Məhkəmə qərarları › İş №2(102)-2972/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2972/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2972/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakı ları müəyyən etmişlər. 2. ünvan 1 ünvanında yerləşən, 62 kvadrat metr ümumi sahədən ibarət mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. İddiaçı hazırda yaşayış evinin şəriksiz mülkiyyətçisidir.

3. Cavabdeh Lamiyyə Dərgahova iddiaçının keçmiş gəlinidir. O, iddiaçının oğlu X3 ilə xx.xx.2008-ci il tarixdən nikahda olmuş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur.

4. Hazırda ünvan 2 ünvanında - X5, X3, X4 və X2 qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qızına qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında özünə məxsus, Sabirabad şəhəri, H.Əliyev prospekti ev 62 ünvanında yerləşən 10 saylı mənzildə görülən qanunsuz işləri qadağan etməklə cavabdehin həmin mənzildən istifadə etməsinin dayandırılmasını, cavabdehin mənzildən çıxarılaraq mənzilin ona qaytarılmasını, ev üzərində istifadə və sahiblik hüququnun bərpa edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmıdır ki, Sabirabad şəhəri, H.Əliyev prospekti 62 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 62 kvadrat metr olan 10 saylı mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh onun keçmiş gəlini olmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə oğlu X3 ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh onun oğlu ilə ailə qurduqdan sonra sözügedən evə gəlin köçməmişdir. Onlar Bakı şəhərindəki mənzildə yaşamışlar. Cavabdeh 3 aydan çoxdur ki, onun mülkiyyətində olan mənzili zəbt edərək mənzildə onun icazəsi olmadan rekonstruksiya işləri aparmış, otağın divarını sökdürərək mənzilin planına uyğun olmayan işlər görmüşdür. Cavabdehlə aralarında heç bir razılaşma yoxdur. Cavabdeh onun mənzildən çıxma tələblərinə əməl etmir, onun mənzildən istifadə və sahiblik hüquqlarını pozur.

7. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının oğlu Kənan Abuşovla nikaha girdikdən sonra xx.xx.2008-ci il tarixdən Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62 ünvanında yerləşən 10 saylı mənzilə gəlin köçmüşdür və həmin vaxtdan mübahisəli evdə yaşayır. Birgə nikahlarından iki övladı anad an olmuşdur. Hesab edir ki, onun və övladlarının qeyd olunan mənzilə istifadə hüququ vardır.

8. Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 5 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qızına qarşı mülkiyyətdə olan mənzildən çıxarılma, istifadə və sahibliyin bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu Kənan Abuşov ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və cavabdeh heç bir qeyd-şərt olmadan, şəxsi və cehiz əşyalarını o zaman mülkiyyət hüququ üzrə hər hansı şəxsin adında qeydiyyatda olmayan Sabirabad şəhəri, H.Əliyev prospekti, 62 saylı evin 10 saylı mənzilinə yığmaqla həmin mənzilə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008 -ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 həmin mənzildə anadan olmuş və onlar həmin mənzildə birlikdə yaşamışlar. Qeyd edilən 10 saylı mənzil ilkin olaraq mülkiyyət hüququ üzrə hər hansı səxsin adına rəsmiləşdirilməmiş, lakin sonradan həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** nömrə altında Cavabdehnm qayınatası olan İddiaçı adına qeydə alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildə 1 oktyabr 2009-cu il tarixdən əvvəl gəlin köçərək yaşadığı üçün və o zaman ev mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığı halında, iddiaçının mübahisəli evdən istifadə hüquqlarının yaranması və bu hüquqların hazırda mövcud olub-olmaması əsaslarının müəyyən edilməsi üçün məhz o zaman, yəni 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilə köçməsi və orada yaşaması iddiaçının iradə ifadəsi, yəni razılıqları ilə həyata keçmişdir.

12. Məhkəmə tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, cavabdeh həmin dövrdə mübahisəli mənzilin icarədarı olmuş iddiaçının razılığı ilə onun mənzilinə gəlin köçmüş, bu zaman onun mənzilə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin mənzilə yerləşdirilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehin gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü mənzilə gətirərək hazırkı vaxtadək yaşaması, onun həmin mənzilə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir.

14. Mə hkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli mənzilə 2008-ci ilin dekabr ayında köçən zaman mənzil xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmadığından və hal-hazırkı vaxtadək mübahisəli mənzildə o zaman istifadə hüququ üzrə sahibləri olan iddiaçının razılığı və icazəsi ilə yaşadığından, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından cavabdeh o vaxt azyaşlı olan uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqları əldə etmişdir.

15. Digər tərəfdən cavabdehin həmin evə köçüb yaşamasına iddiaçı etiraz etməyərək və bununla da özü razılıq verdiyindən, həmçinin cavabdehin müvəqqəti olaraq və qeydşərtlə evə köçməsi müəyyən olunmadığından, məhkəmə hesab etmişdir ki, cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqları müəyyən olunur. 1

6. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzilə gəlin köçərkən mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdeh istəsəydi belə gəlin köçərkən həmin mənzildən istifadəyə dair heç kimlə müqavilə bağlaya bilməzdi. Çünki hüquqi nöqteyi-nəzərdən mənzilin mülkiyyətçisi bəlli olmadığına görə iddiaçı mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar notariat qaydasında təsdiqlənən hər hansı bir yazılı müqavilə bağlaya bilməzdi.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin sonradan mülkiyyət hüququ üzrə cavabdehin sabiq qayınatası İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** nömrə altında qeydə alınması halı, iddia tələbi üzrə Cavabdeh mübahisəli mənzilə i stifadə hüquqlarının tanınmasından imtina üçün əsas ola bilməz.

18. Məhkəmə cavabdehin mübahisəli mənzildə həmin mənzilin özəlləşdirilməmişdən əvvəl yaşamasını nəzərə alaraq hesab etmişdir ki, mübahisəli evin iddiaçının mülkiyyətində olması, cavabdehin mübahisəli mənzilə yaranmış istifadə hüquqlarının xitamına səbəb ola bilməz.

19. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə, həmçinin Mülki Məcəllənin 158, 228.1, 228.2 və 228.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli və 27 may 2008-ci il tarixli qərarlarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 217.2 və 218.1-ci maddələrinə ist inad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

21. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmuşdur. Apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair” qərarlarının tələbinə uyğun deyil. Belə ki, cavadehlə mülkiyyətçi k imi iddiaçının arasında evdən istifadə hüququna dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Halbuki, evin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmalı idi. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, əsassız olaraq iddianı rədd etmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) apellyasiya şikayəti təmin olunmuş, Sabirabad Rayon Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2(056)-377/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia təm in edilmiş, mülkiyyət hüququ əsasında İddiaçı məxsus, Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62 ünvanında yerləşən 10 saylı mənzildə qanunsuz işlərin görülməsinin Cavabdeh qızına qadağan edilməsi, Cavabdeh həmin mənzildən istifadə etməsinin dayandırılması və onun həmin mənzildən çıxarılaraq mənzilin mülkiyyətçi İddiaçı təhvil verilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq – cəmi 150 manat pulun Cavabdeh qızından tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə cavabdehin mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, cavabdehin istifadə hüququnun dayandırılması və yaşayış sahəsindən çıxarılma şəxsin bu sahəyə nə kimi hüququnun olmasından asılıdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur və mülkiyyətçi ilə istifadəçi arasında yaranan münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə uyğun həll edilməlidir.

25. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh mübahisəli mənzilə gəlin köçərkən mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdeh istəsəydi belə gəlin köçərkən həmin mənzildən istifadəyə dair heç kimlə müqavilə bağlaya bilməzdi. Çünki hüquqi nöqteyi-nəzərdən mənzilin mülkiyyətçisi bəlli olmad ığına görə iddiaçı mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə əlaqədar notariat qaydasında təsdiqlənən hər hansı bir yazılı müqavilə bağlaya bilməzdi.

26. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq Konstitusiya Məhkəməsinin mövqeyinə istinadən qeyd etmişdir ki, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edi lməlidir.

27. Kollegiya onu da qeyd etmişdir ki, cavabdeh hazırki iş üzrə mülkiyyətçinin (iddiaçının) ailə üzvü olmamışdır. Ona görə, ona münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilə bilməz. Hazırki halda mülkiyyətçi olaraq iddiaçı ilə cavabdeh arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun həll edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi haqlıdır. Birinci instansiya məhkəməsi, işin yuxarıda göstərilən hallarına düzgün qiymət verməmiş, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 157.2, 228.1, 228. 2 və 228.5-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə, həmçinin Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli və “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuş, xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclası cavabdehin iştirakı olmadan keçilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə etiraz edərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə sinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

32. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkə mə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə isti fadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya kollegiyasının tətbiq etdiyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, “...tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə s əbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”.

48. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli mənzil xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

49. Həmin tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək h üququna malikdirlər.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci və digər normaların şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

51. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh hazırki iş üzrə mülkiyyətçinin (iddiaçının) ailə üzvü statusunda deyil.

52. Belə olan halda Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeləri nəzərə alındıqda cavabdehin iddiaçının xü susi mülkiyyətində olan mənzildən istifadə etmək hüququ müəyyən edilməmişdir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Məhkəmə tərkibi cavabdehin apellyasiya baxışında iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilini əsaslı saymır, ona görə ki, apellyasiya məhkəməsi müvafiq bildirişi cavabdehin iş materiallarında olan qeydiyyat ünvanına göndərmiş, poçt sənədi ünvanın tam olmaması barədə qeydlə geri qaytarıldıqd an sonra hakim köməkçisi tərəfindən onun mobil nömrəsinə zəng vurulmaqla məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Bu fakt işdə olan xx.xx.2022-ci il tarixli telefonoqramla təsdiq olunur.

55. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qəra ra aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar