Məhkəmə qərarları › İş №2(102)-2974/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2974/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2974/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:evə köçülümə) 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(105)-328/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 16 avqust 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 v ə digərlərinə qarşı iddia qaldıraraq, onun və övladlarının xxx saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şamaxı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.İsmayılov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı, 1999-cu ildən X1 təsərrüfat müdiri vəzifəsində işləyib və ona arvadı, üç uşağı ilə birlikdə köçüb yaşamaları üçün X2 yataqxanasından yaşayış sahəsi verilib. Sonradan iddiaçının arvadı ölüb və 2008-ci ildə iddiaçı ikinci dəfə rəsmi nikah əsasında cavabdehlə ailə qurub. 12 fevral 2015-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulub. Şamaxı şəhərində zəlzələ baş verənədək cavabde h sözügedən yataqxanadakı yaşayış sahəsində tək yaşayıb. 05 fevral 2019-cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində sözügedən yataqxana qəzalı vəziyyətə düşüb və həmin evlərə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiya tərəfindən baxış keçirilib və qəzalı hesab edilən evlər siyahıya alınıb. X3 yataqxana binası da qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan sakinlər X3 təqdim etdiyi siyahıya əsasən qeydə alınıb. Təqdim edilmiş siyahıda cavabdehin adı olduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən xxx 36 saylı mənzili püşkatma yolu ilə cavabdehə verilib. Göründüyü kimi tərəflər arasında bağlanmış nikah pozulduğu üçün iddiaçı mülki qanunverciliyin tələbləri baxımından cavabdehin ailə üzvü hesab olunmur. Bu səbəbdən də iddiaçının cavabdehə məxsus fərdi yaşayış sahəsind ən istifadə hüququ əmələ gəlməyib. Bundan başqa, işin faktiki hallarından görünür ki, tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada notarial qaydada təsdiq edilmiş razılaşma olmayıb və iddiaçının yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Ümumiyyətlə, iddiaçı mübahisəli mənzildə yaşamayıb və onun həmin mənzildə istifadə hüququ olmayıb. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şamaxı rayon məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin, M ənzil Məcəlləsinin 30.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şi kayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlə nən yazılı razılaşma ilə müəyyənləşdirilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası...bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunverciliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş nomaya əməl edilməklə müəssisə, idarə, təşkil müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin...birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Həmin Məc əllənin 28.5-ci maddəsinə əsasən, mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.7-ci maddəsinə görə, qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 31.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyy ətçisi ilə razılaşmaya əsasən ona satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər. Həmin Məcəllənin 85-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qadaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla işdə, istər X3 yataqxanasında yerləşən mənzilin, istərsə də həmin mənzilin əvəzinə verilmiş Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hüquqi statusunu, yəni həmin mənzillərin dövlət və ya xüsusi mülkiyyətdə olmalarını özündə ehtiva edən heç bir yazılı sənəd yoxdur və həmin mənzillərin tərəflərin q anuni icarəsində və ya mülkiyyətlərində olmasını mülki iş materialları ilə müəyyən etmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, sözügedən mənzillərin tərəflərdən hansının mülkiyyətində və ya icarəsində olduğunu aydınlaşdırmadan, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin məhz mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini, habelə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlmə əsaslarını tənzimləməsini nəzərə almadan, X3 yataqxanasında yerləşən mənzilin kimə, hansı əsasla verildiyini, mənzil kirayə müqaviləsinin sonradan cavabdehin adına dəyişdirilib-dəyişdirilmədiyini, mənzil kirayə müqaviləsində iddiaçının və üç övladının cavabd ehin ailə üzvləri kimi göstərilibgöstərilmədiyini araşdırmadan, yalnız Şamaxı rayon İcra Hakimiyyətinin 04 avqust 2020-ci il tarixli məktubunun, X3 07 may 2019-cu il tarixli arayışının, Mirikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 15 dekabr 2021-ci il tarixli arayışının kserosurətlərinə istinad edərək, iddiaçının və övladlarının cavabdehin ailə üzvləri olmadığı, mübahisəli mənzilin qanuni əsaslarla məhz cavabdehə verildiyi, iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində isə xxx kəndində 0,10 ha həyatyanı torpaq sahəsinin və 2011-ci ildə tikilmiş ümumi sahəsi 180 kv.metr olan fərdi yaşayış evinin olduğu qənaətinə gəlib. Halbuki, Mülki Prosessual Məcəllənin 89.2 və 89.3-cü maddələrinin mənasına görə, işə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təq dim edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Hazırki halda sözügedən sənədlərin həqiqiliyini, yəni X3 yataqxanasında yerləşən mənzilin cavabdehin qanuni icarəsində olmasını digər sübutlarla müəyyən etmək mümkün deyil, əksinə iddia ərizəsindən, iddiaçının izahatından, habelə abonentin saldolarından, X3 11 sentyabr 2020-ci il, 14 iyul 2021-ci il tarixli arayışlarından, X3 əməkdaşları tərəfindən imzalanmış 09 sentyabr 2020-ci il tarixli aktdan, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli arayışından və sair sənədlərdən görünür ki, iddiaçı 01 aprel 1999-cu il tarixdən X1 təsərrüfat müdürü vəzifəsində işləyir, X3 yataqxanasındakı mənzil arvadı, üç övladının köçüb yaşaması üçün ona verilib, sonradan arvadı ölüb və iddiaçı ikinci dəfə cavabdehlə rəsmi nikah əsasında ailə qurub və 12 fevral 2015-ci il tarixdə onların nikahı pozulub. Eyni zamanda işdən görünür ki, cavabdeh də 2008-ci ildən 2014-cü ilədək X1 müəllimə işləyib. Həmçinin Reyestr Xidmətinin məlumatına görə iddiaçının mülkiyyətində daşınmaz əmlakın olmasına dair daşınmaz əmlakın dövlət reyestrinin arxiv və elektron bazasında məlumat yoxdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası...bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunverciliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş nomaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin...birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Görünüdüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin obyektiv həlli üçün qeyd olunan maddələrin tələbləri baxımından iddiaçının və ailə üzvlərinin sözügedən yataqxanadakı mənzilə hansı əsasla köçdüklərini, həmin mənzilin ona X3 müdüriyyətinin və həmkarlar ittifaqı kömitəsinin birgə qərarı ilə verilib-verilmədiyini, mənzilə köçmək üçün onun adına order olub-olmadığını aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə t əqdim etməyi iddiaçıya, habelə X4 təklif etmədən, 2015-ci ildən sonra iddiaçının və ailə üzvlərinin hansı statusla, hansı evdə yaşamalarını mötəbər yazılı sübutlarla dəqəqləşdirmədən, 2015-ci ildən sonra yataqxanadakı mənzilin kirayə müqaviləsinin cavabdehin adına dəyişdirilib-dəyişdirilmədiyini, sonuncunun həmin mənzilə hər hansı hüququnun əmələ gəlib-gəlmədiyini, X5 tərəfindən Şamaxı rayon İcra Hakimiyyətinə göndərilmiş 07 may 2019-cu il tarixli yataqxanada məskunlaşmış şəxslərin siyahısında iddiaçının və ailə üzvlərinin göstərilməməsinin səbəblərini aşadırmadan, həmin siyahının verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi X4 təklif etmədən, yataqxanadakı mənzildə cavabdehin tək yaşadığı qənaətinə gəlib. Halbuki, işin obyektiv həlli üçün qeyd olunan halların aydınlaşdırılması nın çox böyük əhəmiyyəti vardır, çünki cavabdehə mübahisəli mənzil məhz yataqxanadakı mənzilin qəzalı vəziyyətə düşməsinə görə verilib. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.7-ci maddəsinə görə, qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 31.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmaya əsasən ona satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər. Həmin Məcəllənin 85-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qadaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, ümumiyyətlə qəzalı vəziyyətə düşmüş mənzilin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa edilmiş 110 mənzilli binanın 36 saylı mənzilinin hansı hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehə verildiyini araşdırmadan, həmin sənədlərin su rətlərini məhkəməyə təqdim etməyi Şamaxı rayon İcra Hakimiyyətinə təklif etmədən, ailə başçısı kimi tək özü göstərildiyi halda cavabdehə hansı əsasla ümumi sahəsi 100 kv.metr olan 5 otaqlı mənzilin verildiyini, bu zaman hüquqmüəyyənedici sənədlərdə iddiaçının və üç övladının ailə üzvü kimi göstərilib-göstərilmədiyini, həmin mənzilə köçmək üçün cavabdehin adına hansı hüquqmüəyyənedici sənədlərin verildiyini aydınlaşdırmadan, bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi cavabdehə təklif etmədən və işdə, sözügedən mənzilin mülkiyyətdə olmasına dair hər hansı qərar, order, Çıxarış və sair sənədlər olmadığı halda, həmin mənzilin cavabdehin mülkiyyətində olması, habelə iddiaçının mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrində və Mənzil Məcəllə sinin 30.1-ci maddəsində nəzərdə tutulan əsasların olmadığı qənaətinə gəlib. Halbuki, mənzil cavabdehin mülkiyyətində olmadığı üçün iddiaçı, istəsə belə onunla notarial qaydada təsdiq edilməklə müqavilə bağlaya və istifadə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilməzdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Əksinə, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər 12 fevral 2015-ci il tarixədək rəsmi nikahda olmaqla bir ailənin üzvləri olublar, cavabdehi X3 yataqxanasındakı mənzilə məhz iddiaçı köçürüb və onlar uzun müddət həmin mənzildə birgə yaşayıb ümumi təsərrüfat aparıblar və sonradan tərəflərin ər-ar vad münasibətləri pozulub. Belə olan halda iddiaçı və övladları nəzərə alınmadan sonradan qəzalı vəziyyətə düşən sözügedən mənzilin əvəzinə tək iddiaçıya dövlət tərəfindən ümumi sahəsi 100 kv.metr olan 5 otaqlı mübahisəli mənzilin verilməsi inandırıcı, ağlabatan görünmür. Daha sonra, X3 05 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mübahisəli mənzilə yiyələnməklə yanaşı, bu günədək yataqxanadakı mənzili də X4 təhvil verməyib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesa b olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan mad di, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası mə hkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(105)-328/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar