Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2973/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə), məhkəmə aktının kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi əsaları (maddi və prosessual hüququ normalarının pozulması və ya dzgün tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “0* mart 2023-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və məzuniyyət haqqının ödənilməsi, 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və həmin əmrin 06 mart 2023-cü il tarixindən verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-7*5/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehə qarşı “0* mart 2023-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və məzuniyyət haqqının ödənilməsi, 02 mart 2023-cü il tarixli, 40 saylı əm rin ləğv edilməsi və həmin əmrin 06 mart 2023-cü il tarixindən verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi S.Mayılov, hakimlər T.Heydərov və İ.Əsədov) 24 aprel 2024-cü il tarixli, 2(*06)-7*5/2024 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(036)-2505/2023 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehə qarşı “0* mart 2023-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işbura xma dövrü üçün əmək haqqının və məzuniyyət haqqının ödənilməsi, 02 mart 2023-cü il tarixli, 40 saylı əmrin ləğv edilməsi və həmin əmrin 06 mart 2023-cü il tarixindən verilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.
4. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(*06)-7*5/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
6. Apellyasiya instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir:
7. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(*06)-7*5/2024 saylı qətnaməsi İddiaçı nümayəndəsi vəkil (eyni zamanda qardaşı) Nüma yəndə* məxsus elektron kabinetə 30 aprel 2024-cü il tarixində yerləşdirilmişdir. Lakin qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddət 2 gün ötürüldükdən sonra, 02 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə kassasiya şikayəti yerləşdirilmiş və imzalanmışdır. Kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət də əlavə edilməmişdir.
8. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 405.0.*, *35.6, *35.5, *30.3, 408.*.4, 408.3, 409-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının l əğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə e-mehkeme portalına yerləşdirilib. MPM-nin 360 maddəsinə əsasən şikayət müddəti 2 aydır. Şikayətin son günü xx.xx.2024-cü il tarixdir və həmin gün həftənin bazar gününə təsadüf edir. Bu halda növbəti iş günü, yəni həftənin *-ci günü (0*.07.2024) kassasiya şikayətinin son günüdür. Kassasiya şikayəti 0*.07.2024-cü il tarixdə, saat 23:*7-də e-mehkeme portalına yerləşdirilib və imzalanıb. Kassasiya şikayətinin məhz 0*.07.2024-cü il tarixdə verilməsi e-mehkeme portalındakı həmin işə aid sənədlər sırasında göstərilir. xx.xx.2024-cü il tarixdə isə məhkəməyə hər hansı şika yətin daxil olduğu sənədlər sırasında yoxdur. Eyni zamanda e-mehkeme portalının şikayətlər bölməsində kassasiya şikayətinin 0*.07.2024-cü il tarixdə verildiyi, nömrəsinin AP(*06)8*640/2024 olduğu görünür. Hətta bu kassasiya şikayətindən sonra həmin günü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilib (çıxarışda görünür). Bununla yanaşı, kassasiya şikayətinin özündə verilmə tarixinin 0*.07.2024-cü il olduğu dəqiq qeyd olunub. Bunu portal özü qeyd edir. xx.xx.2024-cü il tarixli qərardaddan xəbər tutduqdan sonra vəkil Şirvan Apelyasiya Məhkəməsinin dəftərxanası ilə telefon əlaqəsi saxladı və oradan da portala baxıb bildirdilər ki, kassasiya şikayəti portala 0*.07.2024-cü il tarixdə yüklənib. Necə ola bilər ki, məhkəmənin dəftərxanası şikayətin tarixini gör ə bilir, hakim isə görə bilmir? Buna baxmayaraq qərardadda şikayətin verilmə tarixi təhrif edilməklə, o xx.xx.2024-cü il tarix kimi göstərilmişdir. Tarixin təhrif edilməsi qərəzin nəticəsidir. Hətta kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilsəydi, onda da gecikmə 2 gün yox, * gün təşkil edəcəkdi. Çünki son şikayət günü 0*.07.2024-cü il tarixə düşür (xx.xx.2024-cü il tarix həftənin bazar günüdür). Məhkəmə bunu gözəl bildiyi halda rəqəmin daha böyük olması, müddətin daha çox ötürülməsini göstərmək üçün müddəti qara hərflərlə 2 gün kimi qeyd etmişdir. Başqa tərəfdən isə iddiaçının özünün elektron kabineti yoxdur. İddiaçının ünvanına qətnamə daha sonra “Azərpoçt” vasitəsi ilə çatıb. xx.xx.2024-cü il qətnamənin vəkilə çatdığı tarixdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
1. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
2. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
3. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərar dadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
4. Maddə *28.*. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
5. Maddə 405.0.*. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
6. Maddə *30.*. Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Maddə *33.*. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
8. Maddə 408.*.*. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.*-ci maddələrinin tələblərinə cavab vermi rsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
9. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
10. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ni geri qaytarılması qərardar qəbul edərkən prosessual hüququ normalarının tələblərini pozmuş, şikayətin verilməsi müddətini müəyyən edərkən səhvə yol vermişdir.
12. Belə ki, kassasiya şikayətini qaytaran məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi və vəkilinə məxsus elektron kabinetə 30 aprel 2024-cü il tarixində yerləşdirilmiş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ərzində deyil, 02 iyul 2024-cü il tarixdə, yəni 2 gün ötürüldükdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmiş və imzalanmışdır.
13. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə e-mehkeme portalına yerləşdirilmiş, kassasiya şikayəti verilməsinin son gü nü xx.xx.2024-cü il olsa da, həmin gün həftənin bazar günü olduğundan növbəti iş günü, yəni 0*.07.2024-cü il saat 24:00-da 2 aylıq müddət qurtarmış olur. İddiaçı tərəfindən kassasiya şikayəti isə 0*.07.2024-cü il tarixdə, saat 23:*7-də e-mehkeme portalına yerləşdirilmiş və imzalanmışdır. xx.xx.2024-cü il tarixdə isə apellyasiya instansiyası məhkəməsinə hər hansı şikayətin daxil olması görünmür, e-mehkeme portalının şikayətlər bölməsində kassasiya şikayətinin 0*.07.2024-cü il tarixdə verildiyi, nömrəsinin AP(*06)8*640/2024 olması müəyyən edilir.
14. Göründüyü kimi apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini qaytamaqda səhvə yol vermişdir, ona görə də, bu barədə olan qərardad ləvğ edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(*06)-7*5/2024 nömrəli iş üzrə 2 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.