Məhkəmə qərarları › İş №2(102)-2972/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2972/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2972/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayətin formasına riayət edilməməsinin nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3764/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərardadından iddiaçılar Ətrafi X2 və İddiaçı1 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-dən əskik verilmiş 5,1 kv.m mənzil sahəsinə görə 12750 manat pul məbləğinin alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-395/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.

3. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Birinci instansiya məhkə məsinin 23 aprel 2024-cü il tarixli qərardadları ilə iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri elektron kabinet vasitəsi ilə verilmədiyinə görə geri qaytarılmışdır.

5. İddiaçılar təkrar 04 may 2024-cü il tarixdə apellyasiya şikayətləri ilə məhkəməyə müraciət etmişlər.

6. Birinci instansiya məhkəməsinin 06 may 2024-cü il tarixli qərardadları ilə iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxıldığına görə geri qaytarılmışdır.

7. Birinci instansiya məhkəməsinin 06 may 2024-cü il tarixli qərardadlarından iddiaçılar ayrı-ayrılıqda şikayət vermiş, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul ed ilməsini xahiş etmişlər.

8. Birinci instansiya məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadları ilə iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməmiş və baxılması üçün mülki iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

9. İddiaçılar ayrı-ayrılıqda müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişlər.

10. Birinci instansiya məhkəməsinin 14 may 2024-cü il tarixli qərardadları ilə iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş müddətin bərpasına dair ərizələr geri qaytarılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra–apellyasiya instansiyası məhkəməsi) 2(103)-3764/2024 nömrəli mülki iş üzrə 07 iyun 2024-cü i l tarixli qərardadı ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, şikayətlər Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) riayət edilmədən tərtib edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Bu sistemin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməməsi onun qaytarılması əsasları ndan biri kimi müəyyən edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formaya və qaydaya uyğun olaraq tərtib edilmədiyindən, iddiaçıların şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-1, 13, 363, 366-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətlərinin dəlilləri

15. İddiaçılar (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayətləri vermə müddətinin bərpa edilməsi, apellyasiya şikayətlərinə mahiyyəti üzrə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

16. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Konstitusiyada nəzərdə tutulan 60-cı maddənin tələblərini pozmuşdur. Belə ki, onların məhkəmədə müdafiəyə təminat verilməsi əvəzinə, qətnamədən şikayət verilmə müddətini ötürmədikləri halda birinci instansiya məhkəməsi qətnamədən şikayət verilməsi müddətini ötürdüklərini bildirməklə, apellyasiya instansiyası məhkəməsi isə qərardaddan şikayətlər elektron kabinet vasitəsi ilə verilsə də, şikayətin MPM-in 10-1.3 maddəsinin tələblərinə uyğun elektron kabinet vasitəsi ilə verilmədiyini əsas gətirərək, şikayətlər üzrə apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Qərardaddan şika yətin forma və məzmunu qanunda qadağa təşkil etməmiş və Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. MPM-də yalnız apellyasiya şikayəti üçün qayda Əlavə-2 də müəyyən edilmişdir, qərardaddan şikayətin isə bu formaya uyğun yazılması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası bu baxımdan Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayəti üçün nəzərdə tutulmuş formasını şikayət üçün analogiya tətbiqini nəzərdə tutması və bunu əsas gətirərək şikayətləri qeyri-mümkün sayması onların konstitusion hüquqlarını pozmaq, hüquqdan sui-istifadə olmuşdur. Qətnamədən verdikləri apellyasiya şikayətləri müddət ötürülmədən verilsə də, birinci instansiya məhkəməsi şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən xx.xx.2024-cü il tarixli qərardadla haqlı olaraq geri qaytarmış, daha sonra apellyas iya şikayəti yenidən xx.xx.2024-cü il tarixində qanunvericiliyin tələbinə, Əlavə-2-yə uyğun verilsə də, bu dəfə məhkəmə müddətin ötürüldüyünü əsas gətirərək, şikayəti xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarmışdır. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2007-ci il tarixli qərarında tərəfin şikayət vermə müddətini ötürmədiyi halda müddətin bərpası haqqında vəsatət verməkdən azad olduğu, məhkəmənin isə üzərinə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyduğu halda, məhkəməyə buraxılmış müddətin bərpası ilə bağlı ərizə ilə müraciət olunsa də, ərizələr geri qaytarılmışdır. Hətta qətnamədən apellyasiya şikayətləri məhkəməyə xx.xx.2024-cü il tarixində yenidən Əlavə 2 uyğun buraxılmış müddətin bərpası haqqında ərizə elektron kabinet vasitəsi i lə təqdim edilsə də, məhkəmə qərardaddan şikayətləri xx.xx.2024-cü il tarixində apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, geri qaytarılır, məhkəmə isə nədənsə qeyri-mümkün hesab etmişdir. Qətnamə elektron kabinetdə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş, apellyasiya şikayətləri xx.xx.2024-cü il tarixində (poçt qəbzi və xəbərnamə məhkəməyə təqdim olunmuşdur) poçt vasitəsi ilə göndərildiyindən xx.xx.2024-cü il tarixli qərardadla şikayətlər elektron kabinet vasitəsi ilə təqdim edilmədiyindən geri qaytarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə qanunvericiliyin tələblərinə uyğun Əlavə-2 verilsə də, məhkəmə bu dəfə şikayətin verilm əsi müddətinin ötürülməsini əsas gətirməklə şikayəti xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarmışdır. İddiaçılar tərəfindən müddət buraxılmasa da buna baxmayaraq elektron qaydada verdikləri apellyasiya şikayətlərinə baxılması üçün müddətin bərpasına dair ərizə təqdim edilsə də, məhkəmə müddəti bərpa etməmişdir. Qanunda apellyasiya şikayətini məhz elektron qaydada verilməməsinə görə müddətin buraxılmış kimi sayılması nəzərdə tutulmamışdır. İddiaçılar müddət keçirmədən vaxtında poçt vasitə ilə nəzərdə tutulan formada olmasa da, apellyasiya şikayətlərini göndərmişlər. Daha sonra apellyasiya şikayətləri elektron qaydada göndərilmişdir. Apellyasiya şikayətinin qeyri-mümkün olmasının səbəbi kimi onun qanunvericilikdə müəyyən olunmuş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olun muşdur) riayət edilmədən tərtib edilməsi və elektron kabinet vasitəsi ilə göndərilməməsi göstərilmişdir. Halbuki, MPM hər hansı bir formaya uyğunsuzluğa görə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini nəzərdə tutmamış, bu nə MPM-in 361-ci maddəsində, nə də həmin Məcəllənin 363-cü maddəsində öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsi şikayətlərin MPM-in 10-1.3 maddəsinə uyğun olmayaraq elektron kabinet vasitəsi ilə verilmədiyi əsas gətirərək, şikayətlər üzrə apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Qətnamədən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarıldığından yenidən xx.xx.2024-cü il tarixində, daha sonra xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixli qərardaddan şikayət isə xx.xx.2024cü il tarixində qanunvericiliyin tələblərinə uyğun olmaqla elektron kabinet vasitəsi ilə verilmişdir.

17. İddiaçılar şikayətlərini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 360, 361, 363, 366-cı maddələrinə istinad edərək əsaslandırmışlar. b)Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sist emində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

21. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətlərində qərardad iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. İddiaçılar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, şikayətin qeyrimümkün hesab edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların şikayətləri Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) riayət edilmədən tərtib edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. Bu sistemin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməməsi o nun qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların şikayətlərinin mümkünlüyünü yoxlayıb qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş formaya və qaydaya uyğun olaraq tərtib edilmədiyindən, onların şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayətlər geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onların şikayətləri üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düz gün tətbiq etmişdir. Ona görə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.

32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçılar Ətrafi X2 və İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2(103)-3764/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar