Məhkəmə qərarları › İş №2(102)-2976/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2976/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2976/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslərin törətdiyi cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr (real zərər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1364/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh3 öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla və təkrar törədilməklə dələduzluq etmişdir. O, İddiaçı yalandan vəd verib aldadaraq, 2014-cü ilin may ayından 2015-ci ilin yanvar ayına kimi sonuncudan hissəhissə olmaqla, cəmi 183000 ABŞ dollarını həmin dövrün məzənnəsi ilə 142740 manatı şəxsən özü alaraq, həmin pulu verən şəxsə məxsus külli miqdarda əmlakı etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirərək dələ duzluq etmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-317/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhkum etmə cəzasina məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək həbs qətimkan tədbiri qismində saxlanıldığı 09 ay 14 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qalan 07 il 02 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmişdir.

3. Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olan tanışı Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edərək, onu müxtəlif vaxtlarda müxtəlif işlər görülməsi barədə aldadaraq sonuncudan ümumilikdə 578742,85 manat pul alaraq ziyan vurmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinər ək ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi yəni 07 ay 17 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 04 il 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh2 təyin edilmiş cəza 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir.

5. Həmin hökmdən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 qohumu X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən İddiaçı dəymiş ziyan X4 tərəfindən tam şəkildə ödənilmiş və İddiaçı Cavabdeh2 qarşı heç bir iddia və maddi tələbi olmamışdır.

6. Bakı Ağır Cinayətlər Məhkəməsin in 1(101)-1109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən İddiaçı apellyasiya şikayəti vermiş, daha sonra ərizə ilə müraciət edərək, Cavabdeh2 ona dəymiş ziyanı tam şəkildə ödədiyinə görə apellyasiya şikayətini geri götürmüş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmuş, apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir.

7. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-1702/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Ali Məhkəmənin qərarından müəyyən edilmişdir ki, idd iaçı Bakı Apellyasiya Məhkəməsinin qərarından şikayət verərək, qərarın qismən dəyişdirilərək, Cavabdeh1 Cavabdeh2 ilə qabaqcadan əlbir olması epizodunun öz sübutunu tapmadığına görə hökmdən çıxarılması və Cavabdeh2 təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 barəsində cinayət işinin materiallarının ayrıca icraata ayrılması səbəbindən onun əməlində cinayət tərkibinin olmaması barədə məsələyə baxılması mümkün olmamış və iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 578742,85 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1, Cavabdeh3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə edib, onun cəmi (317100+2561+69786,85+183295+5000+ 1000) 578742,85 manat pulunu ələ keçirməklə iddiaçıya 578742,85 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış və imzalanmış onun iddiaçıdan müxtəlif məbləğlərdə pullar alması barədə qəbzlər əlavə edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 iddiaçıdan 60000 ABŞ dolları, xx.xx.2015- ci il tarixli qəbzdə Cavabdeh2 iddiaçıdan 200000 ABŞ dolları alması göstərilmişdir. Bundan başqa, xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 iddiaçıya 819000 manat borcu olması, həmin pulları Cavabdeh1 və Cavabdeh3 verdiyi göstərilmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 iddiaçıdan 175000 ABŞ dolları alması qeyd olunmuşdur. Həmin hökmdən narazı qalan iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün ləğv olunaraq məhkum edilmiş Cavabdeh2 daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı məhkum Cavabdeh2 iddiaçıya yenə də yalandan vəd verərək 3 il ərzində zərərçəkmiş şəxs iddiaçıya borcunu qaytaracağını söyləmişdir. Sonuncu Cavabdeh2 ilə razılaşmış, yazılı ərizə ilə məhkəməyə müraciət edib, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək, şikayətdən imtinasının qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-885/2021 nömrəli, xx.xx.2021-ci tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Lakin Cavabdeh2 vədindən 2 il 3 ay keçməsinə baxmayaraq o, yenə də iddiaçını aldatmış, borcundan heç nə ödəməmişdir.

11. Cavabdeh1 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı istintaqa verdiyi ifadəl ərində göstərmişdir ki, “Valehə pul verəndə, o Xanları tanımamışdır və Xanların həmin proseslərdə heç bir iştirakı olmamışdır.” O, məhkəməyə ifadə verməklə yanaşı, həm də rəsmi müraciət etməklə bildirmişdir ki, “Valeh ona vurduğu ziyanı tam ödəmişdir, ona görə də Valehə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Xanlara qarşı isə ümumiyyətlə heç bir iddiası yoxdur və ola bilməz, çünki o, ona nə pul verib, nə də ondan pul alınıb, Valehə pul verəndə İddiaçı Xanları tanımamışdır və sonuncunun həmin proseslərdə heç bir iştirakı olmamışdır”. xx.xx.2020-ci il tarixdə notarial formada da təsdiqləmişdir ki, “İddiaçı Xanlara heç bir pul verməmişdir, Xanların ona heç bir borcu yoxdur, ona görə də Xanlara qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.” İddiaçının apellyasi ya məhkəməsinə göndərdiyi xx.xx.2021-ci il tarixli şikayətində Xanların ona qarşı heç bir cinayət törətmədiyini, Valehə pul verərəkən onu tanımadığını, bütün pulları Valehə verdiyini, onun bu proseslərdə heç bir iştirakının olmadığını, ona pul vermədiyini, buna görə də ona qarşı hər hansı bir iddiasının olmadığını bildirməklə, Xanlarla əlaqədar epizodun hökmdən çıxarılmasını xahiş etmiş, məhkəməyə verdiyi izahatlarında da şikayətini müdafiə etmişdir. O, eyni məzmunlu şikayətlə Ali Məhkəməyə, Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət etmiş, Xanlar barəsində cinayət işinin xitam olunmasını xahiş etmişdir. Daha sonra, Xanlar həm Valeh, həm də ona pul borc verən, şikayətçi-zərərçəkmiş iddiaçı ilə üzləşdirilmişdir. Üzləşmə zamanı hər iki şəxs ifadələrində Xanlara qarşı heç bir id dialarının olmamasını bildirmişlər. Çünki iddiaçı Valehə pul verəndə onu tanımamışdır, Valehin Xanlara verdiyi pulu isə tam məbləğdə qaytarmışdır. Beləliklə, istintaq nəticəsində Xanlar azad buraxılmış və həm Bakı şəhər Prokurorluğu, həm də Nərimanov RPİ tərəfindən haqqında qoyulmuş məhdudiyyətlər xx.xx.2017-ci il tarixdə aradan qaldırılmışdır.

12. Cavabdeh2 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayəti əsasında sözügedən cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən mənə dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. Həmçinin bildirmək istəyirəm ki, gələcəkdə təqsirləndirilən şəxs Cavabdeh2 qarşı heç bir şikayətim və tələbim olmayacaqdır”. Göründüyü kimi, iddiaçıya dəymiş ziyan ona tam şəkildə ödənildiyi üçün heç bir kənar təsir olmadan özü ərizə ilə məhkəməyə müraciət edərək, vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyi üçün, məhkəmə onun ərizəsini nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Lakin, buna baxmayaraq iddiaçı əsassız olaraq Cavabdeh2 həmin pulları yenidən tələb etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaç ı qeyd edilən pul məbləğlərini Cavabdeh2 2015-ci ildə verdiyini bildirmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə 2023-cü ilin avqust ayında, yəni təxminən 8 il sonra məhkəməyə müraciət etmişdir. İddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyi üçün, iddiaçının iddiası əsaslı qəbul edilə bilməz və belə bir iddianın təmin edilməsi mülki hüquq münasibətlərində qeyrimüəyyənliyə, qeyri-sabitliyə gətirib çıxarar.

13. Cavabdeh3 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh3 təqsiri sübuta yetirilmişdir və buna görə də bu fakt məhkəmə üçün məcburidir. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə nəzər saldıqda cavab dehlərdən Cavabdeh2 bir neçə epizod üzrə ittiham irəli sürüldüyünü, Cavabdeh3 təqsirləndirilən şəxs qismində cəlb olunmadığını və ona qarşı ittiham irəli sürülmədiyi görünmüşdür. Cavabdeh2 pulları guya Cavabdeh3 verməsi hər hansı bir epizodda təsdiqlənməmişdir. Belə olan halda iddiaçının tələbi tamamilə əsassız olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh3 məhkum edilmişdir ona görə ki, o, iddiaçıya külli miqdarda zərər vurmuşdur. Eyni hökmdən (vərəq 15, 1-ci abzas) görünmüşdür ki, iddiaçıya dəymiş ziyanla əlaqədar bir neçə adda daşınmaz əmlaklar təqdim olunmuş, həmin əmlakları pul əvəzi qəbul edən iddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə yazaraq Cavabdeh3 qarşı heç bir maddi tələbinin olmamasına dair ərizə vermişdir. Həmçinin həmin hökmün 18-ci vərəqəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, məhkəməyədək icraat zamanı xx.xx.2016-cı il tarixdə X1 ərizə ilə müraciət edərək, Cavabdeh3 təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncu tərəfindən iddiaçıya vurulmuş ziyanın onun tərəfindən tam olaraq ödənilməsi qeyd olunmuşdur. Habelə, məhkəmə kollegiyası həmin hökmdə (vərəqə 18, abzas 6) qeyd etmişdir ki, iş üzrə vurulmuş ziyanın tamamilə ödənilməsi, ondan - şikayət və tələbin olmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Cavabdeh3 ziyanı tamamilə ödəmiş və iddiaçıya heç bir borcu qalmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə isə qeyd olunan epizodlar 2014 və 2015-ci illərdə baş vermişdir, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə Cavabdeh3 həbsdə olmuşdur. Başqa sö zlə, xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizə ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 sonuncuya heç bir borcu olmamışdır, həmin tarixdən sonrakı dövrdə isə Cavabdeh3 həbsdə olduğundan hər hansı bir əməldə iştirakı istisna olunur.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4354/2023 nömrəli iş üzrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə qərarları ilə Cavabdeh2 tərəfindən iddiaçıya qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində iddiaçının 578742,85 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda həmin məhkəmə qərarları ilə Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin tam şəkildə ödənilməsi müəyyən edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, tədqiq olunmuş sübutlarla Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin tam şəkildə ödənilməsi müəyyən edildiyindən iddia təmin edilə bilməz.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona vurulmuş zərər ödənilmədiyi halda, iş materiallarında olan onu yalan vədlər verilməsi ilə aldadaraq əldə olunmuş formal sənədlərə istinad edərək məhkəmə əsassız olaraq zərərin tam ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə sübutları qərəzli qiymətləndirmiş, zərərin ödənilməməsi ilə bağlı sübutlara heç bir qiymət verməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 əsassız etirazlarını mötəbər sübut kimi qəbul etmiş, guya zərərin tam ödənilməsini təsdiq edən yeganə sübut xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsaslanaraq zərərin tam ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş halları tam göstərməmiş, iş üzrə nəticələrini qeyri-mötəbər sübutlarla əsaslandırmış və iddianın rədd edilməsini əsaslandıran sübutlara üstünlük vermişdir. Məhkəmə zərərin tam ödənilməməsi ilə bağlı, onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən dəfələrlə aldadılmasını təsdiq edən və cavabdehlər Cavabde h1 və Cavabdeh3 iş üzrə mülki məsuliyyət daşımalarına dəlalət edən işin faktiki hallarını araşdırmamışdır. Nəticə etibarı ilə məhkəmə zərərin tam ödənilməsi qənaətinə gəlmiş və iddianı rədd etmişdir. Zərərin tam ödənilməsi ilə bağlı hallar sübut edilməmişdir. Belə ki, zərər tam ödənilsə idi, o, hökmdən apellyasiya şikayəti verməzdi, Cavabdeh2 ona zərərin bir hissəsinin əvəzi olaraq Sumqayıtda iki mənzil təqdim etməzdi. Onun Cavabdeh2 qohumu barışıq sazişi bağladığı halda hökmdən apellyasiya şikayəti verməsi, apellyasiya məhkəməsi baxışında Cavabdeh2 "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışlı mənzili ona verdikdən sonra sonuncunun apellyasiya şikayətindən imtina etməsini, xx.xx.2021-ci tarixdə apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərarın qəbul edilməsini, 2022-ci ilin mart ayında Cavabdeh2 vəd etdiyi ikinci mənzilin sənədlərinin ona təqdim edilməsi təsdiq etmişdir ki, Cavabdeh2 ona vurduğu zərəri tam ödəməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1364/2024 nömrəli mülki iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cinayət işinə baxılarkən məhkəməyə təqdim etdiyi barışıq sazişindən, həmçini n notarial qaydada təsdiq olunmuş ərizələrdən, qanuni qüvvəsini almış məhkəmə aktından onun Cavabdeh2 qarşı heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənildiyini göstərmiş, Cavabdeh2 dair hökmdən qabaqcadan əlbir olması epizodunun öz sübutunu tapmadığına görə çıxarılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünmüşdür ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır.

22. İddiaçı apellyasiya şikayətində Cavabdeh2 ona dəymiş zərərin tam ödənilmədiyinin birinci ins tansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını, cavabdehin verdiyi vədə tam əməl etmədiyini qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, zərər tam ödənilmiş olsa idi, Cavabdeh2 hökmdən sonra ona zərərin bir hissəsinin əvəzi olaraq Sumqayıtda iki mənzil təqdim etməzdi, vəd etdiyi ikinci mənzilin sənədlərinin ona 2022-ci ilin mart ayında təhvil verməzdi. Bunun təsdiqi olaraq da, Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarına istinad etmişdir. İddiaçının istinad etdiyi xx.xx.2024-cü il tarixli qərardan görünmüşdür ki, “araşdırma zamanı 21 nömrəli 1 otaqlı mənzilin dəyərinin əvvəlcədən ödənilməməsi, İddiaçı ilkin ödəniş kimi 30000 manatı 2022ci ilin mart ayının 15-i və ya 18-i, qalan 21000 manatı isə 2022-ci ilin may ayının sonunadək ödəyəcəyini öz öhdəsinə götürməsi, lakin heç bir ödəniş etməməsi nəzərə alınmalıdır.... 21 nömrəli mənzilin dəyərini ödəmək öhdəliyini İddiaçı üzərinə götürdüyünə görə Cavabdeh2 istəyi ilə Ş.Zeynalovun adına rəsmiləşdirməsi,... İddiaçı ərizə və izahatında göstərdiyi xüsusatlar, yəni Cavabdeh2 məhkəmə dövründə öhdəsinə götürdüyü 150000 ABŞ dollarının ilkin ödəniş kimi "xxxx" MTK-nın Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evinin 1-ci bloku, 1-ci mərtəbəsində yerləşən 2 nömrəli 4 otaqlı mənzili borclu olduğu Şahin Zeynalovun adına rəsmiləşdirməsi, bir neçə ay sonra aralarında olan şifahi razılaşmaya əsasən həmin mənzilin binanın üst mərtəbəsində olan başqa bir mənzillə əvəz edilməsi üçün geri qaytarılması, l akin yeni mənzilin verilməməsi, bundan sonra 21 nömrəli mənzilin Şahin Zeynalovun adına rəsmiləşdirməsi barədə xüsusatlar araşdırma zamanı alınmış izahatlar, video görüntülərə baxış protokolu, alğı-satqı müqaviləsi, eləcə də araşdırma zamanı toplanmış digər sənədlərlə təkzib edilmişdir”. Həmçinin, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünmüşdür ki, Cavabdeh2 Əli oğlunun İddiaçı tərəfindən aldadılaraq pulunun keçirilməsi faktı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı verdiyi izahatında İddiaçı 21 saylı mənzilə görə Valehə pul ödəyəcəyini, bunun müqabilində Valehin həmin mənzilin Şahin Zeynalovun adına rəsmiləşdirdiyi, bunu təsdiq edən video görüntünün mövcud olduğunu bi ldirmişdir.

23. Beləliklə yuxarıda qeyd edilənlər onu təsdiq etmişdir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2la iddiaçı arasında birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlər davam etmiş, onlar bir-birinə borca pul vermiş və aldıqları məbləğlərin qaytaracaqlarına dair vədlər vermişlər.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iddiaçının etibarından sui-istifadə edərək, onu müxtəlif vaxtlarda müxtəlif işlər görülməsi barədə aldadaraq sonuncudan ümumilikdə 578742,85 manat pul alaraq ona 578742,85 manat məbləğində ziyan vurmuşdur. Yol verdiyi qanunsuz əməllərə görə Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilmiş, iddiaçı isə sonuncu barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədən kənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir. Beləliklə hazırkı halda əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan, qanuna zidd şəkildə yarandığından, tərəflər arasında yaranmış münasibətlərin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalı idi.

26. Digər iki cavabdehə də münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bu iki cavabdehə münasibətdə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilməmişdir. Çünki iddiaçı tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz bu cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdi m edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd edilməlidir ki, digər cavabdehlərin iddiada göstərilən epizodlar üzrə qanunsuz hərəkətlərə yol verdiyi faktiki olaraq 1(101)-1109/2019 nömrəli cinayət işi çərçivəsində araşdırılmamışdır (Cavabdeh2 təqsirləndirildiyi maddə 178.3.2).

27. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia bunlara münasibətdə əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırkı işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

28. Məhkəmə həmçinin cavabdeh tərəfindən təqd im edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

29. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri

30. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin 55 və 56-cı bəndində məhkəmə kollegiyası tərəflər arasında yaranmış münasibətlərin Mülki Məcəllənin 1096.1-ci və digər maddələrin müddəalarının tələbləri daxilində aparılmasını qeyd etsə də, Cavabdeh2 barəsində bu maddəni tətbiq etməmiş, baxmayaraq ki, zərərin iddiaçıya Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində vurulması, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması və Cavabdeh2 təqsirliliyi məhkəmə hökmü ilə artıq müəyyən edilmişdir.

32. Qətnamənin 61-ci bəndində hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulmasının müəyyən edilməməsi qeyd edilmişdir. Lakin bu nəticə qeyri-obyektiv və qərəzli olmuşdur. Belə ki, qətnamənin 46-cı bəndində məhkəmə kollegiyası Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına birtərəfli istinad etmişdir. dəyəri 101640 manat olan yaşayış evinin 1-ci bloku, 1-ci mərtəbəsində yerləşən 2 nömrəli 4 otaqlı mənzilin X3 məxsus olması barədə xx.xx.2021-ci il tarixli maliyyə arayışının Cavabdeh2 xahişi ilə həqiqətən tərtib edilməsi fakt kimi müəyyən edilsə də, məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa 21 nömrəli 1 otaqlı mənzillə bağlı iddiaçının dediklərinə yox, dələduzluqla məhkum olunmuş Cavabdeh2 qəsdən qurduğu, məcburiyyət altında çəkilmiş videoyazıda eşidilənlərə üstünlük verməsi və bunun məhkəmə qərarında əsaslandırılmaması məhkəmə kollegiyasının iş üzrə qeyri-obyektiv mövqe tutmasına dəlalət etmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatı alınarkən iştirakı ilə baxış keçirilmiş iddiaçı tərəfindən araşdırmaya təqdim edilmiş səs yazısı tədqiq olunmuşdur. Danışıq zamanı Cavabdeh2 iddiaçıya dekabr ayının sonu 50000 ABŞ dolları, mart ayının sonu 50000 ABŞ dolları və ilin sonu 50000 ABŞ dollarını ödəyəcəyini, bunun özünə aid olan hissəsi olduğunu, qalan pulların Samir və Xanlar adlı şəxslərdə olduğunu, həmin şəxslərdən də növbəti aylarda pulları alıb verəcəyini öz öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh2 iddiaçıdan barəsində şikayətinin olmaması barədə ərizə yazmasını istəmişdir. Qeyd olunan səs yazısı ilə bağlı Cavabdeh2 bildirmişdir ki, həmin səs yazısı onun barəsində olan cinayət işinə məh kəmədə baxılan dövrə aid olmuşdur. O, istintaq təcridxanasında olarkən iddiaçı ilə telefon əlaqəsi saxlamışdır. İddiaçı onun borcunu ödəyəcəyi halda şikayətinin olmaması ilə bağlı məhkəməyə müraciət edəcəyini ona bildirmişdir. Qeyd olunanlarla iddiaçının Cavabdeh2 barəsində hökm çıxarılan dövrə heç bir ödəniş etməməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Cavabdeh2 vəd etdiyi pul vəsaitini iddiaçıya vermədiyinə görə hökmdən apellyasiya şikayət vermişdir. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı məhkum Cavabdeh2 zərərin əvəzi kimi "xxxx" MTK-nın Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tikilən hündür mərtəbəli yaşayış evində 2 mənzili təklif etməsi olmuşdur: həmin mənzillərdən birinə dair alğı-satqı müqaviləsi və maliyyə arayışı iddiaçının borclu olduğu X2 adına rəsmiləş dirilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünmüşdür ki, ümumi sahəsi 145,2 kv.m, pay dəyəri 101640 manat olan yaşayış evinin 1-ci bloku, 1-ci mərtəbəsində yerləşən 2 nömrəli 4 otaqlı mənzil X3 məxsus olmuşdur. İddiaçı bu mənzilin sənədlərini Cavabdeh2 aldıqdan sonra onunla razılaşmış, yazılı ərizə ilə məhkəməyə müraciət edib Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək, şikayətdən imtinasının qəbul edilməsini xahiş etmişdir. Lakin Cavabdeh2 iddiaçını yenə də aldatmış və bu mənzili yenidən ələ keçirmişdir. Beləliklə, Cavabdeh2 dəfələrlə iddiaçıya ona vurduğu zərərin əvəzini qaytarmağı vəd etsə də, hər dəfə onu aldatmışdır.

33. Digər iki Cavabdeh1 və Cavabdeh3 barəsində məhkəmə qərarında ola n nəticə də əsassız olmuşdur. xx.xx.2019-cu il tarixli hökmdən görünmüşdür ki, Cavabdeh2 dələduzluqla bağlı əməllərini Cavabdeh1 və qeyriləri ilə əlbir olub törətmişdir. Sözügedən səs yazısında Cavabdeh2 iddiaçıya bildirmişdir ki, Samir və Xanlar adlı şəxslərdə ümumilikdə 200000 manat alınmalı pul olmuşdur. İş materiallarında olan pulun Cavabdeh2 verilməsini təsdiq edən qəbzlərdə və digər sənədlərdə Cavabdeh1 və Cavabdeh3 da imzaları olmuşdur. Qətnamənin 47 və 48-ci bəndlərində məhkəmə kollegiyası Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısının xx.xx.2023-cü il tarixli qərarına əsaslanaraq Cavabdeh2la iddiaçı arasında birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlərin davam etməsi, onların bir-birinə pul verməsi kimi qərəzli bir nəticə də öz əksini tapmışdır. Lakin həmin qərarın məz munundan məlum olmuşdur ki, birgə işə pul qoyan Cavabdeh2 şəriki X5r: sonuncu həmişə onların münasibətlərinin yaxşılaşmasına çalışmışdır, iddiaçı isə bu işə Cavabdeh2 vurduğu zərərin bir qisminin qaytarılması məqsədi ilə başlamışdır.

34. Qətnamənin 37-ci bəndində göstərilən ərizənin məzmunu qətnamədə düzgün göstərilməmişdir: həmin ərizənin sözügedən cinayət işinə aid olması iş materialları ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası bu prosessual maddənin tələblərinə riayət etməmiş, mülki iş üzrə təqdim olunmuş sübutlara obyektiv yanaşmadan hökmlə müəyyən edilmiş bir çox halları iş üzrə məcburi kimi nəzərə almışdır.

35. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82, 88 və 217-ci maddələrinə istinad edə rək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 1096. Mülki hüquq pozuntu su (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşd ırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1364/2024 nömrəli iş üzrə 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar