Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2971/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmə aidiyyəti, apellyasiyanın işi aidiyyəti üzrə göndərməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-635/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları,
1. Bakı şəhəri 14 saylı notariat ofisində İddiaçı (borcverən) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 150000 (bir yüz əlli min) manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürür.
2. Cavabdeh1 (zamin) 10 iyul 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı qarşısındakı 18 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
3. Mübahisə həmin müqavilələr üzrə öhdəliyin icrası ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150.000 manat məbləğində əsas borc məbləğinin, 440 manat məbləğində dövlət rüsumunun və vəkilə xidmət haqqına görə ödənilmiş pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 aylıq 3000 manat olmaqla, xx.xx.2022-ci ilədək müddətə 150.000 (bir yüz əlli min) manat borc pul vermişdir. 10 iyul 2018-ci il tarixli zaminlik müqaviləsinə görə Cavabdeh1 da həmin müqavilə üzrə pulun qaytarılmasını zamin olaraq üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd edilən məbləğdə pulu borcalanın mü lkiyyətinə verir və borcalan isə həmin puldan təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdeh müqavilə üzrə 150.000 manat borcunu qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir.
6. Bununla da iddiaçı 150.000 manat pulu 18 dekabr 2017-ci ildə vermiş və müqavilə şərtinə görə pul məbləğinin qaytarıldığı son tarix xx.xx.2022-ci ildir. Bununla belə müqavilə şərti pozularaq borcalan pulun ödənilməsinə heç bir təşəbbüs göstərmir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.2-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh2 iddiaya yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən, prosessual qaydaları pozmuşdur. Belə ki, iddiaçı pretenziya qaydalarına riayət etməmişdir. İddiaçı hazırki iddia tələbində aralarında bağlandığını iddia etdiyi müqaviləyə istinad etmişdir. Həmin müqavilənin 9 və 10-cu bəndlərinə konkret olaraq, aralarında mübahisə yarandığı halda həmin mübahisəni məhkəmədən öncə öz aralarında həll etməli olduğunu razılaşmışlar. Yəni, belə olan halda iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl həmin müqavilənin 9 və 10-cu bəndlərinə əsasən cavabdehə müraciət etməli idi. Lakin iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl aralarında yaranmış həmin borcun qaytarılması ilə bağlı cavabdehə hər hansı bildiriş göndərməmişdir. Odur ki, iddia baxılmamış saxlanılmalıdır.
9. Məhkəmə baxışında isə Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək, göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən ona 150.000 manat dəyərində mebel əşyaları verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən o, götürdüyü mebellərin dəyərinin əvəzi olaraq 5 il müddətində hər ay 3000 manat məbləğində pulu iddiaçıya qaytarmalı idi. İddiaçı 150000 manat məbləğində nağd şəkildə pulu ona verdiyini qeyd etsə də, iddiaçıdan nağd şəkildə pul almamışdır
10. Şəki Rayon Məhkəməsinin 2(075)-212/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 150000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 440 manat pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elşən Vəliyev)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 150000 (bir yüz əlli min) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 verilməsini təsdiq edən sübutu, yəni notarial qaydada bağlanmış müqaviləni məhkəməyə təqdim etmişdir. Cavabdehlər isə iddiaçıya olan 150000 (bir yüz əlli min) manat borcunu və ya onun bir hissəsini qaytarması barədə sübutlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı ilə cavabdehlər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 150000 (bir yüz əlli min) manat məbləğində pulu Cavabdeh2 borc kimi vermiş, Cavabdeh1 isə zaminlik müqa viləsinə əsasən iddiaçının qarşısında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlə birgə öhdəlik götürmüşdür. Lakin cavabdehlər öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini icra etməmişlər, borc kimi aldıqları pul məbləğini iddiaçıya qaytarmamışlar. Odur ki, iddiaçı cavabdehlərə borc kimi verdiyi pul məbləğini tələb etməkdə haqlıdır.
12. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-635/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qəra rdadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 150000 manat borc vermiş və cavabdeh həmin borcu bu günədək qaytarmamışdır. Cavabdeh2 isə bildirmişdir ki, iddiaçı və o hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, hər ikisi vergi qeydiyyatında olmaqla, hər birinin müvafiq VÖEN-i olmuşdur. Yəni, iddiaçının ondan tələb etdiyi məbləğ aralarında yaranmış sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. İddiaçı ilə aralarında sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən işlər görülmüşdür. Belə olduğu halda aralarında yaranmış mübahisəyə rayon məhkəməsi deyil, müvafiq kommersiya məhkəməsi baxmalı idi. Çünki, aralarında mebel əşyalarının alınıb satılması ilə bağlı əməkdaşlıq olmuş, mübahisəli müqavilələr də məhz mebel əşyalarının alış-satışı ilə bağlanılması nəzərdə tutulmuşdur.
16. Apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS” vasitəsilə tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. İddiaçının VÖEN-i **********, Cavabdeh1 VÖEN-i **********, Cavabdeh2 VÖEN-i isə **********-dir. Hər üç şəxsin VÖEN-i fəaliyyətini müvəqqəti dayandırmış statusunda göstərilmişdir.
17. Cavabdeh2 həmçinin apellyasiya baxışında “Həsənoğlu Mebel” qe yri-yaşayış obyekti ilə bağlı fotoşəkillər, iddiaçı ilə aralarında tərtib edildiyini iddia etdiyi qeydiyyat kağızlarının surətlərini təqdim etmişdir.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin istifadəsində olan “AZEMİS” vasitəsilə tərəflərin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektləri müəyyən etmişdir. Belə ki, Cavabdeh1 fəaliyyət obyektləri “Səma-Market” və “Mebel Elektronika”, Cavabdeh2 isə fəaliyyət obyektləri “AİK-Toshiba” və “Həsənoğlu Mebel salonu” olmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sənədlər arasında iddiaçı və Cavabdeh2 tərəfindən imzalanmış qəbzə istinadən göstərmişdir ki, həmin qəbzə əsasən Cavabdeh2 18 dekabr 2017-ci ildə iddiaçıdan aldığı 150.000 manat dəyərində mebellərə (sadalanır) görə ayda 3000 manat ödəməyi öhdəs inə götürmüşdür. O cümlədən, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 tarixlərdə Cavabdeh2 tərəfindən iddiaçıya 3000 manat ödənildiyi barədə iddiaçının imzası ilə təsdiq edilmiş qəbzlər məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi həmin əlyazmaların həqiqətən mövcud olduğunu təsdiq etmişdir.
20. Apellyasiya instansiya məhkəməsi həmçinin iddiaçı ilə cavabdeh arasında olan digər müqavilələrin surətlərinə istinad etmiş və bildirmişdir ki, həmin sənədlərə əsasən iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli 3M-1311 nömrəli 150.000 manat borcla bağlı hazırda mübahisələndirilən kredit müqaviləsindən başqa, xx.xx.2017-ci il tarixli 3M-1310 nömrəli 100.000 manat, 5 fevral 2018-ci il tarixli 3M-121 nömrəli 60.000 ABŞ dolları, 24 aprel 2018-ci il tarixli 3M-348 nömrəli 40.000 ABŞ dolları və 10 iyul 2018-ci il tarixli 3M-748 nömrəli 20.000 ABŞ dolları borcla bağlı kredit müqavilələri olmuşdur.
21. Apellyasiya baxışında iş materiallarında olan fləş karta baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıya ayrı-ayrılıqda 100.000 manat, 60.000 ABŞ dolları, 40.000 ABŞ dolları və 40.000 ABŞ dolları olmaqla nağd pul və 150.000 manat dəyərində mebel borcludur.
22. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin normalarına, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına əsaslanaraq q eyd etmişdir ki, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin, həm də hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətin müəyyən edilməsində bu meyarların hər birinin qarşılıqlı bağlılığı tələb olunur.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə tərəflərin sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması hazırki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsini istisna etmir. Bu baxımdan, mübahisə üzrə tərəflərdən hər üçü fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət oldu ğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Mülki Prosessual Məcəllənin 24, 26, 32-ci, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddələri, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv e dilməsi, mülki işin ümumi məhkəmələrdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərin sahibkarlıq statusuna malik olması heç də bu mübahisənin kommersiya məhkəməsinə aidiyyəti olduğu nəticəsinə gəlməyə əsas vermir. Hər iki tərəfin VÖEN-lə fəaliyyət göstərməsi onların birgə fəaliyyət göstərməsi kimi qiymətləndirilməməlidir. Əgər belə hal olsaydı onların birgə fəaliyyəti və əldə olunan gəlirləri ilə bağlı da aralarında müvafiq qeydlər aparılmış olardı. Digər tərəfdən iddiaçının məqsədi borc verilməklə ailəvi dostluq münasibətlərində olan Cavabdeh2la onun sahibkarlıq fəaliyyətini inkişaf etdirməsi ilə bağlı olmuşdur. Əks halda tərəflərin birgə mənfəət və aralarında digər razıla şmalar da öz əksini iş materiallarında tapmış olardı. Lakin göründüyü kimi tərəflər notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlamışlar və bu müqavilələrdə şərtlər pulun qaytarılmasından getmişdir. Birgə cavabdehlərin pulu almasına dair CD disklə birlikdə video görüntülər məhkəməyə təqdim olunmuş və baxış keçirilmişdir. Həmin video görüntülərdən də aydın olmuşdur ki, iddiaçı pul verildikdən sonra Cavabdeh2 “150.000 manat mebel üçün pul verildiyini, qalan pulların da əlavə verildiyini” bildirmişdir. Taryel isə video görüntülərdə bu halı təsdiq edərək, “bəli, 150.000 manat pulu aldım” bildirmişdir. Bunlara baxmayaraq, apelyasiya instansiyası məhkəməsi bu xüsusatı nəzərə almadan Qərardadında “pulun yox, pulun əvəzində mebelin verildiyini” qeyd etmişdir. Qeyd edilən halın araşdırılması üçün kassasiya instansiyası məhkəməsinin Kollegiyası tərəfindən bu CD diskdə olan səsli videoyazının izlənməsi obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Həmçinin qərardadda qeyd olunmuşdur ki, guya məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının cavabdehə daha əvvəl verdiyi borclar qaytarılmadığı halda yenidən 60.000 ABŞ dolları, 40.000 ABŞ dolları pulların nəyə görə verildiyi sualına cavab olaraq bildirmişdir ki, cavabdeh iş quracağını, mebel salonu inşa edəcəyini, oradan qazanc götürməklə, iddiaçıya da gəlir gətirəcəyini” bildirmişdir. Lakin məhkəmə iclasının video yazısına nəzər yetirilsə müəyyən olunar ki, iddiaçının vəkili belə bir cümlə işlətməmişdir. Suala cavab olaraq nümayəndə və vəkil bildirmişdir ki, “ailəvi yaxınlıq və dostluq mün asibətlərinə görə Tariyel Məmmədova güvənərək borc pulu vermişdir”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsində n mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə ver gi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyə n edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən iş ə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə v ə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; Bənd
11. O da nəzərə alınmalıd ır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı m übahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; Bənd
15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Bənd
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.” Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi ve rgi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Madd ə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
29. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı və cavabdehlər vergi ödəyiciləridir. İddia tələbi cavabdehlərdən kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması barədədir.
30. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
31. Hazırki mübahisənin də tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olması şübhə doğurmur.
32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh1 fəaliyyət obyektləri “Səma-Market” və “Mebel Elektronika”, Cavabdeh2 fəaliyyət obyektləri isə “AİK-Toshiba” və “H əsənoğlu Mebel salonu”dur. Həmçinin fləş karta əsasən Cavabdeh2 iddiaçıya 150.000 manat dəyərində mebel borcunu olmasını müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1524-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır. Belə ki, məhkəmə aidiyyətini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsi tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini aydınlaşdırmış, bununla bağlı prosessual hüququ normalarına düzgün istinad etmişdir. Həmçinin gəlinən nəticə məhkəmə aidiyyəti ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenum qərarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdur.
34. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, məhz həmin dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi araşdırma apararaq işin məhkəmə aidiyyətini müəyyən etmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanmalıdır.
36. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-635/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan