Məhkəmə qərarları › İş №2(102)-2977/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2977/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2977/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətiləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 27.000 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödə nilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 24.800 (iyirmi dörd min səkkiz yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsi tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təminedilməsi, İddiaçı apelyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehdən 24.800 (iyirmi dörd min səkkiz yüz) ma natın tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 12.254 (on iki min iki yüz əlli dörd) manatın tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri: İddiaçı həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instasniya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh də eyni qətnamənin ondan 12.254 manatın tutularaq iddiaçıya ödənilməsinə dair hissəsinin ləğv olunmasını və iddianın həmin hissəsinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, özlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili də özlərinin kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə borcun etirafı haqqında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə, Cavabdeh, İddiaçı 40.000 mmanat dəyərində qızıl-zinyət əşyaları şəklində borcunun olduğunu etiraf etmiş, habelə həmin məbləği xx.xx.2019-cu ilədək qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödənişin xx.xx.2018-ci il tarixdən başlanacağı razılaşdırılmışdır. İşdə olan və tərəflərin imzaları ilə təsdiqlənmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2108ci il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdeh müxtəlif məbləğlərdə pul vəsaitlərini iddiaçıya ödəmişdir. İddiaçı, 2018-in noyabr ayının 12-də və 20-də və 2019-cu ilin fevral ayının 12-də cavabdehə yazılı bildirişlər göndərmişdir. Birinci bildirişdə qeyd olunmuşdur ki, “...müqavilə əsasında cəmi sizin 7 ayınız qalır. Qalan borcunuz üç min üç yüz manat qalır...”. İkinci bildirişdə isə qeyd edilmişdir ki, “...Ödənişi aparmırsınız. Hər aya düşən 2.222 manatı vaxtında ödəyin. Müqavilə əsasında cəmi sizin 7 ayınız qalır. Qalan borcunuz otuz min üç yüz manat qalır...”. Üçüncü bildirişdə isə qeyd edilən müqavilənin pozulduğu bildirilməklə pulun vaxtında ödənilməsi tələb edilmişdir. İşdə olan və tərəflərin imzaları ilə təsdiqlənmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2018ci il tarixdən xx.xx.2019-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlər olmaqla cəmi 3.300 manat pul ödənilmişdir. Hazırda iddiaçı müqavilə üzrə borcdan işdə olan qəbzlər üzrə cəmi 13.000 manat ödənildiyini bildirərək qalan məbləğin cavabdehdən tutulmasını xahiş ed ir. Cavabdeh isə borcu tam ödədiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan məbləği 12.254 manat müəyyən edərkən mövqeyini belə əsaslandırmışdır ki, “12 və xx xxxxxx 2019-cu il tarixli bildirişlərdə iddiaçı hər ay 2222 manat olmaqla cəmi 7 ay ödənişin qalması barədə dəfələrlə cavabdehi xəbərdar etmiş və həmin tarixdən sonra edilmiş ödənişlərin cəmi məbləği -3300 (üç min üç yüz) manat nəzərə alındıqda, qalıq borc 12254 manat təşkil edir.(7x2222=15554-3300=12254 manat).” Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə bu qənaətə gələrkən maddi və prosesssual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindəki əsaslandırma işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil. Çünki, xx xxxxxx 2018-cu il tarixli bildirişin məzmunu əsasında “hər ay 2222 manat olmaqla cəmi 7 ay ödənişin qalması” kimi gəlinən nəticə iş materialları ilə təsdiqlənmir. Belə ki, əvvəla, tərəflərin qarşılıqlı münasibətlərindən görünür ki, onlar həm borcun mövcudluğunu, həm də aylıq hissəvi ödənişləri hər ikisinin imzaları ilə təsdiqlənən sənədlərlə rəsmiləşdirmişlər. Borcun etirafı müqaviləsi üzrə ödənilməli olan ümumi mə bləğ, ondan ödənilmiş məbləğlərə dair imzalı qəbzlərin surəti və iddiaçının cavabdehə göndərdiyi bildirişlər iş materiallarında mövcuddur. Həmin sənədlərlə, cavabdehin iddiaçıya 27.246 (40.000-12254=27746) manat ödəməsini təsdiqləyən qəbzlər mövcud deyil. Halbuki, Mülki Prossesual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, iddiaçının cavabdehə ünvanladığı xx xxxxxx 2018-cu il tarixli bildirişin “hər ay 2222 manat olmaqla cəmi 7 ay ödənişin qalması” məzmununda təfsir edilməsi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun olmadığı kimi, həmin bildirişin mətninə də ziddir. Bel ə ki, bildirişdə “Qalan borcunuz otuz min üç yüz manat qalır...”. ifadəsi qeyd olunmuşdur. Başqa sözlə, həmin tarixə olan qalıq borcun məbləği bildirişdə açıqca yazıldığı və bu məlumat işdəki ödəniş qəbzlərinə daha uyğun olduğu halda, bildirişin yuxarıda qeyd edilən şəkildə təfsir edilməsi tərəflərin yazışmalarına və qarşılıqlı münasibətlərinin həqiqi məzmununa uyğun gəlmir. Halbuki, Mülki Məcəllənin 404.1-ci, 404.2-ci və 404.4-cü maddələrinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəf lərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti tam, cavabdehin kassasiya şikayəti isə qismən (qətnamənin ləğv edilməsi hissəsində) təmin edilməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iş yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla araşdırılması və mübahisəyə işdəki sübutlar əsasında hüquqi qiymət verilməsi üçün yenidən apellyasiya baxışına qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti tam, cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar