüsusi mülkiyyətindədir. İddiaçını qonşusu Cavabdeh3 gəlini kimi tanımışdır. Cavabdeh3 anası Valiyyə Məmmədova olmuş, onun öz nəvəsini övladlığa götürməsini, ümumiyyətlə, həmin evin problemli olmasını bilməmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1223/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qət naməsi ilə (hakimlər Samir Mayılov - sədrlik edən və məruzəçi, İlham Əsədov və Tofiq Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin və miras əmlakdan paylarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iddia təmin edilərək, Cavabdeh3 adına 19 fevral 2018-ci ildə verilmiş və reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, X6 miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ olan X18 vərəsələri kimi iddiaçı X10, onun övladları X23 və X13 hər birinin ünvan 2 ünvanında yerləş ən əmlak üzərində 1/12 hissədə payları müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki,birinci instansiya məhkəməsi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.
22. Belə ki, mərhum Valiyyə Əkbərova tərəfindən oğlu Cavabdeh3 xeyrinə vəsiyyətnamə 12 iyun 1994-cü il tarixində yazılmış olsa da, Valiyyə Əkbərova 20 sentyabr 2017-ci ildə vəfat etmiş, deməli, miras da həmin vaxt açılmışdır. Bu baxımdan vərəsəlik hüququ haqqında şəhadətnamə hissəsində iddia tələbi Azərbaycan SSR-nin 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Mülki Məcəllə ə sasında deyil, hazırda qüvvədə olan Mülki Məcəllə əsasında həll edilməlidir. Çünki vəsiyyətnamənin tərtib edilməsi heç də onun tərtib edildiyi məqamda hüquqi nəticə yaratması demək deyil.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli mənzil mərhum Valiyyə Əkbərova tərəfindən Cavabdeh3 vəsiyyət edilmiş, sonuncu isə Valiyyə Əkbərovanın ölməsindən sonra həmin mənzilə dair şəhadətnamə alınması üçün notariat ofisinə müraciət etmiş, bu zaman özünün Valiyyə Əkbərovanın yeganə vərəsəsi olduğunu qeyd etmiş və 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına nail olmuşdur.
24. Məhkəmə kollegiyasının qənaətinə görə, övladlığa götürülən şəxs kimi X25 da Valiyyə Əkbərovanın birinci növbə vərəsəsi olmuş və onun mirasda məcburi payı olmuşdur. Lakin n otarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi yoxlanılmadan Cavabdeh3 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, X18 mirasda məcburi payı olmuşdur.
25. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən şəhadətnamə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunmadan, mirasda məcburi pay hüququ olan şəxs çağırılmadan verildiyinə görə etibarsız hesab olunmalıdır və iddiaçının bu hissədə tələbi əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 adına 19 fevral 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin rədd edilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.
26. Məhkəmə kollegiyası qeyd etmişd ir ki, 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsə də, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin qanuniliyi həmin alqı-satqıda satıcı kimi iştirak etmiş Cavabdeh3 müvafiq hüquqa malik olması ilə də bağlıdır. Cavabdeh2 vicdanlı alıcı olması qəbul edildiyinə görə, onun hüquqları müdafiə olunmalı, mənzili ona satmış satıcının mənzil üzərində qeydiyyat vəsiqəsi (çıxarış) ləğv olunmamalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının həmin hissədə tələbi qeyri-müəyyən xarakter daşımış, o, məhz hansı tarixli, hansı nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunmasını tələb etdiyini göstərməmiş, həmin qeydiyyat vəsiqəsinin surəti ni məhkəməyə təqdim etməmişdir.
28. İddia tələbinin digər hissəsi ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh2 satılmasına dair (reyestr nömrəsi 1672, qeydiyyat tarixi 31 iyul 2023-cü il) müqavilənin ləğv edilməsi ilə bağlıdır.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, işdəki “Elektron notariat” X2 Çıxarışdan görünür ki, reyestr nömrəsi 1672, qeydiyyat tarixi 31 iyul 2023-cü il olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı Cavabdeh3 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 58 kv.m olan mənzili 12000 manata alıcı Cavabdeh2 satmışdır.
30. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 vi cdanlı əldə edən olduğundan, onunla Cavabdeh3 arasında bağlanılmış 31 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilə bilməz və ya etibarsız sayıla bilməz. Belə ki, iddiaçı sözügedən alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, onun ləğvini tələb etmək üçün subyektiv hüquqa malik olmamaqla yanaşı, əqdin etibarsızlığı üçün də hər hansı əsas müəyyən edilmir. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə Cavabdeh2 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış, o, dövlət reyestrindəki qeydə əsaslanmaqla mənz ili əvəzli şəkildə əldə etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi alqı-satqı müqaviləsinə dair hissədə düzgün olmuşdur.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının sonuncu tələbi miras əmlakda yetkinlik yaşına çatmayan X30 və X13 payının müəyyən edilməsi ilə bağlı olmuşdur.
32. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, miras əmlakı alqı-satqı yolu ilə əldə edən Cavabdeh2 əqdə münasibətdə vicdanlı alıcı olsa da, həmin miras əmlakda iddiaçının və uşaqlarının məcburi payı olduğundan, onların həmin əmlakın alqı-satqısı nəticəsində onlara vurulmuş zərərin əvəzini Cavabdeh3 tələb etmələri üçün məcburi payın həcminin müəyyən edilməsi zəruridir.
33. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan Valiyyə Əkbərova vəfat edərkən onun sağ qalmı ş qanun üzrə iki birinci növbə vərəsəsi olmuş, onlardan Cavabdeh3 vəsiyyətnamə verilmiş, sonuncu isə notariat orqanına müraciət edərək, özünü yeganə vərəsə kimi tanıdaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
34. Məhkəmənin qənaətinə görə, Cavabdeh3 özünü yeganə vərəsə kimi tanıtması səbəbindən ona qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hazırkı işin halları baxımından əhəmiyyət kəsb etmir. Həmçinin sorğu edilərək əldə olunmuş notariat işindən də görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən tərtib olunan notariat işinə vəsiyyətnamə də əlavə olunmuşdur. Hazırda isə vəsiyyətnamənin etibarlılığı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də mərhum Rüfət Məmmədzadənin, vəsiyyətnamənin məzmun undan asılı olmayaraq, Valiyyə Əkbərovadan miras qalmış mübahisəli mənzildə məcburi payı olmuş, onun bu payı qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını (yəni ¼ hissə, belə ki, qanun üzrə vərəsəlik zamanı mirasdan ona çatası pay ½ hissədə olacağından məcburi pay da bunun yarısı qədər olmalıdır) təşkil etməlidir. Rüfət Məmmədzadənin mirasdan qanunla müəyyən edilmiş müddət ərzində imtina etməməsi onun mirasdakı məcburi payını qəbul etdiyini göstərir. Mirasda məcburi payın qəbul edilməsi hər hansı xüsusi müddətdən asılı deyil və məcburi payın tələb edilməsinə iddia müddəti şamil olunmur. X38 məcburi payı qəbul etməsi rəsmiləşdirilmədən vəfat etdiyinə görə məcburi payı tələb etmək hüququ vərəsəlik üzrə arvadına (iddiaçıya) və iki uşağına keçmişdir. Lakin uşaqların hər ikisi yetkinlik yaşına çatmayan şəxslər olduqlarından iddiaçı hazırkı iddianı onların adından da qaldırmaq səlahiyyətinə malik olmuşdur. Bundan başqa, iddiaçı özü üçün payın müəyyən edilməsini tələb etməmiş olsa da, məhkəmə praktikasının vahidliyi baxımından, iddiaçının da Rüfət Məmmədzadənin mirasdakı məcburi payına vərəsəlik hüququ olduğundan, onun da payı müəyyən olunmalıdır.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Rüfət Məmmədzadənin miras əmlakdakı məcburi payı ¼ hissədə olduğundan, onun birinci növbə vərəsələri kimi iddiaçı X10, övladları X23 və X13 hər birinin bərabər şəkildə 1/12 hissədə payı müəyyən olunmalıdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, iddiaçının və övladlarının məcburi pay hüququ olan Rüfət Məmmədzadənin vərəsələri kimi miras əmlakda paylarının müəyyən edilməsi onların həmin ə mlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün əsas deyil, çünki mübahisəli miras əmlak sonradan vicdanlı alıcı Cavabdeh2 özgəninkiləşdirilmişdir. Hazırda payların müəyyən olunmasının yeganə məqsədi ondan ibarətdir ki, iddiaçı və övladları miras əmlakın özgəninkiləşdirilməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini Cavabdeh3 tələb edə bilsinlər.
36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 1133.1, 337.3, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.2, 1193, 1194-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin edil məsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlak tərəfə vəsiyyət əsasında deyil, qanun əsasında keşmişdir. Belə olduğu təqdirdə iddiaçının miras əmlakdakı payı 1/12 deyil, 1/2 olmalıdır. Belə olan təqdirdə isə əmlakın satılmasına dair əqd üç tərəfli olmalı, alqı-satqı müqaviləsi iddiaçı tərəfindən hökmən imzalanmalıdır.
39. Bundan başqa, məhkəmə kollegiyası iddiaçını vərəsələrin dairəsinə daxil etməkdə haqqlı olmamışdır. Belə bir səhv nəticəyə gəlməklə yetkinlik yaşına çatmayan uşaqların mübahisəli miras əmlakdakı paylarını azaltmışdır. İddiaçı Məmmədzadə Ceyhunə irsi transmissiya qaydasında miras əmlakda payları olan, yetkinlik yaşına çatmayan uşaqların qanuni nümayəndəsi, özü isə vərəsələrin dairəsinə daxil olmayan prosse sual şəxsdir. Məhkəmə kollegiyası bildirmişdir ki, 19 fevral 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsə də, mübahisələndirilən alqı-satqı müqaviləsinin qanuniliyi həmin alqı-satqıda satıcı kimi iştirak etmiş Cavabdeh3 müvafiq hüquqa malik olması ilə də bağlıdır. Məhkəmə Cavabdeh2 vicdanlı alıcı olmasını qəbul etdiyinə görə onun hüquqları müdafiə olunmalı, mənzili ona satmış satıcının mənzil üzərində qeydiyyat vəsiqəsi (çıxarış) ləğv olunmamalıdır. Məhkəmə kollegiyası bu baxımdan “1-ci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olması” kimi səhv qənaətə gəlmişdir. Cavabdeh2 satıcının qonşusu olmaqla, bu ailəyə yaxından bələd olmuş, nəvənin nənə tərəfindən övladlığa götürülməsini bilmiş və iddiaçıya satılan əmlakın dəyərinin m üəyyən hissəsinin ona veriləcəyini bildirmişdir.Cavabdeh2 bu halları bilməməsinə dair verdiyi izahat özünümüdafiə xarakterlidir və işin həqiqi hallarının bərpasına xidmət etmir.
40. Mübahisələndirilən qətnamə ”Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarın”-da göstərilən tövsiyyələrə uygun tərtib olunmamışdır.
41. Kassator şikayətini Mülki Məcəllənin 182.1, 389.3, 389.4, 572, 572.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə
140. Reyestrin məz mununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
44. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
45. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiy yatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
50. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
51. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növ bədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
54. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəl illəri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən (iddianın təmin olunmayan) hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğu üçün onun hüquqları qanunla qorunur.
65. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sü buta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (§ 43-45).
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Kassasiya kollegiyası iddianın təmin olunmayan hissəsində apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
68. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmi r. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1223/2024 nömrəli, 4 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.