Məhkəmə qərarları › İş №2(102)-2972/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2972/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2972/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının iddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, nisyə alqı-satqı müqaviləsi, sübutetmə yükü) Bakı şəhəri, xx xxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X4 X1, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12921/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı X7 (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) “Moskva” univermağı adlanan yerdə qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşlar.

2. İş materiallarına əlavə edilmiş dəftərin son səhifələrindəki qeydlərə əsasən müəyyən olunur ki, adlı şəxs tərəfindən xx.xx.2012-ci il tarixə qədər cəmi 24300 ABŞ dolları ödənilmiş, xx.xx.2012-ci il tarixdə 5000, 5000, 5000, 4000, 3000, 5000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 5000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 5000 ABŞ dolları ödənilmiş, qalıq borc 325822 ABŞ dolları, 2015-ci il üçün 10000, 4000, 5000 manat və 1000 ABŞ dolları ödənilmişdir. (iş v. 88-105) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 302226 ABŞ dolları məbləğində pulun, həmin məbləğə hesablanmış bank uçot dərəcəsinə əsasən faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir neçə illərdir Bakı şəhərində yerləşən M.Əcəmi metrostansiyasının yaxınlığında yerləşən “Moskva” univermağında qızıl-zinət əşyalarının alq-satqısı ilə məşğul olur. Bakı şəhərində eyni peşə fəaliyyəti məşğul olan Cavabdeh bir neçə il əvvəl ondan 325822 ABŞ dolları dəyəri olan qızıl-zinət əşyalarını bir neçə günə ödəmək şərti ilə nisyə alaraq aparmış, sonradan həmin puldan 10000 manat, 4000 manat (100$=0,785 manat), 5000 manat (100$=1,05 manat) və 1000 ABŞ dolları ödəsə də, qalan 302226 ABŞ dolları məbləğində pulu bu günə kimi ona ödəməmişdir. Həmin borcun etirafına dair cavabdeh ona yazılı qəbz vermişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etsə də, bu günə kimi heç bir ödəniş etməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) xx xxxx 2019cu il tarixli 2(008)-3460/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdehdən 301426 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçıya bir yerdə işləməyi təklif etmişdir. Ma lları nisyə satmış və pul ödəmişdir. İddiaçının qardaşı onlara nəzarət etmişdir. Bir müddət Moskva şəhərinə getmiş, sonra onu qayıtmışdır. Bir neçə ay iddiaçının yanında pulsuz işləmişdir. İddiaçı onu 2-ci mərtəbəyə çağırıb döydürmüş, nəticədə o, gözündən xəsarət almışdır. Qardaşı maşınını satıb pulunu iddiaçıya vermişdir. İddiaçı ona çox yerə imza etdirmiş və oğlunun dostları ilə evinə gələcəkləri ilə təhdid etmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlanılmış və müqaviləyə əsasən iddiaçı cavabdehə qızıl-zinət əşyaları satmış, cavabdeh də həmin əşyaları digər şəxslərə satdıqdan sonra dəyərini iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Satılmış əşyalar cavabdehə verilmi ş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya ödəmək vəzifəsini tam olaraq yerinə yetirməmişdir.Qeyd olunan faktlar qismən cavabdehin izahatı və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dəftərdəki əlyazma qeydlərlə təsdiq olunur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 600.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya şikayətində cavabdeh iddiaya etiraz etmiş və öz etirazını onunla əsaslandırmışdır ki, o, müstəqil olaraq iddiaçıdan heç vaxt 325822 ABŞ dolları dəyəri olan qızılzinət əşyalarını nisyə olaraq bir neçə günə ödəmək şərti ilə aparmamışdır. O, 2002-ci ildən iddiaçının zərgərlik sexində qaş bərkidən işində çalışmağa başlamışdır. Mərkəzi Univermaqda bir neçə il işləyəndən sonra sex Bakı Ticarət Evinə köçürülmüşdür. O, 2008-ci ilə qədər işinə orda davam etmiş və həmin vaxt iddiaçıdan satıcı işləmək təklifini almışdır. Təklifi qəbul etdikdən sonra Moskva Univermağında qızıl-zinət əşyalarının satışına iddiaçının qardaşı Şükürov Əli-İsa Sabir oğlunun nəzarəti altında işləməyə başlamışdır. Satdığı bütün mallardan 8%-dən yuxarı qal an xeyir ona və Şükürov Əli-İsaya aid olmuşdur. Qizil-zinət əşyaları Bakı Ticarət Evində hazırlanaraq və siyahıya yazaraq işlədikləri piştaxtaya gətirilirdi və Şükürov Əli-İsa Sabir oğlunun nəzarəti altında birlikdə satışı ilə məşğul olurdular. Mallar topdan və pərakəndə satılırdı, pullar isə iddiaçıya təhvil verilirdi. Bəzi mallar tanıdıqları və bildikləri şəxslərə nisyə şəkildə satılırdı. İddiaçının qardaşının iştirakı ilə eyni zamanda əldə olunan xeyir aralarında bölünürdü. Topdan satdıqları mallar (nisyə və nağd) RF-nin Moskva şəhərindən, Dağıstan və Çeçenistan MR-dan, Özbəkistan, Qırğızıstan, Tacikistan və başqa xarici dövlətlərdən olan müştərilərinə satılırdı. Mal nisyə satılması iddiaçının razılığı və xəbəri ilə olmuşdur. İddiaçının qardaşının nəzarəti ilə sadəcə piştaxtada satıcı o lmuş, onun nəzarətində qalmaq şərti ilə pulları yığmaq üçün Rusiyaya getmişdir. Rusiyadan qayıtdıqdan sonra yenidən Moskva Univermağında işləməyə başlamışdır. Guya borclu qalması əsası ilə iddiaçının ofisinə çağırılaraq orada döyülmüş və xəsarət almışdır. İddiaçı Şaybaba Şükürov onu vurduğuna görə atasından üzr istəmiş, ondan sonra iddiaçı ilə ünsiyyəti olmamışdır. düzgün hesab aparmadan, hədə-qorxu ilə atasından 91315 ABŞ dolları pul almışdır. Həmçinin qardaşı Rəcəbovun dondurma maşınını və evini sataraq iddiaçıya pul ödəmişdir. Həmin ərəfələrdə Kürdəmir rayonunda dondurma satışında məşğul olan Ramiz adında şəxs vasitəsi ilə iddiaçıya 20000 ABŞ dolları pul ödənilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh işə əlavə edilən dəftərdəki (§2) “razıyam” sözünün və imzanı n ona məxsus olmasını və borcun bir qisminin onun qardaşı Rəcəbov tərəfindən ödənildiyini və həmin əlyazmalarda adı çəkilən in onun qardaşı olduğunu təsdiq etmiş, lakin iddiaçının onu məcbur etdiyindən həmin vərəqədə imza atdığı bildirmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imzanın iddiaçının hədəsi ilə çəkməsi barədə dəlili əsassızdır. Çünki o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh bir tərəfdən iddiaçıdan ümumiyyətlə nisyə qızıl-zinət əşyaları almadığını bildirsə də, digər tərəfdən apelyasiya şikayətində göstərmişdir ki, iddi açının hədə-qorxusu ilə atası Rəcəb Rəcəbov və qardaşı Rəcəbov onun borclarına görə iddiaçıya 91315 ABŞ dolları məbləğində pul vermişlər. İddiaçıya hər hansı borcu olmadığı halda, cavabdehin atası və qardaşı tərəfindən onun borclarına görə iddiaçıya kifayət qədər yüksək məbləğdə pul vəsaitlərinin verilməsi ağlabatan və məntiqli deyildir. Bundan başqa əgər həmin hallar (hədə qorxu, döyülmə və s.) həqiqətən də mövcud olmuş olsaydı cavabdeh bununla bağlı ən azı müvafiq hüquq mühafizə orqanlarına şikayət edərdi. Lakin o, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh dolayısı ilə iddiaçıdan nisyə qızıl-zinət əşyaları aldığını etiraf etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı ümumi dəyəri 325822 ABŞ dolları təşkil edən qızıl-zinət əşyalarını cava bdehə vermiş, lakin cavabdeh həmin əşyaların dəyərini tam olaraq iddiaçıya qaytarmamışdır.

14. Apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul etdiyi halda, apelyasiya şikayətində iddiaçının istinad etdiyi halları mübahisələndirmiş və iddiaya etiraz etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində təsbit olunmuşdur ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh isə qeyd olunan prosessual normanın tələblərinə riayət etməmişdir.

15. Bundan başqa cavabdehin izahatı məhkəmə iclas protokolları nda qeyd olunmuş, cavabdeh isə həmin iclas protokollarının düzgün tərtib olunmadığını və təhrif olunduğunu bildirsə də, Mülki Prosessual Məcəllənin 273-cü maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməmiş və məhkəmə iclas protokoluna dair yazılı qeydlər təqdim etməmişdir.

16. Həmçinin tərəflər arasında işçi-işəgötürən münasibətlərinin olması barədə dəlillər də əsassızdır. Çünki cavabdehin iddiaçının işçisi olması faktı yalnız Əmək Məcəlləsinin 44-cü maddəsində müəyyən olunmuş formada bağlanmış əmək müqaviləsi ilə təsdiq oluna bilər. Lakin belə bir müqavilə mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasını n 2(103)-12921/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam və hərtərəfli araşdırma aparmadan, işin həqiqi hallarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edən sübutlara hüquqi qiymət vermədən, hətta həmin araşdırılmaları qətnamədə göstərmədən qətnamə çıxarmışdır. Külli miqdarda dəfəri olan qızıl-zinət əşyalarının ona harada, hansı sənədlər əsasında verilməsi, konkret olaraq hansı malların verilməsini təqsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim olunmamış, onun tərəfindən aldığı malların pullarını hansı formada və nə zaman qaytaracağı barədə hər hansı sübuta (müqavilə, qəbz və sair) istinda olunmamışdır. Bütün bunlar, həmçinin külli miqdarda borcu olan cavabdehə qarşı u n 10 il ərzində heç bir hərəkət etməməsi, heç bir hüquq mühafizə orqanlarına müraciət etməməsi onu bir daha göstərir ki, iddiaçının tələbləri yalan və iftiradır. Məhkəmənin istinad etdiyi dəftərdəki qeydlər iş fəaliyyəti zamanı aparılmışdır, onun həmin qeydlərdə məsuliyyətini göstərən hər hansı əhəmiyyətli fakt yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. İddiaçı X4 X5 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xah iş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22. 600.1-ci maddə. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 23. 600.4-cü maddə. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24. 417.1.3-cü maddə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 25. 418.1-ci maddə. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 26. 418.3-cü maddə. prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 27. 407.2-ci maddə. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 28. 416-cı maddə. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 29. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin”. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir (§ 27-28).

32. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

34. Baxılan iş üzrə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Bir müddət əvvəl qızıl- zinət əşyalarının alqı-satqısı ilə məşğul olan cavabdehlə tanış olmuş, ona nisyə ödəmək şərti ilə qızıl-zinət əşyalarını vermiş, ilk vaxtlar vaxtlı-vaxtında ödənişlər etmiş və buna görə də, onun etibarını qazanmış, lakin sonradan cavabdehin cəmi 325822 ABŞ dolları dəyərində borcu olduğu müəyyən edilmişdir. Həmin borcdan müəyyən ödəniş etsə də, qalan 302226 ABŞ dolları məbləğində pulu yazılı şəkildə etiraf etsə də, bu günə kimi heç bir ödəniş etməmişdir.

35. İddiaçı sübut kimi məhkəməyə əlyazma dəftər təqdim etmişdir. (§ 2)

36. İşə baxan məhkəmələr həmin dəftəri sübut kimi qəbul etmiş, eyni zamanda cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata istinad edərək iddia tələbini qismən təmin edərək 301426 ABŞ dolları məbləğində pulun Cavabdeh iddiaçı un xeyrinə tutulmasını qət etmişlər.

37. Məhkəmə kollegiyası cavabdehin izahatına münasibətdə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı iddia tələbinin və ya iddiaçının istinad etdiyi faktların etirafı kimi qəbul edilə bilməz.

38. Belə ki, Mülki Prosessual Məcəllədə etirafla bağlı i ki institut müəyyən edilir: faktın etirafı (106.3-cü maddə) və iddianın etirafı (191-ci maddə). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Bu normalara görə baxılan iş üzrə cavabdehin birinci instansiya məhkəməsində verdiyi şifahi izahatı faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Həmçinin cavabdehin izahatında onun iddiaçıya 301426 ABŞ dollar borcunun olmasını bildirməsi də müəyyən edilmir.

39. Baxılan iş üzrə məhkəmələrin istinad etdiyi ikinci sübut növü iş materiallarına əlavə edilmiş dəftər olmuşdur. Qeyd edilən dəftərdən də cavabdehin iddiaçıya tələb edilən 302226 ABŞ dolları məbləğdə borcunun olması müəyyən edilmir. Dəftərdən görünür ki, cavabdeh “razıyam” yazaraq imza etmiş, imzadan əvvəl isə “1000 dollar zaloqdan Ağa 8ci km”, “Kürd 10000 AZN, 4000 AZN, 5000 AZN” və sair qeydlər vardır, ondan əvvələ isə “qalıq 325822” sözü və rəqəmi yazılmışdır.. Cavabdehin hansı rəqəmə imza etməsi aydın deyildir, 325822 rəqəminin manat, yaxud dollar olması da görünmür. Dəftərin özü isə mühasibat sənədi olmayıb iddiaçının özü tərəfindən yazılmış, gündəlik işi ilə bağlı istifadə etdiyi dəftərdir. Tərəflər arasında qızıl zinət əşyalarının nisyə alqı-satqısı, Cavabdeh iddiaçıya borclu olması, həmin borcun 302226 ABŞ dolları təşkil etməsi, cavabdehin həmin borcu konkret tarixə qaytarmaq öhdəliyini götürməsi və digər zəruri şərtlər haqqında dəftərdə hər hansı qeydiyyat aparılmamışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş sübutetmə yükü ilə bağlıdır. İddiaçı cavabdehə tələb edilən məbləğdə borcunun o lmasını sübut edəcək mötəbər sübutlar təqdim etməmiş, işə baxan məhkəmələr bu hala əhəmiyyət verməyərək iddiaçının təqdim etdiyi dəftərə iddiaçının özünün mülahizələrinə əsasən qiymət verərək prosessual normaların tələblərini pozmuş, işə baxılması düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

41. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən ba xan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12921/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd N

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar