Məhkəmə qərarları › İş №2(102)-2974/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2974/2025

22.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2974/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə üzrə QƏRARİ (Açar sözlər: daşınar əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 02 iyun 2025-ci il tarixli 2(103)-2920/2025 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Honda” minik markalı, “İnsight” model, ketçbek tipli, 2011 buraxılışlı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən Cavabdeh adına qeydiyyata alınmış, həmin avtomobil xx.xx.2021-ci il tarixdə ƏN-V seriyalı, 673582 nömrəli etibarnamə ilə Cavabdeh tərəfindən 8 il, 1 ay, 11 gün müddətinə, xx.xx.2029-cu il tarixədək İddiaçı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir;

3. Tərəflər arasında olan şifahi razılığa əsasən, İddiaçı Cavabdeh 43 ay ərzində aylıq 600 manat ödəniş etməli, daha sonra avtomobil sonuncu avtomobili İddiaçı mülkiyyətinə verməli idi. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış şifahi müqavilənin ləğv edilməsi, mübahisəli əmlak üzrəndə iddiaçının 3/4 hissədə, cababdehin isə 1/4 hissədə mülkiyyət müəyyən edilməsi, avtomobilin hərrac vasitəsilə satılması və əldə edilmiş pulların tərəflərin pay hissəsinə mütanasib olaraq tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi, həmçinin dəqiqləşdirilmə barədə ərizə işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, 2011-ci ildə istehsal olunmuş həmin avtomobili cavabdeh 12000 manata əldə etmiş və onun istifadəsinə vermişdir. Əldə olunmuş razılığa əsas ən, o, 43 ay arzində hər ay cavabdehə 600 manat pul ödəməli və bu müddət başa çatdıqda cəmi- 25 800 manat ödəyib borcu tamamlayır, bundan sonra cavabdeh avtomobili onun mülkiyyətinə keçirir, yəni onun adına rəsmiləşdirir. Qeyd edilən şərtlər ilə razılıq əldə ediləndən sonra, cavabdeh “Asan 5” Xidmətində fəaliyyət göstərən notariat ofisi tərəfindən təsdiq edilmiş ƏN-V№ 673582 qeydiyyat nömrəli 7E-10268 reyestr nömrəli 15 iyul 2021-ci il tarixli etibarnamə üzrə avtomobili idarə etmək hüququ ilə onun istifadəsinə vermişdir. Avtomobili təhvil alandan sonra, o, gecə-gündüz taksi fəaliyyəti ilə məşğul olmuş və qazandığı pullar hesabına cavabdehə hər ay 600 manat ödəmiş, təxminən eyni məbləğdə əlavə pul qazanıb ailəsini dolandırmışdır. Pulu cavabdehə bank kartına ödəməklə, nağdsız şəkildə etmiş, pulu ödədikdən sonra hər dəfə ona mobil telefonla, whatsapp proqramı ilə bidiriş göndərmiş və qeyd etmişdir ki, bu qədər pul ödəmişdir və bu qədər borcu qalmışdır. 01 aprel 2023-cü il tarixə qədər o, cavabdehə cəmi məbləğdə 19190 manat pul ödəmiş, həmin tarixdən etibarən ödənilməmiş məbləğ 6 610 manat təşkil etmişdir. Lakin, pulları ələ keçirəndən sonra cavadbeh müqavilə şərtlərini pozaraq, notariusa ərizə verərək ona verdiyi etibarnaməni vaxtından əvvəl (xx.xx.2024-cü il tarixdə) ləğv etmiş və avtomobili ondan geri tələb etmişdir. Cavabdeh razılaşmanın şərtlərini birtərəfli qaydada pozmaqla, həm qazandığı pulları ələ keçirmiş, həm də vicdansızcasına avtomobili də ələ keçirmək niyyətinə düşmüşdür. Onun pis niyyətlərindən mülki hüquqlarını müdafiə edərək o, avtomobili qaytarmaqdan imtina et mişdir: bildirmişdir ki, ya ödədiyi pulları ona geri qaytarsın, ya da avtomobili onun adına keçirsin. Lakin, cavabdeh pulları qaytarmaqdan imtina etmiş, avtomobili isə öz sahibliyinə qaytarmaq üçün DİN BDYP-yə müraciət edərək onu axtarışa verdirmişdir. Mülki hüquqlarını müdafiə etmək üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Etibarnamə ləğv edildiyi və avtomobil axtarışa verildiyi üçün, 2023-cü ilin aprel ayından etibarən həmin avtomobildən istifadə edə bilməmişdir- nəticədə pul qazana bilməmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərini birtərəfli qaydad pozduğuna görə o, taksi kimi fəaliyyət göstərə bilməmiş, itirilmiş gəlir şəkilində ciddi maddi ziyana məruz qalmışdır. Cavabdehin təqsiri üzündən artıq 5 ay müddətdir ki, o, fəaliyyətsiz qalmışdır. Halbuki, fəaliyyət göstərsə idi, göstərilən müddət ərzində həm cavabdehə 3 000 manat ödəmiş olardı, həm də əlavə qazandığı 3000 manatı ailəsinə sərf edərdi. Bundan əlavə, nəzərə alınmalıdır ki müqavilə bağlandıqdan sonra, onun bağlanması üçün əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, o, müqavilə bağlayarkən ümid etmişdir ki, icarə götürdüyü avtomobil onun mülkiyyətinə keçəndən sonra o həmin avtomobili taksi kimi istifadə etməyi davam edəcəkdir. Lakin gözlənilmədən taksi faəliyyətinin həyata keçirilməsi haqqında yeni qaydalar müəyyən olundu və həmin qaydalara görə istehsal - buraxılış tarixi 7 ildən cox olan avtomobillərin sürücülərinə taksi fəaliyyətinə məşğul olmaq 01 iyun 2024-cü il tarixdən qadağa edildi. Göstərilən qaydalar qəbul edildkdən sonra, taksi kimi istifadə olunan yaşı 7 ildən art ıq olan, əsasən hibrid motorlu avtomobillərin (Prius, Honda) bazar qiyməti əhəmiyyyətli dərəcədə (bəzi hallarda 50%) aşağı düşdü. Müqavilə bağlayan zaman o bunu görə bilməzdi və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə o ciddi ziyana düşmüşdür. Bildirir ki, müqavilə şərtlərin dəyişdirilməsi barədə razılığa gəlmək üçün o, cavabdehin ünvanına təklif göndərmiş, həmin təklif ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, lakin cavab daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, şəraitin dəyişməsi ilə bağlı ona dəyən ziyanın ödənilməsi şərti ilə müqavilənin şərtləri dəyişdirilməli və dəyişmiş şəraitə uyğunlaşdırılmalıdır.

6. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Honda İnsight” markalı, **-RY-*** dövlət nömrə nişanlı (mühərrik 2013733, ban JHMZE2H32BS005922) minik avtomobilinin İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul edilərək baxılmaqdadır. Cavabdeh mülkiyyətindəki ''HONDA İNSİGHT" markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobili cavabdeh İddiaçı gündəlik 20 manat olmaqla, aylıq 600 manat icarəyə verilmişdir. Razılaşma ondan ibarət olmuşdur ki, 43 ay yarımdan sonra avtomobilin icarəsinə görə yekun olaraq 26.000 manat pul cavabdeh tərəfindən ödəniləcək və həmin avtomobil cavabdehin mülkiyyətinə keçiriləcəkdir. Buna görə cavabdehə idarəetmə ilə bağlı etibarnamə verilmişdir. Lakin cavabdeh avtomobili pis istismar etmiş, qəza törətmiş, lakin təmir etdirməmiş, 2024-cü ilin fevral ayının ortalarından sonra isə gündəlik icarə haqqını ödəməmişdir. Avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdeh avtomobili qaytarmaq istəmir. Bir çox qayda pozuntuları etdiyindən inzibati qaydada cərimələr tətbiq edilib, həmin məbləğlər ödənilmədiyindən avtomobil axtarışdadır. Eyni zamanda bütün inzibati protokollar mülkiyyətçi kimi ərizəçi barəsində tərtib edilmişdir. Ərizəçinin tələb etməsinə baxmayaraq cavabdeh avtomobili təhvil verməkdən boyun qaçırmış və avtomobili gizlətmişdir. Əldə etdiyi foto şəkillərdən aydın olur ki, avtomobil yararsız hala salınmışdır. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən mü lkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2025-ci il tarixli, 2(007)-189/2025 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilərək “Honda İnsight minik” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JHMZE2H32BS005922 ban nömrəli, XETÇBEK ban tipli, buraxılış ili 2011, mühərrik nömrəsi 2013733, mühərrik həcmi 1339 olan avtomobilin İddiaçı alınaraq Cavabdeh verilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, onunla ilkin iddia üzrə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən o, mübahisə predmeti olan avtomobil onun istifadəsinə aylıq 600 manat icarə haqqı ödənilməklə verildikdən 43 ay sonra, bu müddət başa çatdıqda 25.800 manatı ödəyəcək və həmin avtomobil onun mülkiyyətinə veriləcəkdir. Məhkəmə iclasında verilmiş izahatlara əsasən İddiaçı Cavabdeh hər gün 20 manat olmaqla, aylıq 600 manat pul ödəməsi müəyyən edilmişdir. Tərəflər həmin pul vəsaitinin ilkin iddia üzrə İddiaçı Cavabdeh mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarəetməsi və taksi fəaliyyəti göstərməsi ilə bağlı ödədiyi pul olduğunu təsdiq etmişlər.

10. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin mülkiyyətçisi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə ilkin iddia üzrə İddiaçı arasında nəqliyyat vasitəsinin alqı-satqına dair hər ha nsı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni İddiaçı ona pul ödəməməsi səbəbindən ləğv etmişdir. İlkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə dair tərəflər arasında olan şifahi müqavilənin ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, məhkəmə iclası zamanı tərəflərin izahatlarında icarə haqqı ödənildikdən 43 ay sonra avtomobilin İddiaçı mülkiyyətinə keçməsi barədə şifahi razılıq əldə etmələri bildirilsə də, bununla bağlı hər hansı bir müqavilə məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən razılaşmaya əsasən nəzərdə tutulan pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.

11. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməlidir. Lakin mübahisə predmeti olan avtomobilin alqı-satqısına dair hər hansı müqavilə mövcud deyil.

12. Məhkəmə iddia tələbinin “avtomobilə tərəflərin paylarının müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılaraq tərəflər arasında paylara mütənasib olaraq bölünməsi” hissələrinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələblər “tərəflər arasında olan şifahi müqavilənin ləğvi” tələbindən törəmə tələblərdir, tərəflər arasında olan şifahi müqavilənin ləğvi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz, ilkin iddia tələbi əsas sız olduğundan rədd edilməlidir.

13. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsini şifahi qaydada icarə haqqı barədə razılıq əldə edərək İddiaçı etibarnamə ilə vermiş, sonuncu həmin etibarnamə əsasında ona verilmiş avtomobil üçün icarə haqlarını vaxtında ödəməmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. Qarşılıqlı iddia tələbinə aid hissədə qeyd edilir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi halhazırda qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin ilkin iddiaçı tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyy ən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 165.1, 165.2, 181.4, 362.1, 365.1, 365.2, 646.1, 646.2, 647 və 650-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, zavabdeh mülki hüquqlarından suiistifadə edərək ona yalan vədlər verərək aldatmışdır, icarə haqqı pullarının əsas hissəsini alandan sonra, razılaşmanı birtərəfli qaydada pozmuş, et ibarnaməni ləğv etmiş və avtomobili vicdansızcasına geri tələb etmişdir, bu zaman həmin avtomobilə artıq hüquqlarının yaranmasını inkar etmişdir. Hesab etmişdir ki, cavabdehin bu hərəkətləri Mülki Məcəllədə təsbit edilmiş vicdanlılıq prinsipinə ziddir. Lakin birinci instansiya məhkəməsi onun cavabdeh tərəfindən vicdansızcasına pozulmuş hüquqlarını nəzərə almamış və bu hüquqlarını bərpa etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmamışdır, bağlanmış şifahi müqavilə isə etibarsızdır. Əgər müqavilə mövcud deyilsə, deməli cavabdeh iddiaçının hesabına hər hansı hüquqi əsas olmadan əsassız varlanmışdır. Belə olan halda, məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara münasibətdə maddi hüquq normasını (MM-nin 1091- ci maddəsi) tədbiq edərək, iddiaçının ziyanın ödənilməsi tələbinə dair iddia tələbini təmin etməli idi. Lakin, məhkəmə bunu etməmişdir. Həmçinin məhkəmə gedişi zamanında iddia tələbinin dəqiqləşdirilməsi haqqında məhkəməyə ərizə vermişdir. Lakin, məhkəmə MPM-nin 53-cü maddəsində nəzərdə tutulan porsessual hüquqlarını pozaraq ərizəni və orada ifadə etdiyi iddia tələbini qəbul etmədi və həmin tələb üzrə qətnamə qəbul etməlidir. Etibarsız müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin yaranmadığı nəticəsinə gələn məhkəmə iş üzrə aşağıdakı faktları müəyyən etmişdir: avtomobil əsassız olaraq iddiaçının istifadəsinə verilmişdir; etibarsız müqavilə üzrə iddiaçı 2024- cü ilin aprel ayina qədər cavabdehə 19.500 manat pul ödəmişdir, icarə haqqını ödəmişdir. Lakin müəyyən edilmiş həmin faktlara müna sibətdə məhkəmə maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Avtomobilin cavabdehin qaytarılması haqqında qərar vermiş məhkəmə, bununla bərəbər əsassız əldə etdiyi pulların (ziyanın) iddiaçıya qaytarılması haqqında tələbini təmin etməmişdir. Məhkəmə işin faktiki hallarını düzgün müəyyən etmişdir, tərəflər arasında bağlanmış müqaviləni etibarsız saymışdır, lakin işin faktiki hallarından düzgün nəticə çıxarmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, iddiaçıya vurulmuş ziyanın bərpa edilməsinə dair qərar qəbul etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2920/2025 nömrəli, 2 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova – sədrlik edən və məruzəçi, V.N.S adıqov və S.X.Bəhrəmzadə) apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının şifahi icarə müqaviləsi əsasında avtomobili idarə etməklə bunun üçün razılaşdırılmış məbləğləri, yəni 19.190 manat ödəməsi həmin avtomaşına mülkiyyət hüququ yaranmasına hüquqi əsas yaratmır. Kollegiya bu qənaətə gələrkən nəzərə almışdır ki, icarə münasibətləri davam etdirilsə və tərəflər arasında razılaşdırılmış məbləğ tam ödənilsə idi, belə olan halda iddiaçının müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı müvafiq iddia qaldırmaq hüququ yarana bil ərdi. Lakin işdən görünür ki, İddiaçı bu müqavilənin şərtlərinə riayət etməmiş, bunu avtomaşının qəzaya uğraması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, avtomaşının qəzaya uğraması tərəflər arasında mövcud olmuş müqavilə şərtlərinin icra edilməməsinə əsas yaratmamışdır.

19. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iddiaçı hazırkı iddia tələbinin etibarsız ipoteka müqaviləsinin nəticələrinin aradan qaldırılması və əvvəlki vəziyyətin bərpa edilməsi ilə bağlı olmasını bildirsə də, tərəflər arasında hər hansı “ipoteka müqaviləsinin” bağlanması halı müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən ödənilmiş vəsaitin əsassız olaraq qaytarılmamasını bildirsə də, məhkəmə kollegiyası qey d etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin 218.3-cü maddəsi), hazırda isə iddiaçının belə bir tələbi olmamışdır.

20. Bundan başqa iddiaçı apellyasiya şikayətinə əlavədə etibarsız sayılmış əqd üzrə tərəflərin əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqına dair hər hansı müqavilə bağlanmamışdır. Həmçinin Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (MPM-nin 372.4-cü maddəsi), iddiaçının isə birinci instansiya məhkəməsi baxışı zamanı əqd üzrə aldıqların eyni vaxtda geri qaytarılması barəd ə hər hansı tələbi olmamışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 165.1, 165.2, 181.4, 362.1, 365.1, 365.2, 646, 647, 652, 675 və 676-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını və ya iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin d əlillərinə istinadən onunla əsaslandırılmışdır ki, müqavilə yazılı formada bağlanmasa da tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur, müqavilənin icra edilməsi üçün tərəflər müəyyən hərəkətlər etmişlər. Buna inkar etmək və müqavilənin bağlanmamasını iddia etmək tamamilə əsassızdır: tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, sadəcə olaraq müqavilə qanunla müəyyən edilmiş qaydada və formada bağlanmadığı üçün etibarsızdır. Digər tərəfdən məhkəmə əsassız olaraq tərəflər arasında bağlanmış şifahi müqaviləni avtomobilin “alqı-satqı müqaviləsi” adlandırmışdır. Halbuki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamış, sadacə olaraq cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, iddiaçı 43 ay müddətində 25 800 manat pulu ödəyib başa çatdırandan sonra o, avtomobili iddiaçının mülkiyyətinə keçirəcəkdir.

25. Bundan başqa, qətnamədə İddiaçı cavabdeh F.H. Mahmudova 19 190 manat pulun ödəməsinin sübuta yetirilməməsi yanlış olaraq qeyd edilmişdir. Halbuki, bu faktı cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm də məhkəmədə təsdiq etmişdir: hər iki tərəfin etiraf etdiyi faktın sübuta yetirilməsinə ehtiyac görmədiyini bildirərək, məhkəmə vəsatət üzrə Banka sorğu verməkdən imtina etmişdir.

26. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsız (əhəmiyyətsiz) sayılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Digər tərəfindən, məhkəmə qeyd etmişdir ki, İddiaçı bu müqavilənin (yəni etib arsız müqavilənin) şərtlərinə riayət etməmiş, müqavilədə nəzərdə tutulmuş pulları tam ödəməmiş, müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirməmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirdiyi halda onun müvafiq iddia qaldırmaq hüququ yarana bilərdi. Bu tamamilə absurd bir mövqedir: belə ki, məhkəmə, bir tərəfindən, bağlanmış müqaviləni etibarsız əqd hesab etmişdir, digər tərəfdən qeyd etmişdir ki iddiaçı müqavilə üzrə öhdəliklərinin tam icra etməmişdir, icra etsə idi onun subyektiv hüququ yarana bilərdi.

27. Məhkəmə nəzərə almamışdır ki, müqavilə etibarsız hesab edilərsə, cavabdeh əsassız varlanmış şəxs olur və əldə etdiyi gəliri sahibinə qaytarmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azər baycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

30. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

31. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahis ə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Qanuna əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Daşınar əşyay a mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir (§ 29-30, 33).

45. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında mübahisə obyekti olan avtomobilin mülkiyyətinin əldə olunması üçün etibarlı müqavilə bağlanmamış, avtomobilin mülkiyyəti keçərli əqd əsasında rəsmi reyestrdə iddiaçının adına keçirilməmiş, nəticə etibarilə iddiaçı həmin əşya üzərində mülkiyyət hüququ qazanmamışdır. Mülkiyyət hüququ olmayan şəxsin isə əşyaya payının tanınması və onun tələbi əsasında əşyanın hərracdan satılması mümkün deyil.

46. Məhkəmələr işin müəyyən edilmiş halları əsasında bu qənaətə gəlmişlər ki, tərəflər icarə hüquq münasibətində olmuşlar, lakin sonradan bu münasibət ə xitam verilmişdir. Belə olan halda əşyanın mülkiyyətçisi olan cavabdeh avtomobilin iddiaçıdan alınaraq özünə geri verilməsini tələb etmişdir.

47. Qanuna əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (§ 32).

48. Belə olan halda iddiaçının icraatda olan tələblərinin, yəni müqavilənin ləğv edilməsi, mübahisəli əmlak üzrəndə iddiaçının mülkiyyət hüququnun müəyyən edilməsi və avtomobilin hərrac vasitəsilə satılması barədə tələblərinin rədd, qarşılıqlı iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gə linmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düz gün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyasının 02 iyun 2025-ci il tarixli 2(103)-2920/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar